199
Səqqələmə. Əyin kəndi ərazisində yer adıdır.
Yerli əhalinin dediklərinə görə, topa-topa vələs kol-
larının bitməsi ilə əlaqələndirilir.
Sumaxlı təpə. Dəmirçilər kəndində Sumax bitki-
sinin olmasına görə adlandırılmışdır. Sumaxlı dərə
oroniminə Hacılı kəndində də rast gəlinir.
Sınıq məscid. Sınıq məscid köhnə Qarqışlaq
kəndinin gündoğan istiqamətində yerləşir. Nəhəng
qayalığın uçması nəticəsində məscidin yolu kəsil-
mişdir. Oraya gediş-gəliş çətin olduğuna, sınıq
düşdüyünə görə el arasında Sınıq məscid adlandırıl-
mışdır. Tarixi olduqca qədimdir, heç bir araşdırma
aparılmamışdır.
Sarı Əhməd qəbiristanlığı. Kavdadıq kəndində
orta əsrlərə aid qəbiristanlıqdır.
Səlk dağı. Rayon ərazisində hündür dağdır.
Cılfır kəndindən 2 km cənub şərqdədir. Hündürlüyü
1375 m- dir.
Şalvar zəmi. Salvar dərə, şalvar təpə adlı topo-
nimlər rayon ərazisində mövcuddur. Şalvar türk
xalqının dünya xalqlarına verdiyi geyim növünün ilk
töhfələrindəndir. “Şalvar Cübbə Çuğa verdi”, “Al
şalvarlı atı bəhri xotazlı Qara Bucluq çapar yetdi.”
(KDQ 65), (KDQ 304)
200
Sınıq körpü. Qarakişilər kəndindədir. Orta əsr-
lərə aiddir.
Suludərə. Xəndək kəndindədir. Dərədə həmişə
su gölməçələri olur. O səbəbdən də Sulu dərə adlan-
dırılır.
Sulu daş. Həmzəli kəndində olan daşdır. Daş
həmişə rütubətli olur. Çala hissələrinə su yığılır.
Süpürgəlik. Xallava kəndində Yolaşan ərazidə
süpürgə bitən düzün adıdır.
Şeyx Şərif qəbiristanlığı. İşıqlı kəndinin ərazi-
sindədir. Bəzi mənbələrdə kəndin adının İşıqlı olma-
sı Şeyxin adı ilə əlaqələndirilir.
Şiş təpə. Rayonun ərazisindədir. Təpənin həcmi
kiçik olsa da, çox hündür olduğuna görə adlandırılır.
Bu toponim rayon ərazisində çoxluq təşkil edir.
Təpənin şiş, sivri, uca olmasından irəli gəlir.
Şüş yal. Gəyən düzünə bitişik yalların ən hündü-
rüdü. Xanlıqla Alaqurşağın arasındadı.
Şıx Əfəndi Ziyarətgahı. (Seyid Nigari).Şıx
Əfəndi baba qəbri Türkiyədədir. 40 gün Hərtiz dağı-
nın zirvəsində yaşayıb. Çərəli Səfər bəy onu çörək,
su ilə təmin edir. 40-cı gün tamam olanda Şıx Əfən-
di Səfər bəyin köməkliyi ilə Araz çayının sahilinə
gətirilir. Arazı keçərkən təsbehini, əsasını, yemək
yediyi qabını Səfər bəyə verib gedir.
201
Həmin ərazi Qubadlı caamatı tərəfindən ziyarət-
gah kimi qəbul edilmiş və həmişə ziyarət olunmuş-
dur.
Şah taxtı. Dəmirçilər kəndi rəvayətə görə tarixi
İran şahı Keyqubad dövrünə təsadüf edir. Kəndin
işlək yolundan 300-400 m məsafədə olan bu yerə
1-1,2 m enində daş yol çəkilib.
Şah düzü. Bəxtiyarlı kəndinin ərazisindədir.
Darlar adlanan qayanın şimal hissəsidir. Dağın üstü-
nün çox hamar olmasına görə adlandırılmışdır. Belə
rəvayət olunur ki, İran şahı o ərazidə olmuşdur.
Türk qəbri yalı. Rayonumuzun ərazisində. Türk
oronimi ilə bağlı oykonimlər çoxdur. Türk qəbri yalı
toponimi Göyyal kəndindədir. Həmişə ziyarət edil-
mişdir. Nuru Paşanın əsgərinin dəfn olunduğu yerdi.
Tülkü dərəsi. Qayalı kəndinin ərazisində olan
dərədir. Dərənin yuxari hissəsində Cavanşir türbəsi
yerləşir.Türbənin kənarında Diş ağacı deyilən nə-
həng ağac vardı. O ağac 80-ci illərdə ermənilər
tərəfindən kəsilib aparılmışdır. Diş ağrıyan zaman
ağacın yarpağı və ya budağından kiçik hissə ağızda
çeynənilir və diş ağrısı həmin anda kəsərdi.
Top qaya (daşlıq). Əyin kəndi ilə Çayzəmi ara-
sında olan yolun üstü Topdaşlıq adlandırılır.
202
Toxmaq təpə. Xallava kəndinin 3 km-də olan
yastı təpənin adıdır.
Türbələr. DəmirçiIər kəndində XIV əsrə aid
olan iki türbə vardır. Türbələrin daxili gözəlliyi ilə
yanaşı, xarici görünüşü də diqqəti cəlb edirdi. Onun
üzərində sanki at ayaqlarının izləri həkk olunmuş-
dur. Bu tarixi abidələr 31 avqust 1993-cü ilə qədər
olduğu kimi qorunub saxlanmışdı.
Türbə. Gürcülü kəndi yaxınlığında səkkiz bu-
caqlı tam salamat qalmış türbə vardı. Türbənin ətrafı
qədim qəbiristanlıqdır. Giriş qapısı ilə üzbəüz divar-
da olan çökək hissə başdaşı formasındadır. Başdaşı-
nın yeri və giriş qapısının vəziyyəti, buradakı qəbirin
qiblə istiqamətində olması türbədəki qəbrin və ətraf-
dakı qəbiristanlığın müsəlmanlara aid olduğunu
göstərir. Tarixi memarlıq abidəsi kimi işğala qədər
qorunmuşdur.
Taxtalı düzü. Ballıqaya kəndindədir. Ərazi
quruluşuna görə hissə-hissə hündürləşdiyinə görə
Taxtalı adlandırılır.
Tatar dərəsi. Tatar düzü adlı oronimlərə rayon
ərazisində rast gəlinir. “Kitabi- Dədə Qorqud” dasta-
nının bir neçə boyunda tatar adı qeyd olunmuşdur.
IV boyda tatara kafirlər düşmən kimi baxırlar. “Qarı
düşmən tatar oğlu əlimizə düşsəydi cəza ilə öldü-
rərdik”. (D 142 Cəlal Bəydili)
203
Təvərə daş. Köhnə Usuplu kəndi ərazisindədir.
Daşın üzərində ərəb əlifbası ilə yazılar var. Belə
yazılmışdır: “Bu yurd bizə heç bir ağ gün vermədi.
Buradan getmək lazımdır”.
Tənəkli dərə. Əliquluuşağı kəndində qara (yaba-
nı) üzüm bitkisi həmin dərədə çoxluq təşkil etdiyinə
görə adlandırılmışdır. Tənəkli dərə (Yuxarı Mollu)
Tək armud. Göyərabbas kəndində biçənək yeri-
dir.
Top çinar. Xanlıq kəndindən bir qədər aşağıda
iri gövdəli, üç bitişik iri qara çinar topu. Ona “Top
çinar” piri də deyirdilər.
Tosma təpə. Bəxtiyarlı kəndinin qərbində
Ardıclı dağın üst tərəfində yerləşən yastı təpənin
adıdır.
Topağac dağı. Başarat kəndi ərazisində Qarabağ
silsiləsinin cənub qərbində zirvəsinin hündürlüyü
2010 m Dağda topa ağacların olması ilə toponim-
ləşmiş Topağac adlandırılmışdır.
Dağlıq Qarabağın Xocavənd rayonu ilə sərhəd-
dir. Rayonun Xələc kəndində də Topağac adlanan
ərazi mövcuddur.
Topqaya. Qarakişilər kəndindədir. Qayalığın
adıdır.
Dostları ilə paylaş: |