Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   2   3   4   5   6   7   8   9   ...   62

problemlərin açarını özəlləşdirmədə axtarmaq yanlış fikirlərin məhsuludur. Məşhur iqtisadçı 
C.Stiqlitsin qənaəti belədir.
Gəlin unutmayaq ki, indi dövlət mülkiyyətinin üstünlük-lərindən bəhs edən bəzi Qərb iqtisadçıları 
ötən əsrin 70-ci illərində bu məsələyə münasibətdə fərqli mövqe nümayiş etdirirdilər. Onlar bir 
vaxtlar xüsusi müəssisələrlə müqayisədə dövlət müəssisələrinin qeyri-effektiv fəaliyyət 
göstəricilərini əsaslandıraraq, özəlləşdirmə adlı yeni islahat dalğasının Qərbdən start götürülməsi 
üçün kifayət qədər elmi və ideloji baza hazırlamışdılar. Məhz iqtisadçıların tədqiqatlarının 
nəticəsinə arxalanan siyasətçilər aramsız səylər göstərərək özəlləşdirmənin coğrafiyasını Qərb 
dövlətlərinin arxasınca  inkişaf etməkdə olan Latın  Amerikası ölkələrinə, ordan da  Asiyanın yeni 
sənaye dövlətlərinə və çox keçmədən postsosialist ölkələrinədək genişləndirərək iqtisadiyyatda 
alternativi olmayan  və sistem dəyişikliyinə rəvac verən  tədbir kimi diqqətə çəkmişlər.
Son illər leksikonumuza, iqtisadi və hüquqi ədəbiyyata surətlə daxil olan "privatizasiya"  sözü 
(latınca- xüsusi, məxsusi, ş?xsi...deməkdir) azərbaycan dilinə "özəlləşdirmə" kimi  tərcümə
olunmuşdur. Özəlləşdirmə dedikdə məhdud mənada dövlətin aktivlərini satması başa düşülür.
"Özəlləşdirmə" sözünün mənşəyi cavan, tarixi  yeni olsa da, onun coğrafiyasının və əhatə dairəsinin 
genişliyi, bu istiqamətdə əldə olunmuş təcrübələrin zənginliyindən xəbər verir. Ölkəmizin də bu 
sahədə islahatlara başlaması müvafiq istiqamətdə elmi tədqiqatların, həm nəzəri və həm də praktiki 
əhəmiyyətini xeyli artırır. Hazırda özəlləşdirməyə həm elmi və həm də praktiki müstəvidə baxışlar 
daha geniş  spekteri əhatə edir. Son  dövrlər xüsusi mülkiyyətçilərlə menecerlər arasında 
formalaşan yeni münasibətlər, onların hər birinin ayrıca fəaliyyət sferasına keçməsi, korporativ 
idarətmə modellərinin formalaşması özəlləşdirmə islahatlarının yeni mərhələyə qədəm 
qoymasından  xəbər verir və bütün bu proseslər son nəticədə onun səmərəli təşkili üçün möhkəm 
zəmin yaradır. Artıq özəlləşdirmə mərhələsini arxada qoyan dövlətlərin postözəlləşdirmə
dövründəki iqtisadi siyasəti fərqli tənzimləmə üsullarının meydana çıxması zərurətini artırır. Bu 
mərhələdə mülkiyyət hüquqlarının yenidən bölgüsü, təkrar emisiya perspektivləri, qiymətli kağızlar 
bazarının daha mürəkkəb mexanizmlərlə idarə olunması və onun inkişaf istiqamətlərinin 
özəlləşdirmə müstəvisində təhlili aktuallığı ilə seçilir.
Azərbaycanda islahatların tempinin tələbat səviyyəsindən aşağı olması bu istiqamətli problemlərin 
gələcəkdə meydana çıxması şansını daha da artırsa da, hazırki mərhələdə qarşıda   duran vəzifələrin 
perspektiv inkişaf modelləri ilə əlaqəli şəkildə həlli itirilmiş "qızıl vaxt"ın bir hissəsinin 
kompensasiyasına kömək edə bilər. Bunun üçün dünya dövlətlərinin müxtəlif  dövrlərdəki zəngin 
özəlləşdirmə təcrübələri, onun üstünlükləri və çatışmazlıqları ilə bağlı yekun nəticələr, eləcə də
mövcud iqtisadi gerçəkliklər, qərarlaşan iqtisadi siyasət və bu kontekstdə formalaşan tendensiyalar 
dolğun baza rolunda çıxış edə bilər. Bu da unudulmamalıdır ki, milli təfəkkür tərzini
psixologiyanı, mövcud  sosial-iqtisadi və siyasi-ictimai situasiyaları nəzərə almadan xarici 
dövlətlərin təcrübələrinin ölkəmizdə gedən özəlləşdirmə prosesinə kor-koranə tətbiqi də ziyanlı 
nəticələrə gətirib çıxara bilər. Bu mənada Azərbaycanda özəlləşdirmə prosesinin xarici ölkə
təcrübələri ilə müqayisəli təhlili, dərindən tədqiqi və araşdırılması hazırki mərhələdə həm elmi və
həm də praktiki baxımdan dövrün tələblərinə cavab verir. Ölkəmizdə özəlləşdirmə prosesinin gec 
start götürməsi bir tərəfdən bu islahatın səmərəsini  azaltsa da, digər tərəfdən  bizimlə eyni start 
vəziyyətində olub və bu prosesə bizdən tez başlayan keçid iqtisadiyyatlı dövlətlərdə buraxılmış 
səhvlərin və ondan çıxarılmış nəticələrin Azərbaycanda nəzərə alınması imkanlarını genişləndirir.


Azərbaycan Respublikasında özəlləşdirmə islahatlarının sistem dəyişikliklərində, yeni 
mülkiyyətçilər sinfinin yaranmasın-da, cəmiyyətin demokratik əsaslarının formalaşmasında və
təməl prinsiplərinin təşəkkülündə və nəhayət müəssisələrin fəaliyyət-inin səmərəliliyinin 
artırılmasında, rəqabət mühitinin inkişafında rolunu və yerini nəzərə alanda, belə taleyüklü  
məsələlərlə bağlı elmi araşdırmaların və bu əsasda praktiki qərarların məsuliyyəti, vacibliyi  və
əhəmiyyəti heç kəsdə şübhə doğurmur.
Bütün bunları nəzərə alaraq müəllif Y.Myanovski adına Elmin Mükafatlandırılması Fondunun 
təqaüdçüsü olaraq Şərqi, Mərkəzi Avropa ölkələrinin, bir sözlə Azərbaycan praktikasına tətbiq 
edilmə imkanları (həm start vəziyyəti, həm özəlləşdirmənin məqsəd və vəzifələri baxımından və s.) 
daha yüksək olan postsosialist dövlətlərinin özəlləşdirmə təcrübəsini öyrənmiş,  bu mövzuda elmi 
monoqrafiyanı işləyərkən Polşa  Respublikasının Varşava Ali İqtisad Məktəbində "Müəssisələrin 
fəaliyyətinin təhlili" kafedrasının müdiri, i.e.d., professor Stanislav Kaşiyeviçdən  doktorluq 
proqramı üzrə elmi məsləhətlər almış, özəlləşdirmə sahəsində tanınmış mütəxəssislərlə, o cümlədən 
Polşanın birinci özəlləşdirmə naziri, hazırda Seymin deputatı Yanuş Levandovski və Sosial İqtisadi 
Araşdırmalar Mərkəzinin (CASE) aparıcı mütəxəssisi, postsovet məkanında özəlləşdirməyə dair 
çoxsaylı tədqiqatların müəllifi Pyotr  Kozarjevski ilə elmi fikir mübadiləsi və müzakirələr 
aparmışdır. Müəllif bu imkanın əldə edilməsində  mənəvi dəstəyi olan Polşa-Çexiya-Slovakiya 
Həmrəylik Fondunun proqram rəhbəri  Katarzina Krayevskayaya və Şərqi Avropada Demokratiya 
İnstitutunun Varşava direktoru Malqojota Naimskayaya dərin minnətdarlığını bildirir.   
Monoqrafiyada təqdim olunmuş materiallar, elmi araşdırmalar bu istiqamətdəki tədqiqatların 
nəticəsində ərsəyə çıxmışdır. Monoqrafiyada xarici dövlətlərin özəlləşdirmə təcrübəsinin 
Azərbaycanla müqayisəli təhlili ilə yanaşı, özəlləşdirmədən sonrakı dövrdə mülkiyyət hüquqlarının 
yenidən bölgüsü, korporativ idarəetmə və nəzarət modelləri, növbəti mərhələdə  özəlləşdirmə
prosesinin inkişaf dinamikası və dövlət tənzimlənməsi konsepsiyası da tədqiqat obyektinə daxil 
edilib.
Müəllif xarici ölkə təcrübələri ilə (inkişaf etmiş və etməkdə olan ölkələrin, demək olar ki, hamısı 
ilə) tanış olduqdan sonra, həmin ölkələrdə özəlləşdirmənin başlıca xüsusiyyətlərini 
fərqləndirməklə, onların əldə etdikləri müvəffəqiyyətlərin Azərbaycanda özəlləşdirmə prosesinə
tətbiqi imkanlarını araşdırarkən səhv nəticələrə gətirib çıxaran qərarları da diqqət mərkəzinə
çəkərək, onların ölkəmizdə reallaşmasının qarşısını qabaqcadan almaq məqsədilə bu istiqamətli 
fikir və mülahizələrini də oxucularla bölüşdürür. 
Monoqrafiyada yalnız xarici ölkə təcrübələrinin təhlili məsələlərinə deyil, həm də Azərbaycanda  
mövcud özəlləşdirmə təcrübəsinin tənqidi təhlilinə də yer ayrılır. Bu məqsədlə 1995-1998-ci illərdə
ölkəmizdə aparılmış  özəlləşdirmə siyasətinin nəticələri həm kəmiyyət və həm də keyfiyyət 
müstəvisində qiymətləndirilir, yeni mərhələdə "böyük" özəlləşdirmə ərəfəsi situasiyada konseptual 
müzakirə mövzularına münasibət bildirilir. Mövcud qanunvericilik və normativ - hüquqi bazanın 
ekspertizası verilir, bu əsasda yeni özəlləşdirmə mərhələsində nəzərə alınması məqsədəuyğun hesab 
edilən təklif və tövsiyələr işlənilir.
Müəllif özəlləşdirmənin dünya təcrübəsinin  coğrafiyası və  xronologiyasını nəzərə alaraq, ilk 
növbədə İngiltərənin timsalında inkişaf etmiş sənaye dövlətlərini, sonra Latın Amerikası və Cənub 
Şərqi Asiyanın yeni sənaye dövlətlərinin timsalında inkişaf etməkdə olan ölkələri, nəhayət 
postsosialist ölkələrini və o sıradan Azərbaycanı  tədqiqat prosesinə cəlb etməyə üstünlük 
vermişdir. Milli, mədəni, psixoloji və regional yaxınlıq əsas götürülməklə Türkiyə
Cümuhiriyyətinin də özəlləşdirmə təcrübəsinə diqqət yetirilmişdir.Ölkəmizdə özəlləşdirmənin hələ


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə