Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə19/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

 
 
83 
sinin qvardiyasında və ordusunda onlar da xidmət 
etmişlər. Xalaclar səlcuq-oğuz tayfa birliyinə daxil 
idi. Səlcuqlar dövründə onların bir qismi İrana, 
oradan da Azərbaycana gəlmişdir. Yaxın Şərqin fəth 
edilməsində (XII-XVIII  əsrlər) iştirak etmiş xalac-
ların bir hissəsi indi də  İranda və Türkmənistan 
ərazisində yaşayır. XIX əsrin ikinci yarısında xalac-
lar Cavad qəzasında yaşayır və maldarlıqla məşğul 
olurdular. XIX əsrdə onlar 27 tirədən ibarət idi. 
Xalac sözü Azərbaycan toponimiyasında omonim 
yer adlarındandır. Xalac haqqında  Əbülqazi Bayan-
dır xanın nəql etdiyi rəvayətdən bir parçanı oxu-
cuların nəzərinə çatdırmaq istəyirəm.  
“...Xələc tayfası da qədimdən Xorasanda və 
İraqda yaşamış  qədim türk tayfalarından biridir. 
Monqol hücumları zamanı bir çox xalaclar (xələclər) 
məhv oldu, bir hissəsi isə Azərbaycanda sığınacaq 
tapdı. Türk xaqanı  Oğuz xanın  İrana yürüşü vaxtı 
onun əsgərlərindən biri yük heyvanı çatışmadığından 
və arvadı hamilə olduğundan ordudan geri qalmışdı. 
Əsgər xaqanın yanına gətiriləndə xaqan ondan geri-
də  qalmasının səbəbini öyrənir.  Əsgərin arvadı 
doğmuşdu; çağa ana südü olmadığı üçün əziyyət 
çəkirdi. Oğuz xan əsgərə hədiyyələr verdi, onu hərbi 
xidmətdən azad etdi; uşağı "qal ac" adlandırdı. 
Qalac/xalac (xələc, xlıc, xalıc, xlıç) adı bu uşağın 
adından əmələ gəlmişdir". 


 
 
84 
Xalac tayfalarının oğuzlardan olması barədə 
məşhur "Divanü lüğət-üt-  türk"  əsərinin müəllifi 
Mahmud Kaşğari də geniş  məlumat vermişdir. 
Müəllif bildirir ki, Makedoniyalı  İskəndərin Orta 
Asiyaya yürüşü zamanı türklərin xaqanı  Şu adlı bir 
gənc imiş. O, İsgəndərlə vuruşmaq istəməmiş  və 
qoşunlarını geri çəkmişdi. Mahmud Kaşğarlı yazır: 
"Xaqan Şu ordusu ilə sovuşub gedəndən sonra orada 
çoluq-çocuğu ilə iyirmi iki nəfər qalmışdı. Bunlar 
gecə ikən heyvanlarını tapa bilmədikləri üçün gedə 
bilməmişdilər. Bunlar, kitabın  əvvəlində adlarını 
çəkdiyim, damğaların bəyannaməsini təşkil edirdi. 
Bu söz "Dədə Qorqud" dastanında qazi ərənlər 
formasında işlənir. Səfəvilərin hakimiyyəti dövründə 
qazi "təriqət döyüşçüsü, mürid" mənasında işlənirdi. 
Səfəvilər qazilərə böyük imtiyazlar verirdilər, onlara 
yaşamaq üçün xüsusi yerlər ayırırdılar. Qızılbaş 
tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. 
Respublikamızdakı Qazian adlı toponimlər bu 
tayfanın adı ilə bağlıdır. Tərtər və Ucar rayonlarında 
da Qazyan adlı kəndlər var.  
Toponimləri:  Cəbə, Yal yerləri, Hacılı yerləri, 
Qənşər daş, Gəlin qayası, Şəlalə, Qiblə təpəsi, Ehsan 
bağı,  Şor bulaq, Əsgər bulağı, Gülsümün Zoğallığı, 
Atılmış, Qara quzey, Ağ yazı, Sallamalar, Porsuq 
çuxuru, Hacıqulu bulağı, Dərə yerləri, Duzlaq, Zey-
nəb bulağı, Damcılama, Maraluçan, Yastı daş, Kolo-


 
 
85 
vatlar, Nəhlətdəmə, Dəhnə, Daş arası, Arxac yeri
Məşədi Qaranın yeri, İsgəndər bulağı, Götürgə, 
Alma bağı, Pirişin yeri, Şiş daş, Xırman yeri, Yol 
aşan, Çala yer, Qayanın üstü, Tağının damı,  İsma-
yılın dəyirmanı, Yaldalı, Qənşər qaya, Sonanın 
yuatı, Bərəher,  Şaverən dərəsi, Davlı  dərə, Mirya-
qubun yeri, Cala buşdux, Quyuluq, Qum qazılan, 
Xələc qayası, Narlı təpə, İt atılan, Zülfüqarın cəviz-
liyi, Qaranlıq dərə, Kəmərə, Qaşqa daş, Şərəf bulağı, 
Top ağac, Xaşzəmi,  Əsəd kahası, Göyərçin kahası, 
Buğ çıxan, Sarı yoxuş, Sarı dərə, Mənsumun kahası, 
Ağazərin kahası, Cəlalın kahası, Abasqulunun 
kahası. 
 
İşıqlı  kəndi.  Həkəri çayının sol sahilində 
dağətəyi ərazidədir. Kənd rayon mərkəzindən 25 km 
aralıda yerləşir. Dəniz səviyyəsindəki 842 metr hün-
dürlükdədir. Bakı-Laçın şosesi kəndin içindən keçir. 
Keçmiş adı Ciyciyidir. Mənası haqqında məlumatlar 
əldə olunmamışdır. Ancaq onu qeyd etmək lazımdır 
ki, Ciyciyi mikrotoponimi Azərbaycanın digər ərazi-
lərində qeydə alınmışdır. Kənd sonradan İşıqlı ad-
landırılmışdır. Kəndin  ərazisində  Şeyx  Şərif adlı 
şəxsə  məxsus qəbir var. Kəndin adı  Şeyxin adı ilə 
bağlıdır. Tələffüz formasında  Şıxlı sözü İşıqlı kimi 
deyilmiş və elə də adlandırılmışdır.  
Köhnə  qəbiristanlıq da Şeyx  Şərif qəbiristanlığı 
adlanır. Həmin ərazidə Binədərə, Narcaq və Damlanc 


 
 
86 
kəndləri olmuşdur. Yeddi evdən ibarət Dalmanc 
kəndi Aslan adlı şəxs tərəfindən salınmışdır.  
1937-ci ildə bu kəndlər birləşərək İşıqlı adlandı-
rılıb. Zəngilan rayonunda da İşıqlı dağ  və  İşıqlı 
kəndi var.  
Toponimləri:  Qara quzey, Narcaq dərəsi, Uzun 
dərə, Topdaş, Kor bulaq, Alaçı bulağı, Aslan bulağı, 
Əyri dərə, Kəlbətin dərəsi, Qızıldaş, Daş arası, Qara-
nın saqqızı, Damlamac yerləri, Kərbəlayi Dostməm-
məd bulağı, Bayramın meşəsi, Dəli çay, Göbələk 
düzü, Çalalın biçənəyi, İşıqlı düzü.  
 
Kavdadıq. Kənd Bərgüşad və Həkəri çaylarının 
birləşdiyi yerdə–Yazı düzünün 
cənub-qərb
 qurtara-
cağında salınıb. Kənd dəniz səviyyəsindən 900 m 
hündürlükdədir. Rayon mərkəzinin 18 km-liyində-
dir. Kənddə orta əsrlərə aid qəbiristanlıq var. Kavda-
dıq toponimi “kovxa” sözündəndir.  
Bəzi tədqiqatlar digər yozumun, yəni Kav fars 
dilində dağ keçidi “daob” isə iki çayın birləşən yeri 
kimi tədqiq edilir. İkinci tədqiqata görə,  adın tərki-
bində olan Kovda sözünün farsca “Yabı  mənası” 
verməsi ilə, yəni arıq düşmüş atların saxlandığı yer 
kimi əlaqələndirlir. Qaralar və Kavdadıq ərazilərində 
sovet hökumətinin 30-cu illərinə  qədər Qarabağ 
ilxılarının saxlanması ilə bağlı məlumatlar var.  
Toponimləri:  Yellicə dağı, Göyərtmə daşı, orta 
əsrlərə aid Sarı Əhməd qəbiristanlığı.  


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə