Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

Ölkədə özəlləşdirmənin hüquqi bazasının formalaşması  ciddi müzakirələr meydana çıxarmış, 
müxtəlif elmi və siyasi  qüvvələrin müdafiə etdiyi alternativ proqramlar paketi  işlənilmişdir. Təbii 
ki,  dövlət sahibkarlığı  70 ildən artıq dominant olmuş və bu siyasəti dünyanın 25-dək ölkəsində  
reallaşdırmış  ideologiyanın  birdən-birə başqa yönə çevrilməsi, iqtisadi siyasətdə startegiyanın əks 
istiqamətə - dövlətsizləşdirməyə yönəldilməsi müxtəlif çətinliklər yaratmaqla  yanaşı, taktiki  
məsələlərdə onu həyata keçirmək istəyənlər  arasında ciddi fikir ayrılığına da  gətirib çıxarmışdır. 
Bu əsasda Rusiyada özəlləşdirmə ərəfəsində üç əsas konsepsiya işlənilmiş və müzakirəyə təqdim 
olunmuşdur.*  Birinci konsepsiya  i.e.d. L.Piyaşevin rəhbərliyi altında radikal liberal iqtisadçılar 
tərəfindən işlənilmişdir. Onun mahiyyəti bütün əmlakın bir  hissəsini  ləngimədən əvəzsiz, digər 
hissəsini isə uzunmüddətli kreditlər formasında müəssisənin kollektiv istifadəsinə  verməkdən 
ibarət idi. *
Bu zaman hər bir müəssisə sərbəst şəkildə onlara çatan əmlakın bir hissəsini onu almaq arzusunda 
olanlara satır və əldə etdiyi vəsait hesabına kreditləri  və faizləri ödəyir, inkişaf və  modernləşdirmə
fondu yaradır.
İkinci proqramın konseptual əsasları  holdinqlərin yaradılması ideyası üzərində qurulmuşdur. Bu 
proqramın müəllifləri Rusiyanın Sənaye Nazirliyi ilə  Ali Sovetin yanında Ali İqtisadi Şura hesab 
olunurdu. Onların yanaşmasına görə, ölkədə bütün  iri  müəssisələr səhmləşdirilir, səhmlərin bir 
hissəsi vasitəsiz olaraq dövlət əmlak fondunun timsalında  hökumətin sərəncamına keçir, digər 
hissəsi  isə bir-biri ilə bağlılığı olan başqa müəssisələrlə, maliyyə təşkilatları arasında bölüşdürülür. 
Səhmlərin yerdə qalan  hissəsi bu zaman və ya müəyyən müddət ötdükdən sonra qiymətli kağızlar  
bazarında satışa  çıxarılır. Layihəyə əsasən istənilən halda dövlətin əlində keçmiş dövlət 
müəssisələrinin nəzarət-səhm paketi gələcəkdə investisiya-holdinq şirkətləri yaratmaq məqsədilə
saxlanılır.
Üçüncü proqram Rusiya Federasiyası Dövlət Əmlak  Komitəsinin mütəxəssisləri tərəfindən 
işlənilmişdir. Bu konsepsiyanın  ətrafında mübahisələr özəlləşdirmənin metodları və müddətinə
görə yaranmışdır. Bu zaman müxtəlif yanaşmalar əsasında  mülkiyyətin çoxsaylı özəlləşdirmə
üsulları təklif olunur və  onların hər birinin tərəfdarları öz təklifinin üstün cəhətlərini önə  çəkməklə
daha çox haqlı olduğunu əsaslandırmağa çalışırdılar. Ümumilikdə, belə üsulların sayı beşə çatırdı:
1) müəssisənin əmək kollektivinin mülkiyyətinə verilməsi;
2) mülkiyyətin bu və ya digər mexanizmlərlə bütün cəmiyyət  üzvləri arasında  bölüşdürülməsi;
3)  müəssisənin onu idarəedənlərin (direktorların) mülkiyyətinə verilməsi;
4) müəssisənin,  xaricilər də daxil olmaqla, istənilən alıcıya bazar qiyməti ilə satılması;
5) eklektik yanaşma - bu metod özündə əvvəlki dörd üsulun ayrı-ayrı elementəri üzrə müxtəlif 
kombinasiyaları birləşdirirdi.
Hər bir üsulun  opponentlər tərəfindən tənqidi  qiymətləndiril-məsi belə əsaslandırılırdı: birinci  
üsulda  effektivlik və sosial ədalət, ikincidə effektivlik  çatışmır, üçüncü və dördüncü üsulda  da 
sosial ədalətsizliyə yol verilir, nəhayət,  eklektik yanaşmada  birinci üsulda olduğu kimi  həm 
effektivlik və həm də sosial ədalət istisna edilirdi.


Təklif olunan üsullar arasında ideal variantın mövcud olmaması qiymətləndirmə  meyarlarının  
müxtəlif olması  ilə izah  oluna bilər.
Rusiyada özəlləşdirmənin bu və ya digər üsullarının seçilməsində mövcud qanunvericilik daha çox 
texniki yanaşmalara üstünlük vermişdir. Belə ki, 1991-ci ilin iyunun 3-də RSFSR-in Ali Soveti 
tərəfindən qəbul edilmiş "RSFSR-də dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirməsi haqqında" 
Qanuna görə, özəlləşdirmənin üsularının seçilməsində əsas fondların dəyəri və məşğulluğun 
səviyyəsi  başlıca meyar hesab olunurdu. Bu isə problemin həllində "texniki" yanaşmanın 
dominatlığını təsdiq edir. Nəticədə də müəssisənin  fəaliyyətinin maliyyə-təsərrüfat və kommersiya 
fəaliyyəti ilə bağlı göstəriciləri,  eləcə də digər sosial aspektlər kənarda qalırdı. *
1995-ci ilin 1 yanvar  tarixinə, özəlləşdirilməsi  nəzərdə tutulan müəssisələrə edilən müraciətlərin 
reallaşdırılmasına görə, Rusiyanın iqtisadi rayonları arasında ən yüksək göstəricilər Volqaboyu 
(0,997), Volqa-Vyatka (0,992), Qərbi Sibir (0,971) rayonlarına məxsusdur.
Aşağıdakı cədvəldə 1993-1995-ci illərdə Rusiya özəlləşdirməsinin birinci və başlıca 
mərhələsinədək yekunları 1993-cü illə müqayisəli şəkildə təqdim edirik. Cədvəl məlumatlarından 
göründüyü kimi özəlləşdirmənin pik dövrü 1993-1994-cü illərə təsadüf edir. Belə ki, müəssisələrin 
özəlləşdirilməsi üçün verilmiş ərizələrin sayı 1995-ci ildə 1993-cü illə müqayisədə 81,7%, o 
cümlədən bələdiyə mülkiyyətli müəssisələr üzrə 79,8%, Rusiya Federasiyası subyektinin 
mülkiyyətinə məxsus müəssisələr üzrə 85,2%, federal  mülkiyyət üzrə 82,1% azalmışdır. Əgər 
1993-cü ildə özəlləşdirmə də  bələdiyyə və dövlət bölməsində çalışan 37,5  mln nəfərdən 11 mln. 
nəfəri aktiv iştirak etmişdirsə, 1994-cü ildə müvafiq olaraq 30,6 mln nəfərə qarşı 7 mln, 1995-ci 
ildə isə  bu prosesə 25,2 mln nəfərə  qarşı cəmisi 1 mln nəfər  cəlb olunmuşdur. *
Başqa sözlə desək, özəlləşdirmə prosesində 1993-cü ildə dövlət və bələdiyyə müəssisələrinin 
işçilərinin hər üçündən, 1994-cü ildə  hər dördündən, 1995-ci ildə isə hər iyirmi beşindən  biri 
iştirakçı olmuşdur. Bununla əlaqədar olaraq, dövlət və bələdiyyə müəssisələrində çalışanların sayı 
1993-cü ildə 37,6 mln nəfərdən 1995-ci ildə 25,2 mln nəfərədək və ya 33 faiz azalmışdır. Eyni 
zamanda iqtisadiyyatda məşğul olanların sayı həmin dövr üzrə  70,9 mln. nəfərdən 67,1  mln 
nəfərədək (7%) aşağı  düşmüşdür.
1996-cı ilin başlanğıcına olan statistik yekunlara görə,  Rusiyanın bütün sənaye müəssisələrində
özəl və qarışıq mülkiyyət formasının payı 80 faizə  çatırdı ki, bu müəssisələrdə də sənaye 
məhsulunun 89 faizi istehsal olunurdu. Özəlləşdirilən müəssisələrin hər üçündən birinin 
işləməməsinə baxmayaraq, qeyri-dövlət bölməsində çalışanların məcmu məşğulluqdakı  xüsusi 
çəkisi 70%-dən çox idi. Sahələr üzrə mülkiyyət forması  həddindən artıq kəskin intervallar üzrə  
fərqlənirdi. Belə ki, əgər yeyinti, yüngül və tikinti  materialları sənayesi üzrə  hər 5 müəssisədən 2-
si özəl idisə, yanacaq-energetika kompleksində bu nisbət  10-dan 1-ə bərabər idi.
 Həmin dövrə olan digər məlumata görə, özəlləşdirmə nəticəsində 26 mindən çox səhmdar 
cəmiyyət formalaşmışdır ki, onun da 3000-ə qədəri qarışıq mülkiyyət formasında fəaliyyət 
göstərirdi. "Qızıl səhm" buraxılması yolu ilə 716 səhmdar cəmiyyətdə başlıca məsələlərin həllində
dövlətin nəzarəti  saxlanılırdı. Ümumiyyətlə, dövlət  mülkiyyətinin strukturu belə idi: 
maşınqayırma müəssisələri -454 SC, yeyinti sənaye-285 SC, tikinti-239 SC və rabitə- 519 SC1
Rusiyada kiçik və orta müəssisələrin  özəlləşdirilməsi prosesi  nisbətən asan həyata keçirilmişdir. 
1997-ci il fevralın 1-nə olan məlumata görə bütövlükdə ölkə üzrə 38600 - pərakəndə ticarət,  10400 
- ictimai iaşə, 20509- məişət xidməti müəssisələri özəlləşdirilmişdir.  Həmin tarixə özəlləşdirmiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə