204
Toxmaq dərə. Hal kəndinin ərazisində, Qarabağ
silsiləsinin ətəyində yerləşir. Toxmaq Qızılbaşların
ustaclı tayfasının tirələrindən birinin adı olub.
Ermənistanda Azərbaycanlılar yaşayan Toxumaq
adlı kənd də olub.
Toxmaq mülkü Tərtər rayonunun Azad Qaraqo-
yunlu kəndinin ərazisindədir.
Uyuqlu dağı. Seytas kəndinin ərazisindədir. Sər-
hədlənmiş, qazılaraq nişanə qoyulmuş yer mənasın-
dadır. Yerli əhalinin məlumatlarına görə, sərhəd
təyin edilərkən o ərazidə kömür basdırılıb, onunla
bağlıdır.
Ulaşlı dərəsi. (Hulaş) Tayfalarının adı ilə əlaqə-
lənir. Hulaş Xəzər tayfalarının birinin adıdır. Volqa
çayının sahilində Hulaş şəhəri olub. Ulaş təpə, Ulaş
dərəsi kimi oronimlərə rast gəlinir.
Respublikamızın Kəlbəcər rayonu, Xocavənd ra-
yonu, Zəngilan rayonu, Masallı rayonlarında bu cür
toponimlər qeydə alınmışdır.
“Kitabi Dədə Qorqud” dastanında Amud soyu-
nun aslanı Ulaş oğlu salur Qazan Qaracuğun qaplanı
kimi verilmişdir. (D. 35
12
) (DQK 348)
Üctəpə. Yuxarı Cibiklinin Ermənistanla sərhəd
hissəsində yan-yana üç təpədir. Həmin ərazidən əsən
205
küləklər 5-7 gün olur. Bu da yaz aylarının əvvəl-
lərinə təsadüf edir.
Ücağac meşəsi. Yuxarı Cibikli ərazisindədir. Öl-
çü vahidi olaraq rayondan həmin əraziyə qədər olan
məsafə kimi qəbul edilmişdir.
Uzun tala. Mistan kəndinin kartoflu bulağı yer-
ləşən ərazidə ensiz, uzun meşə zolağıdır.
Üç qardaş piri. (Ağdaşlar) Qaralar kəndindədir.
Biri-birindən aralı üç böyük daş: birinci daş Böyük
daş bulağının yanında, ikinci daş köhnə kəndin altın-
da, üçüncü daş isə Böyük gölün kənarında yerləşir.
Kənd əhalisi onlara Üç qardaş deyirdi.
Üç qardaş əfsanəsi. Yuxarı Mollu kəndi ərazi-
sində bir-birinə yaxın 3 böyük ölçülü daşlardır.
Daşlar ilahidən yonulub, düzəldilib. Daşların ikisinin
kölgəsində dağdağan ağacı bitib. Üçüncü daşın köl-
gəsində bitən dağdağan ağacı bir neçə metr aralı-
dadır.
Belə deyirlər ki, qardaşlar atla qaçarkən, arxala-
rınca kafirlər düşürlər ki, onları tutub öldürsünlər.
Üçüncü qardaşın atı yorulduğundan
qardaşların
yanına çata bilmir.
Yalvarırlar, Allah-Təala bizi daşa
döndər. Rəbbim onların səsini eşidib, daşa döndərir.
Ona görə də 3-cü daşın yanında olan dağdağan ağacı
bir qədər aralıda bitmişdir.
206
Müəyyən məsafədən baxanda daşlar üzərində
dini geyimli qadın, samovar və çaynik təsviri
aydınca görünürdü.
İnsanlar tərəfindən həmişə ziyarət olunur.
Vənli dərə. Hal kəndindədir. Dərə ağaclarla
əhatə olunduğuna görə adlandırılır. Vənli, Vənlik
toponimləri rayonun çox kəndlərində mövcuddur.
Yazı düzü. Bərgüşad Həkəri çayları arasında
olan böyük düzənlikdir. Bu toponim, yəni Yazı Türk
dilində geniş, ucu-bucağı görünməyən çöl mənasın-
dadır. Azərbaycanda Yazı düzü adlanan sahələr
çoxluq təşkil edir.
Yel piri. Dondarlı kəndində Ağ dərə adlanan
ərazidədir. Çox böyük yaşı olan saqqız ağacıdır.
Ziyarət edilirdi.
Yaz yurdu. Köhnə Qışlaq (ölükənd) kəndinin
ərazisində yerləşir. Aran camaatı o yerlərə dağa
çıxarmışlar.
Yavaş dərə. Aşağı Mollu kəndindədir. Otunun
şirinliyinə görə heyvanlar o dərəyə qaçırdılar. O
ərazidə çobanlar çox rahat olduglarına görə Yavaş
dərə adlandırılıb. Bəzi informatorlar isə dərənin
keçidlərinin çətin olması ilə əlaqələndirirlər.
Yastan. Mahmudlu kəndinin ərazisindədir.
207
Yovşanlı yal. Sarıyataq kəndi ərazisində otlaq
sahəsidir.
Yol qəbiristanlığı. Xocik kəndindədir. İnforma-
torların məlumatlarına əsaslanaraq, oranın qədim
Alban qəbiristanlığı olduğu qeydə alınır.
Yemişanlı yurd. Çayzəmi çayının qərb sahil-
ləridir. Qubadlının rayon camaatı yay aylarını həmin
yaylaqda keçirərdi. Seytas kəndinin ərazisində də
Yemişanlı yurd adlı toponim var.
Yastana. Çayzəmi ərazisində, dağın döşündəki
yastı və hamar bir sahənin adıdır.
Yumru təpə. Hacılı kəndi ərazisində daş karxa-
nasının üst tərəfində yerləşən yumru təpədir. Geo-
loqlar həmin təpəyə üç ədəd dəmir borular bas-
dırıblar.
Yumru təpə. Usuplu kəndinin cənub tərəfində
daşlı təpənin adıdır. Köhnə Mahmudlu-Xələc yolu-
nun üstü.
Yağlı yurd. Başarat kəndindədir. Otunun yağlı
olmasına görə adlandırılmışdır. Yağlı yurd toponimi
Qarqışlaq kəndində də qeydə alınmışdır.
Yəhər daş. Əfəndilər kəndindədir. Daş kənardan
baxanda at yəhərinə oxşadığına görə oronim belə
adlanır.
208
Zoğallı dərə (Zoğallı düz). Zoğal bitkisinin adı
ilə adlandırılan çoxlu fitotoponimlər mövcuddur.
Qubadlıdakı Zoğallı dərə də belə toponimlərdən-
dir. Zoğal bitkisinin adı ilə Qubadlının İşıqlı
kəndində Zoğallı düz toponimi mövcuddur. Burada
topluluq ifadə edən "lı" şəkilçisi zoğal isminə
artırılaraq, həmin ərazidə zoğal ağacının çox oldu-
ğunu bildirən toponimi (ad) əmələ gətirir. Zoğal
bitkisinin adı ilə Zaqatalada Zoğalbinə kəndi,
Şamaxıda Zoğalava çayı, İsmayıllıda Zoğallıq kəndi,
Xocavənddə Zoğalbulaq kəndi, Culfada Zoğala çayı
və s. toponimlər mövcuddur. Başqa rayonlarımızda
da bu meyvənin adı ilə bağlı oronimlər vardır:
Zoğallı dərə (Qəbələ, Zəngilan, Gədəbəy, Göyçay,
Laçın rayonları); Zoğallı dağ (Qəbələ, Şəki, Şəmkir,
Zaqatala rayonları); Zoğallı çökək (Tovuz rayonu,
Bala Şamlıq kəndi) və s.
Cəvizlik. Çayzəmi ərazisindədir. Bu bağ 1960-
61-ci illərdə Meşə təsərrüfatı idarəsi tərəfindən
salınmışdır. 4 hektarı isə 1985-ci ildə salınıb.
Dostları ilə paylaş: |