Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə5/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   2   3   4   5   6   7   8   9   ...   84

14 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
Əslində  reallıqda  dünya  iqtisadiyyatında  son  dövrlərdə  baş  verən 
proseslər  -  maliyyə  bazarlarında  mövcud  olan  və  bir-birini  əvəz  edən 
krizislər, iqtisadi böhranlar, dünyada qlobal tələbin aşağı düşməsi, inkişaf 
etmiş ölkələrdə iqtisadi artımın aşağı düşməsi, eləcə də yeni sənayeləşmiş 
ölkələrdə,  nəhəng  iqtisadiyyata  malik  olan  ölkələrdə  tələbin, 
investisiyaların  həcminin  azalması  və  s  kimi  ciddi  problemlərin 
mövcudluğu klassik modellərin müasir dövrdə özünü tam doğrultmadığını, 
bu modellər əsasında verilən proqnozların icrasında problemlərin mövcud 
olduğunu  üzə  çıxarır.  Eyni  zamanda  yuxarıda  sadalanan  iqtisadi  və 
maliyyə  çətinliklərinin  yaranmasında  insanların  psixologiyasının  və 
emosiyalarının təsirini vurğulamaq vacibdir, çünki araşdırmalar sübut edir 
ki, insanların emosiyaları və psixologiyası onların proqnoz olunmayan və 
irrasional  davranışlarına  səbəb  olur  ki,  bu  da  klassik  modellərin 
proqnozlaşdırmada işini daha da mürəkkəbləşdirir. 
2002-ci  ildə  psixoloq  Daniel  Kanemanın  davranış  iqtisadiyyatı 
sahəsində nobel mükafatı alması ilə davranış iqtisadiyyatı məhşurlaşmağa 
və onun toxunduğu mövzular aktuallaşmağa başladı. 
Davranış iqtisadiyyatı və qərar qəbul etmə məsələləri ilə məşğul olan 
iqtisadçılar  klassik  iqtisadiyyatın  fərziyyələrini  araşdırmaqla  problemə 
fərqli  tərəfdən  yanaşırlar.  Belə  ki,  onlar  insanların  tam  informasiya  ilə 
təmin  olunmadıqları  zaman,  məhdud  koqnitiv  resursları  və  s.  nəzərə 
almaqla  necə  qərar  qəbul  etmələrini  öyrənməyə  çalışır  və  bu  zaman 
insanların  nə  üçün  irrasional  qərarlar  qəbul  etmələrini,  necə  və  nə  üçün 
iqtisadi modellərin proqnozlarına uyğun davranmadıqlarını tədqiq edir. 
Davranış  iqtisadiyyatı  elmin  bir  qolu  kimi  XX  əsrin  ortalarında, 
riyaziyyatın iqtisadiyyata ifrat şəkildə tətbiq olunmasına qarşı formalaşmış 
bir nəzəriyyədir. Riyaziyyatın ifrat tətbiqi iqtisad elminin əsas aktyoru olan 
―insan‖ı  riyazi  modellərin  arxasına  atmışdır.  Davranış  iqtisadiyyatı  ilə 
məşğul  olan  iqtisadçılar  insan  faktorunu  ön  plana  çıxarmağa  çalışaraq, 
insana  xas  olan  motivasiya,  xoşbəxtlik,  qorxu,  riskdən  qaçmaq  kimi 
duyğuların iqtisadi qərarlara təsirini araşdırmaqdadırlar. 
Müasir  iqtisadiyyatda  daha  bir  önəmli  məsələ  -  ―Qlobal  iqtisadi 
bərabərsizlik  (inequality)‖  problemi,  xüsusilə  böyük  iqtisadi  böhrandan 
sonrakı  dövrlərdə  ən  aktual  məsələlərdən  biri  olmuş  və  bu  mövzuda  çox 
sayda  kitablar  yazılmışdır.  Lakin  heç  bir  kitab  Fransız  iqtisadçısı,  Paris 
İqtisadiyyat  məktəbinin  professoru  Tomas  Pikettinin  ―XXI  əsrdə  kapital‖ 
adlı  kitabı  qədər  diqqəti  cəlb  etməmişdir.  Problemə  dünya  miqyasında 
yanaşma və XVIII əsrdən etibarən əksəriyyət sənayeləşmiş ölkələrin gəlir 
və  sərvət  bölgüsünə  dair  dolğun  məlumat  bazasının  olması  kitabın  əsas 


15 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
nəzərə  çarpan  xüsusiyyətlərindən  hesab  olunur.  Bu  kitab  2014-cü  ildə 
ingilis  dilinə  tərcümə  edildikdən  sonra  gözlənilmədən  ―ən  çox  satılan‖ 
kitablardan  birinə  çevrildi  və  dünyanın  ən  məhşur  iqtisadçıları,  habelə 
Robert  Stiqliz,  Robert  Shiller,  Paul  Kruqman,  Kenneth  Rogoff  və  s  kimi 
bir çox nobel mükafatı laureatlarının aktiv müzakirələrinə səbəb oldu. Hal 
hazırda  müasir  ―Karl  Marks‖  adlandırılan  iqtisadçı  dünyanın  bir  çox 
nüfuzlu  universitetlərinə  diskusiyyalara  dəvət  olunur  və  böyük  maraqla 
qarşılanır.  
İqtisadçı  öz  kitabında  XVIII  əsrdə  sənaye  dövründən  etibarən, 
Amerika  və  Avropada  sərvət  və  gəlirlər  arasındakı  bərabərsizlik 
məsələsinə  fokuslaşmış  və  uzunmüddətli  dövrdə  həmin  ölkələrdə  sərvət 
artımının (r) iqtisadi artımdan (g) daha sürətlə artmasını (r > g) müşahidə 
etmiş,  nəticə  etibarilə  sərvət  yığımına  böyük  maraq  və  sərvətin  qeyri-
bərabər  bölgüsünün  sosial  və  iqtisadi  dayanıqsızlığa  səbəb  olması 
qənaətinə gəlmişdir. Belə ki, iqtisadi artım dərəcəsi aşağıdırsa, onda əmək 
ilə müqayisədə kapitaldan gəlirlər (mənfəət, dividend, faiz, renta və digər 
kapital  gəlirləri)  hesabına  sərvət  yığımı  çox  sürətlə  baş  verir  və 
bərabərsizliyi  artırır.  Məşhur  professorun  fikrinə  görə  XX  əsrin 
əvvəllərindən etibarən bərabərsizlik ―U‖ formalı modeli izləməkdə davam 
edir.  Belə  ki,  ―Böyük  depressiya‖  dövründən  əvvəl  Birləşmiş  Ştatlarda 
gəlirlərin  45%-i  əhalinin  10%-nin  payına  düşürdüsə,  bu  göstərici  1940-
1980-ci  illərdə  30%-ə  enmiş  və  sonradan  yenə  də  əvvəlki  vəziyyətinə 
qayıtmışdır.  Oxşar  vəziyyət  digər  sərvətlə  zəngin  ölkələrdə  də 
təkrarlanmışdır. Müəllif gəlirlərin bölgüsü ilə bağlı modelin formasına eyni 
zamanda  tədqiqat  dövründə  müharibələrin,  sənaye  inqilabının,  siyasi 
ideologiyalardakı  dəyişikliklərin  də  əhəmiyyətli  təsirləri  olduğunu  qeyd 
edir. 
 Son  dövrlərdə  də  buna  bənzər  tendensiya  davam  etməkdədir.  Kasıb 
ölkələrdə  aylıq  gəlir  200-300  avro  arasında  dəyişdiyi  halda,  Şimali 
Amerika  və  Avropada  bu  göstərici  2500-3000  avro  arasında  dəyişir. 
Sərvətlə  zəngin  ölkələr  tipik  olaraq  başqa  ölkələrdə  investisiya  olunmuş 
kapitaldan  əlavə  gəlir  əldə  etdiklərinə  görə  məhsul  buraxılışının 
səviyyəsindən daha yüksək gəlir əldə edirlər.  
Müəllifin gəldiyi nəticələrə əsasən bu gün dünya iqtisadiyyatın böyük 
hissəsini  miraslaşmış  sərvət  təşkil  edən  patrimonal  kapitalizm 
isqitamətində  irəliləyir,  bu  isə  oliqorxiyanın  möhkəmlənməsinə  gətirib 
çıxara bilər. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə