Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə8/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

 
 
35 
T.Mahmud, Ş.Arif, R.Rövşən, R.Yusifoğlu, E.Baxış, 
A.Abdullayev, M.Abdullayeva, Y.Həsən, Ə.İldırım-
oğlu,  T.Cahangir, X.Cahangir, S.Yaqub, Ə.Aslan, 
S.Sevdimalı,
 
E.Qayalı, F.Cəfərxan
 öz ilhamlarını bu 
torpaqlardan almışlar. Qubadlı yazıçılarının gənc 
istedadlı nəsli yetişməkdədir.  
Əhalinin hər min nəfəri hesabı ilə alimlərin 
sayına görə Qubadlı respublika rayonları arasında ilk 
yerlərdən birini tutur. Azərbaycan elminin 60-dan 
çox nümayəndəsi, o cümlədən 15-dən çox elmlər 
doktoru Qubadlıdandır. Onların bir çoxunu nəinki 
ölkədə, hətta xaricdə də yaxşı tanıyırlar. Geologiya-
minerologiya elmləri doktoru, akademik Əli Əmiras-
lanov ölkədə və bir çox xarici ölkələrdə nadir əlvan 
metal yataqlarının tədqiqi sahəsində qiymətli kəşflər 
etmişdir. Akademik, Dövlət Mükafatı laureatı Əsgər 
Abdullayev neft mədənlərinin kompleks avtomatlaş-
dırılması  və telemexanikləşdirilməsi üçün cihaz və 
aparatlar kəşf etmiş, neft sənayesi proseslərinin 
avtomatik idarə olunması prinsiplərini işləyib hazır-
lamışdır. Fizika-riyaziyyat elmləri doktorları Xanlar 
Şirinov,  Ədil Eyvazov, kimya elmləri doktorları 
Hüseyn Allahverdiyev, Sərdar Hacıyev, iqtisad elm-
ləri doktorları Mədəd Allahverdiyev, Həbib Şirinov
Rüstəm Qəhrəmanov, tibb elmləri doktoru Gürşad 
Hüseynov, tarix elmləri doktorları İsaq Məmmədov, 
Kamran Hüseynov, Həqiqət Aslanov elmə yeniliklər 


 
 
36 
gətirmişlər. Həyatdan vaxtsız köçmüş fizika-riyaziy-
yat  elmləri namizədi  Şamo Rəhimov seysmologiya 
sahəsindəki qiymətli kəşfləri ilə dünya alimlərinin 
diqqətini cəlb etmişdir. Tibb elmləri namizədi Baxış 
Hüseynov ixtira etdiyi (texnika elmləri namizədi 
T.İmaməliyevlə birlikdə) neyrostimulyator aparatla 
üz-çənə sinirlərinin müalicəsində, uşaqların anadan-
gəlmə qüsurlarının  aradan qaldırılması  və başqa 
nadir müalicə üsulları ilə böyük şöhrət qazanmışdır. 
Tibb elmləri namizədi Məhəmməd Cabbarovun 
sümük cərrahiyyəsi sahəsindəki yenilikləri ölkənin 
hüdudlarını çoxdan aşmışdır. Bir çox xarici ölkələr 
onun ixtira etdiyi sıxıcı-dartıcı cihazla dərindən 
maraqlanırlar.  
Tanınmış alimlərdən fəlsəfə elmləri doktorları 
Həsən Sadıxov, Bəşir Fərəcov, tibb elmləri doktoru 
Gürşad Hüseynov, pedaqoji elmlər doktoru Əli-
heydər Həşimov, tarix elmləri namizədi Osman 
Xələfov, tibb elmləri namizədi Fərəməz  Quliyev, 
filologiya elmlər namizədi  Abbas Abasov, Sevinc 
Məmədova  fizika-riyaziyyat elmləri namizədi Rə-
him Rəhimov, iqtisad elmləri namizədi Fikrət Adı-
gözəlov, biologiya elmləri namizədi Xanağa Baba-
yev, tibb elmləri namizədi Rövşən Səlimov, texniki 
elmlər namizədi Ağəli Quliyev,  kimya elmləri 
namizədi Kifayət Mütəllimova,  Teyyub  İsmayılov, 
Şamo Sadıqov, riyaziyyat elmləri namizədi  İsmayıl 


 
 
37 
İsmayılov, riyaziyyat elmləri doktoru Rövşən Hüm-
bətəliyev bu torpağın yetirmələridir.  
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 
1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdır. 
Rayonda 13,2 min hektar meşə sahəsi vardı. Palıd bu 
meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, 
əzgil, zoğal, yemişan…  sərvəti, dağ çayları,  şəlalə-
lər, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı 
kəkliklər, qırqovullar, turaclar, göyərçinlər... gözəl-
liyidir.  
Elə bil bu yerlər yaranarkən təbiətin  ən ilhamlı 
çağları imiş. Ona görəmi bu yerlər eyibsiz yara-
nıb?... Ona görəmi dağları uca, düzləri geniş, zirvə-
ləri vüqarlı, yaylaqları axar-baxarlı, meşələri  səfalı, 
bulaqları məlhəm, çiçəkləri səfalı, havaları xoş, bağ-
bostanları  bəhrəlidir?! Qubadlı dünyanın gözəllik 
paytaxtı Azərbaycanın dilbər guşələrindən biridir. 
Səyyah dost! Əgər bəxtin səni Qubadlı torpağına 
gətirsəydi, onun bircə guşəsindəcə sehrlənəcəksən, 
gözəllik səni tilsimə salacaq, heyrətindən “heykələ 
dönəcəksən”. “Sehrli qalalarda daşa dönməmək” 
üçün özünü ələ almağı bacar, yoxsa bu yerlərin 
bütün gözəlliklərini görmək sənə qismət olmaz. Bu 
torpağın bir-birindən gözəl yerlərini qarış-qarış gəz, 
dolan...  Əgər sən uca dağlardan Xan Araza  qədər 
uzanıb gedən Yazıya, Gəyənə qalxıb bu ucsuz-


 
 
38 
bucaqsız düzləri günlərlə dolaşıb, seyr etməmisənsə, 
Hərtiz, Səngər, Səlkin dağlarından həsrətlə Arazın o 
tayına boylanmamısansa, nəhəng sıldırımlarda, 
yalçın qayalarda əbədi  əks-səda verən bozatın 
kəsilməyən kişnərtisini eşitməmisənsə, Cılfır, Gö-
yərcik, Xələc,  Çardaxlı Poladlı daş  kəmərlərindən, 
Əlyanlı, Aslanlar, Üçağac aşırmalarından keçməmi-
sənsə, Ağbulaq, İsti bulaq, Əsgər bulaq, Quş bulağı, 
Buzbulaq, Həcər bulağı, Mahal bulağı, Mir Məhəm-
məd bulağı, Bayram bulağı, Ceyran bulağı,  Şirin-
bulaq, Səvədərə bulağı  və yüzlərlə dişgöynədən 
bulaqlardan içməmisənsə, yorulanda suları göz yaşı 
təki dupduru Ağaçay, Bazarçay, Həkəri çaylarının 
sahillərində dincini almamısansa, demək,  heç 
Qubadlıya getməmisən.  Əgər bu torpağa ayağın 
düşsə,  Çənlibel misallı Çardaxlı,  Əyin, Başarat 
kəndlərinə, axar-baxarlı  Xələc, Seytas, Göyərəbas, 
Göyyal, Fərcan obalarına, Atrizi, Vəli  düzü, Quşçu 
düzü, Qaşqa zəmi, Ağ yazı, Qaşqa daş, Məzrə düzü, 
Hacı yurdu, Baba biçənəyi, Kərim yeri, Dağyurdu, 
Topağac səmtlərinə üz tutmamısansa, demək,  heç 
Qubadlını görməmisən. Çox təəssüf..! 
Eh! Hələ bunlar nədir ki?!... Baharın gözəl 
çağlarında Seytas, Göyərəbas, Dəmirçilər, Dondarlı, 
İşıqlı, Çaytumas, Əyin Çardaxlı, Muradxanlı, Mirlər, 
Qaralar, Hərtiz, Xələc bağlarında böynubükük 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə