Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

proseslər ötən əsrin 80-cı illərinin sonunda Yuqoslaviyanın, Macarıstanın, Polşanın pərakəndə
ticarət şəbəkəsinin 80 faizini əhatə edirdi. Beləliklə, qeyd olunanları qruplaşdırsaq, Şərqi 
Avropanının postsosialist ölkələrində özəlləşdirmənin gedişi və nəticələrinin keçmiş SSRİ 
respublikaları ilə müqayisəsi başlıca olaraq aşağıdakı fərqləri üzə çıxarır.
Əvvəla, Şərqi Avropa respublikalarında özəlləşdirmə prosesi  sürət və miqyas parametrlərinə görə
MDB dövlətlərindəki analoji göstəricilərdən xeyli geri qalmışdır.
İkincisi, Şərqi Avropada dövlət əmlakının bir hissəsinin  bütün vətəndaşlar arasında bölüşdürülməsi 
özəlləşdirmədə aparıcı prinsipə çevrilə bilməmişdir.
Üçüncüsü, Şərqi Avropa ölkələrində dövlət əmlakının özəlləşdirilməsində xarici investorların rolu 
xeyli dərəcədə əhəmiyyətli olmuşdur.
Dördüncüsü, Şərqi Avropa ölkələrində özəlləşdirmədən əldə olunan vəsaitlərdən özəlləşdirmədən 
sonrakı dövrdə sənayedə struktur siyasətinin, müəssisələrin restrukturizasiyası və
sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsində istifadə variantına üstünlük verilmişdir ki,  
bu da  səmərəliliklə bağlı  məqsədlərin ön plana çıxarılmasını şərtləndirmişdir.
Beşincisi, Şərqi Avropada iri dövlət müəssisələrinin özəlləşdirilməsi  zamanı korporasiyalaşdırma 
variantına üstünlük verilməsi onların səhmlərinin bu prosesin subyektləri arasında həddindən çox 
paylaşdırılması  ilə xarakterik olmuşdur.
Sonda fikirlərimizi yekunlaşdıraraq, onu da qeyd edək ki, bu və ya digər cəhətlərinə əsasən iqtisadi 
ədəbiyyatlarda postsosialist ölkələri arasında müvəffəqiyyətli  özəlləşdirmə təcrübəsinə  görə Polşa, 
Çexiya və Slovakiya,  eləcə də Macarıstan və Şərqi Almaniya dövlətləri fərqləndirilir.  Bu 
kontekstdə ayrı-ayrı ölkələrin özəlləşdirmə təcrübələri və onların xüsusiyyətləri ilə yuxarıdakı 
siyahı üzrə ardıcıllıqla  tanış olaq.
Polşada özəlləşdirməyə 1990-cı ilin iyul ayından  "Dövlət müəssisələrinin özəlləşdirilməsi 
haqqında Akt"ın qəbulundan sonra start verilmişdir. Bu Aktla mülkiyyətdə dövlətsizləşdirmə
siyasətinin hüquqi və institutsional bazası müəyyənləşdirilmişdir. Bununla   özəlləşdirmə
prosesinin ilkin hüquqi  bazasına  həmin  Aktdan əvvəl 1989-cu ildə qəbul edilmiş "Mülkiyyət  
münasibətlərinin  yenidən qurulması üzrə agentliyin yaradılması haqqında" və "Təsərrüfat  
fəaliyyyətinin başlanğıcı  haqqında" (Azad   sahibkarlıq fəaliyyəti  nəzərdə  tutulur), "Dövlət  
əmlakının  qorunması haqqında" Qanunlar da   daxil idi. 1997-ci ildə isə bu Qanunların əvəzinə
yenisi "Dövlət müəssisələrinin özəlləşdirilməsi və kommersiyalaşdırılması haqqında" Qanun qəbul 
edilmişdir.
Polşada özəlləşdirmənin təşkili məsələləri ilə əvvəlcə Dövlət Əmlak Agentliyi, sonradan isə
Özəlləşdirmə Nazirliyi  məşğul olmuş, nəhayət  1996-cı  ildən  etibarən  nazirliyin fəaliyyətinə
xitam verilmiş və onun bəzi funksiyaları Xəzinədarlıq Nazirliyinə birləşdirilmişdir. Xəzinədarlıq 
Nazirliyinin 1 yanvar  1998-ci ilə olan məlumatına görə, 1990-cı  ildən başlayan mülkiyyətin  
transformasiyası prosesinə son 8 ildə 4234 dövlət müəssisəsi cəlb  olunmuşdur.  1998-ci ilin iyun 
ayına  olan vəziyyətə  görə, onların 80%-ə qədəri artıq özəl müəssisəyə  çevrilmiş və bu statusla  
fəaliyyət göstərməkdədirlər. Həmin  dövrə özəl bölmənin  ÜMM-də payı 65 faizə çatmışdır. *
 1997-ci ilin sentyabrına olan məlumatda isə  bildirilir ki, ümumiyyətlə ölkədə 123 min özəl 
müəssisə (məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyətləri) qeydiyyatdan keçmişdir ki, 


onların da 31 mindən çoxu (təxminən 25 faizi)  xarici investisiyaların  iştirakı ilə yaradılmışdır. 
Sahibi fiziki şəxslər olan kiçik özəl müəssisələr (bura yeni  yaradılmış, restrukturizasiya, 
özəlləşdirmə nəticəsində  təşkil  olunmuş və mülkiyyət  formasını  dəyişmiş  bütün  müəssisələr 
şamil edilir) xüsusilə xidmət  və ticarət sferasında fəaliyyətə üstünlük vermişdilər.
Polşada özəlləşdirmənin metodları 1990-cı ildə işlənilmiş və bu üsulların müəssisələrə tətbiqində
nazirliyin, həmkarlar təşkilatlarının və müəssisə rəhbərliyinin təşəbbüsü nəzərə alınmışdır. Polşa 
Respublikasının mövcud qanunvericiliyinə görə özəlləşdirmə  aşağıdakı iki metoddan  birini 
seçmək   yolu ilə aparıla bilərdi:
- vasitəli özəlləşdirmə   (daha doğrusu, transformasiya və ya "pul özəlləşdirilməsi"). Bu üsul  iki  
mərhələli  prosesdən ibarətdir. Əvvəlcə müəssisələr səhmdar cəmiyyətlərə transformasiya olunur və
onların səhmləri bütövlükdə xəzinədarlığın hesabına keçirilir. Sonradan isə həmin səhmlərin 
hərracda satışı, qapalı abunə yazılışı və azad satış üsullarından  biri tətbiq olunmaqla realizəsi 
həyata keçirilir.
- birbaşa özəlləşdirmə (daha doğrusu, ləğvetmə qaydasında özəlləşdirilmə). Bu üsul da həmçinin iki 
mərhələli  prosesdən ibarətdir. Birinci mərhələdə müəssisə ləğv olunur. İkinci mərhələdə ya 
səhmlərin yuxarıda qeyd olunan  satış  üsullarından biri seçilir,  ya  da müəssisə  əvəzsiz istifadəyə, 
lizinq və icarəyə verilir.  Digər  postsosialist dövlətlərindən fərqli olaraq, Polşada kütləvi  
özəlləşdirmə  üsulları axırıncı mərhələdə   tətbiq imkanı qazanmışdır. Belə ki,  1994-cü ilin 
sonunda "Milli investisiya fondları və onların özəlləşdirilməsi  haqqında" Akt qəbul  edildikdən 
sonra  bu mərhələyə  start verilmiş və 1995-ci ilin noyabrından etibarən   16 yaşdan yuxarı  ölkə
vətəndaşları dəyəri 20 zlota bərabər özəlləşdirmə şəhadətnamələri almağa başlamışdılar. Ölkədə
kütləvi özəlləşdirmə   proqramı çərçivəsində aparılan prosesə əmlakının dəyəri 3,5 milyard dollar  
olan 520 iri müəssisə cəlb olunmuş və  bununla əlaqədar səhmdar cəmiyyət formasında fəaliyyət 
göstərən, bəzisi yerli,  digərləri  isə xarici  təşkilata məxsus olan  15 milli investisiya fondu 
yaradılmışdır. Belə fondların yaradılmasında başlıca məqsəd müəssisələrin    restrukturizasiyasında 
onların aktiv  iştirakına şərait yaratmaqdan  ibarət idi.
Polşanın özəlləşdirmə təcrübəsində başlıca rol oynamış Milli investisiya fondlarının fəaliyyətinin 
mühüm istiqamətlərini aşağıdakılar təşkil edirdi:
- səhmlərin 60 faizi (33 faizi birinə, 27 faizi isə yerdə qalanlar arasında  bərabər şəkildə
bölüşdürülməklə digərlərinə)  investisiya fondlarına verilirdi. 40 faizlik səhm paketinin  15 faizi 
əmək kollektivinə pulsuz paylanmaq, 25 faizi isə dövlətin sərəncamında qalmaq şərti ilə
bölüşdürülürdü;
- fondların  rəhbərliyinin əsas fəaliyyəti onun səhmlərinin bazar  dəyərinin  artımına yönəldilir, 
hətta fondun menecerləri müvafiq nazirliyin  və antiinhisar komitəsinin razılığı ilə kütləvi 
özəlləşdirmə prosesinə cəlb edilən müəssisələrin səhmləri ilə əməliyyatlar aparmaq hüququna  da 
malik ola bilərdilər. Menecerlərin uğurlu fəaliyyəti yüksək əmək haqqı ilə yanaşı,  fondun 
fəaliyyətinin maliyyə nəticələrinə görə həm də səhm paketləri  formasında mükafatlandırılaraq 
stimullaşdırılırdı.
Milli İnvestisiya Fondlarının səhmləri Varşava qiymətli kağızlar birjasının satış  dövriyyəsinə də  
daxil edilə bilərdi ki, bu  da  özəlləşdirmə şəhadətnamələrinə bir deyil,  bir neçə fondun səhmlərini 
almaq imkanları verirdi. Fondların fəaliyyət müddəti Qanunla 10 il müəyyənləşdirilsə də, onlara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə