Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

İdarəsi yaradılmışdı. Bu idarə müəssisə və kombinatların  səhm nəzarət paketini dövlətin əlində
saxlamaq şərtilə onların səhmdar cəmiyyətlər formasında yenidən təşkili məsələləri ilə  məşğul 
olurdu. Bu zaman yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin təsərrüfat vahidi kimi 
müəssisənin öz işçiləri arasında bölüşdürməsi nəzərdə tutulurdu.
Bu prosesə paralel olaraq, əvvəllər milliləşdirilmiş özəl və özəl-dövlət qarışıq mülkiyyətli 
müəssisələrin restrukturizasiyası haqqında qərar da qəbul edilmiş, həmin müəssisələri keçmiş 
sahiblərinə 1972-ci ilin milləşdirilmə  dövrünə uyğun olan ilkin balans qiymətilə almaq təklif 
olunmuşdur. Bu zaman qiymətləndirmə prosesində indeksləşdirmə  əmsalları  da nəzərə alınırdı. Bu 
səbəbdən də əvvəlki sahibkarlar və onların qohumları  18 il istifadə olunmuş, fiziki və mənəvi 
cəhətdən köhnəlməyə məruz qalmış əmlakın yenidən dəyəri ödənilməklə  satın alınmasına çox da 
böyük  həvəs göstərmirdilər.
Şərqi Almaniyada 1990-cı ilin 18 mart  seçkilərindən sonra  formalaşmış  yeni hökumətin  Qərbi 
Almaniya ilə maksimum tez  müddətdə birləşmək kursu götürməsi, özəlləşdirmə siyasətində də
keyfiyyət dəyişikliklərini şərtləndirmişdir. İlkin olaraq bu prosesin başlanılması üçün AFR-dən 
mütəxəsislər dəvət olunmuş və sonradan həmin ilin  iyun ayında Qəyyum İdarəsi haqqında yeni 
Qanunun  qəbulu və özəlləşdirməyə  məsul olan  orqanın səlahiyyətlərinin genişləndirilməsi  bu 
istiqamət üzrə  start götürmüş keyfiyyət dəyişikliklərini daha da sürətləndirmişdir. Qəyyum 
İdarəsinin rəhbərliyində  menecerlərlə yanaşı, AFR-in iri təsərrüfatçılarının təmsil olunması 
özəlləşdirmə məsələlərinə  praqmatik baxışların daha da güclənməsinə  gətirib çıxartdı. Bu idarə
Federal hökumətin nəzdində fəaliyyət göstərərək, özəlləşdirilməsi nəzərdə tutulan bütün  
müəssisələri öz tərkibinə keçirtmişdir. Qarşıda duran kifayət qədər  əhatəli və mürəkkəb işlərin 
təşkilinin maliyyələşdirilməsi məqsədilə hökumət Qəyyum İdarəsinə sonradan hissə-hissə
qaytarılmaq şərti ilə 25 mlrd. marka həcmində kredit ayırmışdır. Özəlləşdirmədə effektivlik  
məsələləri maliyyə problemi həll olunduqdan sonra   ön plana  çəkilməyə başladı. 1990-cı ilin 
noyabr ayından etibarən Qəyyum İdarəsinin ərazi və sahəvi strukturlarının formalaşdırılması 
prosesi start götürdü. Ərazi strukturlarının başlıca funksiyası sahəvi orqanlarla birgə özəlləşdirməyə
təklif olunan müəssisələrə alıcı  tapmaqdan ibarət idi. Həmin müəssisələrlə bağlı son qərarı vermək  
səlahiyyəti isə Qəyyum İdarəsinin mərkəzi Qərargahının  özündə saxlanılırdı. Müəssisələrin 
özəlləşdirilməsi prosesində Qəyyum İdarəsinin başlıca fəaliyyət prinsipi "kim daha çox ödəyir" 
prioritetləri əsasında qurulmuşdu. Bu prinsipin  reallaşdırılması digər ölkələrdə olduğu kimi 
hərraclarda deyil, idarədə həyata keçirilirdi. Bu zaman Qəyyum İdarəsi qərb sahibkarlarının 
marağını nəzərə alaraq rentabelli müəssisələri maksimum baha qiymətə satmağa çalışır,  zərərlə
işləyən  müəssisələr üçün isə simvolik qiymətlər tətbiq edirdi. Hətta  zərərlə işləyən müəssisələrdən 
biri alıcıya onun işlərini tam qaydaya salınması şərti ilə cəmisi 1 markaya satılmışdı.
Qəyyum idarəsinin fəaliyyəti üç mərhələ üzrə  həyata keçirilirdi. Birinci mərhələdə  mümkün qədər 
çox müəssisənin  satışı məqsədi güdülürdü.  İkinci mərhələdə müəssisələrin özəlləşdirilməsi 
səhmləşdirmə yolu ilə davam etdirilir, bu zaman Qəyyum İdarəsi alıcılara maksimum miqdarda çox 
səhm satmağa çalışır, yerdə qalan hissəni isə Qərbi Almaniyanın fond  bazarlarında reallaşdırmağa, 
habelə əmək kollektivinin üzvləri arasında bölüşdürməyə səy göstərirdi. Üçüncü mərhələdə isə  
alıcısı  tapılmayan, lakin məşğulluğun   təşkilində mühüm rol oynayan müəssisələrin bazar şəraitinə
uyğunlaşdırılması prosesi həyata keçirilirdi. Bu məqsədlə həmin müəssisələr  kommunal  
mülkiyyətə verilirdi.
Şərqi Almaniyada özəlləşdirmə zamanı dövlət əmlakının qiymətləndirməsi sahəsində
inventarizasiya problemləri prosesin gedişində ciddi çətinlikər yaratmışdı.  Qiymətləndirməni 


aparmaq üçün müstəqil ekspertlər qrupu dəvət olunmuş, onların qarşısına  faktiki olaraq öz xidmət 
müddətini  başa çatdıran  avadanlığın əvvəllər fəaliyyətdə olan qiymətləri əsasında 
qiymətləndirilməsi məsələsi qoyulmuşdu. Bundan əlavə qiymətləndirmə komissiyasının  işinə
istehsalatın acınacaqlı ekoloji vəziyyəti də  neqativ təsir göstərirdi. Müəssisələrin külli miqdarda 
borcları vəziyyəti daha da gərginləşdirdiyindən 1990-cı ilin noyabr  ayında Federal hökumət  
müəssisələrin  özəlləşdirilməsi  zamanı dövlət borclarının və ekoloji  çirkləndirməyə görə
hesablanmış cərimələrin silinməsi haqqında qərar verdi.
Qərbi Almaniyada özəlləşdirmənin gedişində geniş tətbiq olunan üsullardan biri də müəssisələrin 
müflisləşmə  və ləğvetmə  yolu ilə  satışı olmuşdur. Bu variantla özəlləşdirmə zamanı 400 şirkət 
müflis elan olunmuş, 2700-ü isə ləğv edilmişdir.
Restitutsiya nəticəsində  300 şirkət və 240 mindən  çox obyekt əvvəlki sahiblərinə qaytarılmışdır. 
Şərqi Almaniyada kütləvi özəlləşdirmə modeli tətbiq edilməsə də maliyyə vasitəçilərinin rolu fəal 
olmuş, 25 fond 100-dən çox şirkətin minoritar* paketini əldə etmişdir.
Yuqoslaviyanın özəlləşdirmə modeli müvəffəqiyyətli hesab olunmasa da,  maraqlı xüsusiyətlərinə
görə diqqəti  cəlb edir. Yuqoslaviyada (hərbi hadisələrə qədər) ictimai (dövlət)  müəssisələrinin tam 
və ya qismən  satışı 1989-cu ildə qəbul 
edilmiş "İctimai kapitalın  yerləşdirilməsi  və dövriyyəsi haqqında", həmçinin   1990-cı ilin avqust 
ayında qəbul edilmiş "Səhmdar kapital haqqında" qanunlarla tənzimlənirdi. Bu qanunlara əsasən 
müəssisə səhmi iki məqsədlə, ayrıca olaraq daxildə və  xaricdə istifadə  üçün buraxa bilərdi. Daxili 
səhm müəssisənin əmək kollektivi,  rəhbər heyəti, pensiya fondları və digər şəxslər arasında 
bölüşdürülürdü. Xarici səhmlər isə ölkənin birjalarında satışa çıxarılır və sərbəst olaraq alıcıya 
təklif olunurdu. "Kapital" haqqında Qanunla səhmlərin bölüşdürülməsinin aşağıdakı qaydaları 
müəyyənləşdirilmişdir: hər bir işçi avtomatik surətdə səhmin nominal dəyərinin 30 faizi 
məbləğində güzəşt hüququ qazanır. Bu güzəşt hüququna maksimum həddi bütövlükdə 60 faizi 
ötməmək şərti ilə hər 1 illik  əmək stajına görə, 2 faiz güzəşt də əlavə olunurdu. İşçilər üçün güzəşt  
hüququ  10 il ərzində qüvvədə qalırdı. Mütəxəssislərin hesablamalarına  görə, işçilərə  verilən 
güzəşt hüququ üzrə orta göstərici  44 faiz təşkil edirdi1. Yuqoslaviyada daxili səhmlərin  yalnız 
işçilər arasında  satışına icazə verilirdi. Daxili səhm sahibləri əldə etdikləri səhmlərin ümumi 
dəyərindən  asılı olaraq müəssisənin idarəedilməsində və sərəncamında qalan mənfəətin  
bölgüsündə  iştirak edə bilərdilər.
 Bununla yanaşı, hər bir işçinin öz müəssisəsindən aldığı səhmlərin 50 faizindən çox olmamaq şərti 
ilə digər müəssisənin səhmlərini güzəştli şəkildə əldə etmək hüququ da saxlanılırdı. Bu zaman 
həmin işçi ictimai bölmədəki  hər bir illik əmək stajına görə 1 faiz güzəşt hüququna malik idi. 
Lakin bütün hallarda güzəşt hüququnun həcminin əldə olunmuş səhmlərin  nominal dəyərinin 50 
faizindən  çox olmasına icazə verilmirdi.
Yuqoslaviyada tətbiq olunan bu modelə özünüidarəetmə variantı kimi digər ölkələrin özəlləşdirmə
təcrübəsində rast gəlinməmişdir. Balkanlardakı məlum müharibə səbəbindən həmin model 
gözlənilən  nəticəni verməmişdir.
Şərqi Avropanın digər ölkəsində - Rumıniyada "Özəlləşdirmə haqqında" Qanun 1990-cı ildə qəbul 
olunmuşdur. Bu Qanunla tənzimlənən özəlləşdirmə prosesində səhmlərin bölüşdürülməsinin qarışıq 
üsulu nəzərdə tutulurdu. Belə ki,  Qanuna görə, özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətlərə
çevrilən dövlət  əmlakının  30 faizlik paketi Özəlləşdirmə üzrə Milli Agentliyə yönəlir və sonradan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə