Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə18/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   14   15   16   17   18   19   20   21   ...   84

47 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
faydalı  olmasını  dərk  edə  bilər  və  bu  o  zaman  baş  verir  ki,  norma  sosial 
cəhətdən effektlidir. İkincisi, hüquq norması dövlətin mənafeyini əks etdirə 
bilər.  Belə  halda  onun  təsiri  sayəsində  davranışın  itaətkar  tipi  formalaşır: 
vətəndaşların  davranışı  hüquq  normalarına  ona  görə  uyğun  gəlir  ki,  bunu 
dövlət tələb edir. 
Cəmiyyətdə  hüquq  sisteminin  fəaliyyətində  hüququn  tətbiqi  şəraiti, 
başqa 
sözlə, 
konkret 
hüquq 
normalarının 
tətbiq 
olunması 
xüsusiyyətlərindən  asılı  olan  şərait  mühüm  rol  oynayır.  Hüquq 
sosiologiyasında  onlar  hüququn  tətbiqi  aspekti  adlandırılır.  Hüququn 
tətbiqi aspekti üç qrupa ayrılır. 
1.  Hüququn  tətbiqinin  sosial  aspekti  cəmiyyətin  sosial  strukturunun 
xüsusiyyətləri  və  sosial  tərkibi  ilə,  eləcə  də  onun  bəzi  xarakteristikası  ilə 
əlaqələndirilir.  Hüququn  tətbiqinin  az  əhəmiyyət  kəsb  etməyən  aspekti, 
eləcə də ayrıca insanların və bütövlükdə cəmiyyətin dövlətə münasibətidir. 
Əgər bu münasibət neqativdirsə, əhalinin davranışında etiraz nəzərə çarpır, 
bu isə hüququn effektivliyini azaldır. 
2.  Qanunun  aydın  və  dəqiq  ifadəsi  hüququn  tətbiqi  aspekti  ilə 
bilavasitə münasibəti əks etdirir. Hüquq normalarının tərkibini təşkil edən 
anlayışların  eyni  məna  kəsb  etməməsi,  hüququn  müxtəlif  normaları 
arasında  ziddiyyətlərin  olmaması,  qanunda  hüquq  normalarının  həyata 
keçirilməsi qaydasının qeyd edilməsi və s. digər bu kimi cəhətlər hüququn 
tətbiqi aspektinin mühüm hissəsini təşkil edir. 
3.  Hüququn  tətbiqinin  psixoloji  aspektinə  hüquq  norması  ilə 
formalaşan motivləri, eləcə də müsbət və mənfi stimulların mövcudluğunu 
aid  etmək  olar.  Hüquq  norması  nəinki  imtinaedici,  həmçinin  təhrikedici 
funksiyanı yerinə yetirə bilər. Birinci halda hüquq norması fərddə müəyyən 
hərəkətdən imtina etməyi formalaşdırır. Məsələn, qətlə görə bu və ya digər 
cinayətlə  bağlı  cinayət  cəzası  insanı  etdiyi  hərəkətdən  çəkinməyə  məcbur 
edir. İkinci halda əksinə, hüquq norması müəyyən hərəkətləri icra etməyə 
təhrik  edir  (nə  qədər  neqativ  hərəkətlərlə  nəticələnsə  də).  Məsələn,  vergi 
ödəməməyə  görə,  qanun  qarşısında  məsuliyyəti  buna  aid  etmək  olar. 
Stimullar  isə  hüququn  tətbiqi  aspekti  nöqteyi-nəzərdən  ikinci  dərəcəli  rol 
oynayır.  O,  motivləşməni  möhkəmləndirə  və  ya  zəiflədə  bilər.  Lakin 
müsbət münasibətin formalaşdırılması baxımdan çox əhəmiyyətlidir. 
Bir  sözlə,  qanunvericilik  sosiologiyası,  bütövlükdə  isə  hüquq 
sosiologiyası  digər  elmlərlə  yanaşı,  qanunvericinin  həlli  tələb  edilən 
problemli şəraitin mahiyyətini dərk etmək imkanlarını genişləndirir. 
 
 
 


48 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
ƏDƏBĠYYAT 
 
1.  Фролов С.С. Основы социологии. М., 1997. 
2.  Юридическая социология. М., 2000. 
3.  Емельянов  Т.А.,  Москалев  Т.В.  Юридическая  социология. 
Екатеринбург, 1995. 
4.  Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi. Bakı, 2012. 
5.  История  политических  и  правовых  учкний.  Под  ред. 
О.Э.Леуста. М., 1997. 
6.  Социологичесчкий энциклопедический словарь. М., 1998. 
7.  Əfəndiyev M. Sosiologiya. Bakı, 2013 
8.  Политология: Энциклопедический словарь. М., 1993 
 
 


49 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
ГАСАНАЛИЕВ ЗЕЙНАЛ МАДАТ оглы  
 
АФАНДИЕВ МЕДЖИТ АХМЕД оглы  
 
  
ПРАВО В СОЦИОЛОГИЧЕСКОМ КОНТЕКСТЕ  
 
АННОТАЦИЯ 
 
В  статье  рассматривается  право  как  конкретная  область 
социологии,  анализируются  сущность,  назначение  и  функции 
социологической  юриспруденции.  Также  уточняются  содержание  и 
значение основных современных концепций, которые пересмотрены в 
правильном  социологическом  контексте,  а  также  уточняется 
предмет  правовой  социологии,  концепции  предметной  и  правовой 
социализации. 
Ключевые  слова:  право,  социология,  социализация,  функция, 
правовые нормы, право 
 
 
 


50 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
ABDULLAYEVA MƏFTUNƏ RƏġĠD qızı 
dissertant, Bakı Dövlət Universiteti 
e-mail: ms.meftune@mail.ru 
 
UOT 32 (092) 
 
HEYDƏR ƏLĠYEVĠN DÖVLƏTÇĠLĠK ƏNƏNƏLƏRĠ 
 
XÜLASƏ 
 
Heydər  Əliyevin  bu  dövrdəki  nəzəri  və  praktiki  fəaliyyətinin  mühüm 
bir  hissəsini  onun  dövlətçilik  fəlsəfəsi,  milli-mənəvi  və  ideya-siyasi 
dünyagörüşü  təşkil  edir.  Heydər  Əliyevin  ideya  və  fikirləri,  həyata 
keçirdiyi  siyasət  Azərbaycan  şəraitində  inzibati-amirlik  sistemindən  yeni 
cəmiyyətə keçidin elmi-nəzəri əsaslarmı yaratmışdır. İmperiya və sosialist 
sistemindən  azad  olaraq  müstəqillik  yolu  tutmuş,  lakin  region  və  dünya 
güclərinin  üst-üstə  düşməyən,  kəsişən  maraqları  ilə  üz-üzə  qalmış, 
qloballaşan  dünyada  öz  yerini  axtaran,  maraqlarını  qorumağa  çalışan 
gənc Azərbaycan Respublikası üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl 
fəaliyyət  strategiyası  oldu.  Uzun  illər  öz  dövlətçiliyindən  və  milli-mənəvi 
köklərindən  ayrı  salınmış,  milli  və  dövlətçilik  maraqlan  tapdanmış 
Azərbaycan  xalqının  özünəqayıdış  və  özünütəsdiqində  Heydər  Əliyevin 
əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu oldu. 
Açar  sözlər:  ümummilli  lider,  dövlətçilik,  müstəqillik,  suverenlik, 
demokratikləşmə, milli mənəvi dəyərlər, siyasi proses 
 
Ötən illərin çox mühüm nəticəsi və ən böyük təcrübəsi Azərbaycanda 
dünyəvi,  demokratik,  hüquqi  dövlətin,  Azərbaycan  dövlətçiliyinin 
yaradılmasıdır.  Bu,  şübhəsiz  ki,  bizim  ən  böyük  və  başlıca  nailiyyətimiz 
hesab olunmalıdır. 
Bu  gün biz fəxrlə deyə  bilərik ki,  Azərbaycan xalqı dünyaya Heydər 
Əliyev kimi rəhbər və müdrik bir şəxsiyyət bəxş etmişdir. Bütün həyatını 
xalqının firavan gələcəyinə həsr etmiş Heydər Əliyevin dövlət xadimi kimi 
zəngin  fəaliyyəti  Azərbaycanın  tarixində  dərin  iz  buraxaraq  əsl  dövlət 
idarəçiliyk nəzəriyyəsinə çevrilmiş və bu nəzəriyyənin layiqli məktəbi kimi 
formalaşmışdır.  Çünki  onun  siyasi  fəaliyyəti  də,  lider  şəxsiyyəti  də 
Azərbaycan  tarixinin  ayrılmaz  bir  hissəsini  təşkil  edir.  Hər  bir 
azərbaycanlının  taleyində  Heydər  Əliyev  dühasının  bir  işarəsi  vardır. 
Heydər  Əliyev  dühasının  gücü  onun  elmi  əsaslarasöykənən  nəzəriyyəsi, 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə