Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə13/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

32 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
bunlar  Azərbaycanın  və  Polşanın  iqtisadi  əməkdaşlığının  əsas 
istiqamətlərini və perspektivlərini, artan xətdə gedişini aydınlaşdırır.  
Nəticə 
Azərbaycan  və  Polşa  Respublikalarının  iqtisadi  əməkdaşlığının  əsas 
istiqamətləri zəngin faktura ilə səciyyələnir. Onların inkişaf perspektivliyi 
xidmət  sahəsindən  tutmuş  turizmə,  yeni  texnologiyaların  tətbiqinə, 
qarşılıqlı  faydalanmaya,  ehtiyacların  ödənilməsinə  qədər  əsaslı 
rəngarəngliyi  özündə  ehtiva  edir.  Polşanın  Mərkəzi  Avropanın  ən  iri 
dövlətlərindən  biri  kimi  müəyyənləşdirdiyi  təsəvvür  Avropa  məkanında 
iqtisadi  bağlantıların  strateji  perspektivləri  haqqında  əsaslı  təsəvvür 
yaradır. Eləcə də Azərbaycanın Asiya ölkəsi olaraq siyasi, iqtisadi, mədəni 
baxımdan  imkanlılığı,  geoiqtisadi  şəraitin  Polşa  üçün  əhəmiyyəti,  tranzit 
imkanları,  bərpa  olunan  və  olunmayan  resurs  zənginliyi  və  s.  iqtisadi 
əməkdaşlığın daha ciddi perspektivlərini ortaya qoyur. 
 
ƏDƏBĠYYAT 
 
1. Abbasov Ç. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya yolları. 
Bakı: Elm, 2005, 252 s. 
2. Azərbaycanın statistik göstəriciləri. Bakı: Səda, 2012, 816 s. 
3. Azərbaycanın statistik göstəriciləri. Bakı: Səda, 2013, 804 s. 
4.  Həsənov  Ə.  Xəzər  –Qara  dəniz  hövzəsi  və  Cənubi  Qafqazın 
geoiqtisadiyyatı:  Azərbaycanın  enerji  siyasəti.  Bakı:  Zərdabi  LTD  MMC, 
2016, 296 s. 
5.  Məhərrəmov  A.M.  İqtisadi  diplomatiya.  Bakı,  Adventa  MMC, 
2013, 386 s.  
6.  Rikardo  D.  On  the  prinsiplen  of  political  economy  and  taxation. 
Canada, Ontario, Kitchener, 2001, 333 p. 
7.  Smith  A.  An  inquiru  into  the  nature  and  causes  of  the  wealth  of 
nations. USA, New York, Metalibri, 2007, 754 p. 
8. Toporowski. İqtisadiyyatda Polşa töhfəsi. 
Htt:www.res.org.uk/view/art4Apr14Features.html. 
9. www.prezident.az. 
10. Source: state.gov.az. 
11. state.gov.pl 
 
 
 
 


33 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
ТОГРУЛ АЛЛАХМАНЛИ 
 
ОСНОВНЫЕ ХАРАКТЕРИСТИКИ ЭКОНОМИЧЕСКОГО 
СОТРУДНИЧЕСТВА АЗЕРБАЙДЖАНА И ПОЛЬШИ 
 
АННОТАЦИЯ 
 
Анализ  экономического  сотрудничества  между  Азербайджан-
ской  Республикой  и  Польшей  разъясняет  общее  содержание  исто-
рических  отношений,  динамическую  картину  общественных, 
политических  и  культурных  отношений.  Различные  аспекты 
экономических  отношений  между  Польшей  и  Азербайджаном, 
страной  значительного  экономического  потенциала  Центральной 
Европы, обсуждений на уровне штатов, соглашений и контрактов 
дают  серьезные  перспективы.  Инвестиции  в  различные  сектора 
экономики, регулярные бизнес-форумы, корпоративные контракты, 
услуги и туризм и т. Д. это свидетельствует об этом. 
Ключевые  слова:  экономическое  сотрудничество,  экономика 
Азербайджана, экономика Польши, геоэкономика, импорт, экспорт, 
экономические соглашения и контракты. 
 
 


34 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
 
 
 


35 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SĠYASƏT 
 
 
 


36 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
HƏSƏNALIYEV ZEYNAL MƏDƏT oğlu 
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat  
fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru, professor 
e-mail: irl@bsu.az 
 
ƏFƏNDĠYEV MƏCĠD ƏHMƏD oğlu 
BDU-nun politologiya və sosiologiya  
kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru 
e-mail: mecidefendiyev@mail.ru 
 
UOT 32:34 
 
HÜQUQ SOSĠOLOJĠ KONTEKSTDƏ 
 
XÜLASƏ 
 
Məqalədə  hüquq  sosiologiyanın  spesifik  sahəsi  kimi  araşdırılır, 
sosioloji  hüquqşünaslığın  mahiyyəti,  məqsədi  və  funksiyaları  təhlil  edilir. 
Hüquqa  sosioloji  kontekstdə  yanaşan  başlıca  müasir  konsepsiyaların 
məzmunu və əhəmiyyəti nəzərə çatdırılır, eləcə də hüquq sosiologiyasının 
obyekti, subyekti və hüquqi sosiallaşma anlayışlarına aydınlıq gətirilir. 
Açar sözlər: hüquq, sosioloji, sosiallaşma, funksiya, hüquqi normalar, 
qanun 
 
Hüquq  sosiologiyası  sosiologiyanın  spesifik  sahəsi  olmaq  etibarilə, 
sosial  təsisatlar  sistemində  hüququn  fəaliyyətini,  hüquq  normalarının  ge-
nezisini,  dinamikasını,  strukturunu  və  cəmiyyətdə  onların  rolunu  öyrənir. 
Hüquq  sosioloji  kontekstdə  ilk  öncə,  onunla  səciyyələnir  ki,  cəmiyyət 
daxilində formalaşan hüquqi münasibətləri, hüquq normalarının formalaş-
masını və fəaliyyətini şərtləndirən şəraiti tədqiq edir, hüququn digər sosial 
hadisələrlə  əlaqəsini  öyrənir.  Hüquq  sosiologiyası  hüquq  elmləri  ilə 
sosiologiyanın  qovuşuğunda  qərarlaşan  bilik  sferasıdır.O,  ümumi  sosio-
logiyanın  tərkib  hissəsidir.  Fransız  sosioloji  məktəbinin  banisi,  sosiologi-
yanın  klassiklərindən  sayılan  Emil  Dürkheym  hüquq  sosiologiyasını 
sosioloji biliklərin istiqamətlərindən biri kimi fərqləndirmişdir. 
Ümumiyyətlə,  klassik  hüquq  sosiologiyasının  başlıca  istiqamətini 
E.Dürkheymin hüquqi sosiologiya, E.Erlixin «canlı hüquq» və M.Beberin 
hüquq sosiologiyası konsepsiyaları təşkil edir. Lakin bu günə kimi sosioloji 
kontekstdə hüququn predmetinə dair ümumi, birmənalı meyar müəyyənləş-


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə