Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

- özəlləşdirmədən  sonrakı  dövr müəssisələrin  böyük əksəriyyəti  üçün  reabilitasiya dövrü 3 ildən  
az olmayan müddəti   əhatə edir;
- hər üç  özəlləşdirilmiş  müəssisədən birində dövlətin  payının 30  faizə qədər olmasının nəticələrin 
səmərəliliyinə  ciddi  təsiri müşahidə olunmamışdır;
- energetika, neft-qaz emalı kompleksində , yeyinti sənayesinin bəzi sahələrində qiymətlərin dövlət 
tərəfindən tənzimlənməsi  siyasətinin davam etdirilməsi vəziyyəti  bir az da pisləşdirmişdir;
- işçilərin orta və iri müəssisələrin əksəriyyətinin  mülkiyyət strukturunda əhəmiyyətli dərəcədə
paya  sahib olması  (Ukrayna İslahatlar İnstitutunun  1999-cu ildə 200 müəssisədə apardığı  
tədqiqatların  nəticələrinə görə,  işçilərin və menecerlərin  mülkiyyətdə payı 55,2 faiz təşkil 
etmişdir) onların fəaliyyətində üstün  göstəricilərin əldə olunmasında ciddi  rol oynaya bilməmişdir. 
*
Hazırda Ukraynada özəlləşdirmə davam etdirilir. Yerli mütəxəssislərin fikrincə, əgər Ukrayna 
iqtisadiyyatının real investisiyalara və effektli menecerlərə tələbatı ödənilərsə, onda 2000-2002-ci 
illər ərzində yerli müəssisələrin fəaliyyətinin səmərəliliyini yüksəltmək, ölkədə əlverişli biznes 
mühiti  formalaşdırmaq, özəlləşdirmədən  dövlət  büdcəsinə vəsait daxil olmasının artımını təmin 
etmək mümkün olacaqdır.
Ukraynanın  mövcud özəlləşdirmə proqramı bu  istiqamətlər üzrə   qarşısına  aşağıdakı məqsədləri 
qoymuşdur:
- müəsssisələrin fərdi xüsusiyyətləri nəzərə alınmaqla, ödənişin həyata keçirilməsi zamanı isə pul 
vəsaitlərinə üstünlük verilməsi şərtilə  özəlləşdirilməsi;
- özəlləşdirmə prosesində informasiya azadlığının təmini;
- qiymətli kağızlar bazarının infrastruktur  institutlarından maksimum istifadə etməsi;
- özəlləşdirilən  müəssisələrə  strateji  investisiyaların cəlb edilməsi;
- müəssisələrin  rekonstruktsiyasının  təşkili;
-  özəlləşdirilən   obyektlərin  uzunmüddətli  inkişafında və effektiv idarəedilməsində marağı olan 
özəl mülkiyyətçilər sinfinin  meydana çıxması üçün şəraitin   yaradılması;
-  fond bazarının sonrakı inkişafı üçün şəraitin  formalaşdırılması;
- Ukrayna müəssisələrinə xarici investorların marağının artırılması;
- Ukrayna iqtisadiyyatının strukturunun yenidən təşkili və ardıcıl inkişafı  üçün xarici 
investisiyaların cəlb edilməsi.
Göründüyü kimi, kifayət qədər strateji  və prioritet məqsədlər güdən Ukrayna özəlləşdirilməsinin  
yaxın gələcəkdə də həll edəsi çoxlu problemləri  vardır.


MDB dövlətlərinin   özəlləşdirmə tərcübəsi bölməsi üzrə  bir sıra  məqamlarına görə diqqəti cəlb 
edən  ölkələrdən biri də Qazaxıstandır. Qazaxıstanda da özəlləşdirməyə  start verilmə ərəfəsində  
yüksək inflyasiya, dərin iqtisadi tənəzzül, əhalinin  real gəlirlərinin kəskin azalması kimi  sosial -
iqtisadi çətinliklər  müşahidə olunmuşdur. Belə ki, həmin dövrü xarakterizə edən 1991-ci ildə ölkə   
üzrə milli gəlir 10%, 1992-ci ildə  isə  əvvəlki dövrlə müqayisədə  14% azalmışdır. Vəziyyətdən 
çıxış yolu  kimi ölkədə investisiya qoyuluşları üçün əlverişli mühitin formalaşdırılması 
istiqamətində başlıca tədbir kimi  özəlləşdirilməyə  başlanması məqsədəuyğun hesab edilmiş  və  
1993-1995-ci illəri əhatə edən I dövrdə "Dövlət mülkiyyətinin özəlləşdirilməsinin   dövlət 
proqramı" qəbul edilmişdir. Qazaxıstan Respublikasında  dövlətsizləşdirmənin  milli proqramına 
uyğun olaraq onun  başlıca məqsədi mərkəzləşdirilmiş plan  iqtisadiyyatından bazar  iqtisadiyyatına  
keçidi sürətləndirmək üçün  dövlətə məxsus olan material və qeyri-material aktivlərinin, istehsalat 
obyektlərinin bir hissəsini  əvəzsiz formada respublika əhalisinə qaytarmağa, digər hissəsini isə
əvəzi ödənilməklə satmağa yönəldilmişdir. Mülkiyyətin dövlətsizləşdirilməsinin ikinci formasında 
effektiv sahibkarlar təbəqəsinin üzə çıxarılmasının önə çəkilməsi də xüsusilə qeyd olunmuşdur. 
Qazaxıstanda özəlləşdirmə üsulları digər keçmiş  SSRİ dövlətlərində olduğu kimi müəssisələrin 
həcm ölçüləri  ilə əlaqələndirilmişdir.  Belə ki,  işçilərinin sayı 200 nəfərdək olan  müəssisələrin 
kiçik özəlləşdirmə mərhələsində hərrac və müsabiqələr vasitəsilə özəlləşdirilməsinə, 200-dən 500 
nəfərədək olanların isə kütləvi özəlləşdirmə çərçivəsində  səhmdar cəmiyyətə çevirməklə
dövlətsizləşdirməsinə üstünlük verilmişdir.  İşçisi 500 nəfərdən  çox olan müəssisələrin  
özəlləşdirilməsinə isə fərdi layihələr üzrə yanaşılmışdır.
Qazaxıstanda   səhmləşdirmə üsulu ilə özəlləşdirmə   zamanı  səhmlərin aşağıdakı sxem üzrə
bölüşdürülməsi nəzərdə tutulurdu:
10%-ə qədər əmək kollektivinə güzəşt hüququ ilə verilir;
51%- investisiya fondlarına yönəldilir.
39%-dən az olmayan hissə isə dövlətin nəzarətində saxlanılırdı.
Mövcud qanunvericiliyə uyğun olaraq  ölkə əhalisinin  18 yaşdan yuxarı təbəqəsinə  adlı 
özəlləşdirmə  investisiya   kuponları verilmişdir. Alqı-satqı  obyektinə daxil edilməsi qadağan 
olunan özəlləşdirmə investisiya kuponlarının paylanması zamanı kənd  əhalisinə 1,2 qədər  
yüksəldici  əmsal tətbiq edilmişdir. Kuponlar özündə investisiya ballarını  əks etdirməklə sərbəst 
surətdə dəyişdirilə və özəlləşdirmə investisiya fondlarında (ÖİF) yerləşdirilə  bilərdi. ÖİF isə öz 
növbəsində  topladığı investisiya özəlləşdirmə kuponlarına müvafiq surətdə kütləvi özəlləşdirmə  
çərçivəsində  özəlləşdirilən  obyektlərin  səhmlərini əldə edirdi.  Bu fondların fəaliyyəti ilə bağlı 
risk dərəcəsini aşağı salmaq məqsədilə, mövcud  qanunvericilikdə aşağıdakı məhdudiyyətlər 
nəzərdə tutulmuşdur:
-bir emitentin eyni müəssisənin 20 faizindən çox səhmlərini alması qadağan olunur;
-bir emitentin özünün  xalis aktivlərinin 5 faizindən çoxunun səhm alınmasına  yönəldilməsinə  
icazə verilmir;
-dövlətin  qiymətli kağızları  istisna olunmaqla investisiya fondlarının səhmlərini əldə etməklə  
bağlı və istənilən borc öhdəlikləri ilə  əlaqədar girov əməliyyatlarının aparılmasına təminat 
verilməsi qadağan edilirdi. *


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə