Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   40   41   42   43   44   45   46   47   ...   62

sahibkarlığın və özəlləşdirmənin, dövlətsizləşdirmənin ümumi əsasları haqqında", "Qırğızıstanda 
dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında", "İcarə və icarə münasibətləri haqqında", 
"Müflisləşmə haqqında" Qanunlarını fərqləndirmək olar. Qırğızıstanda 1991-ci ildən start götürmüş 
və bu yaxınlarda  başa çatmaqda olan özəlləşdirmə prosesi özünün  səciyyəvi xüsusiyyətlərinə görə
bir neçə mərhələyə bölünür.
Birinci mərhələdə (1991-1993-cü illərdə) özəlləşdirmənin hüquqi və normativ bazası yaradılmış, 
təşkilati infrastruktur formalaşdırılmış və ticarət, ictimai iaşə, xidmət sferası müəssisələrinin 
özəlləşdirilməsinə başlanılmışdır. Bu mərhələnin başlıca məqsədləri  iqtisadiyyatın müxtəlif 
bölmələrində geniş miqyaslı özəlləşdirmə və dövlətsizləşdirmə prosesini həyata keçirmək
cəmiyyətdə bazar münasibətlərini formalaşdırıb,  inkişaf etdirmək, əhalinin ictimai 
psixologiyasında dəyişikliklər aparmaqdan ibarət idi. Bu mərhələdə iqtisadiyyatda dövlət 
bölməsinin xüsusi çəkisini 1993-cü ilin  sonunadək 35 faizə  çatdırmaq nəzərdə  tutulurdu. Bu 
istiqamətdə əsas güc kiçik müəssisələrin özəlləşdirməsinə yönəldiyindən, həmin müddət ərzində   
ticarətdə və ictimai iaşədə, eləcə də  xidmət sferasında müəssisələrin yarısından çoxu 
özəlləşdirilmişdir. Hazırda  Qırğızıstanda ticarət və ictimai iaşə sferasında qeyri-dövlət bölməsinin 
xüsusi  çəkisi 97,2% təşkil edir,  məişət xidməti  sferası isə bütövlükdə özəl bölməyə  məxsusdur. *
Bu mərhələdə paralel surətdə sənayenin, kənd təsərrüfatının, tikintinin və digər  sahələrin də kiçik  
və orta müəssisələrinin özəlləşdirilməsinə başlanılmışdır. Mövcud qanunvericiliklə dövlət 
mülkiyyətinin əmək kollektivi tərəfindən alınması zamanı əhəmiyyətli güzəştlər sistemi tətbiq 
olunmaqla yanaşı, onların  özəlləşdirmə prosesində aktiv iştirakı üçün bank krediti formasında 
əlavə maliyyələşdirmə mənbəyi də açılmışdır. Qırğızıstanda dövlətsizləşdirmə prosesində əhalinin 
geniş təbəqəsinin fəal iştirakını  təmin etmək üçün 1992-ci ildə  16 yaşdan yuxarı vətəndaşlara  
dövlət əmlakının  bir hissəsinə   sahiblik hüququnu  təmin edən  "xüsusi ödəniş  vasitələri" (XÖV) 
paylanmışdır.
Birinci mərhələnin yekunu üzrə əldə olunmuş nəticə, qarşıya qoyulmuş plan göstəricisindən 2,85  
faiz aşağı olmuş və beləliklə də iki il ərzində dövlətə məxsus əsas fondların 33,15 faizi 
özəlləşdirilmişdir.
1994-1995- ci illəri əhatə edən ikinci mərhələdə özəlləşdirmə  prosesində keyfiyyət dəyişikliklərinə  
nail olmaq məqsədilə, bir  sıra hüquqi və normativ sənədlər, birinci mərhələnin dərsləri və çıxarılan 
nəticələr əsasında təkmilləşdirilmişdir.  Bu mərhələdə başlıca  diqqət  sənaye,  nəqliyyat və   
tikintinin orta  və iri müəssisələrinin yenidən qurularaq açıq tipli səhmdar cəmiyyətləri şəklində
formalaşdırılmasına yönəldilmişdir. Bununla yanaşı özəlləşdirmənin konkret şəraitdən və texnoloji  
xüsusiyyətlərdən   asılı  olaraq digər forma və metodlarından da istifadə edilməsi nəzərdə
tutulmuşdu. Belə ki, bu mərhələdə dövlətin sərəncamında  qalan  səhm  paketlərinin müsabiqə
əsasında  satışı tətbiq olunmağa  başlamış  və bu  proses zamanı konkret biznes  planlarla,  texniki  
iqtisadi layihələrlə  çıxış edən  investorlara üstünlük  verilmişdir.
Müəssisələrin səhmlərinin bölgüsü zamanı əmək kollektivinə  nəzərdə tutulmuş güzəştlər  
azaldılmış, mövcud güzəşt hüququ  ilə ödənişlərin müddəti qısaldılmışdır. Güzəştli rejimin tətbiqi  
yalnız respublikanın geridə qalmış, qeyri-əlverişli biznes mühitinə malik rayonlarına şamil 
edilmişdir. Müəsssisələrin   səhmləşdirilməsi aşağıdakı sxem üzrə aparılmağa başlanılmışdır.
5 faiz - əmək kollektivinə əvəzsiz olaraq verilir;
25 faiz-vauçer hərraclarında reallaşdırılır;


70 faiz -layihələr investisiya  müsabiqəsi və ya  hərraclar  vasitəsilə satılır.
Bu mərhələdə özəlləşdirmə sənədi olaraq əhaliyə paylanmış xüsusi ödəniş vasitələrinin (XÖV) 
istifadəsi ilə əlaqədar yaranmış çətinlikləri nəzərə alaraq, onların vauçerlərlə əvəz olunması barədə
qərar qəbul edilmişdir. Belə ki, xüsusi ödəniş vasitələrinin qiymətli kağız kimi  tanınmaması 
nəticəsində, onun yalnız 5 faizindən mənzillərin özəlləşdirilməsində və müəssisələrin  səhmlərinin 
əmək kollektivi üzvləri  tərəfindən  alınmasında  istifadə edilmişdir. Bu mexanizmdəki   süstlük və
praktiki tətbiq imkanlarının zəif olması, son nəticədə onun vauçerlərlə sərbəst şəkildə
əvəzlənməsini şərtləndirmişdir.
Milli Statistika Komitəsinin verdiyi məlumata görə 1994-cü ildən başlayan və 1997-ci ilin 
iyununda  başa çatan kütləvi özəlləşdirmə mərhələsində  vauçer  hərracları vasitəsilə  1056 səhmdar 
cəmiyyətin 902,7 mln. som dəyərində səhmləri müvəffəqiyyətlə reallaşdırılmış, bu proses  3,5 
milyondan çox respublika vətəndaşını əhatə etmişdir.
Qırğızıstan Respublikasında dövlət mülkiyyətinin  özəlləşdirilməsi və dövlətsizləşdirilməsi 
Proqramının qəbulu ilə 1996-1997-ci illərdə üçüncü mərhələ üzrə özündə səmərəlilik məqsədlərini 
birləşdirən yeni tədbirlərə start verilmişdir. Bu  mərhələdə hökumət respublika iqtisadiyyatı üçün 
strateji əhəmiyyət kəsb edən baza müəssisələrinin, o cümlədən maliyyə və sığorta şirkətlərinin 
dövlətsizləşdirilməsi tədbirlərinə başlamışdır. Bu mərhələnin başlıca xüsusiyyəti özəlləşdirmənin 
taktika və  strategiyasında edilən dəyişikliklərlə əlaqədar olaraq onun tempinin aşağı düşməsi ilə
xarakterizə olunur. Bunu şərtləndirən konkret cəhətlər müəssisələrin sağlamlaşdırılması, 
restrukturizasiyası tədbirlərinin genişləndirilməsi,  onların fərdi layihələr əsasında 
özəlləşdirilməsinə üstünlük verilməsi ilə əlaqədar idi. Bu mərhələ həm də vauçer 
özəlləşdirilməsinin başa çatması ilə xarakterizə olunur.
Qırğızıstan hökumətinin "Dövlət mülkiyyətinin vauçer özəlləşdirilməsinin yekunları haqqında" 
qərarına görə, 10  yanvar  1992-ci ildən etibarən tətbiq olunmuş xüsusi ödəniş vasitələrinin 1993-cü 
ilin dekabrından başlayaraq vauçerlərlə əvəz edilməsi prosesində 2 mln. 621  min  200 nəfər iştirak  
etmişdir. 1994-cü ilin   aprelindən  1997-ci ilin  iyununa qədər Dövlət Əmlak Fondu 237 
ixtisaslaşdırılmış   vauçer hərracı keçirmiş və bu hərraclarda  1056 müəssisənin səhmlərini  satışa  
çıxarmışdır. * sentyabr 1997-ci ilə olan məlumata görə respublikada 18 ixtisaslaşdırılmış 
investisiya fondu fəaliyyət  göstərmiş  və onlarda əhaliyə verilmiş vauçerlərin 18,6 faizi 
təmərküzləşmişdir. Qərarda  qeyd olunur ki,  bütün bunların nəticəsi olaraq əhalinin 94,5 faizi 
özəlləşdirmə vauçerlərindən istifadə etmiş və 2 mln. vətəndaş mülkiyyətçiyə  çevrilmişdir.
Statistik məlumatlara görə, 1997-ci ilin  yekunları üzrə özəlləşdirmənin və dövlətsizləşdirmənin  
səviyyəsi  sənayedə - 88,2%, tikintidə - 57,4%, nəqliyyatda 51,9% təşkil etmişdir.
Nəhayət, dördüncü mərhələ 1998-2000-ci illəri  əhatə etməklə, başlıca olaraq aşağıdakı 
məqsədlərin həyata  keçirilməsi ilə xarakterizə olunur:
- əvvəlki mərhələlərdə başlanılmış iri obyektlərin özəlləş-dirilməsinin başa çatdırılması;
- iqtisadiyyatın strateji sahələrində özəlləşdirmənin davam etdirilməsi;


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə