Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə3/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   2   3   4   5   6   7   8   9   ...   84


İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
 
 
 
 
 
 
 
 



İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
 
 
 
 
 
 
 
 
 
ĠQTĠSADĠYYAT 
 
 
 
 


10 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
ĠBRAHĠMOVA AYSEL ġAKĠR qızı 
doktorant, Bakı Dövlət Universitetinin 
e-mail: aysel.shakirqizi@gmail.com 
UOT 330.8 
 
MÜASĠR ĠQTĠSADĠYYAT VƏ ONA YENĠ BAXIġIN 
FORMALAġMASI: DAVRANIġ ĠQTĠSADĠYYATINA GĠRĠġ 
 
―İqtisadiyyat mükəmməl zəka tələb edən sadə bir elmdir‖ 
C.M.Keyns 
 
XÜLASƏ 
 
Məqalədə  iqtisad  elminin  müasir  vəziyyəti  və  ona  olan  müxtəlif 
yanaşmalar öyrənilir. Eləcə də iqtisadiyyatın dəyişmə meyilləri və gələcək 
inkişafı  haqqında  iqtisadçıların  fikirləri  araşdırılır.  Əsasən  Nobel 
mükafatçılarının  fikirlərinə  üstünlük  verilir.  İqtisadiyyatın  əsas 
məsələlərinə baxılır  və nəticədə, ziddiyyətli  amillər, eləcə də müasir  dövr 
üçün  aktual  olan  problemlər  üzə  çıxarılır.  Ənənəvi  iqtisadi  nəzəriyyənin 
cavablandıra bilmədiyi məsələlər aşkara çıxarılır və yeni nəzəriyyə sayılan 
davranış  iqtisadiyyatında  cavablar  axtarılır.  Həqiqətənmi  iqtisadi 
nəzəriyyənin dediyi kimi fərdlər rasionaldılarmı? İnsanlar əldə etdiklərini 
necə  dəyərləndirirlər?  Hansı  formada  insanlar  böyuk  dəyərə  malik 
olmayanlara  yuksək  məbləğ  verirlər?  Davranış  iqtisadiyyatı  ənənəvi 
iqtisadiyyatın da problemlərini nəzərə almaqla  bu kimi  suallara  psixoloji 
və sosioloji aspektləri iqtisadiyyata tətbiq edərək cavab verir. 
Açar  sözlər:  müasir  iqtisadiyyat,  seçim,  alternativ  dəyər,  hipotez, 
davranışlar,  davranış  iqtisadiyyatı,  dövlət  və  bazar,  riyazi  iqtisadiyyat, 
iqtisadi bərabərsizlik.  
 
Alfred  Marşallın  ―İqtisadiyyat  cəmiyyətin  adi  həyat  fəaliyyətinin 
öyrənilməsidir‖  fikri  bu  günümüzə  qədər  iqtisadiyyata  verilən  ən  sadə  və 
ən  konkret  təriflərdən  biri  olmuşdur.  Müasir  dövrdə  iqtisadiyyatı 
öyrənmədən,  az  da  olsa  iqtisadi  biliklərə  sahib  olmadan,  demək  olar  ki, 
yaşamaq  mümkün  deyil.  Gündəlik  həyatımızda  şəxsi  tələbatımızdan  irəli 
gələn  saysız-hesabsız  iqtisadi  məsələləri  həll  etməli  oluruq.  Mağazaya 
gedəndə, bankdan kredit alanda, evimizi satarkən və ya restorana gedərkən 
biz  istər-istəməz  iqtisadi  proseslərin  iştirakçısına  çevrilirik.  (İstehlakçı 
davranışı,  istehsalçı  davranışı  nəzəriyyələri  təsadüfdən  yaranmayıb).  Bu 


11 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
şəraitdə  insanların  maddi  vəziyyəti  iqtisadi  proseslərdən,  xüsusilə  də 
qiymətlərin  artım  tempindən  və  inflyasiyadan,  valyuta  məzənnəsinin  və 
faiz dərəcələrinin dəyişməsindən və s. bu kimi amillərdən asılı olur. Bütün 
bunlar cəmiyyətin iqtisadi həyatında mühüm rol oynayır. 
Müasir  iqtisadiyyat  formalaşanadək  iqtisad  elmi  zəngin  bir  təkamül 
yolu  keçmişdir.  XX  əsrdən  başlayaraq  ənənəvi  klassik  və  neoklassik 
baxışlar  dəyişikliyə  məruz  qalmış,  yeni  bir  şəkil  almağa  başlamışdı.  Bu 
dövrdə  təkcə  yeni  iqtisadi  nəzəriyyələr  yaranmır,  həm  də  iqtisad  elminin 
fəlsəfəsində  müəyyən  dəyişikliklər  baş  verir.  XX  əsrin  əvvəllərində 
məhdud  resursların  istifadəsi  ilə  əlaqədar  yaranan  nəzəriyyələr  artıq  əsrin 
axırlarında  dərin,  ciddi  bir  elmə  çevrilir.  Bir  çox  mühüm  iqtisadi 
məsələlərdə müxtəlif fikir ayrılıqları yaranır. Nümunə kimi iqtisad elminin 
nəzəri və ya praktik xarakterinin üstünlüyü məsələsindəki fikir ayrılıqlarını 
göstərə  bilərik.  Bir  çox  iqtisadçılar  hesab  edirlər  ki,  nəzəriyyə  proqnoz 
verməli  və  ya  davranışı  izah  etməlidir.  Vasili  Leontyev  bu  barədə  yazır: 
―Nəzəriyyə-real  sistemin  necə  işlədiyini  başa  düşməyə  imkan  verən 
konsepsiyaların  işlənib  hazırlanmasıdır.  Bu  sadəcə  təşkilatlanmış 
prinsipdir,  amma  bir  çox  iqtisadçılar  üçün  o  müstəqildir.  Bu  nöqteyi 
nəzərdən,  insanların  davranışı,  eləcə  də  üstün  tutmaları  haqda  konkret 
hipotezlər köməkçi rol oynayır.‖ [1] 
Müasir  iqtisadiyyat  resursların  məhdud  xarakter  daşıdığını  iddia  edir 
və onların ailədə olduğu kimi, cəmiyyətdə də qənaətlə istifadə edib ədalətli 
bölmək lazım oldugunu bildirir. Digər tərəfdən insanın tələbatları məhdud 
deyil, əksinə sonsuzdur və bu iqtisadiyyatda ən böyük ziddiyyətlərdən biri 
hesab olunur. Cəmiyyət  daxilində insanlar məhdud resurslar şəraitində bu 
tələbatlarını ödəmək üçün müxtəlif formalarda iqtisadi münasibətlər qurur 
və  müxtəlif  iqtisadi  davranışlar  sərgiləyirlər.  Bu  iqtisadi  davranışların 
məqsədi isə maksimum mənfəət əldə etməkdir. Bəs bu necə baş verir? Biz 
artıq  bilirik  ki,  insanın  tələbatları  onu  iqtisadi  davranışlara  sövq  edir.  Bu 
iqtisadi  davranışlar  isə  müxtəlif  formalarda  həyata  keçirilir.  İlk  öncə 
həyatda daima insanlar seçimlə üzləşirlər. Çünki hər hansı bir qərar qəbul 
edilərkən alternativ varintlara da baxılır. Alternativ dəyəri yüksək olan bir 
işə  başlamaq  iqtisadi  cəhətdən  səmərəsizdir.  Məsələn,  məşhur  Microsoft 
şirkətinin  rəhbəri  Bill  Geyts  üçüncü  kursdan  təhsilini  yarımçıq  qoyub, 
proqramlaşdırma şirkəti  qurur. O, həyatının  bu dönəmində böyük iqtisadi 
qərar  verir:  öz  ixtisasım  üzrə  oxuyub  gələcəkdə  mütəxəssis  olmaq  digər 
tərəfdən  sevdiyim  işlə  məşğul  olmaq.  O,  ikincini  seçdi  və  milyardlar 
qazandı.  23  il  sonra  tərk  etdiyi  Harvard  universiteti  öz  tarixində  ilk  dəfə 
universiteti bitirməmiş şəxsi fəxri məzunu elan etdi.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə