Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə11/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

 
 
49 
fikrincə, Abdalanlı toponimi Abdalanlı adlı nəsil və 
ya elatın adını özündə əks etdirir. 
 
Alaqurşaqlı.  Həkəri çayı sahilində yerləşən 
kənd. Bu kənd Sotlanlı tayfası tərəfindən Alaqurşaq 
adlı bir sahədə salınmışdır. Alaqurşaq toponimi "ala" 
(boz rəng) və "qurşaq" (daşları  kəmərə  və qurşağa 
bənzədiyi üçün) sözlərinin birləşməsindən  əmələ 
gəlib, "boz rəngli qurşaqda salınmış kənd" mənasını 
verir. Kənd rayonun 18 km-liyində,  dəniz səviyyə-
sindən 1080 m hündürlükdə yerləşir.   
Kənddə  Nəzərli, Toppuzlu, Keçili kimi tayfalar 
olub. Bir mənbəyə görə,  qədim zamanlarda tayfa 
başçıları ala qurşaq bağlayırmışlar. Bəlkə də, kəndin 
adı buradan götürülmüşdür.  
 
Altınca.  Həkəri çayı sahilində, dağətəyi  ərazidə 
yerləşən kənd.Qədim adı Altınca Qiyaslı, Narlı 
Qiyaslı olmuşdur. Yerli məlumata görə, qiyaslı tirəsi 
XIX  əsrdə Naxçıvanın Nehrəm kəndindən gəlib, 
indiki kəndin bünövrəsini qoymuşdur. Altınca topo-
nimi türk dilindəki "altun" (qızıl, qırmızı) sözündən 
və  "-ca"  şəkilçisindən ibarətdir, "qırmızıya çalan 
yer" mənasını bildirir. Yaşayış  məntəqəsi Narlı 
(Narlıdərə) adlı ərazidə salınmışdır. 
 
Armudlu. Rayonun dağətəyi ərazisində yerləşən 
kənd. Kənd  Əliyanlı tayfasına  mənsub ailələr 
tərəfindən salınmışdır. 1948-ci ilədək kəndin adı 


 
 
50 
Amuduq olmuş, Amuduq dağının adı ilə adlandı-
rılmışdır. Sonralar Amuduq  sözü Armudlu kimi 
təhrif olunmuş və kəndin adı da belə qeydə alınmış-
dır. Türkiyə ərazisində Amuduq adlı kənd var. Yerli 
əhali bu kəndə “Amuduq” deyirdi. Toponimi 
qrammatik xüsusiyyətlərinə görə yozanlar da var. 
Bu, mənası aydın olan düzəltmə sözdür. Armudlu 
toponimi armud sözünə  -lu  şəkilçisi artırılaraq 
armud ağacının həmin ərazidə çox olduğunu bildirir. 
Müasir Azərbaycan dilində -lu şəkilçisi, əsasən, sifət 
düzəldən formant kimi fəaliyyət göstərir, başqa 
sözlə, atributiv sözlər  əmələ  gətirir. Belə  şəkilçili 
sözlər asanlıqla substantivləşir, yəni təyinsiz işlənir. 
Armudlu sözündəki  -lu  şəkilçisi meyvə  ağacı adı 
bildirən ismə birləşərək topluluq, yəni orada həmin 
ağacın çoxluğunu ifadə edir. Yaşayış  məntəqəsi 
armud ağacları bol olan sahədə salındığı üçün  belə 
adlanmışdır. Qonşu Qafan rayonunda məşhur Sulta-
novlar nəslinə  məxsus Armudlu (Danzaver) kəndi, 
Ermənistanın Oktemberyan rayonunda Armutlu 
(Türk Armutlusu) adlı  kənd olub (1935-ci ildən 
Danzut). Qax və Kəlbəcər rayonlarında da Armudlu 
adında kəndlər vardır. Toponimləri: Yal yeri, Ənkə-
ran, Ağ bulaq, Dərəyeri, Pirin daşı və s.  
 
Aşağı Mollu.  Qubadlı rayon mərkəzindən 21 
kilometr cənub-şərqdə, Həkəri çayının sağ sahilində 
yerləşir. Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbay-


 
 
51 
candakı Mollu kəndindən gələn ailələr salıblar. 
"Mollu" komponentinin düzgün elmi açımı  hələ ki 
tam müəyyənləşməyib. Qaçaq hərəkatının görkəmli 
nümayəndəsi Nəbi Alı  oğlu (1854-1896) bu kənd-
dəndir. XVIII əsrin sonlarında Aşağı Mollu 
kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində 
Yuxarı Mollu adlanan kənd salmışlar.  
Toponimləri:  Kəklik bulağı, Ceyran bulağı, Çor 
bulaq,  Əziz kələyi, Nəbi kələyi, Dik daş, Top daş, 
Çay baxar dərə, Halbaxar dərə, Güney yatağı  dərə, 
İsmayıl bəy dərəsi, Seyidlər dərəsi, Kiçik qaraun, 
Böyük qaraun, Qarahun dağları  Şimali Qafqazda 
böyük dağ silsiləsidir. Qəzyan navı, Kağ  dərəsi, 
Qara quzey, Nəzərin sulu qobusu, Xudaverdi kaha-
ları,  Əvdülün arxaçı, Paşanın saqqızı, Hal dərəsi, 
Paşanın bağ yeri, Qoşa dərə, Qırmalar, Ovşar dərəsi, 
Fətəlinin kənd yeri, Düyü torpağı  dərəsi,  İlan ölən, 
Böyük nov dərəsi, Yolaşan, Cəbrayılın kahası, Hüseyn 
baba piri, Dərviş baba piri, Osmanlı  qəbiristanlığı, 
Köhnə və təzə qəbiristanlıq, 
Üç qardaşlar piri.  
 
Aşağı Xocamusaxlı. Bərgüşad silsiləsi ətəyində 
yerləşən kənd. Qədim adı Qalacıq Xocamusaxlı 
olub. Toponim qədimdən Zəngəzur qəzasında yaşa-
mış Xocamusaxlı (Xocamsaxlı) tayfasının adından-
dır. Bu tayfa ötən  əsrlərdə  Zəngəzurda yaşayıb. 
Xocamusaxlı tayfası 5 tirədən ibarətdir. Ümumiyyət-
lə, tayfanın əsl adı Xocaəbuishaqlı idi. Xocamusax-


 
 
52 
lıların keçmiş Qalacıq, Dəstəkerd, Mazutlu qışlaqları 
sonralar yavaş-yavaş müstəqil yaşayış məntəqələrinə 
çevrilmişdir. Kəndi XVIII əsrin sonunda Xocamu-
saxlı (indiki Yuxarı Xocamusaxlı) kəndindən çıxmış 
ailələr salmışdır. Xocamusaxlı toponiminə  Aşağı 
komponenti onu eyniadlı digər kənddən fərqlən-
dirmək üçün əlavə edilib.  
Toponimləri:  Hacı Hüseyn körpüsü, Dağdağan 
Piri, Qara Pir, Şırdanlı bulaq, Dəvə uçan, Qızıl qaya, 
Qoçəli yeri, Əv dərəsi, Yol arası, Daş arası, Arpa 
dərəsi, Sari dərə, Gav, Dəyirman yolu, Pirin güneyi, 
Bulaq güneyi,  Kosa dağ, Ballı qaya, Şinəxara, Ağa 
çayı, Hüseyn bulağı, Qala, Qalacıq  XVIII  əsr 
türbəsi.  
 
Aşağı Cibikli.  Kosa Kərəm çayının (Bərgüşad 
çayının qolu) sahilində yerləşən kənd. Qədim adı 
Kosa Kərəm olub. XIX  əsrdə yaxınlıqda yerləşən 
Cibikli kənd sakinlərinin bir hissəsi burada məskun-
laşandan sonra kənd Aşağı Cibikli adını alıb. Kəndin 
adını Cibilli kimi yazanlar da var. Cibikli türkdilli 
tayfalardandır. "Cib" ərəbcə "dağ", "təbiət" demək-
dir. Mənbələrdə XV əsrdə bu ərazidə Cibikli (Cibik-
lu) adlı  qədim türk tayfasının yaşaması  məlumdur. 
Kənd öz adını həmin tayfanın adından almışdır.  
Toponimləri:  Qənşər qaya, Keçəl təpə, Vəli 
bulağı, Abbas bulağı, Quyu bulaq, Kazım bulağı, 
Kərim bulağı, Arxacqaya, Dabanyeri  Qabil ölən, 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə