Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə15/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

39 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
səviyyəsində başa düşülməlidir. 
Hüquq sosiologiyasının obyektini aşağıdakılar təşkil edir: 
  hüquqi  özəyə  malik  olan,  hüquqi  vəziyyətlərin  nəticəsi  kimi  çıxış 
edən  və  hüquqa  tabe  olmaq  etibarilə,  ən  başlıca  amil  kimi  səciyyələnən 
sosial hadisə. Hüquq cəmiyyətin həyatında çox mühüm rol oynadığı üçün, 
hüquq  sosiologiyası  sferasına  ailə  və  dövlət  kimi  sosial  hadisəni,  onların 
cəmiyyətə  münasibətini,  sosial  subyektlər  arasındakı  müqavilə 
münasibətlərini aid etmək lazımdır; 
  hüququ özündə təcəssüm etdirən sosial təsisatlar
  hüququn ictimai həyatda yerinə yetirdiyi funksiyalar
  hüquq  normalarının  sosial  normalarla,  adətlərlə,  qrup  halında 
dəyərlərlə,  əxlaqla  və  sosial  nəzarətin  digər  formalaraı  ilə  qarşılıqlı 
fəaliyyəti.  Başqa  sözlə,  sosiologiyanın  nəzərdən  keçirdiyimiz  sahəsi, 
hüququ  sosial  nəzarətin  formalarından  biri  kimi  tədqiq  edir  və  hüquqi 
normanın sosial nəzarət sistemində yerini öyrənir
  bu  və  ya  digər  hüquqi  münasibətlərin  formalaşmasına  və  ictimai 
təsdiqinə təsir göstərən amillər
  hüququn  tətbiqi  aspekti  –  hüququn  fəaliyyət  göstərdiyi  və 
cəmiyyətdə hüquqi normanın tətbiqinin asılı olduğu şərait
  hüquqi  cəhətdən  əhəmiyyətli  situasiyalarda  fərdlərin  sosial 
fəaliyyəti. 
Ən  ümumi  planda  hüquq  sosiologiyasının  obyektini  hüquq  (hüquqi 
fəaliyyət),  konkret  səviyyədə  hüquqda  sosiallıq  kəsb  edən,  hüquq  və 
sosiumun qarşılıqlı fəaliyyəti və hüququn sosial rolu başa düşülür  [2, s.8-
9]. 
Müasir  elmi  ədəbiyyatda  hüquq  sosiologiyasının  predmeti 
bütövlükdə  belə  müəyyənləşdirilir:  hüquq  sosiologiyası  hüququn 
fəaliyyəti  və  dəyiĢilməsi  qanunauyğunluqları  haqqında,  onun 
fərdlərin,  sosial  qrupların,  təĢkilatların,  bütövlükdə  cəmiyyətin 
davranıĢı və fəaliyyətində təzahür formaları və fəaliyyət mexanizmləri 
barədə elmdir. 
Bununla  yanaşı,  hüquqi  sosiologiya  elmində  çoxdandır  ki,  sosioloji 
biliklərin bu istiqaməti daha çox, S.B.Bobosovun ona verdiyi konkret tərif 
səviyyəsində  mənalandırılır:  «Hüquq  sosiologiyası  hüququn  cəmiyyətdə 
mövcudluğunun,  inkişafının  və  fəaliyyətinin  sosial  şəraiti  haqqında 
elmdir». 
Hüquq  sosiologiyasının  strukturu  da  özünəməxsusluq  kəsb  edir. 
Onun  daha  differensial  strukturu  hüququn  strukturu  və  dərketmə 
obyektinin  çoxcəhətliliyi  ilə  bağlıdır.  Belə  ki,  hüququn  strukturunda 


40 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
vətəndaş  hüququ  sosiologiyası,  cinayət  hüququ,  konstitusiya  hüququ  və 
digər  bilik  sferaları  fərqləndirilir.  Dərketmə  obyektinin  çoxcəhətliliyinə 
görə  qanunvericilik,  hüquqi  şüur  və  hüquqi  davranış,  cinayətkarlıq, 
məhkəmə və hüquq orqanlarının fəaliyyəti sosiologiyası müəyyənləşdirilir 
[3, s.11-12]. 
Hüquq  sosiologiyasının  tədqiqat  obyektini  öyrənən  digər  elmlərlə 
onun  əlaqəsi  haqqında  konkret  təsəvvürə  malik  olmaq  da  zəruridir.  Bu 
baxımdan ilk öncə, hüquq sosiologiyasının hüquq fəlsəfəsinə münasibətini 
aydınlaşdırmaq 
məqsədəuyğundur. 
Hüququn 
fəlsəfi 
cəhətdən 
əsaslandırılması  təbii  hüquq  anlayışına  əsaslanır.  Təbii  hüquq  belə  bir 
məsələni  müəyyənləşdirir:  bir  insan  digəri  ilə  hansı  şəraitdə  bərabər  ola 
bilər, insan azadlığı nədən ibarətdir və insanlar arasında ədalətə əsaslanan 
münasibətlər nə ilə səciyyələnir. 
Təbii  hüquq  insan  azadlığı,  ədalət  kimi  humanist  ideallara, 
ümumbəşəri  dəyərlərə  əsaslanır.  Hüququn  fəlsəfi  cəhətdən  təbii  hüquqla 
bağlı əsaslandırılmasının çatışmazlığı məhz bununla əlaqədardır. Birincisi, 
təbii  hüquq  anlayışı  insanın  mənafeyinə  ümumilikdə  (başqa  sözlə  ümumi 
mənafeyə) əsaslanır, lakin qrup halında və xüsusi mənafeləri nəzərə almır. 
İkincisi, təbii hüququn idealları həddən artıq mücərrəddir və buna görə də 
real qanunverici fəaliyyətin əsasını təşkil edə bilməz. 
Hüquq  fəlsəfəsindən  fərqli  olaraq,  hüquq  sosiologiyası  mücərrəd, 
rasional yanaşma ilə məhdudlaşmır, sözün əsil mənasında sorğu, müsahibə, 
test,  eksperiment,  müşahidə  kimi  sosioloji  metodlara  əsaslanır.  Bu  isə, 
hüquq  normasının  nə  qədər  effektli  fəaliyyət  göstərməsi,  əhalinin  hüquq 
normalarını  necə  qiymətləndirməsi,  hüquqi  sosiollaşmanın  hansı  formada 
baş verməsi barədə daha obyektiv məlumat əldə etməyə imkan yaradır. 
Hüquq sosiologiyası fərdlər və sosial qruplar arasında qarşılıqlı fəaliy-
yətdən  çıxış  edir.  Hüquq  sosiologiyası  nöqteyi-nəzərdən  hüquq  normaları 
insanlar  arasında  qarşılıqlı  fəaliyyət  çərçivəsində  yaradılır  və  nəticədə 
qanunvericiliklə möhkəmləndirilir.  
Hüquq sosiologiyasında aşağıdakı hüquqi institutlar fərqləndirilir: 
  başlıca vəzifəsi dövlət sisteminin sabitliyini təmin etməkdən ibarət 
olan prezidentlik
  qanunvericilik funksiyasını yerinə yetirən parlament
  hüquqi münasibətlərin subyektinin mənafeyini müdafiə edən məhkəmə 
sistemi; 
  cəmiyyətdə  qanunçuluğun  gözlənilməsinə  cavabdeh  olan 
prokurorluq; 
  müqəssirlərin müdafiəsini təmin edən vəkillik


41 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
  hüquq qaydalarının gözlənilməsinə cavabdeh olan daxili işlər orqanları 
(polis). 
Hər  bir  sosial  və  humanitar  elmin,  eləcə  də  hadisə  və  proseslərin 
mahiyyəti və məzmunu ilk öncə, onların funksiyaları vasitəsilə üzə çıxır və 
reallaşır.  Həmin  qanunauyğunluq  hüquq  sosiologiyasına  da  aiddir.  Bu 
baxımdan praqmatizm fəlsəfəsinin sosioloji hüquqşünaslıqda (və ya hüquq 
sosiologiyasında)  da  əksini  tapan  belə  bir  müddəasından  çıxış  etmək 
zəruridir  ki,  hər  hansı  nəzəriyyəni  onun  praktiki  əhəmiyyəti  nöqteyi-
nəzərdən  dəyərləndirmək  vacibdir.  Paund  bu  prinsipi  nəzərə  alaraq, 
hüquqşünasları «hüququ kitablarda» (başqa sözlə, hüquqi qanunlarda, nor-
mativ  aktlarda)  öyrənməklə  kifayətlənməməyə  çağırırdı  və  «hüquqi 
fəaliyyətdə» təhlil etməyi məsləhət bilirdi. 
O, hesab edirdi ki, hüquq elminin vəzifəsi hüququn real surətdə necə 
fəaliyyət  göstərdiyini  və  insanların  davranışına  təsirini  nəzərə 
çatdırmaqdan  ibarətdir  [4,  s.586-587].  Sosioloji  hüquqhşünaslığın 
banilərindən  birinin  bu  fikri  hüquq  sosiologiyasının  funksiyalarının 
əhəmiyyətini bir daha təsdiqləyir. 
Özünəməxsus  elmi  biliklər  sferası  kimi  səciyyələnən  hüquq 
sosiologiyası iki başlıca funksiyanı – idrakı və praktiki funksiyaları yerinə 
yetirir.  Bu  iki  funksiyadan  başqa,  hüquqi  sosiologiyaya  dair  ədəbiyyatda 
onun  proqnozlaşdırma,  sosial-hüquqi  oriyentasiya,  qiymətləndirmə, 
informasiya funksiyaları da fərqləndirilir. 
Ġdraki  funksiya  öyrənilən  obyekt  haqqında  yeni  biliklərin 
çoxalmasını təmin edir və öz ifadəsini məhz bunda tapır. Elmi-nəzəri bilik 
məhz konseptual səviyyədə əsaslandırılmalıdır. Lakin qeyd etmək vacibdir 
ki,  hüquq  sosiologiyası  yalnız  sırf  elmi  biliklər  sferası  kimi 
səciyyələnmir,o,  eləcə  də  praktiki  əhəmiyyətə  malikdir:  praktiki 
tövsiyyələrin,  sosial-hüquqi  sferada  real  problemlərin  həlli  üçün  sosial 
texnologiyaların işlənib hazırlanmasına istiqamətlənir. 
Hüquq  sosiologiyasının  idraki  funksiyası  bir  tərəfdən,  onun  əldə 
edilmiş  biliklərinin  məcmuudur,  yeni  biliklər  üçün  zəmindir.  Hüquq 
sosiologiyası  bu  biliklərə  tənqidi  münasibətin  mümkünlüyünü  və 
zəruriliyini  nəzərdə  tutur.  Digər  tərəfdən,  idraki  funksiya  ondan  ibarətdir 
ki,  informasiya,  nəzəri  ümumiləşdirmə  yalnız  tədqiqatçı  üçün  deyil, 
həmçinin, ictimaiyyətlə bağlı əhəmiyyət kəsb etməlidir, elmi biliklər həqiqi 
meyarla təmin olunmalıdır. 
Hüquq sosiologiyası üçün praktiki funksiya da xeyli əhəmiyyət kəsb 
edir.  Bu  sosiologiya  cəmiyyətdə  hüquqi  tənzimləməni  tələb  edən 
münasibətlər sferasının müəyyənləşdirilməsinə kömək edir, bu və ya digər 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə