Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə24/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

 
 
103 
Xaş Gədik bulağı, Abbasdar, Panarlı, Pənah quzeyi
Həkəri kövşəni, Düldül hoppanan, Gavırlı  dərəsi, 
Qara Dağlı, Xəncəl vurulan, Dədə düzü.   
 
Mistan kəndi (ölü kənd).  Ərazi qədim yaşayış 
məskənlərindəndir. Fars dilində “Mis” qoyun “
tan
” 
isə yataq mənasındadır.  
Kənd sakinlərinin dediklərinə görə,  İranın Qara-
dağlı mahalından gəlmədilər. Kəndin 60-cı illərdə 
köçürülmüş  əhalisi rayonun Xələc, Xudular, Murad-
xanlı kəndlərində və Bərdə rayonunda sakinləşmişlər.  
Toponimləri:  Kartof bulağı, Vənlik, Qara qaya, 
Damlar, Qara dərə, Quş dərəsi, Boz top, Müseyibin 
darı  yerləri, Müseyib səngəri, Bəşirin yeri, Armud-
luq,  Vağlar, Quş bulağı, Qumqazılan, Ballıca, Orta 
bulaq, Daşarası, Alçalı dərə, Cəvizli dərə, Gandallıq. 
 
Novlu.  Dağətəyi  ərazidə yerləşən kənd. Kəndin 
keçmiş adı Novludərədir. Novlu kəndi salındığı 
dərənin adını daşıyır. Dərə isə burada daş novlu 
bulaq olduğuna görə belə adlanmışdır.  Şuşanın 
Malıbəyli kəndində də Novlu adlı bulaq var.  
Toponimləri: Çavdar dağ, Qara dəyə, Qaradaş, 
Ağ öyrə, Mollanın dərəsi,  İrizçiqaya,  Şirin  dərə, 
Səfər  Əlinin dərəsi,  Gümbəzli dərə, Maral dərə, 
Ağdəyən dərə, Çanaxlı  təpə, Sarı  təpə, Çavdarın, 
Qaradəyənin təpəsi, Kora bulağının təpəsi, Toptula-
nın təpəsi, Baba biçənəyi, Hacı yurdu, Çanaqlı bu-


 
 
104 
laq, Novlu bulaq, Göllər,  Şurran, Kora bulaq, Şəvə 
dərə, Qulanca bulağı, Dərə bulaq, Qulamzə, Qurdlu 
bulaq, Məşədqara bulağı, İmamzadə bulağı. 
 
Padar.  Həkəri çayının sahilində yerləşən kənd. 
Padar yaşayış  məntəqəsi oğuz-səlcuq tayfalarından 
biri olan padarların adı ilə bağlıdır. Padarlar Elxani-
lər (Hülakülər) dövründə XIII əsrdə Azərbaycana 
Orta Asiyadan gəlmişlər. Təxminən 8 əsr bundan 
əvvəl  İran səltənəti monqolların  əlində olan vaxt 
onlar hakimiyyəti qoruyub saxlamaq üçün Türküs-
tandan 200 min ailəni, ağ hun tayfasına mənsub olan 
qayı türklərini  İrana və Azərbaycana köçürmüşlər. 
Həmin qayı türklərinin tərkibində qacar, əfşar, çoba-
nı, ustac, callı qəbilələri ilə birlikdə padar ailələri də 
olmuşdur. Sonralar padarlar başqa  ərazilərə  də 
köçüb çoxlu kəndlər bina etmişlər. Padarların mən-
şəyi oğuz tayfaları ilə bağlıdır. Bəzi alimlərə görə, 
(akademik  İ.M.Meşşannikov və başqaları) padar 
oykonimi e.ə.VIII  əsrdə Urartu kitabələrində adı 
çəkilən Patari oykonimi ilə  əlaqədardır. Ləzgilər 
padarları "kyure" adlandırmışlar. Əvvəllər Azərbay-
canın cənubunda yaşamış padarları  Səfəvilər döv-
ründə XVI-XVII  əsrlərdə dağlı tayfaların basqınla-
rının qarşısını almaq məqsədilə  şimal zonalarına, 
indiki Quba rayonu və ona yaxın  ərazilərinə köçür-
müşlər (Şah  İsmayıl və  Şah Təhmasib tərəfindən). 
Şahsevən tayfa ittifaqında mühüm rol oynayan 


 
 
105 
padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisə-
lərlə əlaqədar müxtəlif ərazilərə səpələnmişlər. XIX 
əsrdə Cavad qəzasında yaşayan padarlar bir çox tirə 
və qollardan (ilxıçı, qaraçürüklü, axtaçı, pülüklü, 
küyülçü və s.) ibarət idilər. Oğuz, Ağsu, Dəvəçi, 
Hacıqabul, Xaçmaz və  Dərbənd rayonlarında da 
Padar adlı kəndlər mövcuddur. Zaqatalada Padar adlı 
çay da var (Qanıq çayının qolu).  
Toponimləri:  Toxmaq təpə, Yolaşan, Yaqub 
dərəsi, Xan dərəsi,  Dəyirman boyu, Məcidli, Quru 
bağ, Kollu bağ, Turbalar, Şam, Yanıq yazı, Ağakişi 
əkən, Kiçik Həkəri, Leyleyin gölü, Asma körpü,  
Padar körpüsü (uzunluğu 130  m), Mal binəsi, 
Çinarlar, Enli Qobu, Quşaq təpə, Şıç təpə, Sarı qaya, 
Qarağac, Motal daş, Cinli qaya, Qırçınlı qala. 
 
Poladlı. Dağlıq  ərazidə, Qarabağ silsiləsində 
yerləşən kənd. Poladlı yaşayış  məntəqəsi  şahsevən-
lərin poladlı qolunun məskunlaşması  nəticəsində 
yaranmışdır.  XIX əsrdə poladlı qolu (poladlılar) 800 
alaçıqdan ibarət olub. Poladlı oykonimi şahsevən-
lərin şıxlı, təklə, yurdçu, quzatlı, əbubəyli, dursunxo-
calı, yekəli tirələrindən ibarət olan poladlı qolunun 
adı ilə  əlaqədardır. Poladlı  kənd adına Ağdam, 
Ağcabədi, Gədəbəy, Tərtər və Qobustan rayonların-
da da rastlanılır. Çınqıllı  dərə, Sarı  dərə, Turşsu 
bulağı,  Şor su bulağı, Kola bulağı kimi toponimləri 
var.  


 
 
106 
Sarıyataq.  İlk Sarıyataq kəndi Camış öldürən 
ərazidə yerləşmişdi. 
Kəndin adının  mənasını  orada yaşayan yaşlı 
adamlarla söhbətlərdən belə nəticə çıxarmaq olar ki, 
XVI əsrdə Qarabağ xanı Pənahəli xan Qubadlı ərazi-
sində  əhali məskunlaşmış  kəndləri gəzərkən həmin 
deyilən ərazidə Topal bitkisinin sarı rəng çalarlarının 
olduğunu görüb bu yeri “Sarıyataq” adlandırmışdı. 
Kənddə 1914-18-ci illərdə Dərələyəz və Sisyan-
dan  köçüb gəlmiş tayfalar da var. Kəndin maddi -
mədəniyyət  abidəsi kimi “qoç” heykəllərini misal 
göstərmək olar. 
Toponimləri:  Nazlı bulağı, Qurd daşı, Düyü 
torpağı,  İşıxanlı yeri, Saqqız ağacı, Bəylər bağı, 
Dəyirman yeri, Tut dərəsi, Yeddi bulaq, Şor bulaq, 
Qoc abidəsi, Ağ yarağan, Ildırım vuran, Sarı yoxuş, 
Camış öldürən, Qara qaya, Tülkü dərəsi, At ağılı, 
Səbətkeçməz, Qurd dərəsi, Qunduz dərəsi, At dərəsi, 
Ələm ağacı, Uzun nov, Gödəklərin novu, Alıxanın 
bağı, İsmayılın bağı, Əlişin binəsi, Həsənxanın bağı, 
Asyanın bağı, Nərimanın bağı, Cəfərqulu bağı, 
Savalan  bağı, Cəlal bağı, Kazım quzeyi, Yovşanlı 
yol, Yazı düzü.  
 
Saldaş.  Qarabağ silsiləsində, dağətəyi  ərazidə 
yerləşən kənd. Saldaş yaşayış  məntəqəsinə çevril-
məzdən əvvəl sofulu tayfasının qışlaq yeri olmuşdur. 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə