51
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
bütün varlığı ilə xalqına, vətəninə bağlı olan portreti idi. O, ilhamını,
gücünü, qüdrətini xalqından alır, fəaliyyətinin bütün məqamlarında
dövlətin milli maraqlarını ön plana çəkirdi. Heydər Əliyev dövlət
idarəçiliyinin vəzifə pillələrində özünün hədsiz zəhmətsevərliyi, tükənməz
enerjisi və nadir idarəçilik qabiliyyəti sayəsində irəliləyir, başladığı bütün
işlərdə böyük uğurlar qazanırdı [4, 5, 6].
Bu gün biz tam əsasla və həm də iftixarla deyə bilərik ki, bu dövləti
müstəqilliyimizin bərpasından bu günə qədər keçən müddət ərzində
qarşılaşdığımız böyük çətinliklərə baxmayaraq, məhz ümummilli liderimiz
Heydər Əliyevin zəkası, onun böyük təşkilatçılıq fəaliyyəti, yeritdiyi
müdrik siyasət sayəsində qura bildik. Odur ki, Azərbaycan xalqının,
müstəqilliyimizin, dövlətçiliyimizin mənafeyinə uyğun olan bu siyasət
Azərbaycan dövlətini qoruyub möhkəmləndirmək və daha da inkişaf
etdirmək üçün mütləq şəkildə davam etdirilməlidir. Əgər belə olmazsa
müstəqilliyimiz yenidən böyük çətinliklərə məruz qala bilər.
Keçən illərin ən mühüm nailiyyətlərindən biri də müstəqilliyimizə
olan inamın möhkəmləndirilməsi, Azərbaycan dövlətçiliyinin xilas
edilməsi oldu. Belə ki, biz bu dövləti boş pafosdan qurmamışıq. Hər
şeydən əvvəl bu dövlət dünya təcrübəsinə, beynəlxalq təcrübəyə
əsaslanaraq qurulmuşdur. Eyni zamanda biz onu ümummilli liderimiz
Heydər Əliyevin göstərdiyi yolla gedərək, milli-mənəvi dəyərlərimizə,
tarixi nailiyyətlərimizə söykənərək qurmuşuq. Ona görə də bu cəhət çox
böyük əhəmiyyətə malikdir [2, s.16].
Bizim dövlətçilik ənənələrimiz çox tarixi köklərə söykənir, idarəçilik
mədəniyyətimiz qədim və həm də zəngindir. Ona görə də bu dövləti
qurarkən və müstəqilliyimizi yenidən bərpa edərkən biz dövlətçilik
ənənələrimizə söykənmişik və bu sahədəki zəngin təcrübədən bəhrələnmiş
və uzun illər ərzində istifadə etmişik.
Doğrudur, biz bu keçid dövründə çox böyük mərhumiyyətlərə məruz
qalmışıq. Bu, şübhə döğurmur. Bizim dilimiz, dinimiz, milli-mənəvi
dəyərlərimiz sıxışdırılmış, nə qədər repressiyalar olmuş, xalqımızın başına
müsibətlər gətirilmişdir. Lakin bütün bunlarla yanaşı, həmin bu illərdə
böyük tərəqqi və yüksəliş də olmuşdur. Elmimiz, təhsilimiz,
mədəniyyətimiz inkişaf etmişdir. Bu tərəqqi məhz Heydər Əliyev 1969-cu
ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra çox sürətlə getmişdir
[25, s. 20].
Azərbaycaınn XX əsr tarixinin mürəkkəb və taleyüklü hadisələrlə
müşahidə edilən son qərinəsi Ümummilli lider, görkəmli dövlət xadimi
Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin dövlət idarəçiliyinin
52
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
nəzəriyyə və təcrübəsinə, dövlət quruculuğuna, idarəçilik sənətinə gətirdiyi
yeniliklər bütün dövrlər üçün əhəmiyyətlidir. Çünki Heydər Əliyevin
müstəqillik dövründəki fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki
fəaliyyəti arasında üzvü əlaqə vardır. Belə ki, əgər biz Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi birinci dövrə nəzər salsaq görərik ki,
Azərbaycanın siyasi tarixində yeni bir mərhələ olmuş bu dövrdə xalqımızın
həyatı və taleyi ilə bağlı olan çox məsələlərə yeni ideoloji konseptual
yanaşmaların əsası qoyulmuş oldu. Burada gələcəyə tuşlanmış bu strateji
xətdə başlıca olaraq birinci növbədə əsas vasitə kimi tənəzzülə uğramış
iqtisadiyyatın tezliklə dirçəldilməsi, Azərbaycanın təbii ehtiyatlarından
iqtisadi, təhsil, elm və mədəni potensialından xalqın bəhrələnməsi üçün
əlverişli şərait yaradılması ön plana çəkilirdi.
Bu müddət ərzində dövlət idarəçiliyi sistemində çox qabiliyyətli, milli
ruhlu kadrlarımız yetişdi. Bu gün müstəqil Azərbaycanı Respublikası 18 il
ərzində bu nailiyyətlərə, uğurlara gəlib çıxıbsa, müəyyən zaman kəsiyində
xalqımız bu qədər müsibətlərlə üzləşməyinə, iqtisadiyyatımıza dəyən
zərbələr baxmayaraq biz bütün bu nailiyyətləri əldə edə bildiksə, demək ki,
bunlar onun nəticəsidir ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi bütün o illər ərzində milli ruhlu ziyalılar, potensial kadrlar
yetişdirilmişdi [22, s.68].
1993-cü ildə Azərbaycana rəhbərliyi yenidən öz üzərinə alan böyük
siyasətçi Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsi, böyük
idarəçilik məharəti nəticəsində Azərbaycan onun üzləşdiyi fəlakətlərdən,
məhv olmaq təhlükəsindən, etnik parçalanmalardan xilas edildi, sabit
sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna qədəm qoydu və qısa bir
zamanda çox böyük nailiyyətlər qazandı. Heydər Əliyev siyasətini dövrün,
zamanın ruhuna uyğun yaradıcılıqla davam etdirən cənab Prezident İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan sürətlə inkişaf edərək bütün
sahələrdə yeni uğurlar qazanır.
Ümummilli lider Heydər Əliyev bizim üçün elmi prinsiplərə və zəngin
intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası
yaratmış, dövlət idarəçiliyi sahəsində dərin elmi-nəzəri və praktiki irs
qoymuşdur. Heydər Əliyev siyasətinin hüdudları təkcə Azərbaycanla
məhdudlaşmır. O, bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni
zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsasmı
qoyanlardan biri idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün
də dünyanın bütün siyasi sferalarında ifadə olunur, hörmətlə qarşılanır və
yüksək qiymətləndirilir [2, s.110].
Dostları ilə paylaş: |