Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə20/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

53 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
Heydər  Əliyevin  həyata  keçirdiyi xarici  siyasətin  əsasını ilk növbədə 
milli  müstəqilliyin  möhkəmləndirilməsi,  beynəlxalq  hüquq  normalarına, 
dövlətlərin 
hüquqlarına, 
dövlət 
sərhədlərin 
bütövlüyünə 
və 
toxunulmazlığma hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh 
və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi 
və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər 
cür  məhdudiyyətlərin  aradan  qaldırılması  prinsipləri  təşkil  etdiyi  bütün 
dünya qarşısında bəyan edildi [13, s.71]. 
Müstəqillik  illərində  Heydər  Əliyevin  hazırladığı  daxili  siyasətin 
əsasını  isə  ölkənin  hər  bir  vətəndaşına  azad,  sərbəst  yaşamaq  hüquqlarmı 
təmin etmək və öz rifahını  yaxşılaşdırmaq imkanları  yaratmaq təşkil etdi. 
Bu  siyasətin  əsas  mahiyyətində  iqtisadi  islahatlar,  bazar  iqtisadiyyatının 
bərqərar  olması,  iqtisadi  inkişafın  təmin  edilməsi,  Azərbaycanın  dünya 
iqtisadiyyatına inteqrasiyası kimi prioritet sahələr də dururdu [6, s.143]. 
Heydər  Əliyevin  hazırladığı  dövlətçilik  konsepsiyası  ölkə 
vətəndaşlarının  qanun  qarşısında  bərabərliyini,  ölkənin  maddi  və  mənəvi 
dəyərlərindən  bəhrələnmək  və  qabiliyyətinə  görə  bütün  sahələrdə  təmsil 
olunmaqda  onlara  bərabər  imkanların  yaradılmasını  nəzərdə  tuturdu  [4, 
s.12]. 
Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti və 
yüksək  vətənpərvərliyi  sayəsində  Azərbaycan  keçmiş  ittifaqın  geridə 
qalmış  əyalətindən  bütün  sahələrdə  sürətlə  inkişaf  edən,  yüksələn 
respublikaya çevrildi. Ümummilli lider öz tarixi missiyasını həm də artıq o 
dövrdə  xalqın  daxilində  oyanmaqda  olan  milli  ruhun  yüksəlişini  təmin 
etməkdə  görürdü.  Heydər  Əliyevin  sovet  siyasi  arenasında  rəhbərliyə 
gəlməsi  ilə  sanki  Azərbaycanda  milli  özünüdərk  hissi  gücləndi  və  bütün 
ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə 
yol açılmış oldu [20, s. 39]. 
Bu  dövrlə  bağlı  akademik  R.Mehdiyev  qeyd  edir:  "Heydər  Əliyev 
yaxşı  başa  düşürdü  ki,  mahiyyətcə  gələcəyə  yönəlmiş  inkişaf 
strategiyasında əsas vasitə iqtisadiyyatın tezliklə dirçəlməsi, Azərbaycanın 
təbii  ehtiyatlardan,  iqtisadi,  təhsil,  elm  və  mədəniyyət  potensialından 
xalqın bəhrələnməsi üçün ən əlverişli şərait yaradılmasından ibarətdir" [21, 
s.86]. 
Heydər  Əliyevin  yeritdiyi  siyasətin  dərinliyi  və  uzaq  hədəflərə 
hesablanmasının səbəbi  onun dərin elmi prinsiplər üzərində qurulmasında 
və  zəngin  intellektual  potensiala  söykənməsində  idi.  O,  öz  fəaliyyəti  və 
siyasi  təcrübəsində  hər  zaman  elmi  fikrin  ən  yeni,  mütərəqqi 
nailiyyətlərindən faydalanırdı. Ümummilli lider hələ o zaman Azərbaycan 


54 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
üçün nicat yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gorür, 
məhz buna görə  də respublikada elmin-təhsilin  inkişafı  üçün bütün zəruri 
tədbirləri həyata keçirirdi (19, s.46). 
Heydər Əliyevin o dövrdəki fəaliyyətinin mühüm strateji uğurlarından 
biri  xalqın  gələcəyini  nəzərdə  tutan  güclü  kadr  potensialının,  o  cümlədən 
nadir  ixtisaslar  üzrə  mütəxəssislər  bazasının  yaradılması  idi.  Ulu  öndər 
yaxşı  hesab  edirdi  ki,  cəmiyyətin  tərəqqisinə,  elmin,  mədəniyyətin 
inkişafına  təsir  göstərən  ən  qüdrətli  vasitələrdən  biri  də  təhsildir. 
Bəşəriyyətin  çoxəsrlik  təcrübəsi  göstərir  ki,  elmə,  təhsilə  qiymət  verməyi 
bacaran  xalqlar  və  dövlət  başçıları  öz  ölkələrinin  sürətli  inkişafını  təmin 
etmiş olurlar [13, s.116]. 
Bu dövrdə Heydər Əliyevin çoxcəhətli fəaliyyətinin bir istiqamətini də 
Azərbaycanın  şöhrətinin  artırılması,  onun  dünyada  tanıdılması,  elm  və 
mədəniyyətimizin,  tarixi  adət-ənənələrimizin,  tanınmış  şəxsiyyətlərimizin 
təbliği təşkil edirdi. Bu çox mühüm işlərin əhəmiyyəti onda idi ki, bunlar 
xalqımızda  milli  qürur,  fnilli  mənlik  şüuru  oyadır,  azadlıq,  müstəqillik 
duyğularının baş qaldırmasına şərait yaradırdı. 
Öz xalqını və dilini dərindən sevən Heydər Əliyev rəhbərliyə  gəldiyi 
ilk  günlərdən  başlayaraq  respublika  iqtisadiyyatı  və  mədəniyyətinin 
yüksəlişi,  xalqın  güzəranının  yaxşılaşmasına  çalışdığı  kimi  ana  dilimizin 
fəaliyyət  dairəsinin  genişlənməsi  və  inkişafma  da  daima  xüsusi  diqqət  və 
qayğı  göstərmişdi.  Məhz  Heydər  Əliyevin  iradəsi  və  qətiyyəti  sayəsində 
1978-ci ildə Azərbaycan dili dövlət dili kimi Konstitusiyada təsbit olundu 
[12, s.56]. 
Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrünün ikinci mərhələsi nə 
qədər  təlatümlü,  ziddiyyətli,  ictimai-siyasi  gərginliklərlə  səciyyələnən  bir 
dövrə  təsadüf  etsə  də,  ona  məxsus  olan  siyasi  müdriklik  xüsusiyyətləri, 
illərlə  toplanmış  böyük  dövlətçilik  təcrübəsi,  iradə  yenilməzliyi  və  ən 
başlıcası  doğma  vətəninin  düçar  olduğu  bəlalardan  xilas  etmək  istəyi 
ölkəmizi sürətlə fəlakətə sürükləyən təhlükəli proseslərin qarşısını almağa, 
xalqın  müstəqilliyə,  azadlığa,  firavan  gələcəyə  inamını  qaytamıağa  qadir 
olan amil kimi özünü təsdiqlədi. Bu illərin ən mühüm nəticəsi, hər şeydən 
əvvəl  müstəqilliyimizin  dönməz,  əbədi  xarakter  alması,  erməni 
təcavüzünün  qarşısının  alınması  və  ölkəmizin  ərazi  bütövlüyünü  təmin 
etmək  uğrunda  apardığımız  mübarizənin  real  bəhrələr  astanasına  gəlib 
çatmasına nail olması idi. Digər mühüm nəticə isə ondan ibarət idi ki, qeyd 
olunan  mərhələdə  yaradılmış  sabit  siyasi  durum,  mənəvi-psixoloji  iqlim 
şəraitində 
Azərbaycanın 
gələcək 
milli 
inkişaf 
strategiyası 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə