Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə14/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

37 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
dirilməmişdir. 
«Hüquq  sosiologiyası»  termini  ilk  dəfə  1962-ci  ildə  5-ci  Beynəlxalq 
sosioloji  konqresdə  işlədilmişdir.  Hüquq  sosioloji  kontekstdə  sistemli  və 
funksional  metodlara  əsaslanmaqla  hüququn,  hüquqa  aid  hadisələrin 
öyrəniləsində  hər  cür  ehkamçı  təsəvvürləri  və  normativ  baxışları  aradan 
qaldırır. 
Müasir  hüquq  və  dövlət  nəzəriyyəsində  sosioloji  istiqamətin 
formalaşması  XIX  əsrin  sonundan  başlanır.  Bu  zamandan  etibarən, 
sosiologiya  müstəqil  bilik  sahəsinə  çevrilir  və  onun  metodları  ictimai 
elmlərdə,  o  cümlədən  hüquqşünaslıqda  geniş  yayılır.  Anket  sorğusu, 
müşahidə,  müqayisə,  eksperiment  və  digər  metod  və  üsullar  bu 
qəbildəndir.  Hüquqa  sosioloji  kontekstdə  yanaşma,  başqa  sözlə  sosioloji 
hüquqşünaslıq ilk dəfə Avropada formalaşmışdır, sonra isə ABŞ-da geniş 
yayılmışdır. 
XX əsrdə sosioloji hüquqĢünaslığın inkişafında amerika hüquqşünası 
Rosko  Paund  əhəmiyyətli  rol  oynamışdır.  Harvard  hüquq  məktəbində 
dekan  işləyən  və  1950-1956-cı  illərdə  beynəlxalq  müqayisəli  hüquq  aka-
demiyasının  prezidenti  olan  Paund  hüquq  sosiologiyasına  aid  baxışlarını 
beş cildlik «Hüquqşünaslıq» adlı əsərində ümumiləşdirmişdir. Paundla yanaşı, 
digər amerika alimləri C.Dyui, Uord, Ross, Kuli və başqaları hüquq sosiologi-
yasının nəzəri-metodoloji istiqamətinin formalaşmasında mühüm rol oynamış-
lar. 
Hüquq  sosiologiyasının  formalaşması  və  inkişafı  prosesində  ona 
münasibətdə  bir-birinə  zidd  iki  istiqamət  təşəkkül  tapmışdır:  nominalist-
fərdiyyətçi  və  realist-sosioloji.  Birinci  istiqamət  hüquq  normalarının 
obyektiv  reallığını  inkar  edərək,  hüquqa  məhz  situasiyalı  məhkəmə 
qərarları  seriyasını  aid  edir  və  daha  çox  hüquqi  davranışı  vurğulayır. 
Sosioloji  realizm  adlandırılan  ikinci  istiqamət  isə  hüquq  normalarının 
müstəqil  mövcudluğunu  qeyd  edir  və  hüququ  muxtar  sosial  təsisat  kimi 
nəzərdən keçirir. 
Hüquq  sosiologiyasına  nominalist  mövqedən  yanaşmağın  zəruriliyi 
görkəmli  alman  sosioloqu  M.Veberin  legitim  (qanuni)  qayda 
nəzəriyyəsində öz əksini tapmışdır. «Siyasi legitimlik» terminini də elmə 
ilk  dəfə,  hakimiyyət  münasibətləri  nəzəriyyəsinin  banisi  sayılan,  müasir 
politologiyanın  patriarxı  adlandırılan  bu  alim  gətirmişdir.  M.Veberin 
fikrincə, legitim qayda insanların  fəaliyyəti ilə  yaranır, normaların həyata 
keçirilməsinə  istiqamətlənir  və  buna  dövlət-inzibati  aparat  tərəfindən 
təminat  verilir.  Amerika  hüquq  sosiologiyasında  bu  fikir  istiqaməti  belə 
ifadə  olunur:  hüquq  insan  davranışının  formasıdır,  norma  isə  məhkəmə 


38 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
qərarlarının  və  qanunvericinin  rəyinin  ümumiləşmiş  şəkildə  qabaqcadan 
xəbər  verilməsidir.  Eləcə  də  hüquq  normaları  ilə  onların  real  həyata 
keçirilməsi  arasında  uyğunsuzluğun  mövcudluğu  iddia  edilir.  Hüquq 
sosiologiyası  hüququn  sosial  sistemlə  əlaqəsinin  müxtəlif  aspektlərinin 
təhlilinə  (R.Unqer),  hüququn  sosial  sanksiyalara,  cəzalara  və  qorxutmağa 
təsirini öyrənməyə (C.Qubs, Ç.Titl) diqqət yetirmişdir. 
Hüquq  xeyli  bilik  sahələri  tərəfindən  öyrənilir,  məhz  buna  görə  belə 
qənaətə  gəlmək  düzgün  deyildir  ki,  o,  yalnız  hüquq  elminin  obyektidir. 
Hüquq  ictimai  həyatın  çox  mühüm  hissəsidir.  Bu  mənada  o,  kompleks 
şəkildə,  müxtəlif  sosial  və  humanitar  elmlər  tərəfindən  öyrənilməyə 
bilməz.  Sosioloji  biliklərin  strukturunda  (sosiologiyanın  predmetində) 
hüquq sosiologiyasının təzahürü heç də təsadüfi deyildir, məhz hüquq elmi 
ilə  sosiologiyanın  əlaqəsinin  qanunauyğun  nəticəsidir.  Hüquqa  sosioloji 
yanaşma dövlətin, hüququn sosial təbiətinin açıqlanmasına, dövlətin qəbul 
etdiyi qərarların sosial istiqamətinin müəyyənləşdirilməsinə imkan yaradır. 
Cəmiyyət  haqqında  sosioloji  biliklər  özündə  sosial  sistemin  obyektiv 
inkişaf qanunlarını başa düşməyi, ictimai həyatın müxtəlif sferaları barədə 
təsəvvürləri,  sosial  hadisə  və  proseslər  arasındakı  zəruri  əlaqələri  özündə 
təcəssüm  etdirir.  Bu  baxımdan  hüquq  sosiologiyası  hüquqi  aktların  və 
müxtəlif  normaların  real  fəaliyyətini  adətlər,  əxlaq,  elmi  nüfuz,  ənənələr, 
ictimai  rəy  və  s.  daxil  olmaqla,  bütövlükdə  sosial  tənzimləmə  zəminində 
tədqiq və təhlil edir [1, s.21-22]. 
Hüquq  sosiologiyasının  metodoloji  məsələləri  çoxdur.  Lakin  onun 
metodoloji  əsasını  təşkil  edən  iki  meyarı  nəzərə  çatdırmaq  daha 
məqsədəuyğundur.  Onlardan  biri  hüquqi  və  faktiki  ictimai  münasibətlər 
arasındakı fərqdir. Digər metodoloji zəminə isə hüququn cəmiyyətin sosial 
təsisatı  kimi  öyrənilməsini  aid  etmək  olar.  Belə  halda  hüquq  sosial 
bütövlük  kəsb  edənin  bir  hissəsi  kimi  başa  düşülür,  çünki  o,  sosial 
tələbatdan  doğur,  cəmiyyət  üçün  faydalı  olan  bir  sıra  zəruri  funksiyalar 
yerinə yetirir, digər sosial təsisatlarla (siyasi, iqtisadi, dini və s.) qarşılıqlı 
fəaliyyətdə ictimai sabitliyi təmin edir. 
Məlum  olduğu  kimi,  hər  bir  elmin  obyektini  onun  tədqiq  etdiyi 
müxtəlif məsələlər təşkil edir. Reallığın bir hissəsi, sferası: hər hansı hadisə 
və proses bu və ya digər elmin obyekti kimi səciyyələnir. 
Hüquq  sosiologiyasının  obyekti  sferasına  sosial  fenomen  olmaq 
etibarilə,  hüquqla  cəmiyyət  arasındakı  əlaqə,  eləcə  də  onun  sosial 
funksiyaları,  hüquq  normalarının  bütün  sosial  təşkilatların  sosial 
davranışına  transformasiya  prosesi  və  s.  daxildir.  Həmin  təşkilatlar 
bütövlükdə  cəmiyyət  və  sosial  qruplar,  müəssisələr,  eləcə  də  şəxsiyyət 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə