Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə11/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   7   8   9   10   11   12   13   14   ...   84

28 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
maşınları,  paltaryuyan  maşınlar,  ağacdan  ofis,  mətbəx,  yataq  və  digər 
mebellər  və  s.  hamısı  iqtisadi  münasibətlərin  idxal  mənzərəsini  göstərir. 
İxrac  baxımından  Azərbaycanın  statistik  göstəricilərinə  (2015-ci  il  üzrə) 
fikir verdikdə respublikanın neft, neft məmulatları, kənd təsərrüfatı, sənaye 
məhsulları  baxımından  da  ciddi  iqtisadi  əlaqələrinin  olduğu  müşahidə 
olunur. Məsələn, mühüm növ məhsulların ixracında təzə meyvə 360, 0 t., 
kerosin  148,5  t.,  meyvə  və  tərəvəz  şirələri  473,  6  t.  və  s.  əsaslı  yer 
tutmuşdur. Göründüyü kimi, Azərbaycan Polşa ilə iqtisadiu münasibətlərin 
daha  da  inkişaf  etdirilməsi,  müxtəlif  malların  idxal  və  ixracında  daha 
uğurlu  siyasətin,  gərəkli  işlərin  görülməsinə  üstünlük  verməlidir.  Çünki 
Azərbaycanın  neft,  neft  məhsulları,  kənd  təsərrüfatı  məhsullarının  ixracı 
baxımından  lazımı  qədər  geniş  imkanları  vardır  və  bunların  inkişaf 
etdirilməsi sayəsində əsaslı uğurlara nail ola bilər. Azərbaycanın ayrı-ayrı 
illər  üzrə  ixrac  və  idxal  mənzərəsinə  fikir  verdikdə  ciddi  mənzərə  nəzərə 
çarpır.  
2016-cı  il üzrə iqtisadi artımda baş verən proseslər  aşağı  düşmələrlə, 
geriləmələrlə özünü göstərir ki, bu da dünya iqtisadi məkanında baş verən 
dəyişmələrlə  bağlıdır.  Məhz  investisiyaların  azalması  (3,9%)  iqtisadi 
artımın  2016-cı  ilə  2,8%  aşağı  düşməsinə  səbəb  olmuşdur.  Bu  da  onu 
deməyə  əsas  verir  ki,  2002-ci  ildən  bəri  ən  böyük  azalma  2016-cı  ilə 
təsadüf  edir.  Azərbaycanın  xarici  iqtisadi  münasibətlərinin  ümumi 
məzmununda  dayanan  bərpa  olunan  və  bərpa  olunmayan  sərvətlərin 
düzgün yönləndirilməsi vacib xətt kimi önəm daşıyır. Bütünlükdə ölkənin 
iqtisadi siyasətinin məqsəd və məramını aydınlaşdırır. A.Smit vurğulayırdı 
ki,  ―insanın  tərəqqisi,  həqiqətən,  hər  hansı  bir  böyük  ölkənin  bütün  üç 
məqsəd üçün səmərəli olmasını təmin etməklə bu qədər uzun davamlılığa 
malik olmaqdan qaçılmaz görünür. Hətta dünyanın hər yerində olan bütün 
hesablara  görə,  ən  zəngin  üç  ölkə  (Çin,  Hindistan,  Misir),  əsasən  kənd 
təsərrüfatında  üstündü.  Onlar  xarici  ticarət  üçün  müstəsna  olmur‖  [7, 
s.287].  Artıq  dünyanın  iqtisadi  mənzərəsi  bütün  problemləri  sinxron  və 
diaxron müstəvidə kompleks yanaşmalarla təhlil etməyi gərəkli edir. Çünki 
beynəlxalq sferada baş verənlər və reallıq bir bütöv olaraq bunları qaçılmaz 
fakta çevirir. Azərbaycanın və Polşanın yeritdiyi iqtisadi siyasət və böyük 
layihələrdə  iştirakı,  həm  Şərq-Qərb,  həm  də  Şimal-Cənub  dəhlizlərinin 
Azərbaycandan  keçməsi  bir  ərazi  olaraq  iqtisadi  məqsədlərin  uğurluluğu 
üçün əsas olur. Azərbaycan prezidentinin çıxışında da (26-28 iyun 2017-ci 
il  Azərbaycan  prezidentinin  Polşaya  səfərində)  bu  məsələlər  bütün 
təfərrüatı  ilə  vurğulanırdı.  O  qeyd  edirdi  ki,  ―həm  Şərq-Qərb,  həm  də 
Şimal-Cənub  nəqliyyat  dəhlizləri  Azərbaycan  ərazisindən  keçir.  Bizim 


29 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
ölkəmizdə  artıq  bütün  müasir  infrastruktur  yaradılıb.  Dəniz  limanları, 
dəmir  yolları  aeroportlar,  avtomobil  yolları  və  eyni  zamanda  regional 
əməkdaşlıq  formatı  da  yaradılıb.  İndi  bizim  vəzifəmiz  ondan  ibarətdir  ki, 
bu  əməkdaşlığı  dərinləşdirək,  Avropa  ölkələrini  də  bu  əməkdaşlığa  cəlb 
edək‖  [9].  Azərbaycanın  Polşa  ilə  iqtisadi  əməkdaşlığının  mahiyyətində 
bütünlükdə  qarşılıqlı  faydalanma,  problemlərin  üqtisadi  müstəvidə 
öncüllənməsi, ölkənin iqtisadi strategiyasının uğurla həyata keçirilməsi və 
bu  proseslərin  dinamikasının  əsaslılığı  dayanır.  Çünki  həm  Azərbaycan, 
həm də Polşa iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir 
və  ciddi  perspektivlər  vəd  edir.  Məsələn,  Cənub  Qaz  Dəhlizi  layihəsinin 
uğurla  icrası  və  bu  istiqamətdə  işlərin  aparılması  Avropa  məkanında 
müstəsna  vədlər  verir.  Qırx  milyard  dəyəri  olan  bu  layihənin  birinci 
mərhələsi  2018-ci  ildə,  ikinci  və  sonuncu  mərhələsi  isə  2020-ci  ildə  başa 
çatacağı  planlaşdırılır.  Bu  artıq  iqtisadi  münasibətlərin  davamlılığı  və 
faydalılığı  baxımından  yeni  perspektivlər  ortaya  qoyur,  Azərbaycanın 
Avropa  üçün  bir  tərəfdaş  olaraq  daha  böyük  funksiyaya  malik  olduğunu 
aydınlaşdırır.  
Azərbaycan  və  Polşa  Respublikalarının  münasibətləri  strateji 
əməkdaşlıq  səviyyəsindədidr.  Polşanın  Dünya  Ticarət  Təşkilatı,  Avropa 
İqtisadi  Sahəsi,  Avropada  Əməliyyat,  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf 
Təşkilatı  (OECD),  Beynəlxalq  Atom  Enerji  Təşkilatı,  Avopa  Məkanı 
Agentlik, G6, , Visegrad qrupu, Weimar Üçbucağı və Şengen Anlaşması, 
Baltik dənizi Dövlətləri Şurası kimi beynəlxalq təşkilat və qruplarda təmsil 
olunması  Azərbaycanın  Xəzərhövzəsi  dövlət  kimi  tərəfdaşlıq  baxımından 
mühüm önəm daşıdığını düşünməyə əsas verir. Düşünəndə ki, Azərbaycan 
karbohidrat  yataqlarının,  neft  və  neft  məhsullarının,  bərpa  olunan  və 
olunmayan  ehtiyyatların  zənginliyi  baxımından  partyor  kimi  daha 
perspektivli  və  güclüdür,  məsələnin  mahiyyəti  onda  daha  da  böyüyür  və 
Polşa  ilə  əməkdaşlıq  imkanlarını  artırır.  Onu  da  əlavə  edək  ki,  Polşa 
iqtisadi imkanlılıq, iqtisadiyyatda liberallaşmanın həyata keçirilməsi,  yeni 
texnologiyaların ölkəyə  cəlb  olunması  baxımından əsaslı nailiyyətlər  əldə 
etmişdir. Həmin uğurlu islahatların nəticəsidir ki, Avropa Birliyində altıncı 
böyük  iqtisadiyyata  malik  olması  ilə  seçilir.  Polşa  eyni  zamanda  Avropa 
İttifaqının  köhnə  Şərq  Bloku  üzvləri  arasında  ən  böyüyü  hesab  edilir. 
Təkcə  onu  demək  kifayətdir  ki,  Polşa  Mərkəzi  Statistika  İdarəsinin 
məlumatına  görə,  Polşanın  iqtisadi  artım  tempi  3,9%  təşkil  etmişdir. 
İqtisadi  analitiklər  bu  nailiyyətləri  Avropanın  ən  yaxşı  nəticələrindən  biri 
kimi vurğulayırlar.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə