Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə32/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

 
 
140 
Bülbül dərəsi.  Davudlu kəndi  ərazisində 
yerləşən dərə özünün gül-çiçəyi, bağ-bağatı ilə başqa 
ərazilərdən çox fərqlənir. Həmin dərədə bülbüllər 
həmişə nalə çəkirlər. 
 
Buğda dərəsi.  Tarovlu kəndinin  ərazisindədir. 
Əkin üçün yararlı olan bu dərədə  həmişə buğda 
bitkisi daha məhsuldar olduğuna görə adlandırıl-
mışdır.  
 
Bazar dərəsi. Bazar dərəsi rayonun özündə olan 
dərədir. Bazar dərəsi toponimi Bazar tayfalarının adı 
ilə bağlıdır. Bazar düzü (Qubadlı  rayonu), Bazar 
dağı (Goranboy rayonu),  Bazar yüksəkliyi (Baş 
Qafqaz silsiləsində). 
 
Bərgüşad sıra dağları:  Qubadlı  və  Zəngilan 
ərazilərində yerləşir.Ən hündür nöqtəsi Aramazd 
dağıdır. Yüksəkliyi 3399 m-dir. 
Türkdilli tayfa olan Bərgüşadın (Bərgilər) adı ilə 
baglıdır.  M.H.Vəliyevin tədqiqatlarına görə,  Naxçı-
vanda Bərgüşad kəndi və tayfasının adı çəkilir. 
 
Baş hamar. Saldaş kəndində olan zəmi yeridir. 
 
Başarat dərəsi:  Azərbaycanda ikinci böyük 
dərə,  Kiçik Qafqazın birinci ən dərin dərəsi hesab 
edilir. 
 
Beşbarmaq.  Üç böyük dərənin birləşdiyi geniş 
bir vadidir. Buradakı Qız qalası Bakıdakı Qız qalası-
nın kiçik oxşarıdır, yarıuçuq vəziyyətdədir. Aylı 


 
 
141 
dərə yenə geniş bir vadidir. Tayadaş isə geniş otlaq 
sahələridir. Suqovuşan iki dəyirman işlədən Əliqulu-
uşağı çayının qollarının birləşdiyi  ərazi, Məmməd-
yar bulağı XIX əsrin  əvvəllərində tikilmiş tağbənd 
bulaqdır. Daşdan yonulmuş böyük novları olan bu 
bulaq xüsusi olaraq köçəri tərəkəmə-elat üçün 
tikilmişdir. 
 
Bizmin  əfsanəsi.  Qədim zamanlarda adını qeyd 
edəcəyimiz dağda böyük (Çardaxlı  Çənlibeldə 
olduğu kimi) sayda igidlər toplaşıb. Silah oynadar, at 
çapar qurşaq tutarmışlar. Bir dəfə başqa bir ölkənin 
sərkərdəsi bu yerlərə gəlib çıxır. Uzaqdan dağı mü-
şahidə  edir, sonda dağda olanların sayını öyrənmək 
üçün bir nəfəri o yerə göndərir. Həmin adam 
qarşısına çıxan ilk adamı danışığa tutur və soruşur: 
- Siz orada neçə nəfərsiniz? 
- Biz? Min 
Elə o vaxtdan dağa Bizmin deyirlər. 
 
Böyükdib.  Mehrili kəndinin  ərazisidir. Dağın 
ətəyində olan əkin yerləridir.  
 
Bahar ölən. Mehrili kəndində olan əkin sahəsi-
dir. Bahar adlı qadının ərazidə ölməsi ilə əlaqələndi-
rilir. 
 
Batıq.  Cılfır kəndində bataqlıq olan ərazidir. 
(Göyərabbas kəndi ərazisində də var.) 


 
 
142 
Buğçıxan.  Hacılı  kəndinin  ərazisində  dərin, en-
siz quyudur. Quyunun içərisində isti hava axını var. 
Soyuq aylarda quyunun içərisindən buğ  çıxır. Ona 
görə də buğçıxan adlandırılmışdır. 
 
Babakən dağı. Hacılı kəndindədir. Kəndin hün-
dür dağı hesab olunur. Korcalanlı (Ölü kənd) kəndi 
ilə Hacılı  kəndinin arasında yerləşir. Cəlal Bərgü-
şadın “Siyrilmiş qılınc” əsərində adı çəkilir.  
 
Cavanşir türbəsi.  (Qayalı) Yazı düzündə kiçik 
bir təpənin üstündə  qədim bir qəbiristanlıq var. Bu 
qəbiristanlığın ortasında 1941-1945-ci illər dövrünə-
dək hündür bir türbə olduğunu yaşlı əhali xatırlayır. 
Bu türbəyə el arasında Cavanşir Ata günbəzi deyilir-
di. Günbəz müharibə dövründə (1941-1945) hərbi 
geyimli adamlar tərəfindən  guya yaxınlıqda qoyul-
muş geodeziya nişanına mane olduğuna görə  dağı-
dılmışdır. 
Camaat arasında gəzən rəvayətə görə, Cavanşir 
Ata türbəsi və onun ətrafındakı qəbiristanlıq ərəblə-
rin o əraziləri işğal edərkən yerli əhalinin qəhrəman-
lığını əks etdirən xatirə abidəsi kimi tikdirilmişdir. 
 
Cəvizlik. Çayzəmi çayının sol sahilində 20 hek-
tar ərazini əhatə edir. Bu bağ 1961-də rayonun meşə 
təsərrüfatı idarəsi tərəfindən salınmışdır. 7 hektarı 
isə 1985-ci ildə salınıb.  


 
 
143 
Səngər. Rayonda hündür dağdır. Dağın ən hün-
dür yerində bulaq və qalaqlanmış daş topası, yəni 
qala izləri qalmaqdadır.(Əyin kəndi ərazisində) 
 
Çax-çax dərə.  (Çərəli kəndi),  Sınıq məscid 
(Qarqışlaq),  İmamzadə,  Quşçu meşəsi  (Göyərcik), 
Hovlu (Cılfır),  Xələc məscidi, Dəmirçilər məscidi, 
Məmmədli məscidi,  Mahruzlu məscidi, At irizi 
(Leninqrad Slavar Derevniş Turkskiy 1969 səh 423). 
 
Çullu  yer.  Göyyal kəndinin qərbində yerləşir. 
Çullu oronimi ilə bağlıdır. Azərbaycanın qədim 
tayfaları arasında Çullu tayfası da olmuşdur.  
Dərbənd  ərazisində mövcud olan şəhərlərdən 
birinin adı “Cül” olmuşdur.  
Bəzi tədqiqatçılar bunu cul tayfasının adı ilə  də 
əlaqələndirirlər.  
Çullu toponimi ilə  əlaqədar Azərbaycanda bir 
neçə oronimlər mövcuddur.  
Çullu dağı (Cəbrayıl),  Çullu kəndi  (Ağdam), 
Çullu təpə (Abşeron), Çullu kəndi (Cəbrayıl). 
 
Çardaxlı piri.  İmamzadə kimi qəbul olunurdu. 
Nəhəng  palıd ağacının altında qara rəngli daş var. 
Həmin daşın üstünə nəzir qoyulur, dualar edilirdi. 
 
Çınqıllı  dərə. Poladlı  kəndindədir. Dərənin 
içərisində çoxlu daş-çınqıl qalıqları var. Dərənin sağ 
və sol tərəfi zoğal ağacları ilə əhatə olunmuşdur. 


 
 
144 
Çürük qaya. Qəzyan kəndindədir. Dağın çox da 
böyük olmayan ərazisini tutur. Tez ovulması ilə əla-
qələndirilmişdir.  
 
Çəltik yerləri.  Mərdanlı  kəndindədir.  Umudun, 
Mərdanın, Surxayın, Paşanın  əraziləri kimi adlanır. 
Vaxtilə çəltik əkin sahələri olmuşdur.  
 
Cin daşları.  Tarovlu kəndinin  ərazisindədir. 
Daşların formasına görə adlandırılıb.    
 
Çardaq qaya.  Novlu kəndi  ərazisindədir. Qaya 
çardaq  formasındadır. Aşağı hissəsinə yağış, qar 
düşmür. Çardaq və qaya komponentlərinin birləşmə-
sindən əmələ gəlmişdir.  
 
Çətən qaya. Köhnə Məmmədli kəndi ərazisində 
qayalıqdır, dağ silsiləsi cətən kimi düzüldüyünə görə 
adlandırılıb. Çətin,  keçilməz daşlar  üst-üstə  nəhəng 
qayalıq əmələ gətirib. Həm də o qayalıq Qaçaq Nə-
binin dəstəsinin sığınacaqları olmuşdur. 
 
Çətən daş.  Cılfır kəndindədir. Səlkin dağının 
ətəyindədir. Daşlar silsilə ilə bir-birinin yanında dü-
zülüb. Xələcli Qacaq Lətifin həmin ərazilərdə qaçaq-
larla qalmaları haqqında məlumatlar var. 
 
Çətərxanlar.  Kənd adıdır. Çardaxlı inzibati 
ərazi dairəsində yerləşir. 
 
Çaxmaq dərəsi. Bəxtiyarlı  kəndinin  ərazisində-
dir. Çaxmaq daşının həmin dərədə çox olması ilə 


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə