Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   41   42   43   44   45   46   47   48   ...   62

- ödəmə  qabiliyyəti  olmayan müəssisələrin ləğvi və yenidən  təşkili mexanizmindən fəal istifadə
edilməsi.
Bu mərhələnin başlıca xüsusiyyəti respublika  iqtisadiyyatının baza sahələrinin strateji əhəmiyyətli 
müəssisələrinin, o cümlədən energetika, telekommunikasiya,  aviasiya, nəşriyyat, həmçinin  kurort, 
turizm və idman şirkətlərinin fərdi  layihələr üzrə restrukturizasiyası və özəlləşdirilməsi ilə
xarakterizə olunur.  Onların arasında bir neçəsi, konkret olaraq, Qırğızenerji, Qırğıztelekom, 
Qırğızıstan Aba Coldoru, Qırğızqaz haqqında  Qırğızıstan  Respublikasının Coqorku   (parlamenti) 
və hökuməti tərəfindən  ayrıca qərar çıxarılmışdır. Qırğızıstanda bu proses hazırda da davam edir. *
 Beləliklə də, Qırğızıstanda özəlləşdirmə və dövlətsizləşdirmə siyasətinin mərhələlər üzrə
xarakterizə  olunması, son nəticədə onun gedişinin yekunlarını  bütövlükdə kəmiyyət və keyfiyyət 
göstəriciləri  üzrə təhlil etməyə imkan verir.  Bu məqsədlə 1991-ci ildən 1999-cu  ilin 6 ayınadək 
olan dövrdə  özəlləşdirmənin yekunları təqdim edilir.
                                                                   Cədvəl  4.6.
Qırğızıstanda müəssisələrin formaları və milli  iqtisadiyyatın  sahələri  üzrə mülkiyyətin strukturu 
(1iyun 1999-cu il tarixə)
............................................................ Özəl şirkətlərin payı faizlə
Kiçik müəsisələr............................................................90,4
Orta müəssisələr........................................................... 62,5
İri müəssisələr................................................................45,1
Cəmi: .............................................................................85,3
o cümlədən sənayedə......................................................95,3
Kənd və  meşə təsərrüfatında......................................... 84,6
Nəqliyyat və rabitədə.....................................................70,0
Tikintidə.........................................................................86,8
Ticarət və ictimai iaşədə................................................98,4
Material – texniki təchizat və satışda............................69,2
Tədarükdə .....................................................................96,1
İnformasiya-Hesablama xidmətlərində......................... 88,6
Daşınmaz əmlakla bağlı əməliyyatlarda........................89,7
Ümumi kommersiya fəaliyyətində.................................98,2
Yerin təkinin kəşfiy-yatı və geologiyada.......................75
Digər material növlə-rinin istehsalında ........................ 68,7
Mənzil kommunal təsərrüfatında................................... 75,4
Səhiyyə, bədən tərbiy-yəsi və sosial təminatda.............. 63,8
Təhsildə...........................................................................43,3
Mədəniyyət və incəsənətdə.............................................66,1
Elm və elmə xidmətdə....................................................51,2
Maliyyə, kredit, sığorta və pensiya sığortasında............ 89,3
İdarəetmədə.................................................................... 0,3
Məhkəmə və hüquq təşkilatlarında................................  42,3
İctimai təşkilatlarda..........................................................99,7
Mnb: Qırğızıstan Milli Statistika Komitsinin aylıq mcmusi,1999-cu il  iyun


Cədvəl məlumatlarından göründüyü kimi,  respublika  üzrə özəl  təşkilatların ən  yüksək çəkisi  
ictimai bölmədə, ticarət və ictimai iaşə sferasında və ümumi kommersiya fəaliyyətində qeydə
alınmışdır. Birinci göstəricini  üçüncü  sektorda  qeyri-dövlət təşkilatlarının fəallığı ilə izah etmək,  
ikinci və üçüncü göstəriciləri  əsasən özəlləşdirmə və kommersiyalaşdırmanın nəticələri  kimi 
qiymətləndirmək mümkündür. *
Bu sferaya aid olan obyektlərin başlıca olaraq kiçik müəssislərə şamil olunması, son nəticədə kiçik 
müəssisələr üzrə  özəl bölmənin ümumi yekunda payına müsbət təsir göstərmiş, onun xususi 
çəkisinin respublika üzrə orta səviyyədən də yüksək həddə (90,4 faizə) çatmasını 
şərtləndirmişdir.Qeyri-maddi istehsal sferasında isə maliyyə-kredit, sığorta və xususilədə pensiya 
sığortasında özəl bölmənin payının digərləri ilə müqayisədə yüksək olması da diqqəti cəlb edir. 
Həmin sahələr üzrə uyğun göstəricilər ümumi  yekunda müvafiq surətdə 95,3% və 89,3% təşkil 
etdirdi. İstehsal və qeyri-istehsal sahələri üzrə özəl bölmənin zəif inkişafı müvafiq olaraq material-
texniki təchizat və hüquq-məhkəmə  orqanlarında (idarəetmə istisna olmaqla) qeydə  alınmışdır. *
Qırğızıstan Respublikasında özəlləşdirmənin gedişində qeyri-bərabərlik bütün dövr boyunca 
müşahidə olunmuşdur.  Ölkədə daha  çox obyektlər, ənənəvi olaraq özəlləşdirmənin başlanğıc 
mərhələsində, əsasən 1992 və 1993-cü illərdə dövlətsizləşdirilmişdir. Bu obyektlərin böyük 
əksəriyyətini kiçik müəssisələr təşkil etmişdir. Belə ki,  həmin illər ərzində yalnız ticarət və ictimai 
iaşə sferasında 1910 obyekt  özəlləşdirilmişdir ki,  bunun da ümumi yekunda xüsusi çəkisi 98,2 
faizə bərabərdir. 
Sənaye, ticarət və ictimai iaşə, məişət xidməti, tikinti və nəqliyyatda özəlləşdirmənin "dominatlığı", 
yəni həmin sahələr üzrə özəl bölmənin xüsusi çəkisinin iqtisadiyyatın ümumi yekununda 50 faizdən 
yuxarı olduğu müşahidə edilir. Milli iqtisadiyyatın sahəvi strukturunda yalnız kənd təsərrüfatı və
qeyri-istehsal sferasında, eləcə də bəzi istehsal bölmələrində özəlləşdirmə prosesinin zəif getdiyi 
hiss olunur.
Özəlləşdirmənin  illər üzrə dinamikasının təhlilinə gəlincə pik dövründə - 1992-1993-cü illərdə
2384 və ya ümumi yekunda 23,87%-ə qədər  obyekt, 1993-cü ildə isə müvafiq olaraq 1997 və ya 
19 faiz obyektin  özəlləşdirilməsi diqqəti cəlb edir. Sonrakı illər üzrə  müvafiq göstəricilər 1994-cü 
ildə  727 və ya 7,37%, 1995-ci ildə 736 və ya  7,5%, 1996-cı ildə 318 və ya 3,18%, 1997-ci ildə
177 və ya 0,8%, nəhayət 1998-ci ildə 175 və ya 0,78% təşkil etmişdir.
Qırğızıstan özəlləşdirilməsində tətbiq edilən üsulların arasında ən geniş yayılanı  səhmləşdirmə, 
obyektlərin özəl şəxslərə birbaşa və müsabiqə əsasında satışı olmuşdur. 
Göründüyü kimi, Qırğızıstan Respublikasının özəlləşdirilmə təcrübəsində əvəzsiz verilmə və
konktrakt hüququ ilə idarəetməyə təklif olunma üsulları tətbiq olunmamışdır. Bu isə son nəticədə
özəlləşdirmədən əldə edilən vəsaitlərin həcminə müsbət təsir göstərmişdir.  Qırğızıstan Maliyyə
Nazirliyinin  verdiyi məlumatlara görə, 1997-ci ildə özəlləşdirmədən əldə edilən gəlirin məbləği 22 
mln, 1998-ci ildə 250-300 mln. som təşkil etmişdir.
Cədvəl məlumatlarından göründüyü kimi, 1 yanvar 1999-cu il tarixə 1704 obyekt səhmləşdirmə
(25,9%), 1521 obyekt kollektivə  birbaşa satış (23,1%), 1359 obyekt özəl şəxsə  birbaşa satış 
(20,6%), 1194 obyekt    müsabiqə yolu ilə satış (18,1%),  496 obyekt  hərraclar vasitəsilə  satış 
(7,3%) ,206 obyekt məhdud məsuliyyətli cəmiyyətə çevrilməklə (3,2%), 107 obyekt sonradan alış 
hüququ ilə icarəyə verilməklə (1,6%) özəlləşdirilmişdir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə