39
bənövşələrdən, Səngər dağının ətəklərində möcüzəli
“Xarı bülbül”ü üzərsən, dağlara qalxıb meşələrdə
doyunca gəzərsən. Allı-güllü yaylaqların “çiçək də-
nizlərində üzərsən”. “Ətirli dağları” huşunu itirin-
cəyə qədər qoxlayarsan, şehli çəmənlərdə xəyala
dalarsan, yamaclardan kəkotu, qantəpər yığarsan,
biçənəklərdən çiyələk dərərsən, buz bulaqların
başında dincələrsən.
İndi bu nadir gözəlliklərin hər qarışı xain hədəli,
ölüm vədəli olub. Bir zamanlar aşiq öz sevgilisinə
ürək yanğısı ilə: “Üzündə göz izi var, sənə kim
baxdı, yarım?” deyərdi. İndi Odlar ölkəsinin Qazax,
Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan... kimi doğma
övladları ilə yanaşı, onun ən sevimli, şirin, qeyrətli
balası, ürəyinin bir parçası olan Qubadlının da gözəl,
göyçək hüsnünə göz izi düşüb. Təkcə göz izimi?
Yox!!.. Yağı izi, yanğın izi, göz izi!.. Xainlərin
maşın izi, tank izi!... Güllə izi, mərmi izi, qan izi!..
sinəmizə kimdir çəkən, bu dəhşətli dağı, kim?..
Düşmən kimdir, xain kimdir, yağı kim?.. yurdumu-
zun əzəlini, torpaqlarımızın gözəlini verdiyimiz,
qardaş deyib su, çörək verdiyimiz, dost deyib ürək
verdiyimiz, üzdə ipək, içi yırtıcı köpək, xain
qonşumuz!.. Arxa bilib arxalandıq, arxadan qəfil
zərbə aldıq. Bərxudar Əsgərov, Qaçay Ələkbərov,
Qənbər Qənbərov, İlham Heydərov, İnqilab Babı-
40
şov, Mehdi Mehdiyev, Telman Hümbətəliyev, Şir-
zad Həsənov, Şahin Eyvazov, Qərib Nəzərov Qu-
badlı torpağının-yurdumuzun bütövlüyü uğrunda ilk
şəhid olanlardır.
Onlara ürəkdən yanan qubadlılar sarsılmadılar.
Özlərindən birə on qat çox və güclü olan düşmən
qarşısında əyilmədilər. Nəbi, Həcər övladları ayağa
qalxdılar. Göz yaşlarını qəzəb və nifrət selinə döndə-
rib xain qonşuların başına əndərdilər. Şəhidlərimizin
qanını birə yüz qat aldılar. Doğma Azərbaycanı-
mızın torpaqlarını, ulu Zəngəzur diyarını böyük
igidlik və mərdliklə qoruyan Qubadlının qəhrəman
oğul və qızlarından Mehman Ağayarov, Bərxudar
Əsgərov, Güloğlan Məmədov, Ağamməd Ağayev,
Anar Rəsulov, Vahid Həsənov, Heydər Atakişiyev,
Əbülfəz Mehdiyev, İrşad Yusifov, Nəzakət Əliyeva,
Bəylər Ağayev, Savalan Eminov, Vidadi İsmayılov,
İlham Əliyev, Şirin Şirinov, Qabil Həsənquliyev,
Babək Cəfərov, Aslan İsmayılov, Ələkbər Əliyev,
Aslan Atakişiyev, Aqil Məmmədov, Təzəgül Murtu-
zayeva, Aynur Yaqubova, Bənövşə Yaqubova,
Rüstəm Qasımov, Əliyar Əliyev, Əlisadət Ağayev,
Rafael Səfərov, Səfər Səfərov, Kərəm Mirzəyev,
Vasili Əliyev, Mahir Əhmədov, Bəhmən Mehdiyev,
Vahid Təhməzov, Müzəffər İbadov, Pənah Mirzəyev,
Etibar Abbasov, Şahverdi Haqverdiyev, Baba
41
Niftiyev, Rasim Zeynalov, Həsənqulu Qorxmaz
şəhidlik zirvəsinə ucaldılar. Xalqımızın şanlı oğulları
Əliyar Əliyev, Aslan Atakişiyev, Aqil Məmmədov,
Kərəm Mirzəyev, Ələkbər Əliyev, Vasili Əliyev,
Bəylər Ağayev Vətənin yüksək mükafatına – Azər-
baycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına
layiq görüldülər.
Qubadlı döyüşçüləri Vətənin başqa bölgələrində
də qəhrəmanlıq nümunələri göstərirlər. Şuşa səma-
sında vurulmuş sərnişin vertolyotunun pilotu Səfa
Axundov, Qarabağ fədailərindən, jurnalist-zabit Ka-
zımağa Kərimova fövqəladə
şücaət
göstərdiklərinə
görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən son-
ra) adı verildi.
Qubadlılar yaxşı günlərdə olduğu kimi, ağır
günlərdə də heç vaxt inam və etiqadlarını itirmirlər.
İnanırlar ki, Böyük Yaradan haqqın tərəfindədir.
Bilirlər ki, müqəddəs məbədlərin, kəramətli ocaq-
ların, seyidlərin, ağaların, Şeyx Mir Sədi ağanın, Mir
Paşa ağanın, öz xeyirxah əməlləri ilə Azərbaycanda
və onun hüdudlarından kənarda yaxşı tanınan xalqı-
mızın əziz, sevimli və unudulmaz oğlu Mir Məhəm-
məd ağanın ruhları daim bu torpağın üzərində
dolanır.
Qubadlının adamları da təbiəti kimi saf və gözəl-
dir, etibarlı və dəyanətlidir, sərt və zəifdir, coşqun və
42
mülayimdir... Bu yerin ağsaqqalları müdrik və
tədbirli, ağbirçəkləri səbrli və sinədəftər, qız-gəlin-
ləri həyalı və ismətli, oğulları namuslu və qeyrətli-
dir. İgidlər məkanının cəsur oğulları və qəhrəman
babalarının yadigarı olan qədim torpaqlarını, ulu
yurdlarını, göz bəbəyi təki qorumaq əzmindədirlər.
Onların arxasında çoxmilyonlu Azərbaycan xalqı
dayanır.
Tanınmış alim Ziya Bünyadovun 1990-cı ildə
çapdan çıxmış “Azərbaycanın tarixinə aid sənədlər
və nəşrlər” toplusunda, X.C.Xəlilovun “Qarabağın
etnik tarixindən” adlı məqaləsində göstərilir ki,
sərhədləri Göyçə gölünə və Gürcüstana qədər uzanıb
gedən Qarabağın 17 mahalından biri də Bərgüşad
mahalı olmuşdur. Bu faktdan bəlli olur ki, Qubadlı
ərazisində məskunlaşma və sakinləşmənin tarixi
olduqca qədimdir.
Qarabağın bütün mahalları kimi, Bərgüşad
mahalı da tarix boyu müharibələrə məruz qalmış,
kəndlər yandırılıb dağıdılmış, əldən-ələ keçmişdir.
43
İndi adlarını qeyd edəcəyim bütöv ərazilər də
mənim və sənin babalarımızındır. Zaman-zaman
bu ərazilər itirilib, əldən-ələ keçib.
Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin
və Göyçə mahalları, Göyçə gölü bizim ata-baba
yurdlarımızdır. Bəli, indiki Ermənistan ərazisi Azər-
baycan torpaqlarıdır. Bu ərazilərdə 15-dən çox inzi-
bati rayonun, 10 böyük şəhərin, 11 şəhər tipli qəsə-
bənin, yüzlərlə kəndin adlarını dəyişmişlər.
İnzibati rayonlar
Göyçə mahalı (Vardenis), Basarkeçər (Varde-
nis), Qəmərli (Artaşat), Vedi (Ararat), Calaloğlu
(Stepanavan), Hacı Nəzər (Kamo), Molla Dursun
(Şaumyan), Qurduqlu (Oktomberyan), Karvansaray
(İcevan), Ağababa (Amasiya), Ağgül (Ani), Ellər
(Abovyan), Allahverdi (Tumanyan), Düzkənd (Axur-
yan), Çəmbərək (Krasnoselsk), Hamamlı (Spitak),
Üçkilsə (Eçmədzin), Uluxanlı (Masis) və s.
Böyük şəhərlər
Ellər (Abovyan), Sərdarabad (Oklmberyan),
Kəvər (Kamo), Qəmərli (Artaşat), Gümrü (Lenina-
kan), Qarakilsə (Kirovakan), Calaloğlu (Stepana-
van), Hamamlı (Spitak), Üçkilsə (Eçmədzin), Göyçə
(Sevan) və s.
Dostları ilə paylaş: |