Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

əhalisinin 18 yaşdan yuxarı  hissəsinə  özündə 1000 investisiya  balı cəmləşdirən  1 kupon  
kitabçası  (ilkin mərhələdə 35 kron, ikinci  mərhələdə isə 50 kron ödənilmək şərti ilə) verilirdi. 
Bundan əlavə hər bir kupon kitabçasının qeydiyyatı üçün 1000 kron ödəmək tələb olunurdu. 
Qeydiyyat zamanı kupon kitabçasında onun  sahibinin koordinatları   təsbit edilirdi ki,  bununla da 
sahibkar kitabçadakı balları bir neçə  obyekt  arasında  bölüşdürmək imkanı qazanırdı. Statistik 
məlumatlara görə, kütləvi özəlləşdirmə mərhələsi çərçivəsində ölkə üzrə ümumilikdə 8,5 mln nəfər  
kupon kitabçasını  qeydiyyatdan keçirmişdir ki, onların da 74% - ni və ya  5,9 mln nəfərini  Çexiya, 
2,6 mln nəfərini və ya  26% - ni Slovakiya vətəndaşları  təşkil edirdi. Belə nəticələr hətta Çexo-
Slovakiya   özəlləşdirməsinin  müəllifləri üçün   də gözlənilməz olmuşdur, çünki əldə edilmiş 
yekunlar ən optimist  proqnozlardan da 2 dəfə yüksək idi.
Böyük özəlləşdirmənin  birinci dalğası çərçivəsində   kupon hərraclarına  948   müəssisənin  
səhmləri (tikintinin - 132,  yeyinti  sənayesinin -  102,  kimya sənayesinin- 7, dəri sənayesinin - 5 
və s.), ikinci mərhələsində isə  681 müəssisənin  səhmləri (bura birinci mərhələdə aktivlərinin bir  
hissəsi reallaşdırılan 185 müəssisə də daxildir) təklif edilmişdir. Onların ümumillikdə  balans  
dəyəri  355 mlrd. kron   və ya 12,3  mlrd. dollar təşkil edirdi ki,  bu da     1995-ci il 1 yanvar 
tarixinə böyük özəlləşdirməyə  cəlb edilən bütün dövlət əmlakının 71,7  faizinə və ya   bütövlükdə
səhmləşdirilən  müəssisələrin  46,2 faizinə,  nəhayət özəlləşdirilməsi  nəzərdə tutulmuş  kiçik, orta  
və iri müəssisələrin 36,7 faizinə bərabər idi.
Özəlləşdirmənin birinci mərhələsi çərçivəsində səhmləşdirilməyə cəlb edilən 948  müəssisənin 13 
faizinin səhmlərinin  yarısına qədəri, 17  faizinin 51-dən 75 faizinə qədəri, yerdə qalan 70 faizinin 
isə səhmlərinin  dördə  üçündən    çoxu kuponlar  vasitəsilə  reallaşdırılmışdır. Bu  müəssisələrin   
böyük  əksəriyyəti mənfəətli fəaliyyət göstəricilərinə  malik olmuş, yalnız 19 faizinin fəaliyyətinin 
maliyə nəticəsi zərərlə ifadə edilmişdir.  Lakin bütövlükdə məcmu mənfəətin həcmi zərərin  ümumi 
məbləğindən 10,4 dəfə üstün olmuşdur.
Kupon özəlləşdirilməsində özəlləşdirmənin   birinci dalğası dövründə, Çexoslovakiyanının  vahid 
dövlət  olduğu zamanda yaranan 434 investisiya özəlləşdirilmə  fondu (İÖF) hakim rol oynamışdır. 
Özəlləşdirmənin növbəti mərhələsində, Çexiya İÖF-lərinin 353-ü onun ərazisində fəaliyyətini 
davam etdirmişdir. Əhali özəlləşdirmənin birinci mərhələsində investisiya kuponlarının 71,8 
faizini, ikinci mərhələdə isə 64 faizini bu fondlara etibar etmişdir. Beləliklə də, Çexoslovakiyada 
kupon kitabçalarının investisiya  ballarının böyük əksəriyyəti  fondlarda cəmlənmişdir. 
Özəlləşdirmənin  birinci  mərhələsinin  gedişində bütün investisiya  ballarının 55,4 faizi və yaxud 
da İÖF-nin ümumilikdə topladığının 77,63 faizi 13 iri investisiya qrupunda cəmlənmişdi.
Beləliklə də,  İÖF birinci  dalğa çərçivəsində  özəlləşdirilən   müəssisələrin  kuponlara satılan bütün 
səhmlərinin 63,4 faizini,  ikinci mərhələdə isə 51,6 faizini əldə etmişdir. Həmçinin onu da qeyd 
edək, birinci mərhələdə özəlləşdirilən  maliyyə və sığorta şirkətlərinin kuponlar  vasitəsilə  
bölüşdürülmüş  bütün  səhmlərinin  82 faizi, yüngül sənaye müəssisələrinin bütün səhmlərinin 76 
faizi,  ağır sənaye  üzrə  65  faizi, ticarət  və təchizat üzrə 64 faizi, nəqliyyat və rabitə üzrə 60 faizi, 
elm və elmə xidmət üzrə - 59 faizi,  məişət və sosial  xidmət sferası üzrə  58 faizi, tikinti üzrə 56 
faizi,  kənd  və meşə təsərrüfatı ,  eləcə də su təchizatı üzrə 55 faizi İÖF-lərə məxsus olmuşdur. 
İÖF-in yüksək  təmərküzləşmə strukturu yalnız bütövlükdə iqtisadiyyatın sahələrinə deyil, həm də
ayrıca müəssisələr səviyəsinə də  sirayət etmişdir. Birinci mərhələdə kuponlar  vasitəsilə səhmləri 
bölüşdürülmüş 844 müəssisənin  ümumillikdə 39,7 faizlik səhm paketləri İÖF-ə məxsus olmuşdur. 
Bu qrupda 5 ən iri fond özəlləşdirilən müəssisələrin  32,3 faizinin səhmlərinin 50 faizindən çoxunu 
ələ keçirə bilmişdir. Burda ilk baxışdan təmərküzləşmə səviyyəsi yüksək görünməsə də,  mövcud  


vəziyyəti müxtəlif investorların payları  üzrə təhlil edəndə  məlum olur ki,  xırda səhmdarların 
geniş təbəqəsinin mövcudluğu  səbəbindən  həmin 5 ən iri investisiya fondu  754 müəssisəyə
nəzarət etmişdir. Eyni zamanda həmin müəssisələrin 146-da nəzarət hüququ yalnız bir fonda 
məxsusdur. Bu  deyilənlərə aşağıdakı  nəticələri də əlavə  etməklə bu istiqamət üzrə real mənzərə
formalaşdırmaq mümkündür.  Belə ki, 3 fonddan ibarət qrup 85 müəssisədə səhmlərin  50 faizindən 
çoxunu əldə etməklə yanaşı,  onların payı  digər  495  şirkətdə 50 faizdən az olmasına baxmayaraq 
başqa investorların  payından xeyli üstünlük təşkil etmişdir.
Çexoslovakiyada 1992-ci ilin aprel ayında qəbul  edilmiş "İnvestisiya Özəlləşdirmə Fondları 
haqqında" Qanuna görə, həmin fondlara  bir  müəssisədə aktivlərinin 10%-dən  çoxunu 
yerləşdirmək  və yaxud da  bir müəssisəsinin 20 faizdən çox səhmini əldə etmək qadağan olunurdu. 
Bununla yanaşı  eyni təsisçilər  tərəfindən yaradılmış fondlar qrupu  bir müəssisənin səhmlərinin 40 
faizindən çoxuna sahib dura bilməzdi. Lakin bütün bu məhdudiyyətlərə  baxmayaraq, əhalinin 
yüksək aktivliyinin nəticəsi olaraq investisiya kuponlarındakı balların çox hissəsinin   fondlara 
etibar edilməsi həmin fondların yuxarıda sadalanan  göstəricilərə malik olmasında  əhəmiyyətli rol 
oynamışdır.
Beləliklə, Çexoslovakiya özəlləşdirilməsində   mülkiyyətçinin dəyişdirilməsinin aşağıdakı 
formalarından istifadə olunmuşdur:
- hərraclarda satış;
- mülkiyyət hüququnun özəl şəxsə verilməsi;
- xarici investorlara satış;
- səhmləşdirmə.
Bu üsul hər bir müəssisənin  texniki-iqtisadi    xüsusiyyətlərini  nəzərə alan fərdi layihələr üzrə
özəlləşdirilməsində  də istifadə oluna bilərdi. * 
Bu ölkənin hökuməti tərəfindən  özəlləşdirmə prosesində xarici investorların iştirakına daha liberal 
şərait yaradılsa da  (məsələn, onlar hərracların ikinci mərhələsində səhmlərin 100 faizini almaq 
hüququna malik idilər), Polşa ilə müqayisədə Çexiyada xarici  kapitalın özəlləşdirmədə iştirak payı 
xeyli aşağı olmuşdur. Yeri gəlmişkən onu qeyd edək ki,  Polşada özəlləşdirmə  prosesinin gedişində  
onlarla müəssisə birgə şirkət  statusunda  formalaşmışdır. Baxmayaraq  ki, bu ölkədə həyata 
keçirilən özəlləşdirmə prosesində xarici investor Xarici İnvestisiya  Məsələləri üzrə  Agentliyin 
icazəsi olmadan səhmdar cəmiyyətinin yalnız 10 faizlik kapitalı  məbləğində səhmlərini sərbəst 
şəkildə  əldə edə bilərdi. Razılıq əsasında   isə bu  həddin 30 faizədək artırılması mümkün hesab 
olunurdu.  Eyni zamanda Polşada xarici kapitalın özəlləşdirmə prosesində iştirakında sərmayə
qoyuluşunun  minimum həddi  50 min ABŞ dolları təşkil  edirdi.
Mərkəzi və Şərqi  Avropada  müvəffəqiyyətli  özəlləşdirmə təcrübəsi ilə seçilən  üçüncü ölkə olan 
Macarıstana gəlincə, burada struktur islahatları ilə bağlı proseslər nisbətən  tez - 1988-ci ildə start 
götürmüşdür.  Belə ki, 1988-ci ildə "Təsərrüfat  cəmiyyətləri haqqında",  1989-cu ildə "Yenidən 
təşkiledilmə haqqında", 1990-cı ildə "Dövlət Əmlak Agentliyi və onun yuridiksiyasında  yerləşən 
əmlakdan istifadə  haqqında", "Özəlləşdirmə və mülkiyyətin islahatı haqqında" Qanunlar qəbul 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə