Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə6/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   2   3   4   5   6   7   8   9   ...   84

16 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 İqtisadçı  iqtisadi  və  ya  siyasi  bərabərsizlik  probleminin  azaldılması 
üçün  həll  yolu  kimi  proqressiv  sərvət  vergisi  ilə  bağlı  qlobal  sistemin 
yaradılmasını təklif edir. 
Müasir iqtisadiyyat ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cürə şərh 
olunur və onun gələcək inkişafı fərqli dəyərləndirilir. İqtisadiyyat elminin 
böyük bir hissəsi sadəcə olaraq, iqtisadiyyatın necə işlədiyini izah etməyə 
çalışır.  Bir  çox  hallarda  isə  iqtisad  elminin  məqsədi  iqtisadiyyatın 
fəaliyyətini  yaxşılaşdırmaqdan  ibarətdir.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
reallıqda iqtisadiyyatın necə işləməsi haqda bizim təfəkkürümüz o qədər də 
möhkəm deyil. Bu barədə iqtisadçılardan düzgün, praktik tövsiyələr almaq 
zəruridir.  Yalnız  praktik  tövsiyə  bu  sistemin  necə  işləməsi  barədə  təməl 
qoya bilər. Sistemin ümumi xarakterinə əsasən iqtisadçılar tərəfindən təyin 
olunmuş  proqnozlar  verilir.  İqtisadi  analizlərdə  qısamüddətli  və 
uzunmüddətli  problemlər  qoyulur.  Lakin  proqnozlaşdırma  qısamüddətli 
problemə  uyğun  gəlir.  Amma  ümumi  iqtisadi  inkişafın  hərəkətverici 
qüvvəsi  hesab  olunan  texnoloji  inkişaf  uzunmüddətli  prosesdir  və  əksər 
iqtisadçılar üçün iqtisadi inkişafın əsasıdır. 
 
 
ƏDƏBĠYYAT 
 
1.  Под  ред.  П.Самуэльсона  и  У.Барнетта.  О  чем  думают 
экономисты. М., 2010 
2.  Keynes J. M. Economic Possibilities for our Grandchildren //Essays 
in Persuasion. N.Y.:W. W.Norton&Co, 1963.Р. 358—373. 
3.  Дэн  Ариели.  Поведенческая  экономика.  Почему  люди  ведут 
себя иррационально и как заработать на этом. М. 2012. – 296 с. 
4.  Ronen Palanın red. ilə Qlobal siyasi iqtisad: müasir nəzəriyyələr. S. 
8. B., 2003 
5.  Acar,  Gökmen  Tarık,  İktisadı  Değiştirmek:  Neoklasik  İktisada 
Eleştirel Bir Yaklaşım, İstanbul: İletişim Yayınları, 2008. 
6.  А.Маршалл.  Принципы  экономической  науки.  (Principles  of 
Economics) М., 1984  
7.  Бартенев  С.А.  История  экономических  учений:  в  вопросах  и 
ответах Из.Юристь М. 1998 
 
 
 
 


17 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
АЙСЕЛЬ ИБРАГИМОВА 
 
СОВРЕМЕННАЯ ЭКОНОМИКА И ФОРМИРОВАНИЕ 
НОВЫХ ВЗГЛЯДОВ: BВЕДЕНИЕ В ЭКОНОМИКУ 
ПОВЕДЕНИЯ 
 
АННОТАЦИЯ 
 
Основной  темой  статьи  является  современное  состояние 
экономической  науки  и  различные  подходы  к  изучению  экономики.  А 
также  изменения  в  экономике,  взглядов  экономистов  на  будущие 
тенденции  развития  и  исследованы.  В  частности,  предпочтение 
отдается взглядам лауреатов Нобелевской премии. Отзыв основные 
вопросы  экономики  и,  как  следствие,  противоречащие  друг  другу 
факторы,  а  также  текущие  проблемы  будут  поверхности  к 
современному  периоду.  Традиционная  экономическая  теория  не 
может  ответить  на  вопросы,  а  новая  теория:  поведенческая 
экономика  в  поисках  ответов.  Действительно  ли,  как  говорят  в 
экономической  теории  люди  представлять  себя  рациональными 
существами? Как мы оцениваем то, что имеем? Каким образом мы 
переплачиваем  за  то,  что  ничего  не  стоит?  Поведенческая 
экономика  применяя  в  экономику  психологические  и  социологические 
аспекты отвечает этих вопросов с учетом проблемы традиционной 
экономики. 
Ключевые 
слова: 
современная 
экономика, 
выбор, 
альтернативная  стоимость,  гипотеза,  поведение,  поведенческая 
экономика,  государства  и  рынок,  математическая  экономика, 
экономическое неравенство 
 
 
 


18 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
EYYUBOV KAMRAN YUSĠF oğlu 
i.ü.f.d, dosent, Bakı Dövlət Universiteti 
e-mail: kamranovski@gmail.com 
 
UOT 339, 339.37, 338.49 
 
QLOBALLAġMA ġƏRAĠTĠNDƏ BEYNƏLXALQ TĠCARƏTĠN 
YERLĠ ĠSTEHLAK BAZARINA TƏSĠRĠ 
 
XÜLASƏ 
 
Müəllif  məqalədə  qloballaşma  prosesini  təsvir  edir  və  bu  prosesin 
ayrı-ayrı  sahələrə  təsirini  təhlil  edir.  Müəllif  nümunə  kimi  pərakəndə 
ticarətdə  baş  verən  prosesləri  tədqiq  edir.  Müəllif  tərəfindən  daha  böyük 
önəm  şəbəkə  ticarətin  indiki  iqtisadiyyatda  roluna  və  bu  sahədə  gedən 
proseslərə  verilib.  Qloballaşma  prosesinə  baxmayaraq,  Azərbaycan 
bazarında  bir  çox  fərqlər  qalmaqdadır,  amma  bununla  belə,  bazarlar 
tədricən  bir-birinə  yaxınlaşmaya  başlayır.  Bununla  da  yerli  istehlak 
bazarla ciddi təsir göstərir və müasir şərait isə istehlak bazarında biznes 
aparma qaydalarına cavab verən yeni konsepsiya və üsullar tələb etməyə 
başlayır.  
Açar sözlər: qloballaşma, dünya iqtisadiyyatı, şəbəkə ticarəti
pərakəndə satış 
 
XX əsrin axırlarında və XXI əsrin əvvəllərində dünya iqtisadiyyatının 
əsas  inkişaf  tendensiyalarından  biri  beynəlxalq  ticarətin  inkişafı  oldu.  Bu 
illər  ərzində,  dəqiq  desək,  1980-ci  ildən  2010-cu  ilə  kimi  beynəlxalq 
ticarətin  həcmi  5,2  dəfə  artıb.  Eyni  dövrdə  dünyanın  real  Ümumi  daxili 
məhsulu isə yalnız 2,7 dəfə artıb. Belə bir inkişafın əsas səbəbi beynəlxalq 
əmtəə  mübadiləsinə  daxil  olan  ölkələrin  rifahının  artmasıdır.  Rifahın 
artması  ilə  yanaşı,  inkişaf  edən  beynəlxalq  ticarət  həmçinin  beynəlxalq 
rəqabəti güclənməyə şövq edir. Bu isə əlavə risklərin yaranmasına gətirib 
çıxardır. Nəticə etibarı ilə faktiki olaraq beynəlxalq ticarət daxili bazarlara 
təsir  edir.  Daxili  bazarlara  təsir  yerli  istehlak  bazarında  dəyişikliklərin 
yaranmasına  gətirir.  Bunun  da  əsas  səbəbi  ondadır  ki,  beynəlxalq  əmtəə 
mübadiləsində  iştirak  etmək  məqsədi  ilə  istehsalçılar  öz  strategiyalarını 
dəyişdirməyə məcburdular. Eynən, strategiyaların və iş tərzinin dəyişməsi 
şirkətlərin daxili bazarda fəaliyyətinə təsirsiz ötüşmür. Faktiki olaraq yerli 
bazar  beynəlxalq  əmtəə  mübadiləsinin  istəklərinə  əsasən  formalaşmağa 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə