Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə22/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   18   19   20   21   22   23   24   25   ...   51

 
 
95 
qaya, Cürük qaya, Çış Məhəmməd Piri, Körpü, Köh-
nə  qəbiristanlıq, Böyük dərə,  Şəftəli bağı, Quş 
qayası, Qara quzey, Güney yataq, Çalalar, Çaqqalı 
göl, Ləpirli, Potamlar, Göl zəmi, Qavızlıq, Qocaşan, 
Kəmərələr, Qara qaya, Kəklikli bulaq, Daşlı güney, 
Daşlı quzey, Sarı dərə.  
 
Qarakişilər. Həkəri çayının sağ sahilində dağətə-
yi  ərazidədir. Rayon mərkəzindən 20 km,  dəniz 
səviyyəsindən 1150 m hündürlükdə yerləşir. Qara 
kişilər nəslindən olanlar, yəni Qarakişigillər məna-
sındadır.  
Toponimləri:  Qaragil təpəsi, Top qaya, Şiş yal, 
Gəyə  dərəsi, Sınıq körpü, Orta əsrlərə aid qəbiris-
tanlıq. 
 
Qurd qalaq. Toponomist Q.Qeybullayev qurdu 
türkdilli etnom kimi qəbul edir. Qala Boynu adlanan 
ərazidə Qurd qala toponimi mövcuddur. (Türk 
qalası) Qurd qala kəndinin  əhalisi Hacılı  kəndindən 
gedərək məskunlaşmış  əhalidir. Kəndin  ərazisində 
Qoturbulaq, Qurdbulaq kimi şəfaverici bulaqları var. 
 
Ləpəheyranlı. Bərgüşad çayının sahilində yerlə-
şən kənd. Kəndin adı, mənası aydın olmayan ləpə 
sözündən və heyranlı etnonimindən ibarətdir. Heyran-
lılar XII-XIII əsrlərdə Ön Asiyada oğuz tayfaların-
dan biri olmuşdur. Hazırda Türkiyədə Qaraəhməd


 
 
96 
ləkli və saraclı tayfalarını birləşdirən heyranlı tayfa 
ittifaqı var. 
Toponimləri: Kəklik bulağı, Kəklik dərəsi, Ağıl-
lar, Köhnə yurd, Ağın dərə 
 
Mahmudlu. Bərgüşad çayı sahilində, dağlıq əra-
zidə yerləşən kənd. Mahmudlu kəndi XVI-XVII əsr-
lərdə Türkiyə ərazisində Van gölündən şərqdə yaşa-
mış, sonralar bir hissəsi Zaqafqaziyaya gəlmiş mah-
mudlu tayfasının məskunlaşması  nəticəsində yaran-
mış yaşayış məntəqələrindəndir. Mahmudlular XVII 
əsrdə Azərbaycana üz tutmuşlar. Mahmudlu qədim 
türk tayfalarından birinin adıdır. Etnonim bəzi kənd-
lərin adlarında Kürd Mahmudlu kimi öz əksini 
tapmışdır (İmişli, Füzuli rayonları). Cəbrayıl və 
Şəmkir rayonlarında da Mahmudlu adlı  kəndlər 
vardır.  
Toponimləri:  Qara qaya, Eşşək meydanı, Bar-
maqlar, Sulu dərə, Məmməd Hüseyin quzeyi, Sular, 
Bəyin bağı, Qarasaqqal, Ağ yoxuş, Şəvitli qobu, Ağ 
qaya, Kollu quzey, Xudarvurulan, Ağ  tılış, Döllək, 
Dağdağanlı qobu, Qalın quzey, Məmmədvəli təpəsi, 
Teştaxan bulağı,  Şirzadlı bulağı, Seyid Məcid bu-
lağı, Mərdu bulağı, Boz quzey, Eyvazların yalı, 
Sığınacaq, Nəbi ölən, Qala yolu, Uzun quzey, Xırda 
dərə, Dik təpənin yalı, Koroğlu tapı, Bəbirli dərəsi, 
Badamlı dərə, Palıdlı dərə, Papaqlı daş, Qırmızı yal, 
Şiş qaya, Dolamanın dərəsi, Narlı dərə, Su tökülən, 


 
 
97 
Quyu bulağı,  Şirin bulaq, Mollu bulağı, Novlu 
bulaq, Tapdıq bulağı, Kahalar bulağı, Şatır Əhmədli 
bulağı. 
 
Mahrızlı.  Həkəri çayının sahilində yerləşən 
kənd. Mahrızlı (Mafruzlu da deyilir) sakinləri XIX 
əsrin iyirminci illərində Cənubi Azərbaycanın Mah-
rızlı  kəndindən gəlmişlər. Kəndi mahrızlı ailələrinə 
məxsus adamlar saldığına görə  kənd də Mahrızlı 
adlandırılmışdır.  
Toponimləri:  Gülablı bağı,  Qırxərşin  quyu, 
Gəyən düzü. Güllücə yeri, Göl yeri, Yol arası, Bilgər 
dərəsi, Rus dərəsi, Balakişinin yeri, Bünyətin yeri, 
Hətəmin yeri, Dadaşın yeri, Qandan dərə, Xırman-
lar, İydəli, Koroğlu tapı, Ərəb yurdu, Ələkbər uçan, 
Ağ  dərə, Ballı qaya, Dağ  dərə, Qırmızı qaya, Qara 
qaya, Papaqlı qaya, Çoban qaş, Her Məmməd, 
Bərəher Əzizin qayası, İslamın qobusu, Nağı dərəsi, 
Ağ yal, Bayram çökəyi, Gen dərə, Papaq dərəsi
Söyüdlük, Şamlıq, Çil qaya, Qışlaq kahası, Tarverdi 
kahası, Köhnə  qışlaq, Çöl dərə, Sulu qaya, Kəkotu 
qobusu, Qızıl qaya, Çətən qaya, Kollu dərə, Nimçəli 
qaya, Soğancıq, Yelli gədik, Ərikli bağ, Gilaslı bağ, 
Meyvəli bağ, Camal bulağı, İydəli bulaq, Kor bulaq, 
Hüseynalı bulağı, Cəvizlik bulağı, Mərdan bulağı, 
Çömçə bulaq, At bulağı, Allahqulu bulağı, Qurban 
bulağı, Dadaş bulağı. 


 
 
98 
Mehrili.  Dağətəyi ərazidə yerləşən kənd. Topo-
nimin tam adı  Əyədi Mehrili şəklindədir.  Əyədi 
sarallı tayfasının qışlaqlarından biri olmuşdur. Meh-
rili isə orada məskunlaşmış nəslin adıdır.  
Toponimləri:  Qum qazılan, Yal yeri, Tayıbça, 
Orta əsrlərə aid qəbiristanlıq, Dağdağan piri. Soyuq 
bulaq, Yuxarı bulaq, Böyük dib, Şəki dağı, Yetər 
yurdu, Baharölən, Dəmir qayalıq, Göl yeri, Armud-
lar, Cəvizlik yeri, Kahalar, Qırağın başı.  
 
Məzrə.  Qarabağ silsiləsində, dağətəyi  ərazidə 
yerləşən kənd. Məzrə toponimi ərəb dilində  "əkin 
üçün yararlı yer, əkin yeri, tarla" və  "əkin yerləri 
əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntə-
qəsi" mənalarını verən məzrə  sözündəndir. Kəndin 
ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin 
əkin yeri olmuşdur. Yaşayış  məntəqəsi XIX əsrin 
ortalarında həmin kənddən gəlmiş 14 ailənin burada 
məskunlaşması nəticəsində yaranmışdır. Kəndin əra-
zisində qədim alban kilsəsi vardır. 
Toponimləri:  Məzrə düzü, Çömçə bulaq, Sarı 
bulaq, Fındıqlı bulaq, Ağ yazı, Ağ qaya, Ballı qaya, 
Göy təpə. 
 
Məmər.  Kəndin adı  ərəb mənşəli məmər  sözün-
dən olub, "çay" və ya "dağ keçidi" mənasındadır. 
Yaşayış  məntəqəsi vaxtilə  Həkəri çayının keçid 
(Məmər) yerində salındığı üçün belə adlandırılmışdır.  


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə