Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə29/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

 
 
126 
III FƏSİL  
RAYONUN ORONİMLƏRİ 
 
Oronimlər torpağın üst qatının relyef quruluşunu 
bir-birindən fərqləndirən yerlərin adıdır.  
Azərbaycan toponimiyasında oronimlər (dağ, tə-
pə, dərə, qayalıq, yarğan, til, eniş, yoxuş  və s. ad-
ları), adonimlər (səhra, çöl, meşə, bağ, biçənək, otlaq 
və s. adları). Adların xüsusi əhəmiyyəti var. Bu 
baxımdan Qubadlının kəndlərində saysız - hesabsız 
oronimlər, adonimlər, mikroponimlər, həm də mak-
rotoponimlər öz əksini tapmışdır. Rayonun təbiəti o 
qədər gözəldir ki, bu zənginlik bir-birindən fərqli 
olan çoxlu adların yaranmasına səbəb olmuşdur. 
Türksoylu xalqların  əzəli  əraziləri olan toponimlər 
bu xalqların dilinin məhsulu olaraq yaranmışdır.  
Məsələn, Səlkin dağı, Cəngər daği,  Kəpəz daği, 
Hərtiz dağı, Vəli düzü, Yazı düzü, Ballı qaya, Qızıl 
qaya, Boz yal, Göy təpə, Göy dərə, Göy yal, Qızıl-
daş, Dərindərə, Quru dərə, Quru qobu və s. 
Dərə yerləri (Xələc), Sarı yoxuş (Xələc), Qızıl 
qaya (Çardaxlı), Keçəl təpə (Çardaxlı), Ballı qaya 
(Çardaxlı), Keçəl təpə (Hacılı), Daşlı  dərə (Cəfər-
xanlar), Qılınc təpə (Hacılı), Sarı yer, Arpa dərəsi 
(Xocamsaxlı), Sarı  yataq (Sarıyataq), Səngər yeri 
(Əyin k),  Qara quzey (Qəzyan k), Oyuqlu dağ 
(Seytas k), Top ağac (Başarat k), Qaşqa daş (Xələc), 


 
 
127 
Mir Məhəmməd ocağı (Mirlər kəndi),  Şəhid dərəsi 
(Mirlər kəndi),  İlanlı  dərə (Mirlər kəndi), Qoyun 
damı (Mərdanlı kəndi) 
Göstərdiyimiz misallardan aydın olur ki, bu cür 
yer adlarını mikrotoponim hesab etsək də onların 
məzmunu dəyərli tarixi məlumatlarla zəngindir.  
Məsələn, Səngər dağı  (1905-1918-ci illərdə er-
mənilərin el-obamıza basqını zamanı  səngər kimi 
istifadə edilmişdir). Oyuqlu dağ  – 1923-cü ildə So-
vet hökuməti Qubadlı torpaqlarını ermənilərə verib, 
erməni sərhədlərini müəyyən etmək üçün sərhəd-
lərdə oyuqlar açıb, orada kömür  basdırıblar. Buna 
görə də dağın adı belə adlanıb.  
Qanlı yal tayfa davası zamanı qan tökülmüş bir 
yerdir.  Şəhid dərəsi  müharibələrdə  qırğınların baş 
verdiyini açmışdır.  (Mirlər kəndi  ərəb qoşunlarının 
müharibələr zamanı kütləvi qırılması). Türk qəbri 
adı Göyyal kəndində  (Nuru Paşanın  əsgərlərindən 
birinin həmin  ərazidə  vəfat etməsi ilə bağlıdır. Hə-
min qəbir yerli əhali tərəfindən qorunub, ziyarət 
olunmuşdur). 
 
Arpa dərəsi. Arpa bitkisinin adı ilə bağlı çoxlu 
toponimlər mövcuddur. Rayonun Xocamsaxlı  kən-
dində Arpa dərəsi oponimi var. Arpa adı ilə bağlı 
rayonun digər kəndlərində oponimlərin adlarını çək-
mək olar. 


 
 
128 
Arpa çuxuru (Mərdanlı  kəndi), Arpa çuxuru 
(Saray kəndi), Arpa dərəsi (Tatar kəndi), lakin unut-
mamalıyıq ki, Arpa toponimi tək arpa bitkisinin yox, 
həm də Arpa tayfalarının adları ilə də bağlıdır.  
Qədimlərdə böyük bir türk oymağının adı Arpa 
olmuşdur. Kazan xanlığında belə bir oymağın (topo-
nimin) olması yazılır 
(49.231). 
 
Ağıllar.
 Qundanlı kəndinin şimal qərbində dağın 
ətəyində yan-yana olan qədim  qoyun arxaclarının 
adıdır. Ağıl mal-qara, qoyun-quzu yatağı bildirir.  
 
Ağ düz.  Boynakər kəndinin  ərazisindədir. Hə-
min torpaqlarda yüksək məhsuldarlıq əldə edildiyinə 
görə adlandırılmışdır.  
 
Ağ yol.  Yuxarı Xocamsaxlı  kəndindən Tarovlu 
istiqamətə  qərb tərəfində  ağ torpaq layının adıdır. 
Həmin  ərazidən layşəkilli tabaşir də  çıxır. Yolun 
rənginin ağ çalarlığına görə Ağ yol adlandırılmışdır.  
 
Ağıl qaya.  Bəxtiyarlıdan Göyərciyə gedən Qar-
qışlaq yolunun günçıxan istiqamətində dağlıq ərazi-
dədir.  İnformatorlar oronimin birinci tərəfindəki 
“ağıl” sözünün “Mal  qara” yatırılan  yer kimi başa 
düşüldüyünü bildirirlər.  
 
Ayı  çınqılı.  Zor kəndinin cənub qərbindəki 
təpənin, çınqıllığın adıdır.  


 
 
129 
Ala dağ.  Tatar kəndindən Zəngilan istiqamə-
tində olan təpənin adıdır. Torpaq çalarlarının rəng 
dəyişkənliyinə görə adlandırılmışdır.   
 
Alagöz yurdu.  Mərdanlı  kəndindədir. “Kitabi - 
Dədə-Qorqud” dastanında Ala sözünün iri,  böyük, 
yekə mənalarında işlənməsi daha çox nəzərə çarpır. 
Ala  dağı  gəzər idim. Ala geyik, sığın qeyik qovar 
idim. “Kitabi Dədə Qorqud” dastanı  səh 102, 104. 
 
At ağlı.  Qundanlı  kəndinin  ərazisindədir. Kol-
xozlaşma dövründə  həmin yerdə  Qarabağ atları 
saxlanılırmış. 
 
Ağ qaya. Ağa çayının sol sahilində yerləşən sıl-
dırım qayalıqdır.  Əyin armudluğundan qaya 
görünür.  
İslamşünas tarixçi alim Bəhlul Behcətin 1938-ci 
ildə  nəşr olunmuş “Qaçaq Nəbinin  tarixi”  əsərində 
bu sıldırım qayalığın  Qaçaq Nəbinin sığıncaqların-
dan biri olduğunu göstərir. 
 
Alçalı  dərə.  Qayalı  kəndindədir.  Alça meyvə 
adları ilə,  ağacların növləri ilə bağlı çoxlu oronim-
lərə rast gəlinir. Göyərcik kəndində Alçalı  dərə  də 
bu qəbildəndir. Alçalıq (Əyin kəndi), Alçalıq (Xələc 
kəndi), Alçalı dərə, (Məzrə kəndi).  
Rayonda tarixi və  dəyərli məlumatlarla zəngin 
olan toponimlərə daha çox rast gələ bilirik.  


 
 
130 
Şıx Əfəndi Baba piri, (Hərtiz dağı), Şəhid dərəsi, 
(Mirlər), Türk qəbri (Göyyal),  Şəhrixanı  sel aparan 
dərə (Saldaş),  Türk
 
qəbri (Dondarlı),  Qanlı  yal (Xo-
cik), Babaxan kələyi (Aşağı Mollu), Səkkizguşəli 
məqbərə  Gürcülü,  Nəbi  kələyi (Yuxarı Mollu) Os-
manlı  qəbiristanlığı (Aşağı  Mollu), Cavanşir türbəsi 
(Qayalı), Ərəb yurdu (Qundanlı), Qabil ölən (Cibikli).  
 
Aralıq qaya. Aşağı  və Yuxarı Cibikli kənd-
lərinin  ərazisini bir-birindən ayırdığına görə adlan-
dırılmışdır. Ara və qaya sözləri oronimi yaratmışdır. 
Aralıq qaya oronimi Məmmədli və  Xələc kəndlə-
rində də var.  
 
Ayı  dərəsi.  Rayonun kəndlərində ayı adını  əks 
etdirən toponimlər çoxluq təşkil edir. Ərazidə də qo-
nur ayıların yaşaması ilə bağlı olan toponimlərə çox 
rast gəlinir. Ayı dərəsi (Saldaş k), Ayı ölən (Çardaxlı 
k) Ayı mağarası (Zor k), Ayı dərəsi (Xocamsaxlı k). 
 
At dərəsi.  Çərəli kəndi  ərazisində olan yer 
adıdır. Rayonda bu cür zootoponimlərə, oronimlərə 
çox rast gəlinir. At dərəsi (Saldaş kəndi). 
At güneyi, At rizi (Əyin kəndi), At yalı (Xələc 
kəndi), At ağılı (Qundanlı kəndi), At ağılı (Sarıyataq 
kəndi). 
 
Alagöz dərəsi. Rayonun Tatar kəndinin ərazisin-
dədir. Ala rəng mənasında, daş  isə müsbət relyef 
formasını ifadə edir. Belə oronimlər Zəngilan rayonu 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə