Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   39   40   41   42   43   44   45   46   ...   62

Rusiyada  kütləvi özəlləşdirmə çərçivəsində və ondan sonrakı dövrdə özəlləşdirmənin başlıca 
olaraq səhmləşdirmə, kommersiya müsabiqələri və dövlət əmlakının sonradan icarəçiyə satılması 
üsulları geniş  tətbiq  imkanı qazanmışdır. 1995-ci ildən etibarən daşınmaz əmlakın və torpaq 
ərazisinin özəlləşdirilməsinə   başlanılması bu üsulun  ümumi yekunda  xüsusi çəkisini  16 faizə
çatdırmaqla yanaşı onun özəlləşdirmə prosesində rolu və əhəmiyyəti xeyli artırılmışdır.
Yeri gəlmişkən,  onu qeyd edək ki, Rusiyada özəlləşdirmənin forma və üsulları ilə bağlı 
müzakirələr bir çox ölkələrin praktikasına nisbətən xeyli qızğın keçmişdir. Məsələn, Beynəlxalq 
Maliyyə Korporasiyasının mütəxəsisləri hesab edirlər ki, Rusiya üçün hərraclar  vasitəsilə
özəlləşdirmə üsulu daha çox  uyğundur. Onlar bunu hərracların investisiyalar  cəlb edilməsinə  
daha geniş şərait yaratması ilə izah edirlər. Lakin, "İqtisadiyyat və həyat" qazetinin (Rusiya) 
analitik icmalçıları  hesab edirlər ki,  əksinə Rusiyanın özəlləşdirmə praktikasında investisiya  
müsabiqələrinin  gec tətbiqi səmərəliliyi aşağı salan başlıca amil  kimi qiymətləndirilməlidir1. Belə
ki, 1994-cü ildə Rusiya üzrə ticarət müəssisələrinin  68,8 faizi, ictimai iaşə müəssisələrinin 61,1 
faizi, məişət xidməti obyektlərinin isə 71,8 faizi özəlləşdirildikdən sonra, investisiya 
müsabiqələrinin xüsusi çəkisi artmağa başlamışdır və müvafiq göstərici 1993-cü ildə 3,8 faiz təşkil 
etmişdir.
Rusiyada 1992-1999-cu illərdə özəlləşdirmənin həyata  keçirilməsindən  9,25 mlrd. ABŞ dolları 
məbləğində vəsait əldə edilmişdir. Bu məbləğin 7 mlrd. 628 mln. dolları (82,5 %-i) müxtəlif 
səviyyələrdə büdcə orqanlarına, o cümlədən 5 mlrd. 545 mln. dolları (60%) Federal büdcəyə daxil 
olmuşdur. *
Rusiyada özəlləşdirmənin gedişinin təhlilini yekunlaşdırarkən, onu xronoloji qaydada iki mərhələyə  
ayırmaq mümkündür.  Birinci  mərhələ 1994-cü ilin yayına  qədər  davam   etməklə, kütləvi 
özəlləşdirmə modeli çərçivəsində  kiçik və orta səviyyəli müəssisələrin özəlləşdirməsini xarakterizə  
edirdi. İkinci mərhələ   vauçer özəlləşdirilməsi  başa  çatandan  sonra başlasa da  hələ də davam 
edir. Bu mərhələnin keyfiyyət   xarakteri daşımasına təminat verən  hüquqi bazanın 
formalaşdırılması prosesi uzun müzakirələrdən sonra reallaşdırılmışdır. Belə ki, birinci mərhələnin 
siyasi və sosial aspektlərə xidmət etməsinin son nəticədə nomenklatur kapitalizminə, maliyyə
oliqarxiyasına  gətirib çıxarması, əvvəlki iki proqramla  müqayisədə  1994-cü il iyul  ayının 22-də
prezident fərmanı ilə təsdiq olunan yeni proqramın konseptual əsaslarının Rusiyanın elmi, ictimai 
və işgüzar dairələrində, hökumətdə və Dövlət dumasında  həddindən artıq  siyasiləşdirilmiş və uzun 
müddət davam edən müzakirəsini şərtləndirmişdir. Bu proqramla özəlləşdirilməyə münasibətdə  
əmlakın üç növü müəyyənləşdirilmişdir:
1) özəlləşdirilmiş müəssisələrdə dövlətin səhm paketi;
2) özəlləşdirilmiş müəssisələrin torpaq əraziləri;
3) daşınmaz əmlak.
Belə yanaşma potensial ödəmə  qabiliyyətli  tələbin qiymətləndirilməsi əsasında  formalaşmışdır. 
Ənənəvi istehsalat  sahələrinin məhdudulaşdırılmış siyahısına gəlincə, o əvvəlki proqramda  olduğu 
vəziyyətdə saxlanılmışdır.  Bu proqramla özəlləşdirmənin pul formasına keçidin təmin edilməsi 
nəticəsində büdcənin bütün  səviyyələrində  özəlləşdirmədən  daxil olan vəsaitlərin həcmi 
əhəmiyyətli dərəcədə artmağa başlamışdır. Bu zaman özəlləşdirmə zamanı əmlakın 


qiymətləndirilməsi  məsələsində Dövlət  Əmlak  Komitəsi əvvəlki formal mövqeyində qalaraq  
hərrac, müsabiqə prinsipi üzrə  son satış qiymətinə üstünlük verirdi.  Bu istiqamətdə dəyişən 
yeganə olaraq,  əmlakın 1  yanvar  1992-ci ilə yenidən qiymətləndirmə bazasında ilkin-start 
qiymətinin qaldırılması ilə bağlı idi.  Bu mərhələdə özəlləşdirmədən   daxil olan vəsaitin yeni  sxem 
üzrə bölgüsü tətbiq olunurdu.  Belə ki, əgər əvvəllər, yəni 1994-cü ilin iyul ayınadək  
özəlləşdirmədən əldə edilən vəsaitlər  büdcənin  müxtəlif səviyyəli orqanlarına daxil olurdusa, yeni 
proqrama görə  müəssisənin satışından əldə edilən vəsaitin 51 faizi  sonradan investisiyaları 
maliyyələşdirmək məqsədilə onun hesablaşma hesabına köçürülürdü. Bu da praktiki olaraq, 
alıcıların müəssisəni tələb olunan qiymətin yarısını ödəməklə özəlləşdirməsi demək  idi.
Rusiya özəlləşdirilməsinin növbəti mərhələsində müəssisənin işçilərinə və menecerlərə  şamil 
olunmuş  güzəşt hüququnun reallaşdırılmasında tamamilə yeni model tətbiq edilirdi. Bu model üzrə
2  variant nəzərdə  tutulurdu: kollektivə, ya səhmdar kapitalın 25 faizi həcmində səsvermə  hüququ 
olmayan imtiyazlı  səhm, ya da 10  faizi həcmində, səsvermə hüququna malik adi səhm 1 il ərzində
ödənilmək şərti ilə  nominal dəyərinin 30 faizinə qədər güzəştlə  təklif olunurdu. Belə yanaşma 
çeklərin dövriyyədən çıxarılması və yeni mərhələdə  iri səhm  paketlərinin strateji investora təklif 
olunması ilə izah edilirdi. Eyni zamanda əvvəlki variant üzrə daha çox vauçerə təklif olunan 51 
faizlik səhm paketinin hazırki mərhələdə  kollektiv  tərəfindən  pul ilə alınması imkanlarının 
zəifliyi də bu yanaşmada dəyişikliyi şərtləndirən başlıca arqumentlərdən biri  hesab oluna bilər. Bu  
proqramla bəzi istisnalarla əsas  fondlarının dəyəri 1994-cü ilin 1 yanvarına  20 min rubldan  yuxarı 
olan bütün müəssisələrin bazasında açıq tipli səhmdar cəmiyyətin  formalaşdırılması nəzərdə
tutulurdu. Əsas fondlarının balans dəyəri 20 min rubldan  aşağı olan bütün müəssisələrin hərraclar,  
kommersiya və ya investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi məqsədəuyğun hesab edilirdi. 
Strateji investorları maraqlandırmaq və onları müəssisənin uzunmüddətli inkişafına, idarəetmə
fəaliyyətinə cəlb etmək üçün nisbətən iri  müəssisələrin  səhmlərini 15-25  faizlik  paket şəklində
pul hərraclarına  və investisiya  müsabiqələrinə   təklif etmək nəzərdə tutulurdu. Bununla yanaşı 
ixtisaslaşdırılmış pul hərracları keçirilməklə bu üsulla  müəssisənin səhmlərini xırda   investorlara 
da təklif etməyə üstünlük verilirdi.
Bu mərhələdə xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsinə gəlincə, bu  məsələyə
münasibətdə ikinci  proqramla əvvəllər tətbiq  edilmiş məhdudiyyətlər   saxlanılırdı.
Bu proqramdan sonra 1997-ci ilin yayında "Rusiya  Federasiyasında dövlət və bələdiyyə əmlakının  
özəlləşdirilməsinin əsasları haqqında"  Federal Qanun qəbul edilmişdir. Bu Qanuna  sonradan iki 
dəfə dəyişiklik (1999-cu ilin 23 iyununda və 2000-ci ilin 5 avqustunda) edildiyindən, hazırda o yeni 
redaksiyada Rusiya Federasiyasında mülkiyyətdə struktur dəyişiklərinin təşkilati  və hüquqi 
əsaslarını müəyyən edir.
MDB məkanında  Rusiyadan sonra özəlləşdirmə təcrübəsinin zənginliyinə və nəticələrinin təhlil 
nöqteyi-nəzərindən əhəmiyyətli olmasına görə fərqlənən ikinci dövlət Qırğızıstan hesab oluna bilər. 
SSRİ-nin dağılması, ənənəvi təsərrüfat əlaqələrinin itirilməsi, inzibati-amirlik sistemində fəaliyyət 
göstərmiş dövlət  müəssisələrinin fəaliyyətinin  səmərəsizliyi Qırğızıstanda 1991-ci ildən 
başlayaraq müşahidə olunan tənəzzül meyllərini gücləndirməklə yanaşı dövlət inhisarçılığına  son 
qoymağa,  bazar mühitində azad rəqabət şəraiti formalaşdırmağa doğru yönəlmiş təxirəsalınmaz 
tədbirlərin həyata keçirilməsinə  zərurət yaratmışdır. Bu dövrdən etibarən mülkiyyətin 
dövlətsizləşdirilməsini, müəssisələrin özəlləşdirməsini şərtləndirən struktur islahatlarının start 
götürməsi üçün ilkin olaraq qanunvericilik sisteminin yeni  əsaslarla formalaşdırılması tələb  
olunurdu. Bu məqsədlə tez bir zaman ərzində  Qırğızıstanda hüquqi və normativ bazanın təşkili 
üçün yeni Qanunlar  qəbul olunmağa başladı. Onların siyahısında "Qırğızıstan Respublikasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə