Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə17/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

 
 
75 
Həkəri.  Həkəri çayı sahilində dağətəyi  ərazidə 
yerləşən kənd. Həkəri adına qədim mənbələrdə rast 
gəlinir. Alban (Qafqaz) tarixçisi Moisey Kalankatlı 
Babək hərəkatı ilə əlaqədar 831-ci il hadisələrindən 
bəhs edərkən Həkəri adlı yerin adını  çəkib. Həmin 
qala hazırda Qalacıq adı ilə  məlumdur. Həkəri ilə 
bağlı toponimlər Həkəri tayfasının adı ilə  əlaqədar-
dır. Indi Türkiyə  və Iran ərazisində  həkərilər yaşa-
yırlar. Bəzi mənbələrdə  Həkəri çayının adı  Həkəri 
tayfalarının adı ilə bağlıdır. X-XII  əsrlərdə  ərəb 
mənbələrində Azad çay kimi göstərilmişdir. Zəngi-
landa da Həkəri (Akara) adlı qəsəbə var. 
 
Həmzəli.  Həkəri çayının sahilində,  İncə düzün-
də, rayon mərkəzindən 20 km şərqdə yerləşən kənd. 
E1 arasında Dəlilər Həmzəlisi adı ilə tanınır. 
Həmzəli yaşayış  məntəqəsini vaxtilə indiki Qaraki-
şilər kəndinə birləşmiş  Həmzəli (el arasında Korlar 
Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün 
belə adlanmışdır. Rəvayətə görə, kişi paltarı 
geyinmiş bir qız Həmzəlidə Həkərı çayının üstündə 
körpü tikdirir. Bir neçə ildən sonra körpü hazır 
olduqda qız paltarını  dəyişir və guya onun qadın 
olduğunu başa düşmədikləri üçün kəndi "Korlar 
Həmzəlisi" adlandıraraq çıxıb gedir. Sonralar "Kor-
lar" ləqəbini mənliklərinə sığışdırmayan bir neçə ailə 
kənddən köçüb yeni yaşayış  məntəqəsi saldıqda 


 
 
76 
guya ata-baba yurdlarını  tərk etdikləri üçün onların 
kəndini də  Dəlilər Həmzəlisi adlandırmışlar. Həm-
zəli adlı  kənd Qəbələ  və  Şərur rayonlarında da 
vardır. Qəbələdə Həmzəli adlı çay da var.  
Toponimləri: Dovşanlı qobu, İlanlı daş, Şiş təpə, 
Kaftar qaya, Dadaşın kahası, Dadaşın su dəyirmanı, 
Gəyən düzü, Məşədi Dadaş navı, Kəlbalayı Mikayıl 
yerləri, Tut piri, Məscid, Alma bağları, Kəlbalayının 
dəyirmanı, Hacalı daş, Sulu daş, Pir daş, Yel piri, 
Kərbəlayi kahası, Orta əsrlərə aid qəbiristanlıq.  
 
Hərtiz.  Dağlıq  ərazidə yerləşən kənd. Hərtiz 
yaşayış  məntəqəsi öz adını  ərazisinə yaxın yerləşən 
Hərtiz dağının adından almışdır.  
Toponimləri: Orta bulaq, Çuçixay bulağı, Gicit-
kənli dərə, Hərtiz yolu, Ağamvay dərəsi, Maral təpə-
si, Tayıfca təpəsi, Qala təpəsi, Hərtiz piri, Çuxur 
yurd, Mürsəlin bağı, Baxış bağı, Böyük güney, Ke-
çəl təpə, Vənli yel piri. 
 
Hüseynuşağı. Həkəri çayının sahilində, Yazı dü-
zünün günçıxan yamacında yerləşən kənd. Yaşayış 
məntəqəsini Hüseynuşağı (hazırda Xudaverdilər 
adlanır) nəslindən olan ailələr saldığı üçün toponim 
bu cür də adlanmışdır. Sonralar Qarabağdan  Əbilli 
və Dağıstandan Xələflilər nəsli də köçüb bura 
gəlmişlər. 
 


 
 
77 
Hun. Ərazidə Hun leksomeninin muxtəlif format-
larına rast gəlinir. Qunanli (Hunanli) heç şübhəsiz ki, 
eynilik təşkil edir. Azərbaycanda Türk dilinin forma-
laşmasında Hun tayfaları bilavasitə  iştirak etmişdi. 
Əlavə edək ki, oykonim P.Zeliniski tərəfindən qeyd 
olunmuşdur. Qubadlı rayonunun toponomiyasında 
Hun tayfasının adı ilə bağlı bir neçə coğrafi ad vardır. 
Qunlanlı Hundi verd (Qaralar kəndi) Dionisi Pereiged 
Hunların Albanlarla cografi bağlanması, qohumlaş-
ması ilə bağlı arxiv sənədlərində  məlumat vermişdi. 
1727-ci ilin arxiv sənədlərində Qubadlı rayonu ərazi-
sində Hunabad kəndi qeyd olunmuşdur. Hunud, 
Xınzirek, Xunazi, Xunazək kimi toponimlər günümü-
zə qədər gəlib çıxmışdır. 
Rayonun  ərazisində Qunlanlı, Xocahun (Xoca-
han) Hundiverd, Peyhun kimi toponimlərin olması 
sübut edir ki, Hun tayfaları Qubadlı  ərazisində  əsr-
lərlə yaşamışlar. P.Zeliniskinin qeyd etdiyi mənbə-
lərdə  Xınzirək, Hunzirək və Xanəzək  (Xunazək) 
“mübahisəli torpaq” kimi göstərilmişdir. Bəli, bu 
mübahisənin bünövrəsi XIX əsrin  əvvəllərində kö-
çürmə siyasəti ilə əlaqədar deyildimi? Sübuta heç bir 
ehtiyac yoxdur. 
 
Heyrək (Aqarar, Akaraq). Qubadlı ilə Qafan 
rayonun sərhəd zonasında yerləşir. Heyrek toponimi 
“Kitabi-Dədə-Qorqud”  dastanının 10-cu boyunun 
qəhrəmanı Əkrəklə eyni mənşəlidir. 


 
 
78 
Dastanda  Əgrək ve Səgrək –  2 qardaşdan  bəhs 
olunur. Maraqlıdır ki, (Heyrek) toponimi yerləşdiyi 
ərazidə Həkəri çayı Həkəri kəndi oykonimlərinə rast 
gəlinir. Bununla da rayonda və Gorus ərazilərində 
eyni mənşəli Akara Həkəri Həkkərək sözləri özünü 
yaşadır. M.Seyidov yazır ki, VII yüzilliyin cogra-
fiyaçısı Anemeya Siraqaci akarak (həkəri qalası  və 
çayını qeydə almışdı). Xatırladaq ki, Gorus rayonun-
da Əkərəli, Sisyan ərazisində Əkəri toponimi vardır. 
Musa Kalankatlının  əsərində aqar etnosunun adı ilə 
bagli Həkəri yaşayış  məntəqəsinin adı  çəkilmişdir. 
(M.Seyidov “Elm və  həyat” jurnalı Bakı 1989 
səh.10-16.164). 
Xanlıq.  Rayon mərkəzindən 16 km cənub-
şərqdə, Həkəri çayının sahilində dağ ətəyində yerlə-
şən, rayonda ən çox əhalisi olan kənd. Xanlıq kənd 
yaşayış  məntəqəsinin  ərazisi  əvvəllər eyniadlı mül-
kün adı olmuşdur. Xanlıq mülkü Qarabağ xanı 
Pənahəli xanın oğlu Mehrəli bəyin malikanəsi ol-
muşdur. Sonralar burada salınmış Xanlıq kəndi də 
həmin mülkün adı ilə adlanmışdır. Xanlıq toponimi 
"xana məxsus" mənasındadır. Orta əsrlərdə türkdilli 
xalqlarda ictimai-siyasi birliyə xanlıq deyilirdi. 
XVIII  əsrin 40-cı illərində Azərbaycanda xanlıqlar 
meydana gəldi. Xanlıq komponenti ilə bağlı olan 
Xanlıqlar kəndi Qazaxda və Şərurda da var. Lənkə-
randa Xanlıqlı, Xaçmazda Xanlıqoba,  Şuşada Xan-


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə