Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə8/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

21 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
alimlər  qəbul  edirlər  ki,  qlobal  pərakəndə  bazarı  amilləri  ölkə 
iqtisadiyyatına təsir edir. Bir tərəfdən ən müasir standartlara uyğun işləyən 
xarici  pərakəndə  şəbəkələr  bazara  gəlir,  başqa  tərəfdən  ticarət  sahəsinə 
yeni  texnologiyalara  cəlb  olunur.  Digər  tərəfdən,  ölkənin  istehlak 
bazarında  böyük  xarici  şəbəkələrinin  daxil  olması,  yerli  istehlak 
bazarlarında  rəqabət  gücləndirir.  Bunun  nəticəsi  olaraq  milli  şirkətlər  və 
biznes  bazarda  qalmaqları  üçün  məcburən  öz  biznes-konspesiyalarını 
inkişaf  etdirməli  olurlar.  Nəticə  etibarı  ilə  yerli  istehlak  bazarı  da  inkişaf 
edir.  Bir  çox  araşdırmalar  göstərirlər  ki,  qlobal  pərakəndə  ticarət  sistemi, 
əsası Qərbi Avropa və Şimali Amerikada qoyulmuş, tədricən Şərqi Asiya, 
Mərkəzi və Şərqi Avropa və Latın Amerikanın inkişafına çox böyük təsir 
göstərib  [2,  s.128].  Bunun  da  əsas  aləti  bu  ölkələrə  birbaşa  xarici 
sərmayələrin artmasıdır. Bu sərmayələr ciddi infrastruktur, institusional və 
tənzimləyici münasibətlərdə islahatlara gətirir [3, s.1578].  
İndiki  zamanda,  Bakıda  bir  sıra  şəbəkə  ticarətinin  nümayəndələri 
mövcuddur. Qeyd etmək lazımdır ki, indi Bakıda yalnız ərzağın pərakəndə 
satışında  19  supermarket  şəbəkəsi  mövcuddur.  Bununla  belə,  böhrana 
baxmayaraq, Azərbaycan istehlak bazarı hələm  də xarici  investorlar üçün 
maraqlıdır.  Belə  ki,  2015-ci  ilin  dekabrında  Bakıda  dünyaca  yayılmış 
belçikalı  SPAR  supermarketi  açılıb.  Eyni  zamanda  dünyanın  2-ci 
supermarket şəbəkəsi olan Carrefour da Azərbaycan bazarında maraqlıdır. 
Həmçinin  tədricən  bir  neçə  ticarət  şəbəkəsi,  və  ya  riteyl-mağazaları, 
bölgələrdə də fəaliyyət göstərməyə başlayılar. Tədricən Bakıda ərzaq satışı 
supermarket  şəbəkələrin  əllərinə  keçir.  Onların  sayı  isə  gündən  günə 
çoxalır.  
Bununla  belə,  qeyd  etmək  lazımdır  ki,  riteyl  və  ya  ticarət  şəbəkələri 
bütün sahələrdə artır. Bu həmçinin geyim satışı, kafelər və bank sahəsində 
də baş verir. Ticarət şəbəkələrin artması və bazarın quruluşunun dəyişməsi 
əlbəttə ki, daha effektiv idarəetmə tələb edir. Müasir ticarət şəbəkələrində 
aşağıda göstərilmiş idarəetmə modelləri istifadə olunur: 
– Sərmaye modeli; 
– Xoldinq modeli; 
– Mərkəzləşdirilmiş modeli; 
– Qibrid model. 
Birinci  modelin  məhzi  ondadır  ki,  ticarət  şəbəkələri  ad  və  ya  ticarət 
markası ilə yox, məhz investor tərəfindən bir biri ilə bağlıdırlar. Tez-tez elə 
olur  ki,  eyni  şirkətə  bir  sıra  adda  olan  supermarket  məxsusdur.  İkinci 
modeldə, yəni xoldinq modelində, yeganə mərkəz ticarət şəbəkənin bütün 
satış siyasətini müəyyən edir. Neqativ cəhəti yalnız o ola bilər ki, belə tipli 


22 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
şəbəkələrdə  mərkəzi  aparatda  işçilərin  sayı  həddindən  artıq  çox  olur. 
Nəticə  etibarı  ilə,  bu  amil  qiymətlərin  artımına  təsir  edə  bilər.  Bununla 
belə, mərkəzləşdirilmiş idarəetmə modelindən fərqli olaraq, burada hər bir 
mağaza öz meneceri tərəfindən idarə olunur. Mərkəzi aparat yalnız ümumi 
satış  siyasəti  müəyyən  edir.  Mərkəzləşdirilmiş  modeldə  isə  ayrı-ayrı 
mağazalara  yalnız  onların  minimal  fəaliyyəti  üçün  lazım olan funksiyalar 
verilir, qalan funksiyalar mərkəz tərəfindən idarə olunur. Hibrid model isə 
mərkəzləşdirilmiş  və  xoldinq  modelin  qarışığıdır.  Bununla  belə,  qeyd 
etmək lazımdır ki,  Bakının  istehlak bazarında, rəqabət  günü-gündən artır. 
İştirakçıların  sayı  və  eyni  zamanda  əmtəə  çeşidlərin  həm  sayı,  həm  də 
keyfiyyəti artır. 
İstehlak  bazarın  inkişafında  və  dəyişilməsində  vacib  rolu  elekton 
kommersiya  oynayır.  Elektron  kommersiyanın  inkişafı  ilə  istehlakçılar 
artıq  coğrafi  yerləşmədən  asılı  olmayaraq  ən  rahat  magöndərəni  seçə 
bilərlər.  Eyni  zamanda  şirkətlər  artıq  istehlakçıların  zövqlərinə  uyğun 
olaraq, daha zirək olmalıdırlar. Bu sahədə bir neçə fəaliyyət növü var [4]: 
–  Müxtəlif  biznes  formları  arasında,  ya  da  В2В  (business-to-
business); 
–  Biznes və istehlakçı arasında və ya В2С (business-to-consumer); 
–  İstehlakçılar arasında və ya С2С (consumer-to-consumer); 
–  Biznes və dövlət qurumları arasında və ya B2A/B2G (business-to-
administration/government); 
–  Dövlət  və  istehlakçılar  arasında  və  ya  А2C  или  G2C 
(administration/government-to-consumer); 
–  Ayrı bir biznesin çərçivəsində, və ya Intra-business. 
Elektron  kommersiyanın  inkişafına  mane  olan  amillərdən  biri  də 
elektron  əlaqələr  sahəsində  müəyyən  qədər  qəbul  edilmiş  qaydaların 
olmamasıdır.  Bu  sahənin  inkişafı  məqsədi  ilə  də  avtomatik  identifikasiya 
sistemləri mövcuddur.  
İstehlak bazarında yeni texnologiyaların sürətli inkişafına baxmayaraq, 
son  illərdə  istifadə  edilən  bir  çox  biznes-modelləri  inkişaf  etmiş  Qərbdə 
olan  biznes-modellərini  dəqiq  sürətini  təşkil  edir  [5,  s.7].  Başqa  sözlə  bu 
model Qərbdə istifadə olunur və yerli istehlak bazarın fərqli amilləri nəzərə 
alınmadan,  tamamilə  dəqiqliklə  istifadə  olunur.  Onlar  isə  tez-tez  yerli 
istehlak  bazarlarında  inkişaf  edə  bilmirlər.  Çünki  qloballaşmaya 
baxmayaraq,  hələ  ki,  ölkələr  və  istehlak  bazarlar  arasında  fərqlər 
mövcuddurlar.  Bununla  belə,  bazarlar  tədricən  bir-birinə  yaxınlaşmaya 
başlayır.  Bu  o  deməkdir  ki,  fəaliyyət  qaydaları  tədricən  dəyişir  və 
unifikasiya  olunur.  Bu  isə  yerli  istehlak  bazarla  ciddi  təsir  göstərir  və 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə