Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

özəlləşdirilmişdir.  Ukraynada kütləvi özəlləşdirmə prosesinin təşkilində beynəlxalq təşkilatlar da 
öz köməkliklərini əsirgəməmişdir.
 Kiçik özəlləşdirmə layihəsi beynəlxalq maliyyə korporasiyasının iştirakı ilə  həyata keçirilmişdir. 
Bu dövrdə  kiçik özəlləşdirmənin orta  illik tempi 2,8 dəfə artmış, 1995-1998-ci illərdə mülkiyyət 
forması  dəyişdirilmiş, kiçik  müəssisələrin sayı 40,4 minə çatmışdır.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihə üzrə "Prays Uoterhaus" 
konsaltinq firması  qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində  səylərini reallaşdırmaqla 
yanaşı, orta  və iri müəssisələrin  kütləvi özəlləşdirilməsi prosesinə  də yardım göstərərək,  bundan 
sonra Ukraynanın  25 regionunda təşkil olunmuş sertifikat  hərracları mərkəzinin fəaliyyəti 
nəticəsində əhalinin özəlləşdirməyə  münasibətində xeyli aktivlik hiss olunmuşdur. Nəticədə
sertifikat almaq hüququna  malik olan Ukrayna vətəndaşları 8 mindən çox müəssisənin 
özəlləşdirilməsində iştirak edərək onların bazasında  formalaşdırılmış səhmdar cəmiyyətin 
səhmdarlarına   çevrilmişdilər.
Ukraynada kütləvi özəlləşdirmə modelinin tətbiqi ilə əlaqədar  qəbul edilmiş qərarlar əsasında 
tətbiq olunmuş yeni tədbirlər  orta və iri müəssisələrin  özəlləşdirilməsinin orta illik tempinin 2 
dəfəyədək  artımına  gətirib çıxarmış və kütləvi  özəlləşdirmə mərhələsində 8,1 min belə obyekt  
özəlləşdirilmişdir.
Ukraynada 1999-cu  ildən başlayaraq tətbiq edilən dördüncü  özəlləşdirmə proqramı 
dövlətsizləşdirmə prosesinin  yeni mərhələsinə  keçidi səciyyələndirmişdir ki, onun da başlıca 
yekunları aşağıdakılardan ibarətdir:
Birincisi, obyektlərin özəlləşdirilməsində  tədavülə buraxılmış özəlləşdirmə sertifikatlarının  əksər  
hissəsi istifadə olunmuşdur (91 faizi və ya 41 milyonu).
İkincisi,  iri olmayan obyektlərin böyük əksəriyyəti (90%-ə qədəri) özəlləşdirilmişdir.
Üçüncüsü,  orta və iri müəssisələrin özəlləşdirilməsi prosesi başa çatdırılmışdır.
Lakin, bütün bunlara baxmayaraq 2000-ci ildən etibarən özəlləşdirmənin əhatə dairəsi yenidən 
genişlənərək daha  mürəkkəb komplekslərə istiqamətlənmişdir. Özəlləşdirilən obyektlərin yeni 
siyahısına maşınqayırma, nəqliyyat, rabitə, neft və qazın yenidən emalı müəssisələri daxil 
edilmişdir. Özəlləşdirməyə yeni yanaşma üzrə bu mərhələdən etibarən nəzərdə tutulan fərdi 
layihələr üzrə müəssisənin təşkilati strukturu ilə bərabər borclarının da restrukturizasiyası 
obyektlərin investisiya cəlb ediciliyinin yüksəlməsinə səbəb olduğundan, onların özəlləşdirilməsi 
səhmlərin paket şəklində satışı yolu ilə həyata keçirilməyə başlanılmışdır.
Ukraynada özəlləşdirilmənin gedişini  kəmiyyət  müstəvisində  təhlil edərkən, aşağıdakı  nəticələr 
diqqəti  cəlb edir.
1992-ci ildən (özəlləşdirmə haqqında qanunun qəbulu  anından) başlayaraq 1999-cu  ilə qədər 
61.591 obyekt özəlləşdirilmişdir ki, onun da  49.519 vahidini  və ya 80,4 faizini  kiçik müəssisə və
obyektlər, 1084 vahidini  və ya 17,6 faizini tikintisi başa çatdırılmamış obyektlər təşkil etmişdir. 
Özəlləşdirmənin regionlar üzrə  liderləri siyahısına  5 vilayət  (Donetsk, Lvov, Dnepropetrovsk,  


Xarkov, Odessa) və Kiyev şəhəri  başçılıq etmişdir. Onların ümumi  yekunda payı 45,2 faizə
çatmışdır.
Özəlləşdirmənin  bütün gedişi  ərzində tətbiq edilən  rəqabətsiz  (kollektiv  surətdə alış, icarə
hüququ ilə sonradan  alış) və rəqabətli (müsabiqə, auksion, tender, səhmlərin fond birjalarına paket 
formasında  satışı) üsullarının  nisbəti birincinin  xeyrinə  müvafiq olaraq 62,5% və 37,5%  təşkil 
etmişdir. Milli iqtisadiyyatın  sahəvi quruluşu üzrə dövlət  mülkiyyətində struktur islahatı  ticarət və
ictimai iaşədə  daha aktiv olmuş,  bütün özəlləşdirilmiş obyektlərin   45 faizi  və kəmiyyət etibarı 
ilə  27.776-sı  bu bölmələrin  payına düşmüşdür. Sonrakı yerlər  müvafiq olaraq sənaye (6. 760 
obyekt  və ya 11%), tikinti (3. *81 obyekt və ya 5%), kənd təsərrüfatı (2.956 obyekt və ya 5%), 
mənzil kommunal (2.532 obyekt və ya 4%) sahələri arasında  bölüşdürülmüşdür.
Sənayedə özəlləşdirmə prosesi başlıca olaraq səhmləşdirmə üsulu ilə aparılmış və bu sahədə
özəlləşdirilmiş  bütün müəssisələrin  61 faizi açıq tipli səhmdar cəmiyyətə çevrilmişdir. Ayrı-ayrı 
sahələr üzrə  bu üsul elektroenergetikada  (80,8%), maşınqayırmada (72,2%), qara metallurgiyada 
(70,5%), yeyintidə (70,2%) daha geniş tətbiq olunmuşdur.
Obyektlərin qruplar tərəfindən alışı  yolu ilə  (başlıca olaraq müəssisənin öz kollektivi tərəfindən) 
özəlləşdirmə üsulu mədəniyyətdə (77,6%), məişət xidmətində (56,1%), ticarət və ictimai iaşədə
(46,4%) geniş tətbiq imkanları qazanmışdır. Bütün bu proseslər  (1 yanvar 1999-cu  il tarixə) 
dövlətin ümumi iqtisadi  kontekstdə əsas istehsal  fondlarında  payının 50 faizə qədər
iqtisadiyyatın müxtəlif bölmələrində çalışan işçilərinin   sayının isə 55-58% intervalında  
ixtisarlarına gətirib çıxarmışdır. Nəticədə, Avropa Yenidənqurma və İnkişaf Bankının 
hesablamalarına  görə, 1999-cu ilin iyul ayına Ukraynada özəl bölmənin Ümumi Daxili Məhsulda  
xüsusi çəkisi 55 faiz təşkil etmişdir.
Ukraynada özəlləşdirmənin nəticələrinin keyfiyyət müstəvisində təhlilinə gəlincə, fikrimizcə onu 
birmənalı şəkildə qiymətləndirmək mümkün deyildir. İlk növbədə özəlləşdirmənin  qarşıya 
qoyduğu  məqsədlərə nailolma dərəcəsinə  nəzər yetirərkən, onun siyasi və sistem dəyişiklikləri  
çərçivəsində müvəffəqiyyəti şübhə doğurmur. Ölkədə effektiv sahibkarlığın formalaşması 
prosesinin  ləngliyi məhz özəlləşdirmənin daha çox  siyasi, eləcə də sosial orientasiyası ilə izah 
olunur. Özəlləşdirmənin  iqtisadi   məqsədləri  sırasında effektiv sahibkarlar təbəqəsinin 
formalaşması,  özəlləşdirmə prosesinin gedişi ilə paralel surətdə  və  özəlləşdirmədən  sonrakı 
dövrdə reallaşdırılmışdır. Ölkədə faktiki olaraq özəlləşdirmə ərəfəsində və onun gedişinin ilk 
mərhələlərində  özəl  kapitalın zəif inkişafı   belə məqsədləri ön  sıraya çıxarmağa  mane olmuşdur. 
Lakin buna baxmayaraq,  nisbətən az  kapital tutumlu sahələrdə əsasən də kiçik  müəssisələr 
səviyyəsində  əldə edilən nəticələr  qənaətbəxş   hesab oluna bilər. Bu tendensiya kiçik  özəlləş-
dirmə bölməsi üzrə  ticarət, ictimai iaşə və məişət xidməti sferasında daha tez müşahidə
olunmuşdur. Beynəlxalq  maliyyə korporasiyasının  sifarişi ilə   ölkədə  aparılmış  tədqiqatların   
nəticəsində  məlum  olmuşdur ki,  özəlləşdirmədən sonrakı dövrdə kiçik  müəssisələrin 73,9 faizi 
öz xidmət və  məmulat-larının  satış həcmini  yüksəltmiş, müştəri şəbəkəsini genişləndirmişdir. 
Tədqiqatlar və praktiki nəticələr  göstərmişdir ki,  müəssisələrin özəlləşdirmədən  sonrakı dövrdə
fəaliyyətinin  effektliyi  özəlləşdirmənin üsullarından asılı olmuşdur. Belə ki, ictimai qaydada əmək 
kollektivinə  satılmış müəssisələrlə  müqayisədə rəqabətli   üsullarla  özəlləşdirilmiş   müəssisələrdə
daha yüksək nəticələr əldə olunmuşdur. Orta və iri  müəssisələrin   fəaliyyətinin  
qiymətləndirilməsi zamanı  bizim üçün maraqlı ola biləcək aşağıdakı   tendensiyalar 
ümumiləşdirilmişdir:


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə