Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

fəaliyyət müddəti başa çatandan sonra gələcək planları ilə bağlı sərbəst qərar qəbul etmək hüququ 
verilirdi. Belə ki, fondlar ya özünü  ləğv edə, ya yığılmış  vəsaitləri səhmdarlar arasında bölüşdürə, 
ya da açıq və  yaxud qapalı tipli  səhmdar cəmiyyəti formasında fəaliyyətlərini davam etdirə  
bilərdilər. Fondların özəlləşdirmə prosesində rolu və fəaliyyəti  1994-cü ildə Kəndli Partiyası və
Sosial  Demokratların Koalisyon hakimiyyəti dövründə geniş müzakirələrə səbəb olmuşdur.  
Müzakirələr nəticəsində Polşanın kütləvi özəlləşdirmə proqramında bir neçə dəfə dəyişiklik edilmiş 
və onun axırıncı   variantı 1994-cü ilin oktyabr  ayında  özəlləşdiriləcək müəssisələrin  siyahısına 
yenidən baxıldıqdan sonra təsdiq edilmişdir. Lakin bu zaman 15 fondun 10 il ərzində xarici  və  
yerli mütəxəssislərin  birgə idarəçiliyi altında  fəliyyət göstərməsi  məqsədəuyğun hesab edilmişdir. 
Son illər ərzində Polşada özəlləşdirmə yeni siyasi qüvvələrin və onların təmsil etdikləri  hökumətin 
nəzarəti altında  davam etdirilir. Bu hökumətin məqsədi özəlləşdirməni yeni parlament seçkilərinə  
qədər  (2001-ci ilin payızına kimi) sona çatdırmaqdan ibarət idi.
 Polşada özəlləşdirmənin  milli iqtisadiyyatın nəinki yeni dövrün tələblərinə uyğun surətdə  
transformasiya olunmasında, həmçinin onun effektli fəaliyyətinin təşkilində xüsusi rolu vardır. 
Polşada hazırkı iqtisadi nailiyyətlərin, sosial dirçəlişin, xarici şirkətlərlə birgə faydalı iş  
qurulmasında bir çox   müvəffəqiy-yətlərin əldə olunmasında  özəlləşdirmənin başlıca rolu və
dinamik hərəkətverici  əhəmiyyəti ölkə vətəndaşlarının əksəriyyəti tərəfindən  birmənalı   şəkildə
qəbul  olunur. Ölkənin dövlət büdcəsinin gəlirlərinin bir həssəsinin təminatında və bu əsasda 
pensiya  və səhiyyə sistemində, bir sözlə sosial təminat sahəsində islahatların uğurla həyata 
keçirilməsinin maliyyə bazasının formalaşdırılmasında özəlləşdirmədən  əldə olunan vəsaitlər də
xüsusi  əhəmiyyət kəsb etmişdir. Belə ki, 1997-ci ildə bu fəaliyyət sahəsindən dövlətin gəliri 6,3  
milyard yeni polyak zlotı (1,9 milyard  ABŞ dolları) təşkil  etmişdir  ki, onun da  büdcənin ümumi 
mədaxilində payı 5,4 faizə çatırdı. 1998-ci ildə də büdcə daxil olmalarında özəlləşdirmə  
gəlirlərinin xüsusi çəkisi həmin səviyyədə olmuş, 1999-cu ildə isə rabitə, bank, hava nəqliyyatı,  
energetika, metallurgiya, spirt və şəkər istehsalı müəssisələrinin özəlləşdirilməsi haqqında 
hökumətin qərarının nəticəsi olaraq bu vəsaitin miqdarı bir az da artmışdır.
Bütün bunlarla yanaşı, Polşa özəlləşdirməsinin  yaratdığı imkanlar şəraitində iqtisadiyyata bütün  
mənbələr hesabına  yerli və xarici  şirkətlərin  birbaşa və portfel investisiyalarının qoyuluşu 
nəticəsində ölkədə tez bir zamanda bazar infrastrukturunun  inkişafına  nail olunmuşdur.
Çexiya və Slovakiya Respublikalarında  özəlləşdirmə islahatları geniş miqyası və sürəti ilə xüsusilə
seçilir.  Bu ölkələrdə  dövlət mülkiyyətində struktur dəyişikliklərinin  hüquqi bazasının 
formalaşdırılmasına  1990-cı ildən start verilmişdir. Həmin ilin may ayının  1-dən etibarənn 
"Vətəndaşların özəl sahibkarlıq fəaliyyəti haqqında", dekabr ayının   1-dən isə "Dövlət 
mülkiyətində olan bəzi obyektlərin başqa  hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməsi 
haqqında" Qanunlar qüvvəyə  minmişdir. Lakin  bu Qanunlar özəlləşdirməyə  başlamaq  üçün 
kifayət etmədiyindən  onun hüquqi və normativ əsaslarının yaradılması prosesi 1991-ci ildə də
davam  etdirilmişdir. Həmin il həmçinin restitutsiya qaydalarının hüquqi bazasını təşkil edən "Bəzi 
dövlət əmlakının ədalətsiz  bölüşdürülməsinə düzəlişlər haqqında", eləcə də "Kiçik özəlləşdirmə
haqqında" və nəhayət, fevralın 26-da "Böyük özəlləşdirmə haqqında" Qanunlar qəbul  edilmişdir. 
Çexiya və Slovakiya Respublikalarında böyük özəlləşdirmə 1991-ci ilin aprel ayının 1-dən etibarən 
qüvvədə olan kütləvi özəlləşdirmə modeli əsasında həyata keçirilməyə başlanılmışdır.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Çexiya və Slovakiya Resublikalarında mülkiyyətdə
struktur islahatları üç istiqamət üzrə aparılmışdır. *) Kiçik özəlləşdirmə; 2) Böyük özəlləşdirmə; 3) 


Restitutsiya (1948-ci ilin fevralından 1955-ci  ilin yanvarınadək müsadirə edilmiş özəl mülkiyyət 
üzərində sahiblik hüququnun qismən bərpası).
 Çexiyada kiçik özəlləşdirmə  1991-ci il fevralın 1-dən start götürərək, çox da böyük olmayan 
təsərrüfat subyektlərinin, xüsusilə də   ticarət,  ictimai iaşə və xidmət  sferası  müəssisələrinin açıq 
hərraclarda  satılması yolu ilə  həyata  keçirilmişdir. Mövcud  qanunvericiliyə  müvafiq surətdə  
hərracların birinci raundu yalnız  Çexiya vətəndaşları  arasında  keçirilir, ikinci raunddan etibarən 
isə bu prosesə  həmçinin xaricilər də   qatılmaq hüququ qazanırdılar. Kiçik müəssisələrin 
özəlləşdirilməsi çərçivəsində ölkədə başlıca  olaraq  ticarət  və xidmət şəbəkəsinə  məxsus olan  24 
min xırda obyekt  bir il ərzində  ya hərraclarda  satılmış, ya da sonradan  alınmaq hüququ ilə 5 il 
müddətinə  icarəyə verilmişdir. Bu əməliyyatlardan  əldə edilən gəlir 30 mlrd. kron (təxminən 1 
mlrd. dollar) təşkil etmişdir. Sonradan isə 30 min obyektin kiçik  özəlləşdirmə  mərhələsində
özəlləşdirilməsindən əldə edilən bütün gəlirlər Milli Əmlak Fonduna daxil olmuşdur. Çexo-
Slovakiya özəlləşdirilməsi sürətli tempinə və bu məqsədin əldə  olunmasına xidmət edən qrafikinin 
gərginliyinə görə  xüsusilə fərqlənir. Bu ölkədə il yarıma dövlətin əsas fondlarının 25 faizini 
özəlləşdirmək  nəzərdə tutulsa da, prosesin   gedişində restitutsiyanın yaratdığı  çətinliklər  qarşıya 
qoyulan məqsədə vaxtında  nail olmağa imkan vermədi. Restitutsiya prosesində mülki məhkəmələr 
və dövlət  orqanları xüsusilə  böyük çətinliklərlə   qarşılaşdılar. Dövlət mülkiyyətinin  və əmlakının  
əvvəlki sahiblərindən   ya onun geri qaytarılması, ya da maliyyə kompensasiyası  ödənilməsi  tələbi 
ilə qısa müddətdə daxil olan 10 minlərlə ərizələrə baxmaq, onları araşdırmaq və  hər biri haqqında  
ayrıca qərar qəbul etmək mümkün  olmadığından,  nəticədə  özəlləşdirmənin  ümumi gedişində  
lənglik hiss olunmağa  başladı. Belə ki,  Çexoslovakiyanın yalnız sənaye  nazirliyinə  qeyd olunan 
tələblərin tez bir zaman ərzində reallaşdırılması   xahişi  ilə  40 mindən çox ərizə  daxil olmuşdu. 
Mövcud qanunvericilik əsasında birdəfəlik  maliyyə kompensasiyasının  maksimum həddi 60 min 
kron müəyyənləşdirilmişdir ki,  onun da yarısı qiymətli kağızlarla ödənilirdi. Çexoslovakiyada 
özəlləşdirilmənin gedişində problemlər  yalnız təşkilati -iqtisadi deyil, həm də siyasi müstəvidə  
müşahidə olunmuşdur. Müxalifətin hakimiyyətin kiçik özəlləşdirmədən "çirkli pulların" yuyulması 
vasitəsi kimi istifadə etməsi ilə bağlı açıqlamalar  Çexoslovakiya Federasiyasında   əmanət 
kassalarında və banklarda olan iri anonim hesabların yoxlanılması, həmçinin hərrac mexanizminin 
təftiş olunması  ilə nəticələnmişdir ki, bu da prosesin  gedişinə mənfi təsir  göstərmişdir.
Böyük özəlləşdirmə  çərçivəsində  Çexiya və Slovakiya  Federasiyasında bütövlükdə 5 mindən çox 
iri müəssisənin (Çexiyada 3,5 min, Slovakiyada  1,8 min) dövlətsizləşdirilməsi həyata 
keçirilmişdir.
Çexiya və Slovakiya Federasiyasında mövcud qanunvericiliyə görə,  iri bankların 
özəlləşdirilməsinin də səhmləşdirmə  yolu ilə həyata keçirilməsi prosesində Dövlət Bankının  hər 
bir özəlləşdirmə  obyektinin 35-40 faizlik səhm paketinə sahib durması  nəzərdə  tutulmuşdu. 
Bununla əlaqədar özəlləşdirmənin gedişində ölkədə kiçik kommersiya  banklarının  sayının  birdən-
birə xeyli artması  müşahidə olunmuşdur.
Çexoslovakiyada böyük özəlləşdirmənin ilkin  mərhələsində  bu prosesə cəlb  olunanların 
siyahısında  səmərəli fəaliyyət göstərən  və mənfəətlə işləyən  müəssisələr  üstünlük təşkil etmiş və
həmin müəssisələr əsasən kapitala satış üsulu ilə özəlləşdirilmişdir.
Çexoslovakiyada  böyük özəlləşdirmə iki mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ üzrə iri 
müəssisələrin dövlətsizləşdirilməsinin   başlıca üsulu investisiya kuponları   vasitəsilə  
səhmləşdirmə  hesab   olunurdu. Kupon  hərraclarına tələbi formalaşdırmaq məqsədilə ölkə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə