Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə16/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

42 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
qanunvericilik  aktlarının  effektli  fəaliyyətini  öyrənir.  İndiki  şəraitdə 
dövlətin industrial cəmiyyətin münaqişələrini həll etmək kimi ağır yükü öz 
üzərinə götürməsi ilə bağlı, hüquq sosial nəzarətin həyata keçirilməsinin ən 
əhəmiyyətli vasitəsinə çevrilir. «Sosial nəzarətin bütün digər növləri bugün 
hüququn  tələblərinə  uyğun  olaraq  nəzarət  altında  fəaliyyət  göstərir»  [5, 
s.548]. 
Hüququn  məqsədi  bundan  ibarətdir  ki,  sosial  münaqişələri  qaydaya 
salsın  və  insanlar  arasında  sivil  münasibətləri  qərarlaşdırsın.  Hüquq 
cəmiyyət  üzvlərinin  bir-birindən  təcrid  edilməsinə  yox,  məhz  onların 
arasında 
razılığın, 
əməkdaşlığın, 
birgə 
fəaliyyət 
göstərməyin 
möhkəmlənməsinə xidmət etməlidir. Roma imperiyası sakinlərinin hüquqi 
düşüncə tərzini ifadə edən belə bir kəlamı nəzərə çatdırmaq  yerinə düşər: 
«Qoy,  bütün  Roma  imperiyası  məhv  olsun,  lakin  qanunlar  zəfər  çalsın». 
Şübhəsiz,  sözün  əsil  mənasında  cəmiyyətdə  insanların  diktaturası  deyil, 
məhz qanunun diktaturası bərqərar edilməlidir. 
Ümumiyyətlə,  sosiologiyanın  səciyyəvi  cəhəti  nəzəriyyə  ilə 
praktikanın  əlaqələndirilməsidir.  Sosioloji  tədqiqatların  xeyli  hissəsi 
praktiki problemlərin həllinə istiqamətlənir. Sosioloji tədqiqatlar (eləcə də 
hüquq  sosiologiyasına  aid  olanlar)  sosial  proseslər  üzərində  təsirli  sosial 
nəzarəin  həyata  keçirilməsi  üçün  konkret  informasiya  verir.  Belə 
informasiyasız  sosial  gərginliyin,  sosial  böhranların  təzahürü  imkanları 
artır.  Praktiki  funksiya  gələcəkdə  sosial  proseslərin  inkişaf  meylləri 
haqqında  elmi  cəhətdən  əsaslandırılmış  proqnozlar  verməyə  qadirdir.  Bu 
funksiya  sosial  inkişafın  perspektiv  planlarını  hazırlamaq  üçün  nəzəri 
zəmin rolunu oynayır. 
Hüquq  sosiologiyasının  funksiyaları  hüquqi  sosiallaşma  prosesinə  də 
ciddi  təsir  göstərir.  Hüquqi  sosiallaşma  ümumi  sosiallaşmanın  vacib  və 
əhəmiyyətli istiqamətini təşkil edir. «SosiallaĢma» termin ənənəvi «təhsil» 
və  «tərbiyə»  anlayışlarından  genişdir.  Sosiallaşma  fərdin  davranış 
nümunələrini,  norma  və  dəyərləri,  mövcud  cəmiyyətdə  onun  uğurlu 
fəaliyyəti  üçün  zəruri  olanları  mənimsəməsi  prosesidir  [6,  s.138]. 
Sosiallaşma  təlim  və  tərbiyə  proseslərinin  hamısını  əhatə  edir.  Fərdin 
sosiallaşması  prosesinin  ayrılmaz  tərkib  hissəsi  məhz  siyasi  və  hüquqi 
tərbiyədir.  Bu  tərbiyənin  məqsədi  cəmiyyət  üzvlərində  müvafiq  biliklər 
sistemi,  inam,  sosial  cəhətdən  əhəmiyyətli  keyfiyyətləri,  fəal  davranış 
motivlərini  və  vərdişlərini  formalaşdırmaqdan  ibarətdir.  Hüquq  tərbiyəsi 
insanlarda  hüquqi  düşüncə  tərzinin,  hüquqi  mədəniyyətin  formalaşmasına 
istiqamətlənən  məsuliyyətli  və  sistemli  fəaliyyət  sferasıdır.  Hər  bir  insan 
fərd kimi, münasibətlərin və şüurlu fəaliyyətin subyekti olmaq etibarilə, bu 


43 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
fəaliyyət prosesində sosial reallığı yaradır, təkrar istehsal edir və dəyişdirir. 
Başlıca  keyfiyyətlərə  yiyələnən  fərd  kütlələrə  və  tarixin  gedişinə  təsir 
göstərir [7, s.761]. 
Hüquq  sosiologiyasında  qanun  (hüquq)  sosial  normaların  əsas 
normalarından biri kimi dəyərləndirilir. Hüquq müəyyən subyektlərin və 
ya  bütövlükdə  cəmiyyətin  mənafeyini  ifadə  edən  normaların  məcmuunu 
ifadə  edir  və  cəmiyyət  daxilində  münasibətlərin  tənzimlənməsini 
qabaqcadan  müəyyənləşdirir.  Bu  normalar  hamı  üçün  məcburidir  və 
onların yerinə yetirilməsi dövlət tərəfindən təmin edilir. 
Hüquq  cəmiyyətin  həyat  fəaliyyəti  üçün  son  dərəcə  əhəmiyyət  kəsb 
edən  ictimai  hadisədir.  O,  ayrı-ayrı  elmlərin  nümayəndələri  tərəfindən 
öyrənilir  və  müxtəlif  səpkidə  şərh  edilir.  Bu  isə  o  deməkdir  ki,  hüququn 
başa  düşülməsində  müxtəlif  yanaşmalar  nəzərə  çarpır.  Hüququn  başa 
düşülməsinə fəlsəfi, normativ, sosioloji və digər yanaşmalar mövcuddur. 
Hüququn  başa  düşülməsinə  fəlsəfi  yanaşma  pozitiv  hüquq 
normalarının 
təbii 
hüquq 
mövqeyindən 
öyrənilməsində 
və 
qiymətləndirilməsində ifadə edilir. Belə halda ictimai ideal başlıca anlayış 
kimi dəyərləndirilir. 
Hüququn  başa  düşülməsinə  normativ  yanaşma,  ictimai  həyatın 
maksimal nizama salınmasında əksini tapır. Belə halda hüquq norması əsas 
anlayış  kimi  çıxış  edir.  Onun  gözlənilməsi  sayəsində  cəmiyyət  sabitliyini 
və inkişaf qabiliyyətini saxlayır. 
Hüququn başa düşülməsinə sosioloji yanaşma isə, hüquq münasibətləri 
anlayışından – sosial münasibətlərin müxtəlif növlərindən çıxış edir. Sosi-
ologiya baxımından hüquq əhali vasitəsilə hazırlanır, sonra isə qanunverici 
tərəfindən  qanuniləşdirilir.  Sosioloji  yanaşmanın  əsasını  ilk  növbədə, 
faktiki  hüquqa  diqqət  yetirilməsi  təşkil  edir.  Sosiologiya  nöqteyi-
nəzərindən  hüquq  insanların  həyat  şəraitinə  əsaslanır.  İnsanlar  heç  kimin 
razılığını  soruşmadan  problemlərini  özünəməxsus  şəkildə  həll  etməyə  və 
tələbatlarını  ödəməyə  cəhd  edirlər.  Belə  hallarda  yazılı  hüquq,  hüquq 
normaları  pozulur,  lakin  bu  cür  fəaliyyət  faktiki  hüququ  əks  etdirir.  Hü-
ququn  müxtəlif  tərəfləri  olmaq  etibarilə,  subyektiv  və  obyektiv  hüquq  da 
fərqləndirilir. 
Obyektiv  hüquq  fərdin  iradəsindən  və  şüurundan  asılı  olmayan 
hüquqdur.  Obyektiv  hüquq  dedikdə  hamı  üçün  məcburi  və  ictimai 
münasibətlərin  tənzimlənməsinə  istiqamətlənən  davranış  qaydası  başa 
düşülür [8, s.314-315]. Obyektiv hüquq bir sıra əlamətlərə malikdir: 
  ictimai  münasibətlərin  tənzimlənməsinə  istiqamətlənən  normativ 
hüquq; 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə