Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə9/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

 
 
39 
bənövşələrdən, Səngər dağının ətəklərində möcüzəli 
“Xarı bülbül”ü  üzərsən, dağlara qalxıb meşələrdə 
doyunca gəzərsən. Allı-güllü yaylaqların “çiçək də-
nizlərində üzərsən”. “Ətirli dağları” huşunu itirin-
cəyə  qədər qoxlayarsan, şehli çəmənlərdə  xəyala 
dalarsan, yamaclardan kəkotu, qantəpər yığarsan, 
biçənəklərdən çiyələk dərərsən, buz bulaqların 
başında dincələrsən. 
İndi bu nadir gözəlliklərin hər qarışı xain hədəli, 
ölüm vədəli olub. Bir zamanlar aşiq öz sevgilisinə 
ürək yanğısı ilə: “Üzündə göz izi var, sənə kim 
baxdı, yarım?” deyərdi. İndi Odlar ölkəsinin Qazax, 
Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan... kimi doğma 
övladları ilə yanaşı, onun ən sevimli, şirin, qeyrətli 
balası, ürəyinin bir parçası olan Qubadlının da gözəl, 
göyçək hüsnünə göz izi düşüb. Təkcə göz izimi? 
Yox!!.. Yağı izi, yanğın izi, göz izi!.. Xainlərin 
maşın izi, tank izi!... Güllə izi, mərmi izi, qan izi!.. 
sinəmizə kimdir çəkən, bu dəhşətli dağı, kim?.. 
Düşmən kimdir, xain kimdir, yağı kim?.. yurdumu-
zun  əzəlini, torpaqlarımızın gözəlini verdiyimiz, 
qardaş deyib su, çörək verdiyimiz, dost deyib ürək 
verdiyimiz, üzdə ipək, içi yırtıcı köpək, xain 
qonşumuz!..  Arxa bilib arxalandıq, arxadan qəfil 
zərbə aldıq. Bərxudar  Əsgərov, Qaçay Ələkbərov, 
Qənbər Qənbərov,  İlham Heydərov,  İnqilab Babı-


 
 
40 
şov, Mehdi Mehdiyev, Telman Hümbətəliyev,  Şir-
zad Həsənov,  Şahin Eyvazov,  Qərib Nəzərov Qu-
badlı torpağının-yurdumuzun bütövlüyü uğrunda ilk 
şəhid olanlardır.  
Onlara  ürəkdən yanan qubadlılar sarsılmadılar. 
Özlərindən birə on qat çox və güclü olan düşmən 
qarşısında  əyilmədilər. Nəbi, Həcər övladları ayağa 
qalxdılar. Göz yaşlarını qəzəb və nifrət selinə döndə-
rib xain qonşuların başına əndərdilər. Şəhidlərimizin 
qanını birə yüz qat aldılar. Doğma Azərbaycanı-
mızın torpaqlarını, ulu Zəngəzur diyarını böyük 
igidlik və  mərdliklə qoruyan Qubadlının qəhrəman 
oğul və  qızlarından Mehman Ağayarov, Bərxudar 
Əsgərov, Güloğlan Məmədov, Ağamməd Ağayev
Anar  Rəsulov, Vahid Həsənov, Heydər Atakişiyev, 
Əbülfəz Mehdiyev, İrşad Yusifov, Nəzakət Əliyeva, 
Bəylər Ağayev, Savalan Eminov, Vidadi İsmayılov, 
İlham  Əliyev,  Şirin  Şirinov, Qabil Həsənquliyev, 
Babək Cəfərov, Aslan İsmayılov,  Ələkbər  Əliyev, 
Aslan Atakişiyev, Aqil Məmmədov, Təzəgül Murtu-
zayeva, Aynur Yaqubova, Bənövşə Yaqubova, 
Rüstəm Qasımov,  Əliyar  Əliyev,  Əlisadət Ağayev, 
Rafael Səfərov, Səfər Səfərov, Kərəm Mirzəyev, 
Vasili  Əliyev, Mahir Əhmədov, Bəhmən Mehdiyev, 
Vahid Təhməzov, Müzəffər İbadov, Pənah Mirzəyev, 
Etibar Abbasov,  Şahverdi Haqverdiyev, Baba 


 
 
41 
Niftiyev, Rasim Zeynalov, Həsənqulu Qorxmaz 
şəhidlik zirvəsinə ucaldılar. Xalqımızın şanlı oğulları 
Əliyar  Əliyev, Aslan Atakişiyev, Aqil Məmmədov
Kərəm Mirzəyev,  Ələkbər  Əliyev,  Vasili  Əliyev, 
Bəylər Ağayev  Vətənin yüksək mükafatına  –  Azər-
baycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına 
layiq görüldülər.  
Qubadlı döyüşçüləri Vətənin başqa bölgələrində 
də  qəhrəmanlıq nümunələri göstərirlər.  Şuşa səma-
sında vurulmuş  sərnişin vertolyotunun pilotu Səfa 
Axundov,  Qarabağ  fədailərindən, jurnalist-zabit Ka-
zımağa  Kərimova fövqəladə 
şücaət
  göstərdiklərinə 
görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən son-
ra) adı verildi.  
Qubadlılar yaxşı günlərdə olduğu kimi, ağır 
günlərdə də heç vaxt inam və etiqadlarını itirmirlər. 
İnanırlar ki, Böyük Yaradan haqqın tərəfindədir. 
Bilirlər ki, müqəddəs məbədlərin, kəramətli ocaq-
ların, seyidlərin, ağaların, Şeyx Mir Sədi ağanın, Mir 
Paşa ağanın, öz xeyirxah əməlləri ilə Azərbaycanda 
və onun hüdudlarından kənarda yaxşı tanınan xalqı-
mızın əziz, sevimli və unudulmaz oğlu Mir Məhəm-
məd ağanın ruhları daim bu torpağın üzərində 
dolanır.  
Qubadlının adamları da təbiəti kimi saf və gözəl-
dir, etibarlı və dəyanətlidir, sərt və zəifdir, coşqun və 


 
 
42 
mülayimdir... Bu yerin ağsaqqalları müdrik və 
tədbirli, ağbirçəkləri səbrli və sinədəftər, qız-gəlin-
ləri  həyalı  və ismətli, oğulları namuslu və qeyrətli-
dir.  İgidlər məkanının cəsur oğulları  və  qəhrəman 
babalarının yadigarı olan qədim torpaqlarını, ulu 
yurdlarını, göz bəbəyi təki qorumaq əzmindədirlər. 
Onların arxasında çoxmilyonlu Azərbaycan xalqı 
dayanır.  
Tanınmış alim Ziya Bünyadovun 1990-cı ildə 
çapdan çıxmış “Azərbaycanın tarixinə aid sənədlər 
və  nəşrlər” toplusunda,  X.C.Xəlilovun “Qarabağın 
etnik tarixindən”  adlı  məqaləsində göstərilir ki, 
sərhədləri Göyçə gölünə və Gürcüstana qədər uzanıb 
gedən Qarabağın 17 mahalından biri də  Bərgüşad 
mahalı olmuşdur. Bu faktdan bəlli olur ki, Qubadlı 
ərazisində  məskunlaşma və  sakinləşmənin tarixi 
olduqca qədimdir. 
Qarabağın bütün mahalları kimi,  Bərgüşad 
mahalı da tarix boyu müharibələrə  məruz qalmış, 
kəndlər yandırılıb dağıdılmış, əldən-ələ keçmişdir. 


 
 
43 
İndi adlarını qeyd edəcəyim bütöv ərazilər də 
mənim və sənin babalarımızındır. Zaman-zaman 
bu ərazilər itirilib, əldən-ələ keçib. 
 
Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Şəmsəddin 
və Göyçə mahalları, Göyçə gölü bizim ata-baba 
yurdlarımızdır. Bəli, indiki Ermənistan ərazisi Azər-
baycan torpaqlarıdır. Bu ərazilərdə 15-dən çox inzi-
bati rayonun, 10 böyük şəhərin, 11 şəhər tipli qəsə-
bənin, yüzlərlə kəndin adlarını dəyişmişlər. 
 
İnzibati rayonlar  
 
Göyçə mahalı (Vardenis), Basarkeçər (Varde-
nis), Qəmərli (Artaşat), Vedi (Ararat), Calaloğlu 
(Stepanavan), Hacı  Nəzər (Kamo), Molla Dursun 
(Şaumyan), Qurduqlu (Oktomberyan), Karvansaray 
(İcevan), Ağababa (Amasiya), Ağgül (Ani), Ellər 
(Abovyan), Allahverdi (Tumanyan), Düzkənd (Axur-
yan),  Çəmbərək (Krasnoselsk), Hamamlı (Spitak), 
Üçkilsə (Eçmədzin), Uluxanlı (Masis) və s.  
 
Böyük şəhərlər  
 
Ellər (Abovyan), Sərdarabad (Oklmberyan),  
Kəvər (Kamo), Qəmərli (Artaşat), Gümrü (Lenina-
kan), Qarakilsə (Kirovakan), Calaloğlu (Stepana-
van), Hamamlı (Spitak), Üçkilsə (Eçmədzin), Göyçə 
(Sevan) və s.  


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə