Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə12/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

30 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
Azərbaycan  və  Polşanın  iqtisadi  əməkdaşlığının  əsas  istiqamətləri 
çoxşaxəli, rəngarəng bağlantıları, iqtisadi münasibətləri əhatə edir ki, bu da 
xidmət  sektorundan tutmuş,  kənd təsərrüfatının,  ağır sənayenin,  nəqliyyat 
sektorunun,  elektron  avadanlıqların  və  s.  bağlantısına  qədər  ciddi  bir 
zənginliyi  özündə  əks  etdirir.  Polşa  inkişafda  olan  Avropa  ölkəsi  kimi 
beynəlxalq 
iqtisadi 
qurumlar 
tərəfində 
həmişə 
müsbət 
qiymətləndirilmişdir.  Təkcə  onu  demək  kifayətdir  ki,  Polşa  iqtisadiyyatı 
Dünya Bankı tərəfindən yüksək gəlirli bir iqtisadiyyat olaraq təhlil olunur. 
Ümumi daxili məhsulun səviyyəsinə görə dünyada iyirminci sırada durur. 
İqtisadiyyatında ən böyük sahəni xidmət sektoru təşkil edir ki, bu da 62,3% 
təşkil edir. Xidmət sektorundan sonrakı sıralanmada sənaye dayanır ki, bu 
da  ümumi  daxili  məhsulun  34,2%-dən  ibarətdir.  Kənd  təsərrüfatı  bu 
sıralanmada  üçüncü  yerdə  dayanır  və  cəmi  3,5%-i  əhatə  edir.  Polşanın 
ixracatında  maşınlar,  elektron  avadanlıqları,  nəqliyyat  vasitələri,  sürtgü 
yağları, dərman vasitələri, sintetik yuyucu maddələr, metal konstruksiyalar, 
mebel,  plastika,  kardon,  kağız,  süd  və  süd  məhsulları,  şəkərli  qənnadı 
məmulatları, şokalad, şokalad məhsulları, makaron məmulatları, mineral və 
qazlı  sular,  və  s.  əsaslı  yer  tutur.  Azərbaycanla  iqtisadi  əlaqələrində  də 
bunlar aparıcı mövqedə durur və bunlar qarşılıqlı faydalanmaya, bazardan 
birgə yararlanaraq ehtiyacların ödənilməsinə hesablanmışdır.  
Polşa  Respublikasının  baş  nazirinin  2015-ci  ilin  may  ayında  Bakıya 
səfərində  Polşanın  Azərbaycandakı  səfiri  Marek  Tsalka  xüsusi  olaraq 
vurğulayırdı  ki,  ―mürəkkəb  beynəlxalq  münasibətlərə,  ölkələrin  qarşılıqlı 
sanksiyalarına  baxmayaraq,  Polşa  iqtisadiyyatı  və  kənd  təsərrüfatı 
möhkəmliyini  qoruyub  saxlayır.  Polşa  Avropanın  və  Asiyanın  bir  çox 
ölkələri  ilə  əməkdaşlıq  edir.  Polşa  bu  ilin  I  rübündə  5,4  mlrd.  avro 
həcmində  ixrac  həyata  keçirib.  Ölkədə  maşın  və  kimyəvi  məhsullardan 
sonra  qida  sənayesi  ixrac  səviyyəsinə  görə  üçüncü  sıradadır‖  [10]
Azərbaycanla Polşa Respublikasının iqtisadi əlaqələrinin əsas istiqamətləri 
maĢınqayırma,  tikinti  materiallari  və  konstruksiya  istehsalı, kimya 
sənayesi,  metallurgiya,  aqrar  sənaye,  meĢə  sənayesi  (kombinat)  və 
mebel  istehsalı,  yüngül  sənaye,  ağır  sənayə,  gəmi  istehsalı,  tekstil, 
avtomobil,  təyyarə,  maşın,  sement,  alüminium  başlıca  sənaye  və  s. 
ibarətdir. . Taxta-şalban və kağız sənayeləri də bu sıradadır. Azərbaycanla 
bağlı  xarici  iqtisadi  əlaqələrinin  əsasında  da  məhz  bunlar  durur.  Polşanın 
iqtisadi  inkişaf  tendensiyasına  diqqət  yetirdikdə  mədənçilik  və  mədən 
sənayesinin daha çox inkişaf etdiyini görürük. Avropanın ən böyük kömür 
istehsalçı  (üçüncü  yerdədir)  olan  Polşa  Azərbaycanla  uğurlu  ticarət 


31 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
əlaqələri  həyata  keçirir.  Bütün  bunlar  Polşanın  Azərbaycanla  iqtisadi 
əlaqələrin əsas istiqamətləri kimi əhəmiyyət daşıyır.  
Azərbaycan Respublikasının prezidentinin Polşa Respublikasına səfəri 
(26-28 iyun 2017) müstəvisində olan  ―Azərbaycan Respublikası ilə Polşa 
Respublikası  arasında  Tərəfdaşlıq  və  İqtisadi  Əməkdaşlığa  dair  Yol 
Xəritəsi  haqqında  Birgə  Bəyannamə‖,  bundan  əlavə  beş  sənədin 
imzalanması  qarşılıqlı  iqtisadi  əlaqələrin  daha  da  inkişaf  etdirilməsi 
istiqamətində gərəkli addımlarıdır. Azərbaycan və Polşa geoiqtisadi məkan 
olaraq  ciddi  perspektivlər  vəd  edir  və  hətta  onu  da  əlavə  edək  ki  bu 
bağlantılar  özlüyündə  strateji  məkdaşlıq  səviyyəsində  təsir  bağışlayır. 
Çünki  Polşanın  Baltik  dənizi  Dövlətləri  sistemində  mövcudluğu  və 
Mərkəzi  Avropada  olması  ilə  Azərbaycanın  coğrafi  baxımdan  yerləşdiyi 
ərazi,  Xəzərhövzəsi  dövlətlər  qrupunda  mövcudluğu  bütün  müstəvilərdə, 
eləcə  də  iqtisadi  münasibətlərin  qurulmasında  vacib  bir  fiqur  kimi 
əhəmiyyətli yer tutduğunu düşünməyə əsas verir. Azərbaycan prezidentinin 
Polşaya rəsmi səfərində vurğulanan istiqamətlər, biznes forumunun təşkili 
və aparılan müzakirələr təkcə dövlət səviyyəsində deyil, həm də ayrı-ayrı 
şirkət,  özəl  təşkilat,  sektor  səviyyəsində  də  birgə  işlərin  aparılması 
vacibliyini ortaya qoyur. Azərbaycan Respublikasının Neft və Qaz Şirkəti 
ilə Polşa Respublikasının Neft və Qaz Şirkəti arasında bağlanan müqavilə 
və s. bunun bariz nümunəsidir.  
Nəqliyyat və energetika, hesab edirəm ki, bunlar iqtisadi blika aid əsas 
istiqamətlər  olmalıdır.  Energetika  sahəsində  Azərbaycan  nefti  Polşa 
bazarlarına çatdırılır. Bu gün Azərbaycan tərəfdaş ölkələrlə birlikdə nəhəng 
layihə  olan  ―Cənub  Qaz  Dəhlizi‖  layihəsini  uğurla  icra  edir.  Bu  layihə 
Azərbaycan  qazını  Avropa  məkanına  çıxaracaq.  Layihənin  ümumi  dəyəri 
40  milyard  dollardır  və  icrası  da  uğurla  davam  etdirilir‖  [9].  Dünyanın 
artan  enerji  ehtiyacları  Qafqazı  və  Xəzərhövzəsi  regionunu  dünyanın 
mərkəzi yerlərindən biri kimi diqqət mərkəzinə gətirir.  
Əkinçilik məhsulları sırasında kartof, tütün, kətan, çovdar, arpa, buğda 
və yulaf daha çox üstünlük təşkil edir və ölkənin ticari əlaqələrində, ixrac 
bazarında önəm daşıyır. Heyvandarlıq (daha çox mal və qoyun), balıqçılıq 
ölkənin  iqtisadiyyatında  xüsusi  çəkiyə  malikdir.  Təkcə  onu  demək 
kifayətdir  ki,  işləyən  əhalinin  30%  a  yaxın  bir  hissəsi  əkinçilik  və 
heyvandarlıqla məşğul olar. Adam başına düşən milli gəlir 18936 dolların 
üstündədir.  Azərbaycan  Polşa  ilə  həyata  keçirdiyi  iqtisadi  əməkdaşlıq 
münasibətlərində  bir  Asiya  ölkəsi  olaraq  zəngin  ehtiyatları,  coğrafi 
şəraitinin  üstünlükləri  ilə  mühüm  əhəmiyyət  kəsb  edən  ölkədir.  Bütün 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə