Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə23/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

60 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
GÜLMƏLĠYEVA HUMAY ADĠL qızı 
doktorant, Bakı Dövlət Universiteti 
e-mail: humayalibayova@gmail.com 
 
UOT 327 
 
ĠRAN ĠSLAM RESPUBLĠKASININ XARĠCĠ VƏ 
TƏHLÜKƏSĠZLĠK SĠYASƏTĠNĠN TƏHLĠLĠ 
 
XÜLASƏ 
 
Bu məqalədə İran İslam Respublikasının xarici və təhlükəsizlik siyasəti 
əks  olunmuşdur.  Beləliklə,  məqalədə  İranın  xarici  siyasətinin  əsas 
elementləri,  onun  qısa,  orta  və  uzunmüddətli  hədəfləri,  həmçinin  xarici 
siyasətə təsir edən amillər (coğrafi, iqtisadi, demoqrafik) vurğulanır. Eyni 
zamanda,  məqalədə  İranın  təhlükəsizlik  maraqları,  təhlükə  nəzəriyyəsi  və 
milli təhlükəsizlik strategiyaları öz əksini tapır. 
Açar  sözlər:  İran,  xarici  siyasət,  təhlükəsizlik  maraqları,  milli 
təhlükəsizlik strategiyası 
 
İİR-in konstitusiyasının 152-ci maddəsində qeyd olunur: ―İİR-in xarici 
siyasəti  sülhü,  müstəqilliyi,  ərazi  bütövlüyünü  qorumağa,  bütün 
müsəlmanların  hüquqlarını  müdafiə  etməyə,  qonşularla  mehriban,  sülh 
münasibətlərini inkişaf etdirməyə əsaslanır‖. 
İran xarici siyasətinin məqsədləri isə aşağıdakılardan ibarətdir. 

 Qısa  müddətli  məqsəd  Respublikanı,  ərazi  bütövlüyünü  qorumağı, 
milli siyasəti, inkişaf və iqtisadi yayılmanı nəzərdə tutur. 

 Orta  müddətli  məqsəd  İslam  hüququnu  və  müsəlmanları  qərb 
müstəmləkəçiliyindən müdafiə etməyi nəzərdə tutur. 

 Uzun müddətli məqsəd İslam ölkəsi yaratmağa hədəflənib. 
İran  xarici  siyasətinin  formalaşmasına  təsir  edən  bir  sıra  faktorlar 
vardır: 
1)  İranın  coğrafi  ərazisi.  İran  Mərkəzi  Asiya  və  Rusiya  ilə  ümumi 
sərhədlərə malikdir və Oman və Ərəb körfəzləri, Hörmüz boğazına nəzarət 
edir. İran Avrasiyanın mərkəzində yerləşir və Fars körfəzi və Xəzər dənizi 
kimi  iki  zəngin  resurslu  yerə  çıxışı  vardır.  İran  Yaxın  Şərq  tarixində 
imperial  güc  kimi  mühüm  rol  oynamışdır.  Həmçinin,  dünyanın  ən  böyük 
təbii qaz istehsalçılarından biridir. 


61 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
2) İnsan faktoru (demoqrafik). Aparılan təhlillərə əsasən 2030-cu ildə 
İran  əhalisi  körfəz  ölkələrinin  ümumi  əhalisindən  çox  olacaq.  Nəticədə, 
İran əhali göstəricisinə görə digər ölkələr arasında üstünlüyə malik olacaq. 
3)  İqtisadi  faktor.  İranın  zəngin  enerji  resursları  onun  xarici 
siyasətində  mühüm  təsiredici  faktor  kimi  istifadə  olunur.  İran  neft 
ehtiyatlarına  görə  dünyada  IV  yeri  tutur.  OPEC  daxilində  isə  Səudiyyə 
Ərəbistanından sonra II böyük neft istehsalçısıdır. Rusiyadan sonra isə İran 
təbii qaz ehtiyatlarına görə dünyada II yeri tutur [1, s.203]. 
İran  İslam  Respublikasının  xarici  siyasəti  aşağıdakı  elementlərə 
əsaslanır. 
1. Xalqın maraqları, 
2. Vahid sistemin süqutu, 
3. Yeni dünya iqtisadiyyatında effektiv rola malik olmaq
4. İran xarici siyasəti və beynəlxalq münasibətlər arasında qırmızı xətti 
müəəyyənləşdirmək, 
5.  Qonşu  ölkələrlə,  xüsusən,  İraq  və  Əfqanıstan,  ərəb  ölkələri  ilə 
əlaqələri dəstəkləmək,  
6. İranın nüvə proqramı ilə bağlı dialoqu davam etdirmək [4, s.140]. 
 İranın təhlükəsizlik maraqları. 
11 sentyabr hadisələrindən sonra ABŞ-ın  Əfqanıstanı işğal  etməsi  ilə 
İran  başa  düşürdü  ki,  yaxın  vaxtlarda  regionda  vəziyyət  dəyişəcək. 
Nəticədə,  geosiyasi  yerləşməsinə  əsasən  o,  öz  təhlükəsizlik  maraqlarını 
nəzərdən  keçirdi.  Qərbdə  İraqda  ABŞ  və  İsrail  qüvvələri  var.  Şərqdə 
Pakistan və Taliban Əfqanıstanı mövcuddur. Şimalda NATO üzvü olan və 
İsraillə  əməkdaşlıq  edən  Türkiyə  var.  Beləliklə  aşağıdakı  ölkələrlə 
münasibətdə Tehranın regional maraqlarına nəzər salaq. 
1) İraq. 2003-cü il İraqın işğalından sonra yeni İraq rejiminin maliyyə, 
siyasi  və  hərbi  cəhətdən  ABŞ  tərəfindən  dəstəklənməsi  İranın  regionda 
təsirini məhdudlaşdıracaqdı. 
2) İsrail. İsrailin ABŞ-la müttəfiq olması, İranın nüvə proqramına qarşı 
çıxması  onunla  ziddiyyətlərin  yaranmasına  səbəb  olur.  Lakin  İran  heç  də 
İsraillə birbaşa hərbi konfliktə girmək niyyətində deyildir. 
3)  Pakistan.1979-cu  il  inqilabına  qədər  İran-Pakistan  münasibətləri 
yaxşı olsa da, sonra vəziyyət dəyişir. Əfqanıstanın işğalı, Pakistanın nüvə 
silahı  əldə  etməsi,  11  sentyabr  hadisəsindən  sonra  ABŞ-la  əməkdaşlığın 
güclənməsi  İranın  Pakistana  qarşı  münasibətlərinin  korlanmasına  səbəb 
olmuşdur. Lakin İran Cənub-Şərqi Asiyada sabitliyin qorunmasını özünün 
vacib strateji məqsədi sayır. Məsələn, o, Hindistanı təbii qazla təmin etmək 
məqsədini Pakistanla əlaqələri  yaxşılaşdırmadan edə bilməz. Ona görə də 


62 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
Tehran  hər  iki  keçmiş  Böyük  Britaniya  müstəmləkəsi  olan  bu  ölkələrlə 
münasibətləri inkişaf etdirməyə səy göstərir. 
4)  Türkiyə.  Türkiyənin  NATO  üzvü  olması,  ABŞ  və  İsraillə 
müttəfiqliyi,  Mərkəzi  Asiya  və  Cənubi  Qafqaz,  Xəzər  regionunda  həyati 
maraqlara  malik  olması  İranın  onunla  hədəflərinin  toqquşmasına  səbəb 
olur [5]. 
 İranın təhlükə fərziyyəsi

 Ali dini lider Ayətullah Əli Xomeyni belə bəyan edir ki, Birləşmiş 
Ştatlar  İslam  inqilabını  qəbul  etmir  və  onu  rejimə  qarşı  daxili  müxalifət, 
iqtisadi sanksiyaların tətbiqi ilə devirmək istəyir. 

 İran  liderləri  belə  hesab  edir  ki,  ABŞ  Fars  körfəzi  və  qonşu 
ölkələrdə  hərbi  bazalarını  yerləşdirməklə  İrandan  ABŞ-a  qarşı  hər  hansı 
mənfi hərəkət görərsə, ona hücum etmək məqsədi daşıyır. 

 İran  liderləri  belə  qəbul  edirlər  ki,  ABŞ  sünni  ərəb  rejimlərinə  və 
hərəkatlarına  yardım  etməklə  radikal  sünni  İslam  qrupları  terror 
təşkilatlarının güclənməsinə şərait yaradır. 
 İranın milli təhlükəsizlik strategiyasının alətləri. 
1)  Müttəfiq  rejim  və  qruplara  yardım  etmək.  İran  öz  müttəfiqlərinə, 
məsələn  Suriyada  prezident  Bəşər  Əl-Əsəd  rejiminə,  Livan  Hizbullahına, 
Həməsə,  İraqdakı  şiələrə  silah,  hərbi  yardımla  kömək  edir.  Həmçinin,  o, 
İsrailə qarşı çıxan sünni fələstinlilərə də yardım edir. 
2) Digər siyasi fəaliyyətlər. İranın milli təhlükəsizliyi öz müttəfiqlərinə 
təkcə  hərbi  yardım  etməklə  məhdudlaşmır.  O,  qonşu  ölkələrin  dəstəyinə 
nail olmaq üçün birbaşa ödəmələr də edir. Həmçinin, müsəlmanların İranda 
təhsil olmaları üçün təhsil proqramları qəbul edir. Belə proqramlardan biri 
Latın Amerikasında tətbiq olunur. 
3)  Diplomatiya.  İranın  Xarici  İşlər  Nazirliyi  və  xarici  ölkələrdəki 
nümayəndəlikləri  aktiv  siyasət  yürüdür.  İran  beynəlxalq  təşkilatlarda  və 
baş verən proseslərdə iştirak etməyə səy göstərən dövlətlərdən biridir. 
 İranın  Milli  Təhlükəsizlik  Strategiyası  altı  aşağıdakı  fundamentlərə 
əsaslanır: 
a. İslam inqilabının və İslam rejiminin qəbul edilməsi və tanınması; 
b. İranın ərazi bütövlüyü və təhlükəsizliyi üçün təminatlar; 
c. İranın təbii ehtiyatlarının çıxarılması və iqtisadi rifaha çevrilməsi
d.  İranın  yaxın  ətraf  və  Yaxın  Şərq  özəyində  (Suriya,  Livan,  İsrail, 
Fələstin hakimiyyəti və s.) baş verən hadisələrə təsir və veto hüquqları ilə 
bağlı "regional hegemonluq"; 
e. Aparıcı beynəlxalq statusunun tanınması; 
f. İslam düşərgəsinin liderliyi [7]. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə