Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə19/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

51 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
bütün  varlığı  ilə  xalqına,  vətəninə  bağlı  olan  portreti  idi.  O,  ilhamını, 
gücünü,  qüdrətini  xalqından  alır,  fəaliyyətinin  bütün  məqamlarında 
dövlətin  milli  maraqlarını  ön  plana  çəkirdi.  Heydər  Əliyev  dövlət 
idarəçiliyinin vəzifə pillələrində özünün hədsiz zəhmətsevərliyi, tükənməz 
enerjisi və nadir idarəçilik qabiliyyəti sayəsində irəliləyir, başladığı bütün 
işlərdə böyük uğurlar qazanırdı [4, 5, 6]. 
Bu gün biz tam əsasla və həm də iftixarla deyə bilərik ki, bu dövləti 
müstəqilliyimizin  bərpasından  bu  günə  qədər  keçən  müddət  ərzində 
qarşılaşdığımız böyük çətinliklərə baxmayaraq, məhz ümummilli liderimiz 
Heydər  Əliyevin  zəkası,  onun  böyük  təşkilatçılıq  fəaliyyəti,  yeritdiyi 
müdrik  siyasət  sayəsində  qura  bildik.  Odur  ki,  Azərbaycan  xalqının, 
müstəqilliyimizin,  dövlətçiliyimizin  mənafeyinə  uyğun  olan  bu  siyasət 
Azərbaycan  dövlətini  qoruyub  möhkəmləndirmək  və  daha  da  inkişaf 
etdirmək  üçün  mütləq  şəkildə  davam  etdirilməlidir.  Əgər  belə  olmazsa 
müstəqilliyimiz yenidən böyük çətinliklərə məruz qala bilər. 
Keçən  illərin  ən  mühüm  nailiyyətlərindən  biri  də  müstəqilliyimizə 
olan  inamın  möhkəmləndirilməsi,  Azərbaycan  dövlətçiliyinin  xilas 
edilməsi  oldu.  Belə  ki,  biz  bu  dövləti  boş  pafosdan  qurmamışıq.  Hər 
şeydən  əvvəl  bu  dövlət  dünya  təcrübəsinə,  beynəlxalq  təcrübəyə 
əsaslanaraq  qurulmuşdur.  Eyni  zamanda  biz  onu  ümummilli  liderimiz 
Heydər  Əliyevin  göstərdiyi  yolla  gedərək,  milli-mənəvi  dəyərlərimizə, 
tarixi  nailiyyətlərimizə  söykənərək  qurmuşuq.  Ona  görə  də  bu  cəhət  çox 
böyük əhəmiyyətə malikdir [2, s.16]. 
Bizim  dövlətçilik  ənənələrimiz  çox  tarixi  köklərə  söykənir,  idarəçilik 
mədəniyyətimiz  qədim  və  həm  də  zəngindir.  Ona  görə  də  bu  dövləti 
qurarkən  və  müstəqilliyimizi  yenidən  bərpa  edərkən  biz  dövlətçilik 
ənənələrimizə söykənmişik və bu sahədəki zəngin təcrübədən bəhrələnmiş 
və uzun illər ərzində istifadə etmişik. 
Doğrudur, biz bu  keçid  dövründə çox böyük mərhumiyyətlərə məruz 
qalmışıq.  Bu,  şübhə  döğurmur.  Bizim  dilimiz,  dinimiz,  milli-mənəvi 
dəyərlərimiz sıxışdırılmış, nə qədər repressiyalar olmuş, xalqımızın başına 
müsibətlər  gətirilmişdir.  Lakin  bütün  bunlarla  yanaşı,  həmin  bu  illərdə 
böyük  tərəqqi  və  yüksəliş  də  olmuşdur.  Elmimiz,  təhsilimiz, 
mədəniyyətimiz inkişaf etmişdir. Bu tərəqqi məhz Heydər Əliyev 1969-cu 
ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra çox sürətlə getmişdir 
[25, s. 20]. 
Azərbaycaınn  XX  əsr  tarixinin  mürəkkəb  və  taleyüklü  hadisələrlə 
müşahidə  edilən  son  qərinəsi  Ümummilli  lider,  görkəmli  dövlət  xadimi 
Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Ulu  öndərin  dövlət  idarəçiliyinin 


52 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
nəzəriyyə və təcrübəsinə, dövlət quruculuğuna, idarəçilik sənətinə gətirdiyi 
yeniliklər  bütün  dövrlər  üçün  əhəmiyyətlidir.  Çünki  Heydər  Əliyevin 
müstəqillik  dövründəki  fəaliyyəti  ilə  əvvəlki  rəhbərlik  dövründəki 
fəaliyyəti  arasında  üzvü  əlaqə  vardır.  Belə  ki,  əgər  biz  Heydər  Əliyevin 
Azərbaycana  rəhbərlik  etdiyi  birinci  dövrə  nəzər  salsaq  görərik  ki, 
Azərbaycanın siyasi tarixində yeni bir mərhələ olmuş bu dövrdə xalqımızın 
həyatı  və  taleyi  ilə  bağlı  olan  çox  məsələlərə  yeni  ideoloji  konseptual 
yanaşmaların  əsası  qoyulmuş  oldu.  Burada  gələcəyə  tuşlanmış  bu  strateji 
xətdə  başlıca  olaraq  birinci  növbədə  əsas  vasitə  kimi  tənəzzülə  uğramış 
iqtisadiyyatın  tezliklə  dirçəldilməsi,  Azərbaycanın  təbii  ehtiyatlarından 
iqtisadi,  təhsil,  elm  və  mədəni  potensialından  xalqın  bəhrələnməsi  üçün 
əlverişli şərait yaradılması ön plana çəkilirdi. 
Bu müddət ərzində dövlət idarəçiliyi sistemində çox qabiliyyətli, milli 
ruhlu kadrlarımız yetişdi. Bu gün müstəqil Azərbaycanı Respublikası 18 il 
ərzində bu nailiyyətlərə, uğurlara gəlib çıxıbsa, müəyyən zaman kəsiyində 
xalqımız  bu  qədər  müsibətlərlə  üzləşməyinə,  iqtisadiyyatımıza  dəyən 
zərbələr baxmayaraq biz bütün bu nailiyyətləri əldə edə bildiksə, demək ki, 
bunlar  onun  nəticəsidir  ki,  məhz  Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik 
etdiyi  bütün  o  illər  ərzində  milli  ruhlu  ziyalılar,  potensial  kadrlar 
yetişdirilmişdi [22, s.68]. 
1993-cü  ildə  Azərbaycana  rəhbərliyi  yenidən  öz  üzərinə  alan  böyük 
siyasətçi  Heydər  Əliyevin  zəngin  dövlət  idarəçilik  təcrübəsi,  böyük 
idarəçilik  məharəti  nəticəsində  Azərbaycan  onun  üzləşdiyi  fəlakətlərdən, 
məhv  olmaq  təhlükəsindən,  etnik  parçalanmalardan  xilas  edildi,  sabit 
sosial-iqtisadi,  siyasi  və  mədəni  inkişaf  yoluna  qədəm  qoydu  və  qısa  bir 
zamanda çox böyük nailiyyətlər qazandı. Heydər Əliyev siyasətini dövrün, 
zamanın ruhuna uyğun yaradıcılıqla davam etdirən cənab Prezident İlham 
Əliyevin  rəhbərliyi  altında  Azərbaycan  sürətlə  inkişaf  edərək  bütün 
sahələrdə yeni uğurlar qazanır. 
Ümummilli lider Heydər Əliyev bizim üçün elmi prinsiplərə və zəngin 
intellektual  potensiala  əsaslanan  mükəmməl  bir  dövlətçilik  konsepsiyası 
yaratmış,  dövlət  idarəçiliyi  sahəsində  dərin  elmi-nəzəri  və  praktiki  irs 
qoymuşdur.  Heydər  Əliyev  siyasətinin  hüdudları  təkcə  Azərbaycanla 
məhdudlaşmır.  O,  bütövlükdə  türk  dünyasının  böyük  dövlət  xadimi,  eyni 
zamanda  müasir  dövrdəki  dövlətçiliyin  yeni  tipologiyasının  əsasmı 
qoyanlardan biri idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün 
də dünyanın bütün siyasi sferalarında ifadə olunur, hörmətlə qarşılanır və 
yüksək qiymətləndirilir [2, s.110]. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə