Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə5/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   2   3   4   5   6   7   8   9   ...   51

 
 
20 
40 gün döyüş gedir, qisas alınır. Farsların və 
ermənilərin birliyi məhv olur.  
XVIII əsrin əvvəlləri  farslar Zəngəzurdan Türk-
ləri uzaq salmaqdan ötrü min cür hiylə qururlar. 
Həmin  ərazilərə ermənilər köçürülür.  Xanlıqlar 
təhlükəni görsələr də özlərindən sovuşdura bilmirlər. 
Tədricən  ərazilər hissə-hissə  Təbriz və Qarabağ 
xanlıqlarının tabeliyinə keçir.  
Bu dövrdə  də ermənilərin  bu  ərazilərə köçürül-
məsi davam etdirilir.  
Təbriz xanlığı  zəifləyərək  Qaradağ xanlığına 
tabe etdirilir.  
Qubadlı ərazilərinə həmin illər ərzində Qaradağlı 
əhali daha çox köçürülmüşdür. Bu gün rayonumuzun 
kəndlərində Qaradağdan gəlib məskunlaşanlar çox-
luq təşkil edir.  
Xanlıq kəndi Qarabağ nümayəndəliyinin 
otur-
duqları mərkəz olub. 
Qarabağ xanı öz oğlunu Xanlıq 
kəndinə,  Sarıyataqlı  Mustafa  xanı isə Sarıyataqdan 
Gürcülüyə qədər əraziyə nümayəndə seçib.    
Təsadüfi deyildir ki, müxtəlif zorakılıq müharibə 
məcburiyyət nəticəsində öz doğma yurdundan qaç-
qın, köçkün düşən şəxslər öz doğma yurdunun adını 
yaşatmağa çalışır, hətta ulu şəxş  və tayfa adlarına 
görə öz yurdunun şərəfini qorumağa çalışır. Bu gün 
rayonumuzun işğalı hər birimizi düşündürür. Nə et-
məli fikrini ortaya qoyur.   


 
 
21 
I.1. Qubadlı rayonunun coğrafiyası, mövqeyi, 
yaranma və inkişaf tarixi 
 
Kiçik Qafqazın  cənub-qərbində, Qarabağ yay-
lasının ətəklərində yerləşən Qubadlı torpağının tarixi 
çox qədimdir. Qubadlının adı bir mənbəyə (“Coğrafi 
adlar” Azərnəşr, 1982) əsasən,  dörd  əsr bundan 
əvvəl yaranmışdır: “Qubadlı XVI əsrin sonunda 
Azərbaycana köçmüş  Səlcuq türklərinə  mənsub 
Qubad nəslinin adını daşıyır”. Əgər sirli tariximizin 
hikmətli baxışlarını duyub aşağıda qeyd olunan daş 
əsərlərin daş  səhifələrini oxuya bilsəydik, Qubad-
lının daha qədimliyini öyrənmiş olardıq.  
Gavur dərəsindəki mağara ibadətgah IV, Murad-
xanlı kəndindəki Qalalı, Əliquluşağı kəndindəki Göy 
qala abidələri V, Xələc kəndindəki məscid VII, Yazı 
düzündəki Cavanşir türbəsi,  Dəmirçilər kəndindəki 
iki türbə XIV,  Gürcülü kəndindəki türbə XVII, 
Məmmədli  kəndindəki məscid XVII, Xocamsaxlı 
kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir. 
Əliquluuşağı 
kəndindəki mağara–ibadətgah, 
Xocamsaxlı  kəndindəki qala, Seytas və Cibikli 
kəndindəki Anabat və bir çox əfsanəvi abidələr 
(Oğlan-qız qayası, Sınıq körpü və s.) kim bilir, bəlkə 
də, daha qədim dövrlərin yadigarlarıdır.  


 
 
22 
Qubadlı  şəhəri 1930-cu ildən rayon mərkəzidir. 
Kiçik Qafqaz vilayəti geoloji inkişafı ilə Böyük Qaf-
qazdan çox fərqlənir. Uzun geoloji dövr ərzində 
Kiçik Qafqazda intensiv vulkan fəaliyyəti olmuşdur. 
Məhz ona görə  də  respublikamızın  digər sahələrin-
dən fərqli olaraq vulkanın süxurları burada geniş 
əraziləri  əhatə edir. Bu süxurlar Paleozoy erasının 
Yura və  Tabaşir dövrlərinə aiddir. Qubadlı rayonu-
nun bir çox yerlərindən tabaşir çıxarılır. Respub-
likamızın ayrı-ayrı rayonlarının tabaşirə böyük 
ehtiyacı var.  
Qubadlı bir çox faydalı qazıntıları ilə zəngindir. 
Hacılı  məhəlləsində daş karxanasının alt  laylarında 
çox zəngin  travertin yatağı vardır. Azərbaycanda 
travertin  ancaq Naxçıvan Muxtar Respublikasında 
olan yataqdan çıxarılır. Saldaş-Fərcan zonasında 
qızıl yatağı vardır.  
Rayonun Qədili kəndi  ətrafında böyük  əqiq 
ehtiyatı müəyyən edilmişdir.  Əqiqdən sənayenin 
ayrı-ayrı sahələrində istifadə edilir. Xüsusilə, qol və 
cib saatlarının daşını əqiqdən hazırlayırlar.  
Rayonun bir çox yerlərində yerli əhəmiyyətli 
mineral bulaqları, müalicə suları vardır. (Kitabda 
olan “Qısıraq” bulağı haqqındakı yazıya bax). 
Kiçik Qafqaz dağlarında Qarabağ vulkanik yay-
lası müstəsna olmaqla, dağətəyi düzənliklərdən yük-


 
 
23 
sək dağlara doğru qalxdıqca süxurların geoloji yaşı 
artır. Dağətəyi düzənliklər və dağarası çökəkliklər, 
əsasən,  dördüncü dövrün alhivial çöküntülərindən, 
dağlıq  ərazilər isə,  əsasən,  üçüncü dövrün Mezazo-
yun  əhəng daşlarından,  şistlərindən, intruziv süxur-
larından təşkil olunmuşdur. Kiçik Qafqaz vilayəti 
fəal zəlzələ zonasıdır. Hazırda da burada güclü 
zəlzələlər baş verir.  
Rayon Arazboyu düzənliklərin  Şimal-qərb istiqa-
mətində  dəniz səviyyəsindən 200 m-dən – 2100 m-ə
 
qədər hündürlükdə  yerləşir.  Ərazisinin  ən hündür 
zirvəsi Topağacdır 2010 metr. Relyefin formalaş-
ması Kaynazoy geoloji eraya təsadüf edir. Rayonun 
ərazisindən keçən çayların sahil boyunca düzənliklər 
olması ilə  bərabər geniş  ərazini  əhatə edən Yazı 
düzü, Gəyən  düzü kimi böyük  əkin sahələri vardır. 
Dağlıq  ərazilər Mezazoyun əhəng daşlarından, 
sistlərdən, qum daşlarından, düzənlik və dağətəyi 
zonalar isə Kaynazoy dövrü çöküntüklərdən təşkil 
olunmuşdur. Rayonun qışı bir qədər yağıntılı, yayı 
quru və isti keçir  –  mülayim isti iqlim hakimdir. 
Havanın orta temperaturu 10-14 dərəcə selsi, yağın-
tılarının miqdarı isə 300-500 mm-dir.  
Rayonun  böyük Həkəri və  Bərgüşad çayları, 
əsasən,  yağış, qrunt və yeraltı sularla qidalanırlar. 
Bunlardan başqa, rayonun ərazisində Həkəri və Bər-


 
 
24 
güşad çaylarına tökülən kiçik çaylar–Ağaçay, Xalla-
va, Dovudlu, Xaçgədik və Kiçik Həkəri çayları 
vardır.  
Həkəri çayı öz başlanğıcını Laçın rayonu ərazi-
sindən, Minkəndin gur - şəffaf və bolsulu bulaqların-
dan alır. Çayın başlanğıcında İstisu, Turşsu bulaqları 
da vardır. Azərbaycan çayları içərisində  ən təmiz 
suyu olan Həkəri çayıdır. Vaxtilə Bakıya su gətir-
mək məsələsi olduğu illərdə Həkəri çayının suyunun 
gətirilməsini  daha məqsədəuyğun hesab edirdilər. 
Lakin çox uzaq olduğundan və Bakıya da tezliklə su 
gətirmək lazım olduğundan həmin planı  dəyişdirib 
Kür çayından boru vasitəsi ilə su çəkilmişdir. 
Rayonun  ərazisindən keçən  ikinci çay Bərgüşad 
çayıdır ki, uzunluğu 180 km-ə yaxındır. Bərgüşad 
çayı Ermənistan  ərazisindən,  Bazarçay deyilən 
yaşayış məntəqəsi ətrafındakı dağlardan başlayır.  
İlkin olaraq bu çay mənbəyini götürdüyü Bazar-
çay yaşayış məntəqəsinin adı ilə əlaqədar adlanır. O, 
Urud kəndinə  qədər Bazarçay kimi tanınır. Qubadlı 
rayonu  ərazisində  Bərgüşad adlanır. Çayın Dəliçay, 
Şəki çay,
  Sisyançay, Taxtakörpü çay, Daşlı  dərə 
çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var. İlin 
yaz aylarından havanın istiləşməsi nəticəsində, 
qarların  əriməsi və güclü yağışların,  yəni bərk 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə