Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə4/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   2   3   4   5   6   7   8   9   ...   84

12 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
İnsanlar  seçim  edərkən  vaxt  amili  önəmli  bir  rol  oynayır.  Çünki 
qərarın  gecikməsi  iqtisadi  səmərənin  itirilməsinə  gətirib  çıxara  bilər. 
İnsanlar  seçim  edərkən,  həmişə  itirirlər.  Amma  itirdiklərinin  dəyəri 
qazandıqlarının dəyərindən nə qədər az olarsa, qəbul edilmiş qərar da bir o 
qədər səmərəli olar. 
İqtisadiyyatı  öyrənmək  üçün  iqtisadi  davranışların  rolu  böyükdür. 
Lakin iqtisadi davranışlar təkcə insanlara aid deyil. Cəmiyyətdə ən mühüm 
qərarları alan dövlət iqtisadi proseslərin ən fəal iştirakçısıdır. İnsanlar kimi 
dövlət  öz  iqtisadi  siyasətində  seçimlə  üz-üzə  gəlir:  cəmiyyətdə  sosial 
ədalətə  nail  olmaq  yoxsa  iqtisadi  səmərəliliyi  artırmaq.  Dövlətin  bu 
seçimdən aldığı qərar onun iqtisadi siyasətinin ana xəttini təşkil edir. Lakin 
dövlət  bu  seçimi  təkbaşına  etmir,  ilk  növbədə  iqtisadçıların  fikirlərinə 
əsaslanır. Hər bir dövlətdə iqtisadi qərarların verilməsi ilə bağlı qurumlar, 
orqanlar fəaliyyət göstərir. Lakin faktdır ki, iqtisadçılar bir-birilə çox vaxt 
razılaşmır  və  onlar  tez-tez  ―bir  tərəfdən  digər  tərəfdən  isə‖  sözlərini 
işlədirlər.  Vaxtilə  Amerika  prezidenti  Harri  Truman  demişdir:  ―Mən 
birtərəfli iqtisadçı axtarıram‖. 
XX  əsrin  əvvəllərində,  iqtisadi  fikirdə  Keyns  nəzəriyyələri  üstün  idi. 
Onun  irəli  sürdüyü  fikirlər  praktikada  uğurla  həyata  keçdi.  Keyns 
iqtisadçıdan  daha  çox,  ağıllı  siyasətçi  idi.  Onun  fikrincə,  iqtisadiyyatın 
öyrənilməsi  heç  bir  yüksək  səviyyəli  xüsusi  qabiliyyətin  olmasını  tələb 
etmir. O yazır: ―İqtisadi nəzəriyyə, fəlsəfənin mürəkkəb qolları və ya xalis 
dəqiq  elmlərlə  müqayisədə  çox  asan  bir  mövzu  deyilmi?  Çox  az  insanın 
mükəmməl  öyrənə bildiyi  asan bir mövzu! Yəqin  ki,  bu ziddiyyətin izahı 
iqtisad  elminin  ustasından  qabiliyyətlərin  çox  nadir  birləşməsinin  tələb 
olunmasıdır. O eyni zamanda müəyyən ölçüdə riyaziyyatçı, tarixçi, dövlət 
adamı  və  filosof  olmalıdır.  O,  bugünkü  keçmişin  işığında,  gələcək 
məqsədlər  üçün  öyrənməlidir.  O  məqsədli  olmalıdır  və  ikili  əhval 
ruhiyyədən  uzaq  olmalıdır;  bəzən  sənətçi  kimi  yüksəklərdə  və  təmiz 
olmalı, bəzən isə siyasətçi qədər yerə yaxın olmalıdır.‖ [2] 
Müasir iqtisad elmi  təkcə  yetkinliyin  müəyyən səviyyəsinə çatmayıb, 
həm  də  özünün  xüsusi  müzakirələrini,  maraq  dairəsini,  düşüncə 
məktəblərini ümumiləşdirib və əhəmiyyətli elmi təsdiqlər əldə edib. 
Müasir  iqtisadiyyatın  təqdimi  siyasət  və  iqtisadiyyat  arasındakı 
konseptual  sərhədlərin  müəyyən  olunmasına  xidmət  edir  və  bu,  bizə 
inteqrasiya  olunmuş  siyasi  iqtisada  yanaşmanı  inkişaf  etdirməyə  imkan 
yaradır. Bizim ənənəvi təsəvvür etdiyimiz dövlət və bazar anlayışları artıq 
gerçəklik  baxımından  mövcud  deyil.  Kapital  və  hakim  qüvvə  hər  iki 
arenada  təqdim  edilib  və  bir-birinə  olduqca  bağlıdır.  Bizdən  isə  bu 


13 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
anlayışlara siyasi iqtisad aspektindən baxmaq tələb olunur. Müasir dövrdə 
dövlət  və  bazarın  paralel  yaranması  və  interaksiyası  (qarşılıqlı  əlaqəsi) 
siyasi  iqtisadı  yaradır  və  bir  çox  iqtisadi,  eləcə  də  siyasi  məsələlər  bu 
konteksdə həll olunur. 
Paul  Krugman  1996-cı  ildə  Avropa  Siyasi  İqtisad  Assosiasiyasının 
illik konfransındakı nitqində iqtisadiyyata münasibətini bu amillər üzərində 
qurmuşdur:  İqtisadiyyat  fərdlərin nə etməsi haqqındadır. Fərdlər lovğa və 
özündənrazıdır. Həm də fərdlər qabiliyyətlidir: qazanc üçün fürsətlər əldən 
verilmir. 100 dollarlıq əskinas nəzarətsiz şəkildə uzunmüddət küçədə qala 
bilməz. Biz bu cür fərdlərin interaksiyası haqqında düşünürük: ən maraqlı 
iqtisadi  nəzəriyyələr  təklif  və  tələbdən  başlayaraq  ―görünməz  əl‖ 
haqqındadır. [3] 
Son  illər  müasir  iqtisadi  nəzəriyyələr,  konsepsiyalar  və  modellər  bir 
qayda  olaraq,  adətən  Nobel  mükafatçılarının  adı  ilə  əlaqədardır.  Son 
dövrlərdə  iqtisadi  nəzəriyyələrdə  əmələ  gələn  bir  xüsusiyyət  də  onların 
empirik  xarakterinin  artmasıdır.  Nəzəriyyələrdə  praktik  cəhət  artdıqca, 
onların  riyaziləşməsi  də  çoxalır.  Bir  çox  iqtisadçılar  iqtisad  elmində 
riyaziyyatın rolunu dəfələrlə qeyd edirlər. Onların fikrincə, iqtisad elmində 
riyazi  formalizm  həddən  artıq  dominantlıq  edir. Nobel  mükafatçısı  Vasili 
Leontyev  bu  iqtisadçılardan  biridir.  Onun  fikrincə,  çox  iqtisadçı-
riyaziyyatçılar  sadəcə  yaxşı  olmayan  riyaziyyatçı  idilər,  buna  görə  də 
iqtisadiyyatda həmişə maraqsız olan riyaziyyat, iqtisadçıya çevrilmək üçün 
onlara  əla  imkan  yaratdı.  Belə  bir  sual  yaranır:  bəs  nə  vaxt  riyaziyyat 
faydalıdı, nə vaxt formalizmdir?  
Bu  suala  Vasili  Leontyevin  cavabı  isə  belədir:  ―Mənə  elə  gəlir  ki, 
riyaziyyat-sadəcə məntiqdir. Ümumi yanaşma-bu çox vacibdir. Riyaziyyat 
bizə imkan verir ki, hesab edək ki, bütün tsiklik tərəddüdlər sıralarla izah 
olunur-bu  inkişafdır.  Bu  həqiqi  riyazi  yanaşmadır.  Riyaziyyatçılar  bunu 
bilirlər. Həqiqətdə, öz nəzəri işimdə qarşılaşdığım ən ciddi problemlərdən 
biri bu ani tərəddüddən qaçmaq idi. Bu böyük matrislərdə çox böyük məna 
var və onlardan bəziləri yüksək inkişaf yaradır.[4] 
Doğrudur,  riyaziyyat  uzun  müddət  mürəkkəb  iqtisadi  məsələlərin 
həllində  bir  vasitə  kimi  istifadə  olunmuşdur.  Ancaq  bəzi  iqtisadçıların 
fikrincə, iqtisad insan faktorlu sosial bir elmdir. İnsan isə riyaziyyat dili ilə 
izah  oluna  bilməyəcək  mürəkkəb  və  davranışları  öncədən  bilinməz  bir 
varlıqdır.  Ona  görə  də,  iqtisadi  məsələlərin  izahı  üçün  riyazi  modellər 
kifayət deyil. Yeni yaranan ―Davranış iqtisadiyyatı‖ nəzəriyyəsi isə insanın 
iqtisadi  davranışlarını  psixoloji  yollarla  incələyərək  iqtisadiyyata  töhfə 
vermişdir. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə