Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə10/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   6   7   8   9   10   11   12   13   ...   84

26 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
xarakterliliyi,  möhkəm  baza  üzərində  nizamlandığı  nəzərə  çarpır.  Burada 
tarixi  bağlantılardan  əlavə  ölkələrin  qarşılıqlı  faydalanma,  iqtisadi 
problemlərin  birgə  həlli  əsas  meyar  kimi  götürülür.  Polşa  iqtisadçı  alimi 
Jan Toporovski ―İqtisadiyyatın Polşa töhfəsi‖ adlı məqaləsində vurğulayır 
ki,  ―iqtisadiyyatda  milli  məktəb  kimi  bir  şey  yoxdur.  Polşanın  peşəkar 
iqtisadçılarının ideyaları dünyanın əksər ölkələrinin iqtisadçılarının fikirləri 
kimi  əsasən  törəmədir;  yəni  keçmişdə  olanların  bu  və  ya  başqa  formada 
təzahürü  və  genişləndirilməsidir‖  [8].  İki  ölkə  arasında  diplomatik 
əlaqələrin  qurulmasısından  sonra  (21  fevral  1992-ci  il)  Polşanın 
Azərbaycanda  səfirliyinin  (2001),  Azərbaycanın  Polşada  səfirliyinin  təsis 
edilməsi  (2004)  iqtisadi  müstəvidə  canlanma,  böyük  layihələrin  həyata 
keçirilməsi  üçün  əsas  oldu.  Kənd  təsərrüfatı,  turizm,  hava  nəqliyyatı, 
yükdaşımalar, Azərbaycan sənaye parklarınmda Polşa şirkətlərinin iştirakı 
və  s.  məhz  həmin  anlaşmanın  faktı  kimi  daha  geniş  mahiyyət  kəsb 
etməkdədir. Azərbaycan Respublikasının prezidenti H.Əliyevin Polşaya ilk 
rəsmi  səfəri  (26-28  avqust  1997-ci  il)  ikitərəfli  münasibətlərin  inkişaf 
etdirilməsinmə  hesablanmışdı.  Dostluq  və  əməkdaşlıq  haqqında 
bəyannamə, ikiqat vergiyə cəlb olunmaya yol verilməməsi, gəlir və əmlak 
vergilərinin  ödənilməsindən  yayınma  hallarının  qarşısının  alınması, 
mədəni və elmi əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi və qorunması, 
mülkü hava daşımaları, turizm sahəsində əməkdaşlıq və s. məsələlər özünə 
yer almışdır. Polşa prezidentinin Azərbaycana səfərində də (27-29 oktyabr 
1998-ci il) iqtisadi əməkdaşlıq məsələləri bir tərəf kimi diqqət mərkəzində 
saxlanmışdır.  Məsələn,  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  ilə 
Polşa  Respublikasının  Neft  və  Qaz  Şirkəti  arasında  imzalanan  Qarşılıqlı 
Anlaşma  Memerandumu  və  digər  iqtisadi  əhəmiyyətli  qərarlar  ölkələrin 
perspektiv inkişafına hesablanmışdır. 
Azərbaycan prezidentinin Polşaya sonrakı səfərləri (5 mart 2005- cü il, 
26  fevral  2008-ci  il,  26-28  iyun  2017-ci  il),  eləcə  də  Polşa  prezidentinin 
Azərbaycana səfərləri (30 mart 2007-ci il, 2 iyun 2009-cu il) və yaxud da 
GUAM-ın zirvə görüşlərində (18 iyun 2007-ci il Bakıda, 1 iyul 2008-ci il 
Batumi)  və  s.  görüşlər  ikitərəfli  əməkdaşlığın  perspektivlərini 
müəyyənləşdirmişdir.  ―Azərbaycan  Respublikası  və  Polşa  Respublikası 
Prezidentlərinin  Məşvərət  Komitəsinin  Nizamnaməsi‖,  ―Azərbaycan 
Respublikası  Dövlət  Neft  Şirkəti  ilə  Polşanın  ―Grupa  Lotos‖  Səhmdar 
Cəmiyyəti  arasında  niyyət  haqqında  Protokol‖  (2  iyul  2009-cu  il), 
əməkdaşlıq  cədvəlləri  və  s.  hamısı  bir  istiqamətdə  iqtisadi  əlaqələrin 
güclənməsini ehtiva edir. Sonuncu görüşdə (26-28 iyun 2009-cu il) plenar 
iclas  formatında  biznes  forumu  məsələlərin  daha  da  əhəmiyyətli 


27 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
xarakterini, iqtisadi sahədə qarşılıqlı faydalanmanın gərəkliyini təsdiqləyir. 
Həmin  səfərdə  ―Azərbaycan  Respublikası  ilə  Polşa  Respublikası  arasında 
Tərəfdaşlıq  və  İqtisadi  Əməkdaşlığa  dair  Yol  Xəritəsi  haqqında  Birgə 
Bəyannamə‖  eləcə  də  beş  bəndlik  sənəd  iki  ölkə  arasında  olan  iqtisadi 
əlaqələrin güclənməsinin ən bariz nümunəsidir. Məsələn, Polşa prezidenti 
Andjey Duda Azərbaycan prezidenti ilə görüşündə 26-(28 iyun 2017-ci il) 
vurğuladı  ki,  ―ölkələrimizin  iqtisadi  potensialı,  sözün  əsl  mənasında  çox 
böyükdür  və  ticari  mübadilələrimiz  həyata  keçirilir‖  [9].  Polşa 
prezidentinin  Asiya  və  Avropa  kontekstində  iqtisadi  əməkdaşlıq 
baxımından yürütdüyü mülahizələr də böyük önəm daşıyır. O vurğuladı ki, 
―nəqliyyat  sahəsində  bizim  əlaqələrimiz  genişlənməlidir.  Çox  istərdik  ki, 
Azərbaycan  ilə  Polşa  arasında  birbaşa  dəmir  yolu  xətti  Gürcüstan  və 
Ukrayna  ərazilərindən  keçərək  yaradılsın.  Bu  olduqca  əhəmiyyətlidir. 
Çünki  bunun  sayəsində  nəqliyyat  dəhlizimiz,  əslində,  Çinin  irəli  sürdüyü 
―Bir kəmər, bir yol‖ layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir 
hissəsiyik və bizim həmçinin Hindistana və İrana çıxışımız təmin olunur ‖ 
[9].  Göründüyü  kimi,  Azərbaycan  təkcə  bir  dövlət  olaraq  Polşa  üçün 
Azərbaycan  səviyyəsində  maraq  doğurmur,  əlbəttə  bu  iqtisadi 
münasibətlərdə  mühüm  tərəfdir,  lakin  onun  digər  tərəfində  bütünlükdə 
Asiya ilə əlaqələrinin güclənməsi böyük önəm daşıyır.  
Azərbaycanın  iqtisadi  münasibətlərində,  idxal  və  ixrac  statistik 
göstəricilərdə  bütün  təfərrüatı  ilə  bunlar  ifadəsini  tapmışdır.  Beynəlxalq 
iqtisadi  münasibətlərin  yüksək  səviyyədə  həyata  keçirilməsi  qarşılıqlı 
faydalanmaya,  birgə  layihələrin  həyata  keçirilməsinə  hesablanır.  Türkiyə, 
İran, Rusiya, İsveçrə, Slovakiya, Almaniya, Çin, Niderland, Belçika, Çili, 
Belarus,  Ukrayna,  Gürcüstan,  Özbəkistan,  Qazaxıstan,  Argentina, 
Danimarka,  Yunanıstan,  Böyük  Britaniya,  Misir,  Koreya,  Moldava, 
Malaziya,  Fransa,  Macarıstan,  Hindistan  və  s.  ölkələrlə  iqtisadi  sahədə 
apardığı  əməkdaşlıq  beynəlxaq  iqtisadi  münasibətlərin  uğurluluğunu  əks 
etdirir.  Azərbaycan  bu  böyük  prosesdə  dövlət  maraqlarını,  iqtisadi 
yararlanmanı  bir  məqsəd  olaraq  həyata  keçirir.  Polşa  ilə  olan  iqtisadi 
bağlantılar  da  bunun  bir  hissəsi  olaraq  ciddi  məzmun  daşıyır  və  ölkənin 
ehtiyaclarının  öncüllənməsinə  xidmət  edir.  Yeyinti  təsərrüfatının 
məhsulları  (süd,  qaymaq,  pendir,  kəsmik,  şəkərli  qənnadı  məmulatları, 
şokalad,  şokalad  məhsulları,  makaron  məhsulları,  çörək,  unlu  qənnadı 
məmulatları, mineral və qazlı sular və s.), sürtkü yağları, dərman vasitələri, 
sabun,  sintetik  yuyucu  maddələr,  plastik  kütlədən  hazırlanmış  borular, 
ştanqlar  və  fitinqlər,  kağız  və  kartondan  sanitar-gigiyenik  məmulatlar, 
metal  konstruksiyalar,  buldozerlər,  ekskavatorlar,  digər  yol  tikinti 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə