Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

44 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
  hamı üçün məcburi olan hüqüq
  rəsmi cəhətdən aydın, dəqiq müəyyənləşdirilən hüquq. 
Hüququn başlıca funksiyaları aşağıdakılar hesab edilir: 
  tənzimləyici  funksiya  –  ictimai  münasibətlərin  qaydaya  salınmasını 
təmin edir; 
  tərbiyə  funksiyası  –  onun  sayəsində  hüquq  tərbiyəsi,  başqa  sözlə 
siyasi-hüquqi  mədəniyyətin  formalaşması  təmin  olunur.  Bünsüz  gündəlik 
həyatda  hüququn  reallaşması  sadəcə  olaraq  qeyri-mümkündür.  Hüquq 
məhz o yerdə  yaranır ki, müəyyən qaydalarla bağlı, orada azı iki subyekt 
fəaliyyət  göstərir,  həmin  qaydalar  onlar  üçün  ümumilik  kəsb  edir  və  bu 
subyektlər öz fəaliyyətlərini uzlaşdırırlar; 
  mühafizəçi funksiya – bu funksiyanın mahiyyəti ondan ibarətdir ki, 
müsbət ictimai münasibətlərə imkan yaradır, həmin münasibətləri müdafiə 
etməklə, bu istiqamətdə mənfi halları qadağan edir. 
Subyektiv  hüquq  isə  konkret  subyektin  (insanın  və  ya  təşkilatın) 
hüququ  olmaqla,  onun  obyektiv  hüquq  çərçivəsində  mümkün  ola  bilən 
davranışını  müəyyənləşdirir.  Subyektiv  hüquq  bu  və  ya  digər  subyektin 
konkret fəaliyyəti ilə obyektiv hüququn reallaşdırılmasıdır, obyektiv hüquq 
subyektiv hüquqdan kənarda reallaşa bilməz. 
Bəşər  tarixinin  ayrı-ayrı  mərhələlərində  hüquq  müxtəlif  formalarda 
çıxış etmişdir. Məsələn, ənənəvi cəmiyyətdə hüquq adət formasında, başqa 
sözlə  kollektiv  üzvlərinin  əməl  etdiyi  qayda  kimi  təsəvvür  olunmuşdur. 
Davranışın belə forması uzunmüddətli, dönə-dönə təkrarlanma nəticəsində 
möhkəmləndirilmişdir. 
Adət  tarixən hüquqdan  əvvəl  yaranan hadisədir və bütövlükdə hüquq 
deyildir, lakin istər-istəməz hüququn vacib əlamətidir – normaların yerinə 
yetirilməsini təmin edən dövlətin mövcudluğudur. 
Belilklə,  hüquq  sosiologiyasında  nəinki  qanunun,  eləcə  də  adətin 
xarakteristikası özünəməxsus əhəmiyyətə malikdir. 
Cəmiyyətdə  ən müxtəlif normalar fəaliyyət  göstərir, hüquq normaları 
(qanunlar,  hüquqi  normalar)  məhz  onlardan  biri  kimi  səciyyələnir.  Buna 
görə,  belə  bir  qanunauyğun  sualı  cavablandırmaq  lazımdır:  hüquq 
normaları  digər  bütün  normalardan  nə  ilə  fərqlənir?  Sosiologiyanın 
banilərindən  biri  sayılan  Emil  Dürkheymin  fikrincə,  ilk  başlanğıcda 
mədəniyyətdə  və  sosial  təsisatlarda  ifadə  edilən  qeyri-maddi  normalar 
mövcud  olmuşdur.  Qeyri-maddi  normaları  ən  aydın  şəkildə  təcəssüm 
etdirən  əxlaqdır.  Dürkheym  hesab  edirdi  ki,  əxlaq  «kollektiv  vicdandır». 
Vicdanlı insan öz daxili inamına görə, nə qədər  ki,  hər hansı xoşagəlməz 
hərəkətə səy  göstərmirdi, sosial  nəzarətin ilk formaları heç bir  əlavə cəza 


45 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
vasitələrinə,  başqa  sözlə,  hüquqi  mexanizmlərə,  istintaq  orqanlarına  və 
məhkəmələrə ehtiyac duymurdu. 
Lakin sonralar cəmiyyətin inkişafı ilə bağlı, insanın kollektivdən ayrıl-
ması  üzündən  qeyri-maddi  normalar  pozulmağa  məruz  qaldı.  Qədim 
cəmiyyətlərin idealları və əxlaq prinsipləri tənəzzülə uğradı. Bu səbəbdən 
dövlətə bənzər cəza təsisatları, istintaq orqanları və məhkəmələr yarandı və 
bunların köməyilə, cəmiyyətdə qayda yaradıldı. Eləcə də qanunlar təşəkkül 
tapdı. 
XX  əsrin  böyük  sosioloqu  Entoni  Qiddens  qanunu  simvolik 
qaydalarla,  başqa  sözlə  işarələr  sistemi  (cəmiyyət  üzvlərinin  ünsiyyət 
məqsədilə  istifadə  etdikləri)  ilə,  eləcə  də  siyasi  və  iqtisadi  təsisatlarla 
yanaşı,  ən  əhəmiyyətli  sosial  təsisatlardan  biri  kimi  dəyərləndirir.  Bu  isə 
aydındır: qanunsuz az və ya çox sabitliyə malik cəmiyyət təsəvvür etmək 
çətindir. 
Qanun  və  adət  eyni  anlayışlar  deyildir,  çox  vaxt  bir-birindən 
fərqlənirlər. Adətlə qanun arasında üç müxtəlif əlaqəni fərqləndirmək olar. 
1. Adət və qanun bir-birinə uyğun gəlir. Belə halda söhbət adətlə möh-
kəmləndirilən qanundan gedir. Cəmiyyətin inkişafının müxtəlif mərhələlə-
rində  qətl  hadisəsinin  (özünü,  ailəni  və  mənsub  olduğun  birliyi  müdafiə 
etmək  istisna  olmaqla)  qadağan  edilməsi  adətlə  möhkəmləndirilmişdir. 
Əməllərin  məhz  qanunvericiliklə  qadağan  edilməsi  forması  və  cəzalandırma 
sonralar tətbiq olundu. 
2. Adət qanuna ziddir. Özlüyündə qanunun da adətə zidd olması mü-
naqişələrə gətirib çıxarır. 
3. Adət qanuna münasibətdə bitərəf mövqe kəsb edir. Belə situasiya ilə 
bir çox hallarda, məsələn qonaqpərvərlik zamanı rastlaşırıq. Xalqların ək-
səriyyətində  qonaqpərvərlik  adət  prinsipi  ilə  möhkəmləndirilir,  lakin 
dünyanın  heç  bir  ölkəsində  kiməsə  (kimlərəsə)  kifayət  qədər 
qonaqpərvərlik göstərilmədiyi üçün, heç kim nə mühakimə olunur və nə də 
cəzalandırılır. 
Eyni  zamanda  adət  və  qanun  arasında  daim  qarşılıqlı  fəaliyyət  baş 
verir. Prinsip etibarilə, bu qarşılıqlı fəaliyyətin ən əhəmiyyət kəsb edən iki 
növü  fərqləndirilir.  Birincisi,  bu  hal  o  zaman  baş  verir  ki,  adət  hüquq 
normasını  «ləğv  edir»,  ikincisi,  adət  və  qanunun  qarşılıqlı  fəaliyyəti  o 
halda təzahür edir ki, adət qanunla möhkəmləndirilir. 
Hüquq sosiologiyasında bir sıra sosial fenomenlərin (qanun, hüquq və 
adətin)  qarşılıqlı  əlaqəsi  ilə  yanaşı,  dövlətlə  hüququn  əlaqəsinə  də  diqqət 
yetirilir.  Dövlət  və  hüquq  arasındakı  münasibətlər  əslində  çox 
mürəkkəbdir.  Belə  ki,  normal  halda  dövlətin  fəaliyyəti  hüquqla 


46 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
məhdudlaşdırılır. Bu cür vəziyyətdə normalar məcmuu olan hüquq nəinki 
insanlar,  eləcə  də  ictimai  həyatın  subyekti  olmaq  etibarilə,  dövlət  üçün 
etibarlıdır.  Başqa  sözlə,  dövlət  də  adi  vətəndaş  kimi,  hüquq  və  vəzifələrə 
malik olmalıdır, əgər o, normaları pozursa, məsuliyyət daşımalıdır. 
Eləcə də dövlət özünün hüquqdan yüksək olduğunu nümayiş etdirirsə, 
onların arasında bir-birinə zidd münasibətlər yarana bilər. Belə vəziyyət isə 
təhlükəlidir,  çünki  istər-istəməz  dövlət  tərəfindən  vətəndaşlara  qarşı 
özbaşınalığın səbəbi kimi çıxış edə bilər. 
Faktiki olaraq eyni zamanda dövlətlə hüquq arasında eyni tipli münasi-
bətlər də mövcuddur. Son nəticədə hüquqa əsaslanmaqla, dövlət bu və ya 
digər  qanunu  qəbul  etmək  hüququna  malikdir.  Buna  görə  hüquq,  o 
cümlədən  dövlətin  fəaliyyətinin  məhsuludur.  Lakin  normal  halda  qanun 
qəbul  etdikdən  sonra,  dövlət  hüquqa  tabe  olur  və  ona  müvafiq  olaraq 
fəaliyyətə başlayır. Bu isə o deməkdir ki, hüquq dövlət üzərində üstünlüyü 
ilə səciyyələnir. 
Əslində  dövlət  və  hüquq  bir-birini  qarşılıqlı  surətdə  tamamlayan 
xarakterə  malikdir.  Dövlət  hüquq  normalarını  müəyyənləşdirir,  onların 
yerinə  yetirilməsini  təmin  edir  və  eyni  zamanda  hüquq  dövlət 
hakimiyyətinin  vacib  komponentidir.  Belə  ki,  dövlət  hakimiyyətinin 
formalarını, onun hüququnun və vətəndaşlara, eləcə də siyasi sferanın digər 
subyektlərinə münasibətdə vəzifələrini müəyyən edir. Qeyd etmək vacibdir 
ki,  hüquq  sosiologiyasının  əhəmiyyətli  və  öyrənilməsi  zəruri  olan 
problemlərindən  biri  hüquq  normalarının  effektivliyi  məsələsidir.  Lakin 
effektivlik  anlayışı  belə  halda  mürəkkəb  struktura  malik  olması  ilə 
səciyyələnir.  Bu  onunla  şərtlənir  ki,  hüquqi  münasibətlər  özündə  sosial 
sferanın  ən  müxtəlif  subyektlərini,  hər  şeydən  əvvəl  isə  öz  xüsusiyyətləri 
ilə birlikdə ayrıca fərdləri, sosial qrupları və dövləti əks etdirir. Sosioloqlar 
hüquq normasının effektivliyinin aşağıdakı aspektlərini fərqləndirirlər: 
  cəmiyyət  üzvlərinin  xeyli  hissəsinin  hüquq  normasının 
gözlənilməsində marağı olmasına əsaslanan sosial effektivlik. Bu nöqteyi-
nəzərdən  ən  effektli  olan  azadlığı  nəzərdə  tutan  qanundur.  Qeyri-
effektivliyi  səciyyələndirən  hüquq  norması  isə  əhalinin  mənafeyinin 
məhdudlaşdırılmasıdır. 
  dövlətin  mənafeyi  ilə  bağlı  olan  hüquqi  effektivlik.  Belə  halda 
dövlət  dedikdə  həm  də  hakimiyyətdə  təmsil  olunan  sosial  qruplar  başa 
düşülür. 
  Şəxsiyyətin motivləşməsinə müsbət təsir göstərən hüquq normasını 
təcəssüm etdirən psixoloji effektivlik. Bu cür halda iki variant mövcuddur. 
Birincisi,  cəmiyyətin  üzvü  özü  üçün  bu  və  ya  digər  hüquq  normasının 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə