Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə33/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

 
 
145 
adlandırılıb. Rayonun ərazisində Teymur Müskanlı 
və  Cılfır kəndində  də Çaxmaq qaya toponimi qeyd 
olunmuşdur. 
 
Çoban taxtı. Qaracallı  kəndi  ərazisində böyük 
yastı daşdır. Geniş ərazinin ortasındadır. Çobanlar o 
daşın üzərinə  çıxanda bütün ərazini müşahidə edə 
bilirdilər.  
 
Çömçəli. Qundanlı kəndi ərazisində böyük dərə-
nin adıdır.   
 
Çətin dərə.  Qarqışlaqdan Bəxtiyarlı  kəndinə 
qədər uzanan dərənin adıdır. Dərə tubulğa və qarati-
kan kolları ilə örtüldüyünə  görə  dərənin o tayına 
keçmək çətinlik törədir. Bu səbəbdən də oronim 
Çətin dərə adlandırılır.  
 
Davlı  dərə.  Xələc kəndində iri daşlarla  əhatə 
olunmuş dərədir. Davla müxtəlif cür rəngli parçalar 
bir-birinə tikilir. Daşların birinin üstünə sərilir. Kək-
liklər rənglərə  həssas olduğuna görə  həmin yerə 
tökülürlər. Bu zaman ovçular kəklik ovu edərmişlər. 
O səbəbə görə  də Davlı  dərə adlandırılır.  Zor  kən-
dində də Davlı dərə oronimi var.  
 
Döllək.  Mahmudlu kəndindən Yazı düzünə 
çıxan köhnə yolun sağ tərəfində yerləşən böyük də-
rənin adıdır. Mahmudludan olan informatorlar ərazi-
ni qoyunçuluğun inkişafı ilə əlaqələndirirlər. 


 
 
146 
Döllək təpə Sarıyataq kəndi, Dəllək dərə  Ləpə-
heyranlı  kəndində  də var. Dölək Oğuz pəhlivanının 
adıdır. Bu ad oğuz pəhlivanına bir ənənə  əsasında 
verilmişdir. Pəmpək bölgəsində Dölləklər adlı bir 
nəslin yaşadıqları haqqında məlumatlar var. (DQK 
139-140) Qayalı  kəndi  ərazisində  də Döllək dərəsi 
adlanan oronim var.  
 
Dəyirman dərəsi. Qarqışlaq kəndinin (ölü kənd) 
Bəxtiyarlı istiqamətli dərənin adıdır. Həmin  ərazidə 
iki Su dəyirmanı olmuşdur.  
 
Dərə bağ. Qısıraq bulağının dərəsindədir. Yataq 
yeri adlanan yastanın alt hissəsində Çardaxlı 
kəndinin alma bağlarıdır. 9 (doqquz) hektar ərazini 
tutur.  
 
Dərə yeri.  Eyvazlı  kəndi  ərazisində  əkin sahə-
sinin adıdır.  
 
Dolayı. Xələc kəndində əkin sahəsinin adıdır.   
 
Dərbənd.  Qundanlı  kəndinin  ərazisindədir. Sö-
zün deyilişində bir qədər dəyişiklik olmuşdur. 
“Dar”, “ensiz, çətin keçilən yer mənasında”, “bənd” 
isə kəsilmiş, daralmış mənasında işlənmişdir.  
 
Daşlı dərə. Çardaxlı kəndində Qarağac kəndi ilə 
Çardaxlı kəndi arasında yerləşən dərə, dərənin içərisi 
böyük daşlarla örtüldüyünə görə adlandırılır.   


 
 
147 
Dəyirman dərəsi.  Hacılı  kəndində su dəyirma-
nının qarşısında olan dərənin adıdır. Həmin dərənin 
kəndə yaxın hissəsində su dəyirmanı var idi. 
 
Dəlik daş.  Məzrə  kəndi  ərazisində qayalığın 
adıdır. Daşlardan biri deşik olduğuna görə (içərisin-
dən Gorus şosesi keçir) dəlik daş adlandırılıb. Yuxa-
rı Mollu kəndində də Dəlik daş oronimi var. 
 
Dərə yerləri.  Xələc kəndində  Xələc dağı ilə 
Duzlaq  adlanan  ərazidə olan əkin yerləridir.  130 
hektar ərazisini əhatə edir. 
 
Darlar.  Bəxtiyarlı  kəndinin  ərazisindədir. Bər-
güşad çayının həmin  ərazidən keçdiyi yerin  hər iki 
tərəfi hündür qayalıqdır. Arxa tərəfi Bəxtiyarlı düzü-
dür. Su elektrik stansiyası tikilməsi məqsədi ilə 
qayanın hər iki tərəfinə işarələr vurulmuşdur. Həmin 
ərazidən Şimalda yerləşən kəndlərə “dardan yuxarı”, 
cənubda yerləşən kəndlərə  isə “dardan aşağı” 
kəndlər deyilir”.  
 
Dərəyurd.  Başarat kəndindədir.  Ərazidə köhnə 
kənd yerinin qalıqları var. Həm də böyük biçənək 
sahəsidir.  
 
Dağ döşü tala yeri, 
Bürc yeri, qala yeri, 
Bundan pis gün olarmı? 
El köçə, qala yeri. 


 
 
148 
Düldül  piri. Atqız (ölükənd) kəndində  İmam 
Əlinin (ə) atının irizlərinin olduğu yerdir, ziyarət 
edilirdi. 
 
Daşlı güney. Poladlı kəndində təpənin adıdır.  
 
Darı  yerləri.  Xələc kəndində  Qaşqa daşın ayaq 
hissəsində yerləşən əkin yeridir.  
 
Dərəbağ.  Aşağı Xocamsaxlı  kəndindədir. Qala-
nın altında orada olan palıd ağaclarının yaşı haq-
qında məlumat yoxdur. Qədim bağ hesab olunur
çoxlu üzüm, armud ağacları var.  
 
Dərviş  dərəsi.  (Muradxanlı  kəndindədir) Azər-
baycan oronomiyasında bir çox obyekt adları titul və 
peşə sözlərinin terminlərlə birləşməsindən meydana 
gəlmişdir. Dərviş  dərəsi də belə toponimlərdəndir. 
Dərviş komponenti isə “çay yatağı”, “çayın axdığı 
yer”, “uzun”, “dərin süxur”, “iki dağ və təpə arasın-
da” mənasındadır. Ümumiyyətlə, dərə relyefi  dar və 
ya uzunsov çökək formasında, adətən, əyri-üyrü olur.  
Dərələr endogen (daxili) və ekzogen (xarici) pro-
seslər  əsasında yaranır. Dərviş sözü ilə bağlı 
Zəngilan rayonunda da Dərviş  dərəsi mövcuddur. 
Laçında Dərviş təpə (Cağazur kəndi), Dərviş qayası 
toponimləri də vardır.  
 


 
 
149 
Ehsan bağı.  Xələc kəndində 2 hektar ərazini 
əhatə edən peyvənd calanmış tut bağıdır. Məşədi 
Şirin adlı şəxs tərəfindən salınmışdır. Müharibə vax-
tı  ətraf kəndin hamısı o bağın meyvəsindən istifadə 
etmişdir.  
 
Əncirli dərə.  Əncir adını  əks etdirən bir çox 
toponimlər mövcuddur.  
Hacılı kəndində Əncirli dərə həmin ərazidə əncir 
ağacının da çox olması ilə bağlıdır. Dəvəçidə Əncir-
dağ adlı dağ var. Füzulidə  Əncir dərə, Cəbrayılda 
Əncirli daş, Zəngilanda  Əncirli dərə,  Əncir qayası 
toponimləri mövcuddur.  
 
Əyri dərə. Mahruzlu kəndində olan dərənin, Əy-
riyap  isə Mollaburan kəndi  ərazisində  təpəciyin 
adıdır. Əyri dərə (Mollu kəndi) 
 
Əjdaha qayası. Rayonumuzda elə oronimlər var 
ki, insanlar tərəfindən bu və ya digər heyvanlara 
oxşamasına görə adlandırılır. Məmmədli kəndi  əra-
zisindədir. 
Əjdaha qayası Göyyal kəndi ərazisində də var. 
 
Əjdaha dərəsi. Xocahan kəndi ərazisində yerləşir.  
Digər rayonlarda da bu cür toponimlər mövcud-
dur. Kəlbəcər rayonunda Əjdaha qayası, Lacın rayo-
nunda  Əjdaha düzü, Əjdaha  yal,  Əjdaha kahası, 
Şərur rayonunda Əjdaha dağı vardır. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə