- ödəmə qabiliyyəti olmayan müəssisələrin ləğvi və yenidən təşkili
mexanizmindən fəal istifadə
edilməsi.
Bu mərhələnin başlıca xüsusiyyəti respublika iqtisadiyyatının baza sahələrinin strateji əhəmiyyətli
müəssisələrinin, o cümlədən energetika, telekommunikasiya, aviasiya,
nəşriyyat, həmçinin kurort,
turizm və idman şirkətlərinin fərdi layihələr üzrə restrukturizasiyası və özəlləşdirilməsi ilə
xarakterizə olunur. Onların arasında bir neçəsi, konkret olaraq, Qırğızenerji, Qırğıztelekom,
Qırğızıstan
Aba Coldoru, Qırğızqaz haqqında Qırğızıstan Respublikasının Coqorku (parlamenti)
və hökuməti tərəfindən ayrıca qərar çıxarılmışdır. Qırğızıstanda bu proses hazırda da davam edir. *
Beləliklə də, Qırğızıstanda özəlləşdirmə və dövlətsizləşdirmə siyasətinin mərhələlər üzrə
xarakterizə olunması, son nəticədə onun gedişinin yekunlarını bütövlükdə kəmiyyət və keyfiyyət
göstəriciləri üzrə təhlil etməyə imkan verir. Bu məqsədlə 1991-ci ildən 1999-cu ilin 6 ayınadək
olan dövrdə özəlləşdirmənin yekunları təqdim edilir.
Cədvəl 4.6.
Qırğızıstanda müəssisələrin formaları və milli iqtisadiyyatın sahələri üzrə mülkiyyətin strukturu
(1iyun 1999-cu il tarixə)
............................................................
Özəl şirkətlərin payı faizlə
Kiçik müəsisələr............................................................90,4
Orta müəssisələr........................................................... 62,5
İri müəssisələr................................................................45,1
Cəmi: .............................................................................85,3
o cümlədən sənayedə......................................................95,3
Kənd və meşə təsərrüfatında......................................... 84,6
Nəqliyyat və rabitədə.....................................................70,0
Tikintidə.........................................................................86,8
Ticarət və ictimai iaşədə................................................98,4
Material – texniki təchizat və satışda............................69,2
Tədarükdə .....................................................................96,1
İnformasiya-Hesablama xidmətlərində......................... 88,6
Daşınmaz əmlakla bağlı əməliyyatlarda........................89,7
Ümumi kommersiya fəaliyyətində.................................98,2
Yerin təkinin kəşfiy-yatı və geologiyada.......................75
Digər material növlə-rinin istehsalında ........................ 68,7
Mənzil kommunal təsərrüfatında................................... 75,4
Səhiyyə, bədən tərbiy-yəsi və sosial təminatda.............. 63,8
Təhsildə...........................................................................43,3
Mədəniyyət və incəsənətdə.............................................66,1
Elm və elmə xidmətdə....................................................51,2
Maliyyə, kredit, sığorta və pensiya sığortasında............ 89,3
İdarəetmədə.................................................................... 0,3
Məhkəmə və hüquq təşkilatlarında................................ 42,3
İctimai təşkilatlarda..........................................................99,7
Mnb: Qırğızıstan Milli Statistika Komitsinin aylıq mcmusi,1999-cu il iyun
Cədvəl məlumatlarından
göründüyü kimi, respublika üzrə özəl təşkilatların ən yüksək çəkisi
ictimai bölmədə, ticarət və ictimai iaşə sferasında və ümumi kommersiya fəaliyyətində qeydə
alınmışdır. Birinci göstəricini üçüncü sektorda qeyri-dövlət təşkilatlarının fəallığı ilə izah etmək,
ikinci və üçüncü göstəriciləri əsasən özəlləşdirmə və kommersiyalaşdırmanın nəticələri kimi
qiymətləndirmək mümkündür. *
Bu sferaya aid olan obyektlərin başlıca olaraq kiçik müəssislərə şamil olunması,
son nəticədə kiçik
müəssisələr üzrə özəl bölmənin ümumi yekunda payına müsbət təsir göstərmiş, onun xususi
çəkisinin respublika üzrə orta səviyyədən də yüksək həddə (90,4 faizə) çatmasını
şərtləndirmişdir.Qeyri-maddi istehsal sferasında isə maliyyə-kredit, sığorta və xususilədə pensiya
sığortasında özəl bölmənin payının digərləri ilə müqayisədə yüksək olması da diqqəti cəlb edir.
Həmin sahələr üzrə uyğun göstəricilər ümumi yekunda müvafiq surətdə 95,3% və 89,3%
təşkil
etdirdi. İstehsal və qeyri-istehsal sahələri üzrə özəl bölmənin zəif inkişafı müvafiq olaraq material-
texniki təchizat və hüquq-məhkəmə orqanlarında (idarəetmə istisna olmaqla) qeydə alınmışdır. *
Qırğızıstan Respublikasında özəlləşdirmənin gedişində qeyri-bərabərlik bütün dövr boyunca
müşahidə olunmuşdur. Ölkədə daha çox obyektlər, ənənəvi olaraq özəlləşdirmənin başlanğıc
mərhələsində, əsasən 1992 və 1993-cü illərdə dövlətsizləşdirilmişdir. Bu obyektlərin böyük
əksəriyyətini kiçik müəssisələr təşkil etmişdir. Belə ki, həmin illər ərzində yalnız
ticarət və ictimai
iaşə sferasında 1910 obyekt özəlləşdirilmişdir ki, bunun da ümumi yekunda xüsusi çəkisi 98,2
faizə bərabərdir.
Sənaye, ticarət və ictimai iaşə, məişət xidməti, tikinti və nəqliyyatda özəlləşdirmənin "dominatlığı",
yəni həmin sahələr üzrə özəl bölmənin xüsusi çəkisinin iqtisadiyyatın ümumi yekununda 50 faizdən
yuxarı olduğu müşahidə edilir. Milli iqtisadiyyatın sahəvi strukturunda yalnız kənd təsərrüfatı və
qeyri-istehsal sferasında, eləcə də bəzi istehsal bölmələrində özəlləşdirmə prosesinin
zəif getdiyi
hiss olunur.
Özəlləşdirmənin illər üzrə dinamikasının təhlilinə gəlincə pik dövründə - 1992-1993-cü illərdə
2384 və ya ümumi yekunda 23,87%-ə qədər obyekt, 1993-cü ildə isə müvafiq olaraq 1997 və ya
19 faiz obyektin özəlləşdirilməsi diqqəti cəlb edir. Sonrakı illər üzrə müvafiq göstəricilər 1994-cü
ildə 727 və ya 7,37%, 1995-ci ildə 736 və ya 7,5%, 1996-cı ildə 318 və ya 3,18%, 1997-ci ildə
177 və ya 0,8%, nəhayət 1998-ci ildə 175 və ya 0,78% təşkil etmişdir.
Qırğızıstan özəlləşdirilməsində tətbiq edilən üsulların arasında ən geniş yayılanı səhmləşdirmə,
obyektlərin özəl şəxslərə birbaşa və müsabiqə əsasında satışı olmuşdur.
Göründüyü kimi, Qırğızıstan Respublikasının özəlləşdirilmə təcrübəsində əvəzsiz verilmə və
konktrakt hüququ ilə idarəetməyə təklif olunma üsulları tətbiq olunmamışdır. Bu isə son nəticədə
özəlləşdirmədən əldə edilən vəsaitlərin həcminə müsbət təsir göstərmişdir. Qırğızıstan
Maliyyə
Nazirliyinin verdiyi məlumatlara görə, 1997-ci ildə özəlləşdirmədən əldə edilən gəlirin məbləği 22
mln, 1998-ci ildə 250-300 mln. som təşkil etmişdir.
Cədvəl məlumatlarından göründüyü kimi, 1 yanvar 1999-cu il tarixə 1704 obyekt səhmləşdirmə
(25,9%), 1521 obyekt kollektivə birbaşa satış (23,1%), 1359 obyekt özəl şəxsə birbaşa satış
(20,6%), 1194 obyekt müsabiqə yolu ilə satış (18,1%), 496 obyekt hərraclar vasitəsilə satış
(7,3%) ,206 obyekt məhdud məsuliyyətli cəmiyyətə çevrilməklə (3,2%), 107 obyekt sonradan alış
hüququ ilə icarəyə verilməklə (1,6%) özəlləşdirilmişdir.