özəlləşdirilmişdir. Ukraynada kütləvi özəlləşdirmə prosesinin təşkilində beynəlxalq
təşkilatlar da
öz köməkliklərini əsirgəməmişdir.
Kiçik özəlləşdirmə layihəsi beynəlxalq maliyyə korporasiyasının iştirakı ilə həyata keçirilmişdir.
Bu dövrdə kiçik özəlləşdirmənin orta illik tempi 2,8 dəfə artmış, 1995-1998-ci illərdə mülkiyyət
forması dəyişdirilmiş, kiçik müəssisələrin sayı 40,4 minə çatmışdır.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihə üzrə "Prays Uoterhaus"
konsaltinq firması qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində səylərini reallaşdırmaqla
yanaşı, orta və iri müəssisələrin kütləvi özəlləşdirilməsi prosesinə də yardım göstərərək, bundan
sonra Ukraynanın 25 regionunda təşkil olunmuş sertifikat hərracları mərkəzinin fəaliyyəti
nəticəsində əhalinin özəlləşdirməyə münasibətində xeyli aktivlik hiss olunmuşdur.
Nəticədə,
sertifikat almaq hüququna malik olan Ukrayna vətəndaşları 8 mindən çox müəssisənin
özəlləşdirilməsində iştirak edərək onların bazasında formalaşdırılmış səhmdar cəmiyyətin
səhmdarlarına çevrilmişdilər.
Ukraynada kütləvi özəlləşdirmə modelinin tətbiqi ilə əlaqədar qəbul edilmiş qərarlar əsasında
tətbiq olunmuş yeni tədbirlər orta və iri müəssisələrin özəlləşdirilməsinin orta illik tempinin 2
dəfəyədək artımına gətirib çıxarmış və kütləvi özəlləşdirmə mərhələsində 8,1 min belə obyekt
özəlləşdirilmişdir.
Ukraynada 1999-cu ildən başlayaraq tətbiq edilən dördüncü özəlləşdirmə proqramı
dövlətsizləşdirmə prosesinin yeni mərhələsinə keçidi səciyyələndirmişdir ki, onun da başlıca
yekunları aşağıdakılardan ibarətdir:
Birincisi, obyektlərin özəlləşdirilməsində tədavülə buraxılmış özəlləşdirmə sertifikatlarının əksər
hissəsi istifadə olunmuşdur (91 faizi və ya 41 milyonu).
İkincisi, iri olmayan obyektlərin böyük əksəriyyəti (90%-ə qədəri) özəlləşdirilmişdir.
Üçüncüsü, orta və iri müəssisələrin özəlləşdirilməsi prosesi başa çatdırılmışdır.
Lakin, bütün bunlara baxmayaraq 2000-ci ildən etibarən özəlləşdirmənin əhatə dairəsi yenidən
genişlənərək daha mürəkkəb komplekslərə istiqamətlənmişdir. Özəlləşdirilən
obyektlərin yeni
siyahısına maşınqayırma, nəqliyyat, rabitə, neft və qazın yenidən emalı müəssisələri daxil
edilmişdir. Özəlləşdirməyə yeni yanaşma üzrə bu mərhələdən etibarən nəzərdə tutulan fərdi
layihələr üzrə müəssisənin təşkilati strukturu ilə bərabər borclarının da restrukturizasiyası
obyektlərin investisiya cəlb ediciliyinin yüksəlməsinə səbəb olduğundan, onların özəlləşdirilməsi
səhmlərin paket şəklində satışı yolu ilə həyata keçirilməyə başlanılmışdır.
Ukraynada özəlləşdirilmənin gedişini kəmiyyət
müstəvisində təhlil edərkən, aşağıdakı nəticələr
diqqəti cəlb edir.
1992-ci ildən (özəlləşdirmə haqqında qanunun qəbulu anından) başlayaraq 1999-cu ilə qədər
61.591 obyekt özəlləşdirilmişdir ki, onun da 49.519 vahidini və ya 80,4 faizini kiçik müəssisə və
obyektlər, 1084 vahidini və ya 17,6 faizini tikintisi başa çatdırılmamış obyektlər təşkil etmişdir.
Özəlləşdirmənin regionlar üzrə liderləri siyahısına 5 vilayət (Donetsk, Lvov, Dnepropetrovsk,
Xarkov, Odessa) və Kiyev şəhəri başçılıq etmişdir. Onların ümumi yekunda payı 45,2 faizə
çatmışdır.
Özəlləşdirmənin bütün gedişi ərzində tətbiq edilən rəqabətsiz (kollektiv surətdə alış, icarə
hüququ ilə sonradan alış) və rəqabətli (müsabiqə, auksion, tender, səhmlərin fond birjalarına paket
formasında satışı) üsullarının nisbəti birincinin xeyrinə müvafiq olaraq 62,5% və 37,5%
təşkil
etmişdir. Milli iqtisadiyyatın sahəvi quruluşu üzrə dövlət mülkiyyətində struktur islahatı ticarət və
ictimai iaşədə daha aktiv olmuş, bütün özəlləşdirilmiş obyektlərin 45 faizi və kəmiyyət etibarı
ilə 27.776-sı bu bölmələrin payına düşmüşdür. Sonrakı yerlər müvafiq olaraq sənaye (6. 760
obyekt və ya 11%), tikinti (3. *81 obyekt və ya 5%), kənd təsərrüfatı (2.956 obyekt və ya 5%),
mənzil kommunal (2.532 obyekt və ya 4%) sahələri arasında bölüşdürülmüşdür.
Sənayedə özəlləşdirmə prosesi başlıca olaraq səhmləşdirmə üsulu ilə aparılmış və bu sahədə
özəlləşdirilmiş bütün müəssisələrin 61 faizi açıq tipli səhmdar cəmiyyətə çevrilmişdir. Ayrı-ayrı
sahələr üzrə bu üsul elektroenergetikada (80,8%), maşınqayırmada (72,2%), qara metallurgiyada
(70,5%), yeyintidə (70,2%) daha geniş tətbiq olunmuşdur.
Obyektlərin qruplar tərəfindən alışı yolu ilə (başlıca olaraq müəssisənin öz kollektivi tərəfindən)
özəlləşdirmə üsulu mədəniyyətdə (77,6%), məişət xidmətində (56,1%), ticarət və ictimai iaşədə
(46,4%) geniş tətbiq imkanları qazanmışdır. Bütün bu proseslər (1 yanvar 1999-cu il tarixə)
dövlətin ümumi iqtisadi kontekstdə əsas istehsal fondlarında payının 50
faizə qədər,
iqtisadiyyatın müxtəlif bölmələrində çalışan işçilərinin sayının isə 55-58% intervalında
ixtisarlarına gətirib çıxarmışdır. Nəticədə, Avropa Yenidənqurma və İnkişaf Bankının
hesablamalarına görə, 1999-cu ilin iyul ayına Ukraynada özəl bölmənin Ümumi Daxili Məhsulda
xüsusi çəkisi 55 faiz təşkil etmişdir.
Ukraynada özəlləşdirmənin nəticələrinin keyfiyyət müstəvisində təhlilinə gəlincə, fikrimizcə onu
birmənalı şəkildə qiymətləndirmək mümkün deyildir. İlk növbədə özəlləşdirmənin qarşıya
qoyduğu məqsədlərə nailolma dərəcəsinə nəzər yetirərkən, onun siyasi
və sistem dəyişiklikləri
çərçivəsində müvəffəqiyyəti şübhə doğurmur. Ölkədə effektiv sahibkarlığın formalaşması
prosesinin ləngliyi məhz özəlləşdirmənin daha çox siyasi, eləcə də sosial orientasiyası ilə izah
olunur. Özəlləşdirmənin iqtisadi məqsədləri sırasında effektiv sahibkarlar təbəqəsinin
formalaşması, özəlləşdirmə prosesinin gedişi ilə paralel surətdə və özəlləşdirmədən sonrakı
dövrdə reallaşdırılmışdır. Ölkədə faktiki olaraq özəlləşdirmə ərəfəsində və onun gedişinin ilk
mərhələlərində özəl kapitalın zəif inkişafı belə məqsədləri ön sıraya çıxarmağa mane olmuşdur.
Lakin buna baxmayaraq, nisbətən az kapital tutumlu sahələrdə əsasən
də kiçik müəssisələr
səviyyəsində əldə edilən nəticələr qənaətbəxş hesab oluna bilər. Bu tendensiya kiçik özəlləş-
dirmə bölməsi üzrə ticarət, ictimai iaşə və məişət xidməti sferasında daha tez müşahidə
olunmuşdur. Beynəlxalq maliyyə korporasiyasının sifarişi ilə ölkədə aparılmış tədqiqatların
nəticəsində məlum olmuşdur ki, özəlləşdirmədən sonrakı dövrdə kiçik müəssisələrin 73,9 faizi
öz xidmət və məmulat-larının satış həcmini yüksəltmiş, müştəri şəbəkəsini genişləndirmişdir.
Tədqiqatlar və praktiki
nəticələr göstərmişdir ki, müəssisələrin özəlləşdirmədən sonrakı dövrdə
fəaliyyətinin effektliyi özəlləşdirmənin üsullarından asılı olmuşdur. Belə ki, ictimai qaydada əmək
kollektivinə satılmış müəssisələrlə müqayisədə rəqabətli üsullarla özəlləşdirilmiş müəssisələrdə
daha yüksək nəticələr əldə olunmuşdur. Orta və iri müəssisələrin fəaliyyətinin
qiymətləndirilməsi zamanı bizim üçün maraqlı ola biləcək aşağıdakı tendensiyalar
ümumiləşdirilmişdir: