Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə14/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

 
 
62 
Kənddə orta əsrlərə aid qəbiristanlıq var. Cənubi 
Azərbaycanda da Çərəli adlı kənd mövcuddur. Bərdə 
rayonunda da Çərəlilər kəndi var.  
Toponimləri: Taxtalar, Hana qaya, Mavdan, 
Göynava, Qara çuxur, Qara quzey, Ağ yol, Xəçin 
dərə, Ağ düz, Saqqızlı, Qoçaşan, Qurd dərəsi, Xır-
man dərə, Böyük güney, Şəmsəddin Piri, Qaya dibi, 
Şahsuvar dağı, Qızılölən, Qaramalı  dərə, Bağ  dərə, 
Qəhrəmandüşən və s. 
 
Hat. Rayon mərkəzindən şimal qərbdə, rayonun 
38 km-liyində, dəniz səviyyəsindən 1405 m hündür-
lükdə yerləşir.  
1993-cü ildə 10 ev, 41 nəfər  əhalisi olmuşdur. 
Toponimləri: Dərə yeri,  Çöpün düzü, Cığa düzü. 
Bəzi tədqiqatçılara görə  Dəşt sözü fars  dilində Çöl 
mənasındadır. Hat komponenti bölgənin Alban tarixi 
ilə  əlaqədardır. Musa Kalankatlının  “Alban  tarixi” 
əsərində deyilir: “Babik püşk atdı. Qorun bəxtinə 
Hat kəndi,  Qazanın bəxtinə isə  Şalat kəndi düşdü.” 
Toponiminin digər izahı isə daş sözü ilə əlaqədardır. 
Hat kəndindən ayrılmış ailələr yaxında yerləşən daş-
lıq hissədə yeni yurd salırlar, adına Daşlı Hat şəklin-
də müraciət olunur. Rus tədqiqatçısı P.Zenskinin 
yazılarında Alyanlı tayfalarına aid olan Hat, Böyük 
Hat, kiçik Hat, Daşlı Hat kəndlərinin adları çəkilir.    


 
 
63 
Davudlu. Qubadlıda Bərgüşad çayının qolu olan 
Gorus çayının dərəsində, dağətəyi  ərazidə yerləşən 
kənd. Davudlu yaşayış  məntəqəsini Davud adlı bir 
şəxs saldığına görə, kənd onun adı ilə adlanmışdır. 
Sonralar burada sofulu tayfasına mənsub ailələr də 
məskən salmışlar. Respublikamızın digər ərazilərin-
də mövcud olan Davudlu (Ağdaş rayonu) və Davı-
donu (Lerik rayonu) adlı  kəndlər də Davud və ya 
Davıd şəxs adı ilə adlandırılmışdır. 
 
Deşdahat. Qarabağ silsiləsinin ətəyində yerləşən 
kənd. Deşdahat yaşayış  məntəqəsinin Böyük Hat 
(indiki Hat) kəndindən ayrılmış ailələr Dəşt adlanan 
yerdə  yurd  saldığına görə bu cür adlandırılmışdır. 
Dəşt sözü farsca "çöl" deməkdir. Əvvəllər, görünür, 
bu kəndin yaxınlığında Kiçik Hat kəndi mövcud 
olub. Bəzi mülahizələrə görə, yaşayış  məntəqəsini 
əliyanlı tayfasına mənsub olan ailələr salmışdır. Bir 
çox tədqiqatçılar hat komponentini hədd  (qıraq, 
kənar) mənasında izah edirlər. Toponimin digər 
izahı daş sözü ilə əlaqələndirilir. Onu da qeyd edim 
ki, Dəşt, Hat, Dəşt-Qıpçaq toponimlərinə Türkiyə 
ərazisində rast gəlinir.   
 
Dəmirçilər. Rayon mərkəzindən 5 km cənubda, 
Bərgüşad çayının sağ sahilində dağətəyi ərazidə yer-
ləşən kənd. Yaşayış  məntəqəsinin adı  dəmirçilər 
tayfasının adı ilə  əlaqədardır. XVI əsrdə  qızılbaş 


 
 
64 
tayfaları  sırasında adları  çəkilən dəmirçilər sonralar 
qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə 
çevrilmişdilər. Azərbaycanda  şahsevənlər və onlara 
birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə 
vermişlər. Bu kənd sakinləri arasında onların çoxlu 
nəsilləri yaşayır. Qubadlıda, Dəmirçilər və Murad-
xanlı  kəndlərində  də  həmin tirəyə  məxsus ailələr 
çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında 
şahsevən tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər 
sözü Azərbaycan toponimiyasında omonim yer 
adlarındandır. Kəndi Dəmirçilər  nəslinə  mənsub 
ailələr salmışlar. Dəmirçilər kəndinin girişində (Dəf 
düzü istiqamətində) təpənin üstündə  “Şah taxtı” 
deyilən yerin aşağı hissəsində  Bərgüşad çayına ya-
xın Kurqan vardı. Kurqan elə yerdə idi ki, Şah taxtı 
ərazisindəki qaladan oraya daimi nəzarət edilirmiş. 
Dəmirçilər adında Qazaxda, Tərtərdə, Xocalıda da 
kəndlər var.  
Toponimləri: Qilbə dibi, Kosa dağı, Yumru təpə, 
Qazan qayası, Qara qaya, Ağ qaya, Çaxur-çuxur 
dərəsi, Sumaxlı təpə, Qaravul təpəsi, Şahtaxtı dərəsi, 
Yemlikli dərə, İnnablı dərə, Böyük dərə, Bağmanlar 
düzü, Ardarxana düzü, Mağal bulağı, Zəncirli 
bulağı, Hacı Bədəl körpüsü, Oğlan-qız qayası.   
 
Diləli Müskanlı.  Bərgüşad çayının  sahilində, 
dağətəyi  ərazidə yerləşir.  Ərazidəki iki Müskanlı 


 
 
65 
kəndini fərqləndirmək üçün biri Diləli Müskanlı, o 
biri Teymur Müskanlı  adlandırılmışdır. Bu toponi-
min mənası "Diləli kəndinin yaxınlığındakı Müskən-
li kəndi" deməkdir. Bir çox tədqiqatçılar toponimin 
tərkibindəki diləli komponentini kürd mənşəli deləli 
tayfasının adı ilə izah edirlər. Müskən sözü isə yerli 
əhalinin yozumu ilə "mis olan yer" kimi izah olunur. 
Orta  əsrlərdə indiki Özbəkistan  ərazisində Müskan 
adlı şəhər və əyalət olmuşdur. Güman ki, XIII əsrdə 
monqol işğalları  və Teymurun yürüşləri zamanı 
Müskan  əhalisinin bir qismi Azərbaycana köçərək 
burada məskunlaşmışdır. Müskənli sözü "Müskan-
dan olanlar", "müskənlilər" mənasını daşıyır.  
Toponimləri:  Narlı  dərə, Burunlu güney, Narlı 
pir,  Şirin pir, Kəklik bulağı, Dəlik daş, Oyuq yal, 
Narlı bulaq, Dağdağan dərəsi, Zamanın kahası, 
Böyük navlar, Sarılıq, Qaravun dərə, Qara qaya, 
Orta dərə, Qaravun, Qarağaclıq bulağı, Kaha dərə, 
Küllü  təpə, Sarılıq, Qazan dərəsi,  Şor dərə, Qatır 
yoxuşu, Diləli dərəsi, Arpa çuxuru, Kalba Mehdi 
novu, Məşədi  İsmayıl dərəsi, Barmaqlar, Oyğun 
yalı, Nərgiz qəbiristanlığı, Salavat təpə.  
 
Dondarlı. Rayon mərkəzindən 6 kilometr cənub-
da, Bərgüşad çayının (Bazarçay) sağ sahilində, Bər-
güşad silsiləsinin  ətəyində yerləşən kənd. Dondarlı 
toponimi qədim türkdilli dondar tayfasının adı ilə əla-
qədardır. Antik mənbələrə görə, dondarlar e.ə. V əsr-


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə