Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə21/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   17   18   19   20   21   22   23   24   ...   84

55 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
müəyyənləşdirilmiş,  bu  sahədə  həyati  əhəmiyyət  kəsb  edən  bir  çox 
diqqətəlayiq tədbirlər həyata keçirilmişdir [6, s.52]. 
Heydər Əliyevin  bu dövrdəki  nəzəri və praktiki  fəaliyyətinin  mühüm 
bir  hissəsini  onun  dövlətçilik  fəlsəfəsi,  milli-mənəvi  və  ideya-siyasi 
dünyagörüşü  təşkil  edir.  Heydər  Əliyevin  ideya  və  fikirləri,  həyata 
keçirdiyi  siyasət  Azərbaycan  şəraitində  inzibati-amirlik  sistemindən  yeni 
cəmiyyətə keçidin elmi-nəzəri əsaslarmı yaratmışdır. İmperiya və sosialist 
sistemindən  azad  olaraq  müstəqillik  yolu  tutmuş,  lakin  region  və  dünya 
güclərinin  üst-üstə  düşməyən,  kəsişən  maraqları  ilə  üz-üzə  qalmış, 
qloballaşan dünyada öz yerini axtaran, maraqlarını qorumağa çalışan gənc 
Azərbaycan  Respublikası  üçün  Heydər  Əliyevin  dövlətçilik  təlimi  əsl 
fəaliyyət strategiyası oldu. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi 
köklərindən  ayrı  salınmış,  milli  və  dövlətçilik  maraqlan  tapdanmış 
Azərbaycan  xalqının  özünəqayıdış  və  özünütəsdiqində  Heydər  Əliyevin 
əməli  fəaliyyəti  və  ideya-siyasi  baxışlarının  çox  böyük  rolu  oldu  [31, 
s.147]. 
Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin 
ideya əsasını, milli ideologiyanın əsasını məhz Heydər Əliyev yaratmışdır. 
O, müstəqil milli dövlət quruculuğunun ideoloji əsaslarının yaradılmasının 
zəruriliyi  ilə  bağlı  deyirdi:  "Bizim  milli  ideologiyamızın  konsepsiyası 
olmalıdır.  Şübhəsiz  ki,  bu  konsepsiya  tarixi  keçmişimizin,  milli,  mədəni, 
dini  ənənələrimiz  üzərində  qurulmalıdır.  Biz  XX  əsrdə  cürbəcür 
mərhələlərdən  keçdik,  ayrı-ayrı  ideologiyalarm  təsiri  altında  qaldıq.  İndi 
xalqımız  hər  cəhətdən  azaddır.  Ona  görə  də  lazımdır  ki,  ümumiyyətlə, 
düşünən beyinlərimiz, alimlərimiz və o cümlədən, təhsil sahəsində çalışan 
müəllim  ordusu  milli  ideologiyamızın  formalaşması  üçün  öz  fəaliyyətini 
göstərsin. Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda 
əməli surətdə həyata keçirmək lazımdır" [3, s.10]. 
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini 
müstəqillik,  azərbaycançılıq,  dövlətçilik,  ədalətlilik,  demokratiya,  milli 
tərəqqi,  dünyəvilik  kimi  ümumbəşəri  dəyərlər  təşkil  edən  yeni  bir 
ideologiyanın  əsası  qoyulmuşdur.  Heydər  Əliyev  nəinki  müstəqil 
Azərbaycan  müstəqil  dövlətinin  yaradılması  konsepsiyasını  işləyib 
hazırlayıb  həyata  keçirdi,  eyni  zamanda  Azərbaycan  vətəndaşlarını 
birləşdirən,  xalqımızı  beynəlxalq  aləmdə  vahid  amal,  əqidə,  məqsəd  və 
məram ətrafmda səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyasını 
da  yaratdı.  Heydər  Əliyev  azərbaycançılıq  ideyasına  tamamilə  yeni  bir 
məzmun  verərək  onu  bütöv  bir  xalqın  -  bütün  dünyada  yaşayan 
azərbaycanlıların,  Azərbaycanla  bağlılığı  olan  bütün  soydaşlarımızın  və 


56 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
həmvətənlərimizin  milli  birlik  platformasına  və  milli  ideologiyasma 
çevirdi [9, s.72]. 
Heydər  Əliyev  üçün  azərbaycançılıq  ideologiyasının  mahiyyətini 
təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin qorunub saxlanması 
və  inkişaf  etdirilməsi  idi.  O,  qeyd  edirdi  ki,  bizim  milli  ideologiyamızın 
kon

sepsiyası  tarixi  keçmişimizi,  milli,  mədəni,  dini  ənənələrimizi  əks 
etdirməli,  bu  dəyərlərin  qorunub  saxlamlması  və  inkişaf  etdirilməsinə 
xidmət  et-məlidir.  «Milli  mənsubiyyət  hər  bir  insan  üçün  onun  qürur 
mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən 
azərbaycanlı-yam».  Bu  ifadələr  Heydər  Əliyevin  milli-mənəvi  aləmini 
göstərən və öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi 
[4, s.14]. 
Azərbaycanda  dövlət  idarəetmə  sisteminin  islahatlarmın  kompleks 
təminat mexanizmi yaradılmalı, başlıca inzibati dəyişiklikləri, xüsusi halda 
icra  hakimiyyəti  orqanları  sisteminin,  dövlət  qulluğunun,  inzibati-ərazi 
quruluşunun, 
dövlət 
idarəetməsinin 
ayrı-ayrı 
sferalarınm 
transformasiyasını özündə əks etdirməli idi [11, s.97]. 
Bütün  bunları  nəzərə  alaraq  Heydər  Əliyev  1998-ci  il  dekabr  ayının 
29-da «Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar 
aparılması  üzrə  dövlət  komissiyasmın  yaradılması  haqqında»  fərman 
imzaladı ki, bu da səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması 
istiqamətində  aparılan  islahatlarm  başlanğıcım  qoydu.  Heydər  Əliyevin 
rəhbərliyi  altmda  komissiya  dövlət  idarəetmə  sisteminin  islahatlarımn 
Konsepsiya  layihəsini  işləyib  hazırladı.  Bu  konsepsiyada  Azərbaycanın 
dövlət idarəetmə sisteminin müasir vəziyyəti təhlil olunaraq mövcud çatış-
mamazhqlar  aşkara  çıxarılmış  və  dörd  istiqamət  üzrə  islahatlarm 
aparılmasının zəruriliyi əsaslandırılmışdı (dövlət xərclərinin idarə olunması 
sisteminin  yenidən  qurulması;  audit  sisteminin  islahatı;"döylət  idarəetmə 
sisteminin (inzibati dövlət qulluğu) islahatı; hüquq və məhkəmə sisteminin 
is-lahatı).  Konsepsiyada  icra  hakimiyyəti  sisteminin  təkmilləşdirilməsinin 
strateji istiqaməti və bu məqsədlə yerinə yetirilməli olan işlərin məzmunu, 
islahatlarm  hüquqi  təminatı,  Nazirlər  Kabinetinin  rolu  və  funksiyasmm 
təkmilləşdirilməsi,  dövlət  müəssisələrinin  və  dövlət  mülkiyyətinin  idarə 
olunması, peşəkar dövlət qulluğunun formalaşdırılması məsələləri öz əksi-
ni tapmışdı [30, s.135]. 
Aydındır  ki,  həyata  keçirilən  islahatlar  dövlət  idarəetməsinin 
səmərəliliyinin yüksəldilməsini, dayanıqh iqtisadi artım üçün şəraiti, sosial 
vəziyyətin  yaxşılaşdınlması  və  yoxsulluğun  azaldılmasını,  demokratik 
institut-ların hərtərəfli inkişafmrtəmin etməli idi. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə