Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə20/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

 
 
87 
Kəpəz.  Qubadlı toponimləri silsiləsində  Kəpəz 
oronimini  qeyd etmək yerinə düşər. Kəpəz dağının 
adına P.Zeliniskinin qeydlərində də rast gəlirik. Kə-
pəz dağının paralellerinə Gəncə və Türkiyə ərazisin-
də rast gəlinir. Kəpəz sözü “acların dağı” mənasını 
verir.  Ə. Dəmirçizadə  tərəfindən KAP komponenti 
yurd, vətən, beşik mənasını verən türk mənşəli söz 
kimi qəbul edilmişdir. “Qacaq Nəbi”  dastanında da 
KAP/kep kimi işlənmişdir. Qayalıq, daşlıq çalarına 
malik yurd yeri. 
 
Qayalı. Qarabağ yaylasında, rayon mərkəzindən 
7 km şimalda, Bazarçayın sol sahilindən 2 km ara-
lıda yerləşən kənd. Kəndin qədim adı Qarıkahası 
olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda möv-
cud olmuş Qayalı  kəndindən zəirxanlı, alıxanlı, 
eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaş-
dıqdan sonra kənd Qarakahalı,  Qayalı adlanmışdır. 
Bir müddət keçəndən sonra kəndin adındakı Qarıka-
halı komponenti ixtisara düşmüşdür. Azərbaycanda 
"qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur.  
Toponimləri: Şirin bulaq, Şor bulaq, Kollu dərə, 
Qızıl qaya,  Qaban dərəsi, Maral dərəsi, Böyük 
quzey, Qara qaya, Boğazısəpməz, Səbətkeçməz, 
Düyü torpağı, Kəklik bulağı, Yazı düzü, Cavanşir 
türbəsi, Orta əsr qəbiristanlığı.    
"Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağ-
ların müəyyən hissəsində daş süxurlardan olan çətin 


 
 
88 
keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" 
və  "-lı" komponentlərindən ibarətdir. Qaya müsbət 
relyef mənası bildirən termindir. Kənd  ərazisindəki 
qayalarda çoxlu mağaralar da olmuşdur. Kəndin Qa-
yalı adlanması, çox guman ki, ərazinin qayalıq 
olması ilə  əlaqədardır. Kənd  əhalisi heyvandarlıq, 
taxılçılıq və tütünçülüklə məşğul olurdu. 
 
Qaraqoyunlu.  Dağətəyi  ərazidə yerləşən kənd. 
Yerli məlumatlara görə, təxminən XVIII əsrdə Xan-
qaraqoyunlu kəndindən (indiki Bərdə rayonundakı 
Qaraqoyunlu kəndi) ayrılmış ailələr  əvvəlcə  Şayıflı 
kəndinin (Zəngilan rayonu) yaxınlığında Xanyeri 
deyilən yerdə  məskunlaşmış, sonra isə indiki yerə 
köçərək Qaraqoyunlu kəndini salmışlar. Köçəri türk 
tayfalarından olan qaraqoyunlular 24 tirədən ibarət-
dir. Qaraqoyunlular 1410-cu ildə Azərbaycan Qara-
qoyunlu dövlətinin  əsasını qoymuşlar. 1468-ci ildə 
Ağqoyunlu dövləti bu dövlətin varlığına son qoydu. 
XV  əsrin sonlarında qaraqoyunluların bir hissəsi  – 
qızılbaş tayfalarının tərkibinə daxil olublar. Qaraqo-
yunlular baharlı, qaramanlı, dilağarda, düyərli, al-
pout, hacılı, cəyirli, bayramlı tayfalarından ibarət 
idilər.  
Toponimləri: Ağalı düzü, Qanqallı dərə, Çiyçiyə 
dərəsi, Kum dərəsi, İstiotlu dərə, Emincan, Sofu piri
Kəhriz.  


 
 
89 
Qarağac.  Həkəri çayı sahilində, dağlıq  ərazidə 
yerləşən kənd.  Əsl adı Qaraağaclıdır. Qarağac 
toponimindəki "qara" sözü "böyük" mənasını daşı-
yır. Yaşayış məntəqəsi Qarağaclı adlı yerdə salındığı 
üçün belə adlanmışdır. Sonralar bu toponimin tərki-
bindəki  -lı  şəkilçisi düşmüşdür. Kəndin yerləşdiyi 
ərazidə qara ağacın müxtəlif növlərinə rast gəlmək 
olar.  
Toponim adını bu ağacdan almışdır. Tərtərdə, 
Sabirabadda və Cəlilabadda da Qarağac adlı kəndlər 
var. 
 
Qaraimanlı.  Həkəri çayının sahilində, dağətəyi 
ərazidə yerləşən kənd. Qaraimanlı (Qaramanlı) yaşa-
yış məntəqəsini XIX əsrin sonlarında Qara İman adlı 
şəxs saldığına görə  kənd belə adlanmışdır. Kəndin 
şərqindəki qışlaq yeri də Qara İmanlı qışlağı adlanır. 
Toponim çox ehtimal ki, türk- dilli qaraman tayfa-
sının adı ilə  əlaqədardır. Qaraimanlı (Qaramanlı) 
adındakı "qara" sözü cəsarət, igidlik bildirir. Qara-
manlar Səlcuq sultanı Toğrulun zamanında (1038-
1063) əvvəlcə Anadoluya, buradan da başqa yerlərə
o cümlədən Azərbaycana yayılmışlar. Onların XII 
əsrdə Azərbaycana şimaldan gəlmələri fikri də möv-
cuddur. Qaramanlar varsaq, qara, quşdəmir, isa və 
kosun qollarından ibarətdir. XV əsrdə Cənubi Azər-
baycanda yaşamış qaramanlar qızılbaş tayfalarından 
biri olmuşlar. Səfəvi  şahları bu tayfaya hərbi 


 
 
90 
xidmətlərinə görə Azərbaycanda çoxlu müxtəlif yer-
lər, torpaqlar vermişlər. 
Qaramanlı Kiçik Asiyada yaşayan türk tayfası-
dır. Onlar Azərbaycana XIII əsrin I yarısında 
gəliblər. Qaramanlar oğuzların salğur tayfa birliyinə 
mənsubdurlar. Onlar səlcuq sultanı Toğrulun zama-
nında Anadoluya gələrək burada müstəqil Qaraman 
bəyliyi yaradıblar. Azərbaycandakı qaramanlar 
azərbaycanlıların etnogenezində  iştirak ediblər. 
Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşun başçısı-
nın adı Qaraman olub. Qarabağın hakimi Yarəhməd 
(XIV əsr) qaramanlı tayfasındandır. Səfəvi ordusun-
da qaramanlı bəyləri də vardır. 
Qaramanlı tayfası öz adını Şeyxin oğlu Nur-Sofi 
Qaraman tərəfindən Anadoluda səlcuq sultanlığının 
süqutundan sonra yaranan müstəqil Qaramanlı bəyli-
yindən almışdır. 1471-ci ilə  qədər oranı 7 hökmdar 
idarə edib. Həmin bəyliyin bəzi sakinləri oranı  tərk 
edib Azərbaycana gəlmiş  və tayfalarının adı ilə bir 
neçə  kənd salmışlar. Qaramanlı sözü Azərbaycan 
toponimiyasında omonim yer adlarındandır. Qara-
man adlı  kənd Göyçay və Yevlax rayonlarında da 
var. Ağdam rayonu ərazisində Qaramandağ adlı dağ 
mövcuddur.  
Toponimləri:  Şor bulaq, Sarı  aşıq da Qaraman 
tayfasındandır. Qaramanlı bulağı, Şir təpə, Mahmud-
lu bağı, Yazı düzü
 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə