Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

 
 
164 
metrdir. Dağın hündür yerində  qədim  günbəz
 
var. 
Ona görə  də  Günbəz dağ adlandırılır.İnsanlar tərə-
findən ziyarət olunurdu. 
 
Kəpirli yal. Tarovlu kəndinin ərazisindədir. Ya-
lın üstündə nazik kəpirli  daşlar  olduğuna görə 
adlandırılmışdır. 
 
Kaftarlı  dərə.  Həmzəli kəndindədir. Heyvan 
adları ilə bağlı zootoponimlər rayonda çoxluq təşkil 
edir. Toponim Tatar kəndində də qeydə alınmışdır.  
 
Kərt dağı.  Xocamsaxlı  kəndindən başlayaraq 
Çardaxlı kəndinin Keçi qayası istiqamətində uzanan 
dağın adıdır. Dağın orta hissəsi ensiz göründüyünə 
görə Kərt dağ adlandırılmışdır. Tarovlu kəndi dağın 
ayaq hissəsində yerləşir. 
 
Kalba Mehdi novu.  Diləli Müskanlı  kəndində 
olan qədim su novudur.  
 
Kəmərələr. Tarovlu kəndinin ərazisindədir. Kə-
mərələrin aşağı günçıxan istiqaməti hektarlarla zəmi 
yerləridir.  
 
Koroğlu tapı. 
(arşını)
  Bu rayon ərazisində 
birbirinə yaxın hündürlükdə olan təpədir. Belə  rə-
vayət olunur ki, Koroğlu tacirlərdən alıb yoxsullara 
payladığı parçanın uzunluğu o iki təpənin arasındakı 
məsafə  qədər olarmış. O səbəbdən  ərazi Koroğlu 
arşını adlanıb. 
 


 
 
165 
Köhnə  qışlaq (Ölü kənd).  Xallava kəndi ilə 
Cibikli kəndləri arasında yerləşir. 1918-ci ildə kənd 
ermənilər tərəfindən yandırılmış, dağıdılmışdır. 
Kənd camaatı  Cəbrayıl rayonunun Qumlaq  kəndinə 
köçmüş, oraya uyğunlaşa bilmədiklərindən  yenidən 
Yuxarı Cibikli kəndinə qayıdıb yaşamışlar. 
 
Kavır dərəsi.  Rayon  ərazisində olan Gavır 
dərəsi, Qavır qalası, Kavır yurdu, Gavır kahası kimi 
toponimlərə F.Sumerin qeydlərində rast gəlinir, 
Oğuz və Qıpçaqlarla əlaqələndirilir. Oğuzların özlə-
rinə düşmən saydıqları kafirlərin adları da Türk 
mənşəlidir. Dəmir yaylı Qıpçaq Məlik, Qara Arslan, 
Qara Təkur və s.  
F.Rəşadəddinin “Oğuznamə” sində də eyni şəkil-
də qeyd edilmişdir. O, özünün “Oğuznaməsi”  ilə 
türk aləminə əbədi bir abidə bəxş etmişdir. Oğuzla-
rın tarixi yerləri, oğuz tayfa adlarının mənaları, 
inancları haqqında məlumat vermişdir.  
“Oğuznamə”dəki saysız-hesabsız toponimlər 
elm üçün, araşdırmalar üçün çox faydalıdır. Məsə-
lən: rayonun ərazisində  olan  Arançay (Həkəri), 
Aslan düzü (Məmər), Gavır dərəsi (Məmər), Qanlıca 
(Zəngəzur), Quqarcik  (Göyərcik), Anabat (Cibikli), 
Aladin (Tatar) və s. 
Qədim yazı nümunələrimizdən biri sayılan 
“Kitabi-Dədə Qorqud” dastanında da adları qeyd 
olunan toponimlər,  həmin dastanın onomistikası ilə 


 
 
166 
səsləşən coğrafi adlar rayonun ərazisində bu gün də 
yaşamaqdadır. Göyərcik, Göyərəbbas, Göyyal, Göy 
təpə. Bu ada digər türk ellərində də rast gəlinir. 
Dağıstanda Güyartı, Bolqarıstan ərazisində Kök-
oba, Kökar, Kökarca, Çıldırda, Kökərcik və s. oyko-
nimlərini göstərmək olar.  
Maraqlıdır ki, Köyər etnoniminə formaca oxşar 
müxtəlif sözlərlə bağlı gürcü alimləri də müxtəlif ya-
zılarla çıxış ediblər. Ancaq Türklərin yaşadığı 
coğrafi ərazi kimi adlanmışdır.  
Ümumiyyətlə, Göyər Quqar toponiminin  türk 
mənşəli olması barədə ermənilər susurlar. Ancaq im-
tina da edə bilmirlər. Çünki həmin oykonimin adı 
çox qədimdir, həm də Türklərin yaşadığı coğrafi 
ərazilərdə əks olunmuşdur.  
Ermənilərin sayıqladığı fikirlər,  əlbəttə,  əsassız 
fərziyyələrdən başqa bir şey deyildir. Göyərcik topo-
nimi türk dilləri üçün xarakterikdir.  
 
Küllü təpə. Diləli Müskanlı kəndindədir. Təpənin 
vulkanik  kül rəngli torpaq süxurları ilə örtüldüyünə 
görə yaranan oronimdir. Həm də sifət bildirən “boz” 
ifadəsi ilə bağlıdır. Rayon ərazisində sifət bildirən 
oronimlər çoxluq təşkil edir. Kül təpə (Mərdanlı) 
 
Kosa dağ.  Aşağı Xocamsaxlı  ərazisindədir.  Ət-
rafı daşlarla örtülüdür. Baş hissəsində bitki örtüyü, 


 
 
167 
ağac, daş  olmadığına görə “Keçəl dağ”, Kosa dağ 
adlandırılır. 
 
Kahalar. Mehrili kəndində olan iki çox da 
böyük olmayan kahadır. 
 
Kahalı dərə. Ulaşlı kəndindədir. Dərədə kahala-
rın olması ilə əlaqədardır.  
 
Köhnə  qışlaq.  Ulaşlı  kəndində yurd yerləridir. 
Köhnə damların qalıqları qalmaqdadır. 
 
Kosa dağı.  Dəmirçilər kəndində çox da hündür 
olmayan dağdır. Üzərində kol-kosun  az olması ilə 
əlaqələndirilir. 
 
Karvan yolu.  Çardaxlı, Xələc, Xallava ərazilə-
rindən Məzrə düzünə qədər uzanan qədim yolun adı-
dır. Qızıldaşdan qatırlarla yüklər Gorus şəhərinə 
daşınarmış. 
 
Qalalı.  Əlquluuşağı  kəndində orta əsrlərə aid 
müdafiə qalasıdır. Tikinti qalıqları son zamanlara 
qədər qalmışdı. Təpənin kənarında yaşayış məskən-
lərinin qalıqları  olan “Qarı  qışlaq”, “Ulu qışlaq”  da 
yerləşir. Həmin ərazidən böyük küplərlə bərabər qə-
birlərdən bəzək əşyaları çıxmışdı. (Şirəli muncuqlar, 
şirəli qablar) Hətta  ərazidə  mərtəbəli qəbirlərə  də 
rast gəlinirdi.  


 
 
168 
Qarağac dərəsi.  Eyvazlı  kəndində yerləşir. 
Qarağac bitkisinin adı ilə bağlıdır. Qarağacla bağlı 
başqa rayonlarda da adlar var.  
Qarağac yalı (Kəlbəcər), Qarağaclı çuxur, (Laçın), 
Qarağac yamacı (Masallı), Qarağac çay (Zaqatala).  
 
Qaraqoyun dağı. Azərbaycanın etogenində işti-
rak etmiş Qaraqoyunlularla bağlıdır. Bu tayfanın adı 
ilə bağlı ölkəmizin ərazilərində çox yer adları vardır. 
 
Qarayazı.  Davudlu kəndinin  ərazisindədir. To-
ponim “qara” və “yazı” sözlərindən əmələ gəlmişdir. 
“Qara” sözü böyük mənasında işlənmişdir. Qədim 
mənbələrdə Qaq yazı, “Çəmən” sözündəndir. Bu isə 
türk mənşəli sözdür. Bəzi toponimlər Qara rəng, yazı 
isə relyef kimi işlənmişdir. Qazax və  Göyçay 
rayonlarında da Qarayazı toponimi var.  
 
Qaragüney.  Qara böyük, Güney isə günəşin 
şüalarının çox düşdüyü yerə deyilir. Güney sözü qə-
dim Türk dilində cənub deməkdir. 
Qaragüney toponimi Şirvan, Tovuz, Laçın, Sabi-
rabad, Kəlbəcər, Gədəbəy rayonlarında da var.  
 
Qaraun dərəsi.  Qədim oğuzların karkin adlı 
tayfasının adını (7.11.(I) 575) mühafizə edən coğrafi 
adlardandır. Rəşidəddin bu tayfa adını ilk dəfə Mah-
mud Kaşğarinin göstərdiyi 22 oğuz tayfasının adına 
əlavə etmişdir. (21. 1 (I) 83-85)  Əbdül Qazi xan  isə 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə