Qubadlinin yer- yurd adlari (mononimleri). pdf



Yüklə 18,54 Kb.
Pdf görüntüsü
səhifə31/51
tarix01.02.2018
ölçüsü18,54 Kb.
#22963
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

 
 
136 
Alagöz düzü. Mərdanlı kəndi ərazisindədir. Ala 
“Kitabi-Dədə Qorqud” dastanında böyük mənasında 
işlənmişdir. Göz isə torpağın bərəkətli olması məna-
sındadır. Ala və göz komponentlərinin birləşməsin-
dən əmələ gəlmişdir. 
 
Aladin dərəsi. Tatar kəndinin köhnə yurd yerləri 
həmin dərənin qovuşağında yerləşirdi.İki dərə yan-
yana uzanır. Dərələrdən biri dərin,o biri  isə ondan 
çox kiçik olduğuna görə “ala” böyük, “din” isə kiçik 
kimi adlandırılıb. 
Alban kilsəsi.  Fərcan kəndindədir. Qalıqları bu 
günə  qədər qalmaqdadır. Kilsənin yanı  kəndin  ən 
böyük örüşü hesab olunur.  
 
Alban türbəsi. Əyin kəndindədir. Tarixi haqqın-
da  heç bir məlumat yoxdur. Yerli əhali tərəfindən 
maddi mədəniyyət abidəsi kimi işğal müddətinə qə-
dər qorunub saxlanmışdır. 
 
Ağ yoxuş.  Sarıyataq kəndində olan bir ərazinin 
adıdır. Toponim rəng bildirən “ağ”,  müsbət relyef 
forması bildirən yoxuş komponentlərindən  əmələ 
gəlmişdir. Bu oronimdən rayonun başqa kəndlərində 
də var.  
 
Aladaş dərəsi.  Tatar kəndində yerləşən bu dərə 
“ala” və “daş” adlı iki komponentdən ibarətdir.”Ala” 
rəng bildirir.”Daş” isə müsbət relyef formasını ifadə 
edir.  


 
 
137 
Belə toponimlər Zəngilan rayonunda da var: 
Aladaş dərəsi, Aladaş dağı 
 
Ayı mağarası.  Qubadlı  ərazisində yerləşən bu 
zootoponim ayı adını əks etdirir.Başqa ərazilərdə də 
ayı adı ilə bağlı toponimlərə rast gəlinir.  Ayı öldü-
rülən (Zor kəndi), Ayı dərəsi (Çardaxlı kəndi).  
 
At qız. Saldaşla Göyyal yaxınlığında olan ərazi-
dir. Belə  rəvayət olunur ki, gavırlar kəndə hücum 
edib, camaatını qırırlar. Qoca demirlər, cavan demir-
lər, hamısını  qılıncdan keçirirlər. Bu qaçaqaçda bir 
qız ayaqyalın, başıaçıq, üz tutub dağlara doğru qaçır. 
Düşmənlər,  sən demə,  qızı görürlərmiş. Düşürlər 
arxasınca, yazıq hara qaçsa bilir ki, onu tutub başına 
nə müsibətlər gətirəcəklər. Qız,  əlini göylərə tutur, 
yalvarış edir. Elə bu vaxt düşmən atlısı özünü yetirir. 
Atın üstündəki gavır qıza çatan zaman, qız nalə 
çəkir, gavır daşa dönüb yerə düşür.
 Qız atı minib o 
mahaldan qaçır. O zamandan bu yerə  At  qız deyil-
məyə başlanır.  
D. D. Dagrevin 1913-cü ildə  tərtib etdiyi 
“Qafqazın beş verslik xəritəsinin adlar göstəricisi 
toplusunda” At qız toponimi haqqında məlumat 
verilir. 
Qafan rayonunda At qız adlı kənd olmuşdur. 
 
Ala-dağ.  Çardaxlı,  Tarovlu  ərazilərini  əhatə 
edən dağdır. Quzey hissəsində qar qaldığına görə 


 
 
138 
adlandırılır. “Kitabi- Dədə Qorqud” dastanının (I-V-
IX-X-XII) boylarında Aladağın adı çəkilir. “Aladağ-
dan təpər aşa Xanlar xanı Bayandura xəbər vara”... 
Və yaxud “Aladağ günün aşdın”
 deyə
 xatırlanır. 
(İ.D. 197) (V-2003) (IX 239
2
) KDQE I cild 
 
Ağ qaya. Toponimi Mahmudlu kəndi ərazisində 
geniş ərazini əhatə edən böyük qayalığın adıdır. 
Qazan xan kafirə öz soyunun kökünü bildirərək 
deyir “Ağ qayanın qaplanımam  erkəkdində bir kö-
küm var ” (K.D.Q XI boy D 2808) 
Naxçıvan MR Babək rayonunda da Ağ qaya adlı 
toponim var.  
“Kitabi-  Dədə Qorqud”  dastanında Ağ Orman, 
Ağ Duz, Ağ Meydan, Ağ qaya adlarına rast gəlinir.  
 
“Oğlan qız”
. Dondarlı  kəndində  qədim  əyyam-
larda bir qız, bir oğlan olub. Bunlar bir-birini sevir-
mişlər.  
Bir gün onların yaşadığı ərazilərə kafirlər hücum 
edirlər. Qızla oğlan əl-ələ verib qaçırlar. Bir də gö-
rürlər ki, kafirlər onların arxasınca gəlirlər. Kafirlər 
çataçatda oğlanla qız  əllərini Allaha uzadıb yalva-
rırlar: “Ay Allah, kafir əlinə düşməkdənsə, bizi daş 
elə”.  Onların yalvarışı yerinə yetir. Oğlanla qız ağ 
daş olub bir-birinin yanına düşürlər. El arasında 
“Oğlan qız” adlanan bu daşlara niyyət edirdilər. 
(Əsatirlər, əfsanələr və rəvayətlər. Bakı 2005) 


 
 
139 
Bizmin dağı.  Həkəri çayı ilə Xoşgədik çayı 
arasında Muradxanlı  kəndinin yaxınlığındadır. Qə-
dim türk dilinə görə, Biz dağ mənasını verir. “Min” 
isə türk tayfasının adıdır. Dağda qədim yaşayış mən-
təqəsinin olması ilə bağlı  məlumatlar var. Orada 
olan qalanın qalıqları yaşayış məntəqəsinin olmasını 
bir daha təsdiqləyir.  
 
 
Boz təpə. Rayon ərazisində bir neçə yerdə bu ad 
var. Boz rəng, təpə isə müsbət relyef mənasındadır. 
Boz təpə (Çərəli kəndi), Boz təpə (Qədili kəndi), 
Boz təpə Küllü təpə (Diləli Müstanlı  kəndi), Boz 
təpə (Hacılı kəndi). 
 
Böyük Quzey, Kiçik Quzey.  Mollu kəndində 
böyük və kiçik sahələri  əhatə etdiyinə görə adlan-
dırılır.  
 
Boğazsəpməz. Qayalı kəndinin cənubunda dərə-
dən qalxarkən kəskin döngənin adıdır. 
 
Buzovuçan güney. Buzovucan güney  toponimi 
ərazidə baş vermiş hadisə, yəni buzovuçması ilə əla-
qələndirilir.  
Toponim bir çox rayonlarda da mövcuddur. Ma-
sallı, Ağdaş,  Şəmkir, Ağsu (Buzov dərəsi, Buzov 
dağ, Buzov təpəsi, Buzovuçan). 
 
Ballı qaya.  (Ballıqaya kəndi),  Ballı qaya (Çar-
daxlı  kəndi,  Ballı qaya (Hacılı  kəndi),  Ballı qaya 
(Məzrə kəndi) Ballı Qaya (Mollu). Arı balının olma-
sına görə əlaqələndirilir.  


Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə